Qadın / Qadın və problemlər

"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"

Banu. | 14-11-2019, 16:45
1 680 0
"Xəzər" televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə müraciət edən və İran vətəndaşı ilə evlənən qadının canlı yayımda söylədikləri hər kəsi dəhşətə gətirib.

Səfarət adlı qadın bildirib ki, qızı Mehrimah Əbdülhseynovanı axtarır:

"Mənim həyat yoldaşım iranlıdır. Onunla 2010-cu ildə ailə qurmuşam. O, burada ticarətlə məşğul olurdu. Biz onunla yola getmədiyimiz üçün məhkəməyə müraciət etdim. O, məni məhkəmədə ləkələsə də sonda barışıqla nəticələndi. Çünki vəkilim geri çəkildi".

O vurğulayıb ki, bir neçə dəfə əməliyyat olunsa da övladı olmayıb: "Ona görə də övladlığa uşaq götürdük. Həyat yoldaşım dedi ki, İrana toya getməliyik. Ona görə də hamımız İrana getdik. Həyat yoldaşım "Azərbaycana qayıtmayaq" deyə bizim sənədlərimizi gizlətdi. Daha sonra o, məni aldadıb Bakıya göndərdi. Yalandan mənə dedi ki, anan ölüm ayağındadır. Mən də Bakıya gəldim. Həyat yoldaşım uşağımızın olması üçün bir dəfə olsa testə getmirdi. Uşağın olmamasının günahını məndə görürdü. Övladlığa uşaq götürməyimizə də razı deyildi. Amma günlərin bir günü evə gəlib dedi ki, Gülnarə adlı bir qadın var, 5 aylıq hamilədir. Uşağını abort etdirmək istəyir. O uşağı övladlığa götürək. Mən həmin an şoka düşdüm. Çünki o, heç bir uşağı övladlığa götürüb, çörək vermək istəmirdi. Düşünürəm ki, onun Gülnarə ilə münasibətləri olub. Bəlkə də uşaq ondan idi. Evli olduğumuz 10 il ərzində həyat yoldaşım heç vaxt uşaq istəməyib. Onu məcbur edirdim ki, zorla mənimlə cinsi münasibətə girsin. Çünki övladımın olmasını çox istəyirdim".

Səfarət Mehrimahı üç yaşına kimi o böyüdüb: "Xəstəxanadan çıxartdığım an hələ də gözümün önündən getmir. Şərt o deyil ki, uşağı özün dünyaya gətirəsən. Önəmli olan onun qoxusu ilə yaşayasan. Qızımın hazırda 7 yaşı var. 4 ildir ki, qızıma həsrətəm. Ərim rəsmi boşanma olmadan yenidən iranlı qadınla evlənib. Hazırda həyat yoldaşı da hamilədir".(sonxeber.az)


 
AzadQadin.az

Bu xəbərlər çox maraqlıdır:

Ərim puldan ötəri məni yad kişiylə qalmağa məcbur edir!

Cinsi əlaqə zamanı CORAB GEYİNSƏNİZ... - Nəticəsinə inanmayacaqsız

Ən bəxti gətirən bürc hansıdır?- Şans üzünüzə mütləq güləcək!

Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün... - Vanqadan məsləhətlər

Evli Kişilər Niyə yoldaşlarını aldadırlar-ŞOK SƏBƏB

Kişiləri intihar həddinə çatdıran 5 Hiyləgər qadının həyatı

17 yaşlı gəlin bakirə çıxmadı və... - Azərbaycanda toy günü TÜKLƏRİ BİZ-BİZ EDƏN HADİSƏ

Ərə getməyən qızların evli və ya boşanmış kişilərlə yaşamaq sevgisi

ƏN SON XƏBƏRLƏR BURADA!