Qadın / Qadın və problemlər

Azərbaycanda şok statistika – 42 qadın əri tərəfindən öldürülüb

Banu. | 8-11-2019, 08:00
350 0
2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı (ailə münaqişəsi) cinayəti baş verib.


Azadqadin.az Trend-ə istinadən xəbər verir ki, keçən il Azərbaycanda məişət zorakılığı cinayətləri nəticəsində 1 221 nəfər zərərçəkən olub.



Zərərçəkənlərin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır.


Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin 42-si qadın olub. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib.


2018-ci ildə məişət zorakılığı cinayəti nəticəsində 2 nəfər özünü öldürmə həddinə çatdırılıb ki, onların ikisi də qadın olub.




Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin çoxunun - 947-nin (729-u qadın olub) sağlamlığına qəsdən yüngül zərər vurulub.


Zərərçəkənlərin 80-i qadın olmaqla isə 119 nəfərin sağlamlığına qəsdən az ağır, 22-si qadın olmaqla, 45 nəfərin sağlamlığına qəsdən ağır zərər vurulub.


Ümumilikdə 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 7 304 nəfər xəsarət alıb. Onların 2 339-u qadın olub.




Xəsarət alanların 234-ü (166 oğlan, 68 qız) uşaqlardır.


Keçən il törədilən cinayətlər nəticəsində 1 226 nəfər ölüb ki, onların da 895-i kişi, 331-i qadın olıub. Ölənlərin 87-si uşaq olub.


Bu xəbərləri MÜTLƏQ oxuyun:

Ərəb qadınları barədə bilmədiyiniz faktlar: Şərikli ər, lüt bədənə çarşab... - FOTOLAR

Müəllim tələbə qızı maşını ilə boş əraziyə apardı - Onları yerdə uzanıqlı görən kəndlilər... - FOTOLAR

Yafəs Türksəs Afaq Aslana 18+ şeir həsr etdi: Sosial şəbəkələrər çalxalandı

Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə...

Ölkədə qadınlarla bağlı baş verən bütün son xəbərləri, həmçinin olduqca maraqlı qadın taleləri, məktubları QADIN İNFORMASİYA PORTALI - AZADQADİN.AZ... -da oxuya bilərsiniz.... 

Gözəllik xəbərləri, analıq məktəbi, sağlamlıq və bir-birindən maraqlı xəbərlərin ünvanı QADİN.AZ SAYTI