Qadın / Qadın və problemlər

Ərinin müalicəsi üçün hər ay yüz min xərcləyən FƏDAKAR qadın

Banu. | 24-09-2019, 08:00
483 0

Mixael Şumaxerin kim olduğunu bilməyən adam yoxdur. Formula-1 üzrə yeddi qat dünya çempionu 2012-ci ildə keçirdiyi qəza nəticəsində karyerasını başa vurur.
Xizək sürərkən Mixael yıxılır və başı daşa dəyir. O vaxtdan bəri məşhur idmançı yataq vəziyyətində olsa da, sevimli həyat yoldaşı Korinna hər gün ümid edir ki, əri nə zamansa yenidən həyata qayıdacaq...
Oxuculara Şumaxerin fədakar ömür-gün yoldaşı Korinna Betç haqqında olan məqaləni təqdim edirik.
Korinna Betç 2 mart 1969-cu ildə Almaniyanın Halfer şəhərində anadan olub. Uşaqlıqdan at sürmə ilə məşğul olur və atlara pərəstiş edir.
O, Maykl ilə 1989-cu ildə tanış olub. Ancaq qız onda başqa bir idmançı Heinz-Harald Frentzen ilə görüşürdü. İki il sonra qız sevgilisindən ayrılır. Korinnaya qarşı biganə olmayan Şumaxer bu fürsəti əldən vermir və eşqini elan edir. Beləliklə cütlük dörd il görüşdükdən sonra rəsmi nikah bağlayır.

Ailədəki münasibətlər həmişə mükəmməl olub. Korinna ərini hər şeydə dəstəkləyirdi, bununla belə yarışlarda iştirak edən Mixaeldən daim narahat idi, çünki heç kimə sirr deyil ki, bu idman çox təhlükəli sayılır və ölüm halları baş verməsi riski yüksəkdir. Əlbəttə ki, bunun əri üçün nə qədər vacib olduğunu dərk edərək onun hər qələbəsinə ürəkdən sevinirdi.
Amma Mixaelin yarışa olan sevgisini bildiyi üçün onu bu təhlükəli fəaliyyətdən yayındırmağa heç bir cəhd göstərməmişdi. Avropa Atçılıq Çempionatının qalibi olan Korinna idman ehtirasının qüdrətinə bələd idi. Odur ki, o, ərinin qəyyum mələyi və talismanı olmağı seçir. Şumaxer özü də müsahibələrində həyat yoldaşını qoruyucu mələyi kimi təqdim edərdi.

Korinna öz növbəsində sevimli hobbisi ilə məşğul olmağa davam edirdi. Texasdakı bir qəsəbədə atlar yetişdirirdi, daha sonra o, İsveçrədə məktəb açmışdı. Şagirdlərinə çox şey öyrədə bilərdi, çünki Korinna özü 2010-cu ildə Avropa Atçılıq Çempionatının qalibi olmuşdu.
Şumaxerlərin iki övladı var. 1997-ci ildə onların qızı Cina-Mariya, 1999-cu ildə oğlu Mik dünyaya gəlib. Maraqlısı budur ki, uşaqlar da valideynlərinin izi ilə gedir. Cina Maria at sürmə ilə uğurla məşğul olur, Mik artıq “Formula 3”-də iştirak edir.
Cütlük toyun onuncu ildönümünü qeyd edərkən Mixael həyat yoldaşına İsveçrənin mənzərəli bir guşəsində, gölün kənarında yerləşən bir ev hədiyyə etmişdi. Sonradan onlar daha bir neçə həyət evi almışdı. Onlardan biri Fransanın Meribel şəhərində idi, yeri gəlmişkən, məşhur pilotun qarşılaşdığı hadisə də orada baş vermişdi.

Məzuniyyəti Meribeldəki evində keçirən Mixael dağdan xizəklə enərkən yıxılır və başı daşa dəyir. Dəbilqəsi olmasaydı, onu xilas etmək çətin ki, mümkün idi. Pilot iki ciddi əməliyyat keçirir, həkimlər onu dörd ay süni koma vəziyyətinə gətirir. Altı ay klinikada müalicə aldıqdan sonra xanımı ərini kiçik şəhərcik Vufflens-le-Şato şəhərində tikdirdiyi mini-klinikaya gətirir. Korinna ərini müalicə etmək üçün hər ay yüz min frank xərcləyir.
Şumaxerin həyat yoldaşı mediaya danışmamağı üstün tutur, odur ki, məşhur idmançının vəziyyəti ilə bağlı təfərrüatı bilmirik. Ancaq deyirlər ki, o hələ də hərəkətsiz olaraq qalır və evdə əlil arabasında gəzir.
Bir müddət əvvəl Korinnanın İspaniyanın Mallorka adasında bir əmlak əldə etdiyi deyilir. İddia olunur ki, isti iqlim və dəniz havası pilotun sağalmasına kömək edəcək və onun vəziyyəti xeyli yaxşılaşacaq.
publika.az

Digər xəbərləri də oxuyun:

Sevdiyi qadından boşanan, ən yaxın dostundan inciyən SƏYAVUŞ ASLAN

Bakıda İYRƏNCLİK - Ana qızıyla lezbiyan hərəkətləri edib, videonu sevgilisinə göndərdi

Siyəzəndə üç uşağını da götürüb evdən çıxan qadın görün haradan tapıldı

Ərəb qızları niyə toy gecəsindən bu qədər qorxurlar? - MARAQLI FAKTLAR

Azərbaycanda ombalarını böyüdən qadınlar – Bıçaq altına gedənlər təkcə müğənnilər deyil…