Qadın / Qadın və problemlər

Çimərlikdən xəstəxanaya gətirilən azyaşlı qızın hamilə olduğu üzə çıxdı

Banu. | 31-08-2019, 15:28
493 0
Mingəçevir şəhərində azyaşlı qızın hamilə olduğu üzə çıxıb.

AzadQadin.az APA-ya istinadən xəbər veir ki, 7 aylıq hamilə olan 15 yaşlı Ə.A. dünən səhər çağırış əsasında Mingəçevir Su anbarı hövzəsindəki çimərlikdən həkim briqadası tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərək Doğum şöbəsinə yerləşdirilib.

Onun üzərində kimliyini təsdiq edən hər hansı sənəd olmayıb. Müayinə zamanı azyaşlı qızın 7 aylıq hamilə olduğu müəyyən edilib. Özünü Gəncə sakini kimi təqdim edən qız Mingəçevirdə kafelərdən birində işlədiyini, ailə qurmadığını, atasının olmadığını, anasının isə Gəncədə yaşadığını deyib. O, tibb işçilərinin müşayiəti və xəstəxanaya məxsus təcili tibbi yardım maşını ilə Gəncə şəhər Regional Perinatal Mərkəzə göndərilib.
Perinatal Mərkəzdən bildirilib ki, hamilə qız artıq doğuş keçirib. Doğuş vaxtından əvvəl olub, normal keçib.  

Qızın ailə üzvləri və yaxınlarının tapılması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərləri də oxuyun:

Ailəsi vermədiyi üçün sevdiyi qızı yandırdı: Görüşüb maşına mindirdim...

Bakıda üç uşaq anası ilə eşq macərasının dəhşətli sonu: "Ərim gələcək..." - TƏFƏRRÜAT

Azərbaycanda daha bir ər xəyanət edən arvadını videoya çəkib yaydı - VİDEO

“Görəsən mənim neçə uşağım var?”- Sperma bankalarının dünyaya verdiyi saysız hesabsız “töhfələr”

50 qəpiklik ən effektiv maska- Hər cür qırış və ləkələr 20 dəqiqədə yox olur!