Qadın / Qadın və problemlər

Kişi arvadını belə döyməlidir: Qətərli sosioloqdan dərs

Banu. | 7-09-2019, 08:00
59 0

Müsəlman kişisinin həyat yoldaşını necə cəzalandırması ilə bağlı maraqlı video yayılıb.

Verilən məlumata görə, Qətərin tanınmış sosioloqu Abd əl-Əziz əl-Xazrac bu barədə müsəlman kişilərə video dərs keçib.

Yayılan videoda sosioloq qadınla davranış və onun cəzalandırılması üsullarını öyrədir.

“İlk növbədə biz anlamalıyıq ki, ailənin başçısı kişidir. Onun ailədə böyük səlahiyyətləri var. O, ailəni idarə etmək üçün bütün vasitələrdən istifadə edə bilər”, - deyə Abd əl-Əziz əl-Xazrac bildirib.


Sosioloq deyir ki, qadını döyən zaman ona az xəsarət yetirmək lazımdır. Qadını elə vurmaq lazımdır ki, o, kişinin gücünü hiss etsin, lakin ağır xəsarət almasın. 

“Peyğəmbər qadının üzünə vurmağı qadağan edib. O, kişinin qadının üzünə sillə vurmağın xoş olmadığını bildirib. Qadının başına, burnuna zərbə vurmaq olmaz”, - deyə mütəxəssis bildirib.

Sosioloq videoda oğlan uşağının üstündə qadının cəzalandırılması üsulunu göstərir. O, uşağa qışqırır: “Mən sənə dedim ki, evdən çölə çıxma! Neçə dəfə sənə demək olar?”.

Sosioloq həmçinin bildirib ki, kişi qadını bir halda möhkəm döyə bilər: “Əgər qadın kişinin hörmətini aşağı salırsa, o zaman onu döymək olar”.BAKU.WS

Bu xəbərləri də oxuyun:

"Uşaq pulu" ilə bağlı YENİ XƏBƏR

Qız selfi çəkdi, şəkilə baxanda dəhşətdən telefon əlindən düşdü-FOTOLAR

Bakıda İYRƏNCLİK - Ana qızıyla lezbiyan hərəkətləri edib, videonu sevgilisinə göndərdi

Hansı bürcün qadınları daha gözəldir?

650 İnsanın Qatili. Tarixdə Ən Qaniçən Qadını – YELİZAVETA BATORİ