Qadın / Qadın və problemlər

Bakirə, yoxsa başqasının "artığı"?

Aynur_Qurbanqizi | 15-02-2012, 20:34
14 059 162
"Boşanmış qadınlara cəmiyyətdə əvvəl "potensial fahişə", sonra isə "fahişə" kimi baxırlar"

Subay oğlanla boşanmış qadının evlənməsinə cəmiyyətdə münasibət necədir?



Asifin 28 yaşı var. 2 il əvvəl ailəsi onu evləndirmək istəyib. Ancaq anasını dili ilə desək, oğlu bir “axmağa ilişmişdi” və evlənmək istəmirdi. Daha doğrusu, ailəsinin seçim etdiyi qızla evlənmək istəmirdi. Anasının “axmaq” dediyi qadın isə əslində ərindən boşanmış biri olduğundan onun oğluna layiq hesab olunmurdu. Nəyə görə onun oğlu subay, bakirə qız almamalıydı? Asif isə deyir ki, ailəsi və cəmiyyət tərəfindən qəbul olunmasa da, o, qadını çox sevirdi və ondan utanacaq bir cəhəti də yox idi. Sadəcə taleyi belə olub və bunda heç də o, günahkar deyildi. Dediyinə görə, ailəsinin seçdiyi qızla evlənsəydi, nə özünü, nə də o qızı xoşbəxt edə bilməyəcəkdi. Heç sevdiyi qadından ayrılmazdı da. Onunla ailə qurub xoşbəxt yaşayacağına inanırdı və inandığını elədi də. Hər nə qədər qınaqlara tuş gəlsə də…

Bakirə, yoxsa başqasının "artığı"?


Qeyd edək ki, cəmiyyətimizdə Asif kimi düşünən oğlanlar və onun anası kimi düşünən analar heç də az deyil. Yaxud da Asifdən fərqli olaraq, bu halı özünə sığışdırmayan kişilər də var. Bu təbəqəyə aid olanların fikrinə görə, məhz o qadının həyatında birinci kişi olmalıdır və bu, onun tam kişilik haqqıdır. Ümumilikdə, Azərbaycan cəmiyyətində isə məsələyə yanaşma birmənalı deyil. Belə ki, vətəndaşlar arasında bununla bağlı sorğu aparılıb. Nəticə isə maraqlıdır. Çünki subay oğlanla boşanmış qadının evliliyi qəbul edilməsə də, sorğuda ilk yeri 50.15 faizlə bu cavab tutub: “Fərq etməz, əsas sevgi və xoşbəxtlikdir”. Hesab edirik ki, bu cavab sadəcə insanların ürəyindən keçən bir arzudur, reallaşması isə əksəriyyət hallarda mümkün olmur.

2-ci yerdə isə 17.03 faizlə cavab verməyə çətinlik çəkənlər qərarlaşıblar. Onların fikrincə, belə çətin hal qarşısında insan özü də nə edəcəyini bilmir. 3-cü sırada isə, 10.37 faizlə “Mütləq bakirə olmalıdır” qənaətində olanlar durur. Bu fikirdə olanlar isə əsasən kişilərdir. 4-cü yeri tutanlar isə düşünür ki, əslində ola bilər, ancaq cəmiyyətin qınağı imkan vermir. 5-ci yerdə qərarlaşanların sözlərinə görə, başqasının “artığını” qəbul etmək olmaz. Nəhayət, 6-cı sıradakıların fikrincə, bunun baş tutması valideynlərin narazılığı ucbatından mümkün olmur.

Bəs nə üçün ilk ailə həyatı uğursuz olan qadınlar “boşanmış qadın” damğası altında yeni bir ailə qurmaq şansından məhrum edilirlər? Niyə insanlara onların başqasının “artığı” olması fikri təlqin edilir və yeni bir həyat qurmağa haqları olmur?

"İnsana ağlına görə yox, bir "pərdə"sinə görə qiymət verən cəmiyyət…"


Psixiatr Elmir Əkbərin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda mentalitetdə və digər davranış qaydalarında insanlar insan sayılmır.

Hərəsi bir statusla yaşayır: “Məsələn, kişilər “subay oğlan”, “qardaş”, “ər”, “yaxşı oğlan”, “kürəkən”, “yeyib-içən oğlan” və s., qadınlar “gəlin”, “ana”, “bacı”, “qayınana”, “gəzən”, “açıq-saçıq”, o cümlədən, “boşanmış” olurlar. Yəni kimsə qadına qadın kimi, kişiyə kişi kimi baxmır, bu statusların daşıyıcısı kimi baxır. Sadaladıqlarımdan da görünür ki, qohumluqlar çıxılsa, kişilər daha çox müsbət, qadınlar isə mənfi sayılan statuslarla xatırlanırlar. Bu statusların hər birinin davranış qaydası müəyyən olunur və buna uyğun olaraq da insanlar status daşıyıcılarına münasibət göstərirlər. O bildirir ki, boşanmış qadının cəmiyyət tərəfindən qəbul olunması qaydası isə daha dəhşətlidir: “Belə qadında davranış müəyyən olunmur, çünki ondan hər bir hərəkət gözləyirlər. Qısacası, etiraf edək ki, onlara cəmiyyətdə “potensial fahişə” kimi baxırlar. Ona görə də, onların necə davranmasından asılı olmayaraq, onlarla həmişə eyni cür davranırlar – işə düzəlmək üçün müraciət edəndə kişi müdirin gözündə çarpayı formasında qığılcım parlayır. Oxuyursansa, tələbə yoldaşlarının “padxod”u artır və xeyli cəsarətlənirlər, sanki belə də olmalıymış (bunu öz boşanmış potok yoldaşımın timsalında görmüşəm). Artıq işləyirənsə, kişi kolleqalar stoluna daha çox yanaşırlar, başqalarından yox, məhz səndən qələm, vərəq kimi mənasız “ehtiyac”larını istəyirlər və bunları digər ehtiyacın müjdəçisi sayırlar. Bakirəliyi alınmaz qala, təkcə insanın özünün yox, onun bütün kişi qohumlarının, nəslinin, soyadının, ölkəsinin, Qafqazın, getdiyi avtobusun sərnişinlərinin şərəfi, namusu, qeyrəti, qadının, onun qardaşlarının, atasının, anasının yaşaması üçün ürəkdən də vacib orqan hesab edən; insana ağlına görə yox, bir “pərdə”sinə görə qiymət verən; evlənmək üçün qadın seçərkən alnının ortasına (qaşının alınmasına) baxmaqla ayaqlarının arasındakı vəziyyəti təyin edən mentalitetdən elə bu gözlənilməlidir”.

Boşanan qadın əxlaqsızdırmı?


Müsahibimiz qeyd edir ki, həyatda heç kim deyə bilməz ki, sabahımı bilirəm: “Demək istəyirəm ki, boşanan xanımlarla evlənən subay gənclər hər zaman qınaq obyekti olurlar. Cəmiyyət bunu qəbul etmir. Mentalitet sözünün mənasını bilməyənlər mentalitetdən danışırlar. Axı boşanan xanım əxlaqsızdır? Yox. Onun hansı səbəbdən boşandığını biz bilə bilmərik. Boşanan kimi birmənalı şəkildə xanımları günahlandırırlar. Bu, çox yanlışdır”.

Sevdiyi qadın, yoxsa “kişilik”?



Onu da qeyd edək ki, nəinki subay oğlanın boşanmış qadınla evlənməsinə narazılıq olur, həmçinin, artıq o qadına baxış da dəyişir. Yaşadığın yerdən keçəndə söhbətlər kəsilir, əvvəllər səni məhəllənin namusu hesab edənlər indi geyiminin nə qədər qapalı olmasından asılı olmayaraq, başqa gözlə baxmağa başlayırlar. Elə qadınlar da baxışları ilə onu aşağılayıb, öz ərli vəziyyətləri ilə qürur duyurlar. Boşananda eyni yaşda olan qızlarla eyni cür geyinə bilməzsən, mümkün qədər qapalı geyinməlisən, çünki eyni paltarın içindəki insanın artıq “boşanmış” damğası var. Və bu damğayla da onu heç kim nə oğluyla, nə də qohumuyla evləndirmək istəməz. Cəmiyyətin fikrini nəzərə alanda isə, görürük ki, elə qadınla evlənən kişi də artıq “kişilər” sırasından çıxmış olur.

Belə qınağa rast gələnlərdən biri də Nuranədir. Onun ailəsi dağıldıqdan sonra çox narahatlıqlar yaranıb.

Buna baxmayaraq, əvvəldən tanıdığı bir oğlan onunla münasibətə başlayıb. Ancaq Nuranə ətrafdakı söz-söhbətlərə görə, oğlanın onunla evlənə biləcəyinə, ona sahib çıxacağına inanmayıb. Elə də olub. Kişiliyinin dillərə düşməməsini sevdiyi qadından üstün bilib. Ancaq Nuranə deyir ki, bu cür mənfi münasibət onu çox da narahat etmir. Çünki boşanmaqla doğru qərar verdiyinə əmindir və o cür qınaqlara da layiq olmadığını düşünür. Ona görə, əsas olan da budur: “Mənim haqqımda pis düşünən onsuz da pis düşünəcək, mən nə etsəm də. Çox haqsız münasibətlərlərlə qarşılaşıram, iyrənc münasibətlərini də bilirəm. Ancaq mən bu boş və mənasız mühakimələrə görə həyatımı məhv etmək istəmirəm. Məncə, ən əxlaqsız insan elə başqalarını yersiz mühakimə edəndir. Bizim cəmiyyət büdrəyən, lakin ayağa qalxıb yerimək istəyən insanlara şans vermir. Elə insanlara gülüb qınamaqla öz eqolarını qidalandırmağa çalışırlar. Ancaq mənim namusum da, qeyrətim də həmişə necə var, elədi. Boşanmaqla heç nə dəyişməyib. Hələ bir çox kişilərə qeyrət dərsi də keçərəm.”

Oğlanı sevən qızdırsa görüşür, boşanmış qadındırsa “gəzir”.

Maraqlıdır ki, menatalitetin boşanmış qadınlar üçün yenidən tanışlıq variantı yoxdur, sanki adət-ənənə onları cəmiyyətdən atılmış, toxunulmaz hesab edir. Mentalitet boşanmış qadın üçün yeni terminologiya da formalaşdırıb. Bir oğlan dostun varsa, qızlar üçün “görüşür”, boşanmışlar üçün “gəzir” ifadəsi işlədilir. Əgər bu oğlan subaydırsa, qınaqlar daha da artır və “Sənin “camaatın arvadı” ilə nə işin var?” deyə oğlana irad tutulur. Qız sevgilisindən ayrılsa, qismətin üstünə atılır, boşanmış qadın sevgilisindən ayrılsa, “potensial fahişə” avtomatik olaraq “fahişə”yə çevrilir. Adətən qızdan ayrılan oğlan qınaq obyekti olursa, ayrılıq yaşayan boşanmış qadındırsa, burda mütləq qınanan, hətta söyülən də qadın olur.

Azadqadın.az saytının rəhbəri Aynur Qurbanqızı da düşünür ki
, ailədə boşanma halı olursa, mütləq qadın təqsirkar bilinir və onun haqqında mənfi rəylər yaranır: “Həmçinin, onunla elə davranırlar ki, sanki bu həyatı o, özü seçib. Ona qarşı olan qınaqlar da hər hər hansı bir subay oğlanın qadına sevgisi olsa belə, onunla evlənməsi mümkün olmur. Bu, cəmiyyət tərəfindən qəbul olunmur. Oğlanları fikrinə əsaslansaq, bir çox gənc oğlanlar cəmiyyətin düşüncəsi imkan versə, onlar qadının bakirəliyini problem etməzlər. Bəziləri isə onları “artıq” hesab edib, həyatlarından atır, cəmiyyətdən təcrid edirlər. Eyni zamanda, Azərbaycanda valideynlərin övladlarının ailə həyatına qarışması heç kəsə sirr deyil. Necə deyərlər, sanki övladları yox, valideynlər özləri evlənir”. Ancaq A.Qurbanqızı real həyatda subay oğlanla boşanmış qadının sevgisi, evliliyi qəbul olunmasa da, hələ də içində sevginin hər şeyə, daşlaşmış fikirlərə qalib gələcəyinə inamın ölmədiyini deyir.

Məsuliyyət də, cəza da, təklik də ona aiddir, çünki “damğası” var…


Beləliklə, təəssüflər olsun ki, qadının namusu, əxlaqı, ağlı və digər keyfiyyətləri əksər vaxtlarda yalnız “boşanmış” statusu ilə itirilir. Ona görə də, o, hər ailəyə gəlin, hər oğlana həyat yoldaşı ola bilməz. Burda əsas amillər qayınananın qohum-qonşu içində üzüağlığı, nəslin kişilərinin qeyrət anlayışlarıdır. Evlənəcək kişinin isə “papağıdır”. Artıq sevgi, ailənin qurulması üçün lazım olan və qadında görülən üstün cəhətlərin heç bir anlamı qalmır. Əsas odur ki, o, bakirə deyil. Bu düşüncə o qadını nə dərəcədə bataqlığa sürükləsə belə, məsuliyyət də, cəza da ancaq və ancaq həmin qadına aid olur. Tək qalmağa məhkum olan da odur. Ancaq Mirzə Cəlil demişkən, “Bir qadın əxlaqsıza çevriləndə cəmiyyət daha bir ana itirmiş olur. Unutmayın ki, o qadın fahişə də olsa, nə də olsa, cəmiyyət üçün ana ola bilər. Ona görə, qadınlara diqqət və sayğı lazımdır”. 

Sevinc Fədai
"Mərkəz" qəzeti 

Nergiz love | 24 mart 2014 13:41 | Status: Professional user | Şərh: 7 871
QADDININ NAMUSU ONUN ORASINDA DEYIL.GEREK QADININ RUHU BAKIRE OLSUN.
Ruslan46 | 27 fevral 2014 14:00 | Status: Qonaq | Şərh: 0
bawqasinin artiqin yemek duwununde nedi yaxwi olmazdi gulu ozunuz deresiz 

Gulshen. | 22 fevral 2014 21:42 | Status: Qonaq | Şərh: 0
Sitat: Ayten Hesenzade
munasibetleri here bir cur qarsilayi

Ay_Sun | 9 fevral 2014 15:58 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: tehmin
allah hamiya kömek olsun

sweet_girl | 10 dekabr 2013 08:35 | Status: Şərhçi | Şərh: 585
Hami eyni cur duwune bilmezki.Here oz aglina gore duwunur,artiq yox.Bele heyati her bir xanim yawaya biler,hec kim hec neden sigortalanmayib.esas olan heqiqi Allah yolun tutmaqdi.
beehive | 2 dekabr 2013 19:14 | Status: Şərhçi | Şərh: 331
Xəbər üçün təşəkkür edirəm..
Ayten Hesenzade | 2 dekabr 2013 15:52 | Status: Şərhçi | Şərh: 243
munasibetleri here bir cur qarsilayir
Kenan :) | 22 noyabr 2013 03:40 | Status: Şərhçi | Şərh: 347
Tewekkurler
AYAN A-VA | 13 noyabr 2013 21:55 | Status: Gümüş user | Şərh: 1 722
Tesekkur edirem
ay gunes | 20 oktyabr 2013 21:41 | Status: VİP user | Şərh: 916
herenin anlayis derecesi ferqlidir.
tehmin | 9 oktyabr 2013 21:07 | Status: Şərhçi | Şərh: 311
allah hamiya kömek olsun
ayka ayka ayka | 30 sentyabr 2013 02:16 | Status: Qonaq | Şərh: 0
allah hamiya komek olsun amma indi bosanmaq usaq oyuncaqi olub insanlara eri bir gece aldadir he bosanmaliyam bos bos seylere gore alesi dagidan insanlara allah komek olsun allah agilversin amin
NURLU | 2 iyul 2013 07:56 | Status: Professional user | Şərh: 5 552
bu meseleler bitmeyecek,hemise problem olub problem olaraqda qalacaq
Ulviyye | 21 iyun 2013 07:35 | Status: Gümüş user | Şərh: 2 839
Sitat: Hande 18
bir zamanlar hec bele bir problem yox idi,evlenib ayrilmis xanimlar asanliqla evlene bilirdi,indi ise min cure ad qoyurlar onlara

mende raziyam dance
Aliyeva | 20 iyun 2013 16:40 | Status: Yazar | Şərh: 4 036
Sitat: ayruska
MENE CATMIRDA BOSANMIS QADINLARI NIYE BIZIM CEMIYYETIMIZ QEBUL ETMIR???

yaninda 3uwaqla dul kiwi subay qiz axtarir indiki zamanede...
NaraAzer | 4 iyun 2013 19:21 | Status: Professional user | Şərh: 1 373
bu Nurane kimdi?
psixopatka | 30 may 2013 03:47 | Status: Qonaq | Şərh: 0
ACIDA olsa heqiqetde valideynler qizlari oz adlari bu adi goturmesin filankesin qizi bowanib deyilmesin deye oz ovladlarini can paralarini necede bedbext edrler hec duwunmurler bes o yaziqlarin puc olan heyatlari sonen mehv olan arzulari mende bu insanlardan biriyem cox heyfki bu heyati yawamaqa mecburam ama mende anayam ve bunu qizima olsemde etmerem can parami valideynlerimin meni etdiyi kimi bedbext etmerem twk gozel meqaledi
TOMİRİS | 29 may 2013 10:59 | Status: Şərhçi | Şərh: 117
COX MARAQLI XEBERDI TESEKKURLER//BILIRSIZ BIZDE NAMUS DEDIKDE TEK BAKIRELIK NEZERDE TUTULUR ANCAQ BELE DEYL AXI NAMUS DUZGUN EXLAQ VICDAN VE TEMIZLIKDIR//BEYEM INSAN DEYISEN SEYDIR EVVEL YOLDASI YANINDA OLANDA HAMI HORMET EDEN YAXSI BIR INSAN BEYEM BOSANAN KIMI ABRATNI FHISELESR O YENEDE ODUR DA EY CANIM ELE GELINLER TANIYIYRAM HALAL ERI USALARI BUTUNGUNU CAT/ODNAKLASNIK ERINDEN GIZLI GORUSLER AMMA CAMMATIN GOZUNDE EXLAQLIDIR AXI FLANKESIN ARVADIDIR O PIS OLA BILMEZ VALLAH OLARIN FAHISELERDEN HEC FERQIDE YOXDUR SADECE ALTDAN ISLEYRLER//QALDKI BOSANAN QADINI MENCE DAHA O QEDER QINANMIR MENIM TANIDGM NECE NEFER VAR 1 QIZ EVLENDI RASIYAYA APARDI OGLAN SORA ORDA HERGUN DOYULUB ISGENCE RUS ARVADI QIZI YANDRMAQ ISTEYB QIZ BITEHER QACB AEREPORTA YOL PULU TAPIB GELB MUELLIME ISLEDI INDI 40 YASNDA 1 KISI ALIB BAKIDA YASAYR USAGINA DA ANASI BAXR XOSBEXTDI ONA KENDMZDE HECKES PIS GOZLE BAXA BILMEZDI CUNKI EXLAQIN HAMI BILIR BEYEM BOSANIB NE OLSUN HAMI OGLANI QINADI//ALLAH HAMIYA NAMUSLU ER VE ARVAD QISMET ETSIN//AMIN//AILE QURAN COXDUR AMMA GOREN NECE AILEMIZ NAMUSLUDUR BAX O SUALDIR///
ayruska | 20 may 2013 14:17 | Status: Professional user | Şərh: 3 978
MENE CATMIRDA BOSANMIS QADINLARI NIYE BIZIM CEMIYYETIMIZ QEBUL ETMIR???
dowann | 11 may 2013 09:37 | Status: Şərhçi | Şərh: 110
Ele bakire qızlar varki intim heyatda gördüklerini heç dul qadınlarımız bele görmeyib bele pis çıxmasn vopşım yeni sevgilisi hetta sevgilileri onun het yerino düüüüüd bir tek bakireliyi qalıb.yaşıda 18dir 18yaşına qeder 18000denr kişi orqanı görüb başa düşdüzde her halda ne demek istedim.Oğlanlatdski loxdur deeee gedin alın beleletini bakire qız axtarmırsız? Hele qızlsrımızdssizi bele loxluyurda bakirelikleriyle tebiki her qıza aid deyil bu
nasqa | 29 aprel 2013 15:41 | Status: Qonaq | Şərh: 0
INDI BOSANMIS QADINLARA T............Z KIMI BAXILLAR.
Hande 18 | 6 aprel 2013 20:15 | Status: Professional user | Şərh: 3 302

Sitat: katy_777
bir zamanlar hec bele bir problem yox idi,evlenib ayrilmis xanimlar asanliqla evlene bilirdi,indi ise min cure ad qoyurlar onlara

raziyam senle

Akademik | 23 mart 2013 16:57 | Status: Professional user | Şərh: 4 580
bu meseleler bitmeyecek, eksine daha böyük problemlere çevrilece. Tşk
Əfşan | 15 mart 2013 16:23 | Status: Professional user | Şərh: 1 714
bir zamanlar hec bele bir problem yox idi,evlenib ayrilmis xanimlar asanliqla evlene bilirdi,indi ise min cure ad qoyurlar onlara
Sevinc.F | 25 fevral 2013 12:42 | Status: Gümüş user | Şərh: 951
Hemishe bele olur. Qadin boshandisa. Onun problemi neydi, ne ucun boshanib, beleke eri piskopatdi, geceleri onu doyur,oldurmeye calishir. Belke o yalnizca canini qurtarmaq ucun boshanib? Bunu fikirleshmirler. Hec vaxt . Yalniz analar yox asif kimi fikirleshen oglanlarda cox azdi..
Onlar ele qadinlara hec vaxt ciddi yanashmirlar... onlardan yalnizca istifade etmek fikrile yanashirlar..
Onlar ucun bakirelik her sheyden cox vacibdi.
Belelerinin agizlarina soz vermemek ucun. Boshananalari demirem.
Qiz ovladlarinizi qoruyun.
Balaca vaxti qacar, oynuyar , neise olar, inanin bedbext olar........
ESKA30 | 19 fevral 2013 10:11 | Status: Şərhçi | Şərh: 123
Hemise bele olub! Qadin evde eri terefinden butun isgencelere dozuende deyirler ki aglin olsun bosan. Bosananda ise butun qapilar uzune bagli olur. Hele Alah elemesin bir az ozune fikir versen Birinci ele adamin oz qonsusu deyir 100 % tapib ve yaxud kimse saxlayir onu. Ne qeder temiz olursan ol Bosanmis damgasiyla gezmek cox cetindir. eh... Azerbaycanda xosbext qadin cox azdir.
qelbin sesi | 19 fevral 2013 09:53 | Status: Qonaq | Şərh: 0
insanin gerek ya oglan,ya qadin qeyreti namusu ola ,eger ele bu qeyret namus her 2de de olsaydi indi niye bu qeder aileler dagilardi?kisi kisi kimi yerinde olmalidi ailelidise temiz heyat yoldasi ,semimi ata,eviyle mesqul olmalidi,qadinda xanim olu ailesinin qullugunda dayanmali,valideynlerde boyukduler boyuk kimi yerlerini gozlemeli,subay oglandisa eger oz evinde anasini-bacisin fikirlesmelidi 1ci novbede,,,,,,ne bilim eyyy bu prablemler oluncede bizimle birge olacaq
Gulnare4 | 18 yanvar 2013 19:04 | Status: Gümüş user | Şərh: 1 255
bu beledi fikrimce bele olaragda qalacag
sevgi haqinda | 18 yanvar 2013 18:51 | Status: Qonaq | Şərh: 0
cox efsusdar olsun ki bu beledi biz hala cahillikden qurtulmamisiq onuncun da bu beladi qadin bela cixir ancaq qizdigina gora dayar verilir bas onun insanliqi bas onun hisleri bes onun arzulari cox yaziq ki bizim dusuncalarimiz cox ama cox vasatdir
arzum | 20 dekabr 2012 19:26 | Status: Şərhçi | Şərh: 172
allah hec qadini bu yolla sinağa cəkməsin . insan güvənsiz olar . erimi mən özümə dəbilqə qalxan bilirəm