Qadın / Qadın və problemlər

Bakıda ŞOK HADİSƏ: Kişi bir evdə bir-birindən xəbərsiz iki arvad saxlayır VƏ ...

Banu. | 27-05-2019, 09:30
232 0

 
 Bakıda Hollivud filmlərinə bənzər hadisə baş verib. 

 Bakı şəhər sakini qeyri-rəsmi olaraq birlikdə yaşadığı Əfsanə adlı xanımı evə gətiriərək onu qonşulara və qohumlarına qulluqçu kimi qələmə verib. Hətta oğlanın anası və bacısı da qohumlara qız evin gəlini deyil, evlərinin qulluqçusu olduğunu bildiriblər. Bir müddətdən sonra qadın hamilə qalıb və bir qız övladı dünyaya gətirib. Sonradan oğlan başqa bir qadınla evlənərək rəsmi nikaha daxil olub. Bu qadın da bir müddət sonra dünyaya bir qız övladı gətirib. Yoldaşı, qaynanası və baldızı tərəfindən yeni gələn gəlinə də Əfsanənin evin qulluqçusu olduğu deyilir. Bu qadınla bütün ailə üzvləri çox pis təftar edib, onu döyüb və qulluqçu kimi işlədiblər.

Təxminən 2-3 ay əvvəl evin nikahlı xanımı ondan gizlədilən həqiqətləri öyrənib və övladını da götürüb ata evinə qayıdıb. Bundan hiddətlənən oğlan nikahsız yaşadığı qadını övladı ilə birlikdə özünün Bakı ətrafında yerləşən bağ evinə apararaq orda bir müddət qadının iradəsinin əksinə olaraq məcburi saxlayaraq, döyüb və işgəncə verib. O, qadına rəsmi nikahda olduğu xanımını qaytarmaq üçün yalan danışmağı və həqiqətən evin qulluqçusu olduğunu söyləməsini tələb edib. Günahlandırılan şəxs qadına işgəncə verməklə kifayətlənməyərək öz doğma övladına da əziyyət edib. Belə ki, atası onu döyərək saçlarını kəsib.

Uzun müddət işgəncələrə məruz qalan qadın çətinliklə də olsa övladı ilə birlikdə ordan qaçıb qonşulara sığınmağı bacarıb. Qonşular qadının vəziyyətini görərək təcili tibbi yardıma və polisə müraciət ediblər. Yalnız bundan sonra qadın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sığınacağına yerləşdirilib. 
Bu xəbərləri də oxuyun:

Əhaliyə ŞAD xəbər: 3 gün hər şey pulsuz olacaq!

Beyləqanda 10 manatlıq fahişə arzusu ölümlə nəticələndi— ŞOK OLAY

Çiçəklənməsinin ən pik vaxtıdır: Yasəmən çiçəyini bankaya yığın , evdə olan bitki yağı əlavə edin-1001 dərdin dərmanı

23 yaşlı boşanmış xanımın sinif yoldaşı tərəfindən aldadılaraq yaşadığı dəhşətlər - mütləq oxuyun!

İntim əlaqə olmayanda, orqanizm və bədəndə nələr baş verir – Kişi və qadınlar üçün


mənbə: bakuws