Qadın / Qadın və problemlər

Azərbaycan vətəndaşı ölümlə çarpışır

Banu. | 24-09-2016, 11:50
1 306 4

 

Lənkəran şəhər sakini Nahidə Həmzəyeva bir uşaq anasıdır.

Dediyinə görə, hələ uşağı doğulmamış həyat yoldaşı dünyasını dəyişib. Valideynləri ilə yaşayan 26 yaşlı gənc ana ailənin tək övladıdır. Nahidə Həmzəyeva deyir ki, ona qaraciyər serrozu diaqnozu qoyulub. O, dərdinin çarəsinə əlac tapmaq üçün Bakıya gəlib, Səhiyyə Nazirliyinə üz tutub. Amma... "Nazirlə görüşməyə imkan vermədilər. Polis əməkdaşları mənə zor tədbiq etdilər. Hətta məni yerlə sürüdülər. Həmin vaxt paltarım da cirilib" - deyir qadın.

Nahidə Həmzəyeva bildirir ki, Azərbaycan səhiyyəsi onun xəstəliyinin qarşısında acizdir. Dərdinin əlacı isə xaricdədir. Ancaq dövlət qurumlarına nə qədər müraciət etsə də, hamısından eyni cavabı alıb: "Mənə gələn məktublarda, cavablarda hamısı göndərir Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına. Ordan da "biz heç nə edə bilmirik" - deyib göndərirlər Respublika Klinik Xəstəxanasına. Elə bil ortada bir topam. O, belə atır, bu belə".

Gənc ana öz həyatı ilə yanaşı körpəsinə görə də narahatdır:

"Övladımın 6 yaşı var. Hal- hazırda Lənkəranda atamın yanındadı. Qonşuların ümidinə qoyub gəlmişəm. Anam da elə ona görə məni tək qoyub getdi ki, uşağa baxsın. Məktəbə getməlidir, nə vaxta qədər qonşular baxmalıdır mənim övladıma? İmdad istəyirəm. Mən gələcəyin əsgərini böyüdürəm. Mənə bir şey olsa, uşağım ortalıqda qalacaq".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirirlər ki, Nahidə Həmzəyeva ilə görüşüb, ona dövlət xəstəxanalarında müalicə almağı təklif ediblər. Amma Nahidə Həmzəyeva razılaşmayıb. O deyib ki, dövlət xəstəxanaları onun xəstəliyi ilə bağlı diaqnozu dəqiq qoya bilmir. Nahidə Həmzəyeva ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət edib. Gənc ana ümidini indi ona bağlayıb.

 




BULUTUM | 24 sentyabr 2016 20:10 | Status: Professional user | Şərh: 7 391
Can ay baciiiiiii......insan tek olanda hec ozunu fikirlewmir..evladi ucun yawamaq isteyir...Allah ozu rehim etsin.
Ətrabə | 24 sentyabr 2016 18:14 | Status: Şərhçi | Şərh: 29
yaziiq. allah komeyin olsun.
B.Fereh | 24 sentyabr 2016 17:33 | Status: Nəzarətçi | Şərh: 6 977
UMIDINI ALLAHA BAGLA,O SENE YERDEKI INSANLARIN VASITESIYLE MUTLEQ YARDIM EDECEK.ALLAH KOMEYIN OLSUN.
Nilay | 24 sentyabr 2016 11:56 | Status: Qonaq | Şərh: 0
Can ay baci can
Komek edinde Allah rizasi ucun komek edin disappointed_relieved
Balasi var axi , cavandi axi