Qadın / Qadın və problemlər

15 yaşlı qızın intihar səbəbi - “Anası deyib ki

Banu. | 14-07-2016, 12:07
6 235 4

 

Daşkəsən rayonunda 15 yaşlı qızın intihar səbəbi bəlli olub.

Lalə Bağırovanın intihar səbəbi kimi ailəsinin ondan ev işləri görməsini tələb etməsi göstərilir. Bu barədə saytımıza açıqlamasında rayonun Bayan kənd bələdiyyəsinin sədri Natiq Süleymanov məlumat verib.

"Lalə Bağırova gözəl, əxlaqlı bir ailənin övladıdır. Bağırovlar kənd təsərrüfatı, maldarlıqla məşğul olan, zəhmətkeş bir ailədir. Lalə özü ərköyün bir uşaq idi. 9-cu sinifdən məktəbdən ayrılmışdı. Evin böyük uşağıdır. Yalnız ev işləri ilə məşğul olurmuş - toyuq, cücə, qoyun və s. Özünü asmamışdan əvvəl evdə anası deyib ki, filan işi gör. Biz də təxmin edirik ki, Lalə anası ona hirsləndiyi, iş tapşırdığı üçün özünü asıb. 15 yaşlı uşaqlar bir az dəlisov olurlar. Yəni ki, özünü heç nədən asıb”, - deyə bələdiyyə sədri bildirib.

Xatırladaq ki, Daşkəsən rayonunda intihar hadisəsi baş verib. Rayonun Bayan kənd sakini 2001-ci il təvəllüdlü Lalə Bağırova yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

///AzNews.az

Ag Gul | 15 iyul 2016 15:15 | Status: Professional user | Şərh: 4 333
Belə bir şeydən insan özünü asmaz düzünü bilmirik ona görə də heç kəsi günahlandıra bilmərik
Dəniz qızı | 15 iyul 2016 08:49 | Status: Brilliant user | Şərh: 8 019
Nolar bəs ana əziyyət çəkib 9 ay gəzdirib səni..Kömək etmək olmaz ev işlərində?
B.Fereh | 14 iyul 2016 19:59 | Status: Nəzarətçi | Şərh: 6 978
Burda iki sebeb ola biler,ya qizi cox iwledibler caninnan bezdiribler.
Ya da sebeb tam bawqadir,gizledirler.
Bele hadiselerin yegane gunahkarlari valideynler olur cox vaxt.
SEVDA | 14 iyul 2016 17:21 | Status: Nəzarətçi | Şərh: 17 443
Vay vay....ezab eziyyetle böyűd bu yawa catdir bu da valideyne cox sağolları....