Qadın / Qadın və problemlər

Ölkəni qarışdıran 3 talaq: Evdar müsəlman qadının cəsarəti kişiləri qəzəbləndirib

Banu. | 16-05-2016, 16:57
3 359 7

 

 

Filmlərindən tanıyıb sevdiyimiz Hindistanda yeni qəhrəman peyda olub.

38 yaşlı Şayara Bano adlı bu qadından bütün ölkə danışır. Evdar qadın olan Şayara qısa müddətdə bütün ölkənin diqqət mərkəzinə çevrilib, indi az qala hər evdə onun barəsində pıçıltı ilə olsa da danışırlar. Kaşipur şəhərindən olan bu qadın ölkədəki mühafizəkar dini kəsimin də gözündən kənarda qalmayıb. Hətta onların qəzəbinə tuş gəlib. Səbəb isə odur ki, bu qadın ölkəsində şəriət qaydalarının ləğvini tələb edir. 165 milyon müsəlman, üstəlik böyük əksəriyyətinin şəriət qaydalarına uyğun yaşayan müsəlmanların olduğu bir ölkədə evdar qadının bu cəsarəti onu bir anda "ulduza” çevirib.

3 talaq və... ölkə qarışdı

2002-ci ildə Şayara ailə qurub. Onu Allahabad şəhərindən varlı tacirə ərə veriblər. Rizvan adlı bu tacir ona çox qəddar davranıb, az qala hər gün döyüb, hormonal qoruyuculardan istifadəyə, aborta məcbur edib. 6-cı abortdan sonra Şayara artıq davam gətirə bilməyib və atasının evinə qayıdıb. Əri isə 3 dəfə "talaq” deməklə onu boşadığını bildirib. Boşadığını isə arvadına teleqramla xəbər verib, üstəlik də 13 yaşlı oğlu və 11 yaşlı qızını bir daha ona göstərməyəcəyini yazıb.

2 qayda və minlərlə qadın həyatı

Başqa qadınlar kimi Şayara bu durumla dərhal razılaşmayıb, ancaq başqalarından fərqli olaraq Ali Məhkəməyə müraciət edib. Elə bu addımı ilə də bir anda ölkənin gündəminə çevrilib. Bu qadın şəriətin əksinə olaraq ərinin 3 dəfə "talaq” deməklə onu boşaya bilməyəcəyini iddia edirdi. Əgər məhkəmə onun tələbini qəbul etsəydi, ölkədə uzun əsrlərdir ki, hakim olan şəriət qaydaları təhlükəyə düşərdi. Bu isə bütün Hindistanın müsəlman əhalisi üçün bir sıqnal olacaqdı. Digər tərəfdən isə insan hüquq və azadlıqları dayanırdı, qadın ərinin 3 dəfə "talaq” deməsi ilə boşanmış hesab olunurdumu? Əgər əri onu 2 dəfə boşadıqdan sonra onunla yenidən evlənmək istəsəydi belə bu, mümkün olmayacaqdı. Qadın mütləq başqa kişiyə ərə getməli və ondan boşandıqdan sonra əvvəlki əri ilə birləşə bilərdi. Bu iki şəriət qaydası Hindistandan daha da mühafizəkar olan qonşu Pakistanda çoxdan ləğv edildiyi halda bu ölkədə niyə hələ qüvvəddir? 38 yaşlı evdar qadın bu suallara məhkəmədə cavab axtarırdı, ancaq hakimlərin ona veriləcək cavabı yox idi.

Arvadını boşayan kişinin müdafiəçiləri

Dərhal ölkədəki hüquq müdafiə təşkilatları, qadın birlikləri Şayaranın müdafiəsinə qalxdılar. Jurnalistlər ondan yazırdı, ictimai fəallar onun fotolarını yayırdılar. Ölkənin müsəlman əhalisinin hələ də orta əsrlərdəki qaydalarla yaşamasının son hədd olduğunu bildirirdilər, dəyişiklik tələb edirdilər. Qarşı tərəf də sakit dayanmırdı. 3 dəfə "talaq” deməklə arvadını boşayan Rizvanı da müdafiə edənlər olurdu. 1973-cü ildə yaradılan Ümumhindistan Müsəlmanları Birliyi Rizvanın müdafiəsinə qalxdı. Bu təşkilat zamanında icbari təhsilə qarşı çıxması və erkən nikaha haqq qazandırması ilə cəmiyyətdə böyük səs-küyə səbəb olan bəyanatlarla gündəmə gəlmişdi. Bu dəfə qurum gündəmə Rizvanı müfadiə etməklə gəldi.

"Krişnaya 16 min arvad olar, bizə 4 arvad yox?”

Molların fikrincə, şəriət qaydaları ləğv etmək mümkün deyil və bu, bir çox problemlər yarada bilər. Onların bu fikrini bir çox sadə müsəlmanlar da dəstəkləyib. Onların fikrincə, məhkəmələr feminizmə meyllənir, qadınları müdafiə edən qərarlar çıxarır, boşanmadan sonra uşaqlar analarına verilir. Hindistan müsəlmanlarının əksəriyyətinin fikrinə görə, feminsitlər poloqamiyanın ləğvini istəyir. "Krişnanın 16 min arvadı var idi, ancaq hindli qadınlar bizi hətta şəriətin bizə verdiyi 4 qadından da məhrum etmək istəyirlər” deyə mövzu ətrafında aparılan diskussiyalarda kişilərin ümimi rəyi belədir.

Boşanmaya qadağa... götürüldü

Hindistanda hər icmanın riayət etdiyi dini qaydalar və ənənələr var. Xristianlar "Bibliya"ya inanır, induslar qədim qaydalara, müsəlmanlar isə şəriətə. Hindistanı müstəmləkəyə çevriən İngiltərə insanların yaşam tərzinə çox da müdaxilə etmədi. Yalnız onları çox qorxudan adətləri ləğv etdi. Bura əri ölən qadınların da diri-diri yandırılması kimi adətlər daxil idi. Ancaq sonradan tədricən daha mütərəqqi qaydaların icrası üçün yol açıldı. 1856 –cı ildə dullara ikinci nikah icazəsi verildi. Ardınca qadınlara nikahda əmlak bölgüsü, ərin vəfatından sonra əmlakın idarə olunması, təhsil hüququ verildi. Bu qaydaların tətbiqi əsasən ölkənin sayca daha çox olan əhalisindən başladı. Müsəlmanlara isə əsasən toxunulmurdu. Onların arasında norduya əsgər seçirdilər və müsəlmanları bundan daha artıq yeniliklərlə qəzəbləndirmək istəmirdilər.

Hindistan müstəqillik əldə etdikdən sonra bütün dinlərə ibadət edənlərin hüquqları tanındı. Nikah və vərəsəlik qaydalarında ciddi dəyişiklik edildi və bu, hamiya şamil olundu. Konstitusiyanın 15-ci maddəsi cinsi ayrıseçkiliyi rədd edirdi. Cəvahirləl Nehrunun hökuməti ağır mübarizədən sonra daha bir uğur qazandı. 1950-ci illərdə aşağı kastların nümayəndələrinə də dövlət qulluğuna qəbul üçün imkan tanındı. Ancaq indus qanunvericiliyinə ən böyük zərbə 1955-ci ildə vuruldu. Yeni Ailə Məcəlləsi hazırlandı. Kişilərin evdəki dominantlığına son qoyacaq bu sənəd böyük qalmaqal yaratdı. Çoxarvadlılıq aradan qaldırıldı, dullaların təkrar evlənməsi qanuniləşdirildi, boşanmalara olan qadağa aradan götürüldü, uşaq nikahları qadağan olundu. Mühafizəkarlar ciddi dirəniş göstərirdi. Ultrasağçı qüvvələr hökməti ölkədə ingilis üsul-idarəsi yaratmaqda ittiham etməyə başladı. Bizim eranın 2-ci minilliyində Manu tərəfindən yazılan qaydaların pozulduğu iddia olundu. Buddistlər də narazı idilər. Bəhayilər heç kəsin yadına düşmürdü, onlar sanki özləri də özlərini unutmuşdular. Xristianlar yeniliyi nisbətən sakit qarşıladılar. Onlar sanki yeniliyə daha açıq idilər və susmağa üstünlük verirdilər. Müsəlmanlarla bağlı da vəziyyət xoşagələn deyildi...


Raciv Qandini qorxudan 18 dollar

1978-ci ildə Pradeş vilayətində müsəlman vəkil 62 yaşlı arvadını evdən qovdu. Şahbanu adlı bu qadın ömrünün 43 ilini ər evində keçirmişdi və 5 uşaq anası idi. Əri ona 3 ay cəmi 18 dollar verməyə razılaşırdı. Ayda bir neçə yüz dollar qazanan vəkilin ömrünün az qala yarım əsrini onunla keçiriən və ona sözün əsl mənasında xidmət edən qadına vermək istədiyi bu vəsaiti "sədəqə” adlandıranlar oldu. Şəriətə əsasən 3 aydan sonra bu vəsait də kəsildi. Vəkil islam qaydalarına uyğun olaraq 3 ay sonra qadına heç nə ödəməməli olduğunu iddia edirdi. Şahbanu heç nəsiz qaldı və məhkəməyə müraciət etdi. Bu hadisə ölkədə müsəlman icmasının az qala ikiyə bölünməsində önəmli rol oynadı. Bir tərəf qadını, digər tərəfə isə şəriəti dəstəklədiyini bildirirdi. Məhkəmə 7 il davam etdi. Müsəlmanları qəzəbləndirməmək üçün qərar maksimum korrektə edildi. Bildirildi ki, şəriət qaydalarına əsasən bu doğrudur, ancaq burda həm də qadının durumu nəzərə alınaraq insanlıq qaydalarına əməl etmək lazımdır. Bu manevr uğurla nəticələnə bilərdi, amma buna da mane olanlar oldu. Ali Məhkəmənin hakimi Vişni Çandraçud müsəlmanları sevmirdi və buna görə də qərarda "korrektələr” daha çox oldu. Müsəlmanlar qəzəbləndi və küçələrə axışdı. Yüz minlərlə müsəlman aksiyalara başladı və müqəddəs şəriətə toxunmamağı tələb etdi. Müsəlman deputatlar hökumətdən məhkəmə qərarının dəyişdirilməsi üçün təzyiq göstərmyi tələb edirdilər. Rəhbərliyə yeni gələn Raciv Qandi nə edəcəyəni bilmirdi. Küçələrdəki izdiham onu qorxudurdu. O, müsəlman ictimaiyyətinə güzəştə getdi, məhkəmə qərarı ləğv olundu. Beləliklə şəriət qaydaları toxunlmazlığını bir daha sübuta yetirmiş oldu.

O zamandan onilliklər keçib. Hər icmanın öz Mülki Məcəlləsinin olması az qala anarxiyaya çevrilib. Ölkədə 3 milyona yaxin ateist yaşayır. Onlar barədə isə düşünən yoxdur və onlar sadəcə öz həyatlarını yaşamağa çalışırlar.

Son illər ölkədə şəriət qanunverciliyinə dəyişikliklər məsələsi tez-tez gündəmə gəlir. "Bxaratiya Canata” Partiyasının millətçiləri hakimiyyətə gəldikdən sonra müsəlmanlar üçün çətin mərhələ başlayıb. Hakimiyyət belə hesab edir ki, ölkə üçün vahid Mülki Məcəllə olmalıdır. Bu təklif milli birliyin saxlanmasıın yeganə yolu hesab edilir. Ədliyyə naziri Sadananda Qovdanın sözlərinə görə, bütün icmalar bu təklifin dəyərini anlamalıdır. Müsəlmanlar isə bu təklifin onların dini dəyərlərinə qarşı olduğunu düşünür.

Cebhe.info


dılay | 20 may 2016 21:38 | Status: Brilliant user | Şərh: 8 185
Cox iylenmis milletdiler..
SEVDA | 19 may 2016 11:39 | Status: Nəzarətçi | Şərh: 17 443
Cox axmaq milletdiler bunlar...
Dəniz qızı | 19 may 2016 08:36 | Status: Brilliant user | Şərh: 8 019
Hövsələm çatmadı axıradək oxuyum.
Real Madrid CF | 17 may 2016 11:25 | Status: Qonaq | Şərh: 0
Sitat: B.Fereh
Hindistanlilara werh yazmayacam,onlar onsuzda duz emelli millet deyiller....
Ozumuzden daniwaq...Islam dini qadinin huququnu en cox qoruyan bir dindir.Bizde toyda geline alinan qir qizillari,bowanma olan kimi,oglan evi geri isteyir halbuki bu olmaz,dinimize ziddi.Cunki o qizillar geline sigorta kimi verilir,pis gunde hec kime mohtac olmasin deye.Dul qalsa,uwaqlarina maddi cehetden baxa bilsin deye.
Muselman olmaq,hele dindar olmaq demek deyil.Bizde de o qeder bele hallar baw verirki.Namaz qilib,oruc tuturlar ancaq ele firildaq iwlernen mewgul olurlarki adam baxir meetdel qalir ki,bes bunun her namazda dediyi sozler nedi bele?Bu yaxinlarda Hecce gedenlere xeberdarliq olundu ki,getdikleri olkeye Icki,narkotik aparmaq qadagandir.Demeli bele hal baw verirki xeberdarliga ehtiyac duyulur.



Tamamile duz dedin Hindistanlilara ne deyesen ee bir olkekdeki ineye sitayiw edirler iyreniremde o milletden confounded
B.Fereh | 16 may 2016 23:34 | Status: Nəzarətçi | Şərh: 6 978
Hindistanlilara werh yazmayacam,onlar onsuzda duz emelli millet deyiller....
Ozumuzden daniwaq...Islam dini qadinin huququnu en cox qoruyan bir dindir.Bizde toyda geline alinan qir qizillari,bowanma olan kimi,oglan evi geri isteyir halbuki bu olmaz,dinimize ziddi.Cunki o qizillar geline sigorta kimi verilir,pis gunde hec kime mohtac olmasin deye.Dul qalsa,uwaqlarina maddi cehetden baxa bilsin deye.
Muselman olmaq,hele dindar olmaq demek deyil.Bizde de o qeder bele hallar baw verirki.Namaz qilib,oruc tuturlar ancaq ele firildaq iwlernen mewgul olurlarki adam baxir meetdel qalir ki,bes bunun her namazda dediyi sozler nedi bele?Bu yaxinlarda Hecce gedenlere xeberdarliq olundu ki,getdikleri olkeye Icki,narkotik aparmaq qadagandir.Demeli bele hal baw verirki xeberdarliga ehtiyac duyulur.
GULYA-N | 16 may 2016 21:30 | Status: VİP user | Şərh: 759
Bu himdliler qeder avam cahil millet az olar.Orda yaşayan qadınlara uşaqlara yazzığım gelir lap.İnsan qeder vehşi varlıq yoxdur
Janna_1994 | 16 may 2016 18:17 | Status: Şərhçi | Şərh: 499
oxumadim hovselem olmadi