Qadın / Qadın və problemlər

«Deyir, «ana, məni uşaq evinə qoyma»»

Banu. | 30-03-2016, 19:33
1 789 10

 

«Uşaq yalvarır ki, «ana, məni uşaq evinə vermə, sənin yanında qalım». Deyirəm, «ay bala, imkan yoxdur, sənə çörək tapıb yedizdirə bilmirəm...»».

110 MANAT PENSİYA

Sənubər Zəkiyeva ağlayır... Atasız böyütməkdə olduğu yeganə balasını –3 yaşlı Mədinəni uşaq evinə vermək istəmir... Ancaq, deyəsən, başqa çarəsi də yoxdur. Deyir, günlərlə dörd divar arasında ac qalan balacanın üzünə baxa bilmir. Hökumətin verdiyi 110 manat pensiya isə ağır ürək xəstəsi olan ananın dərmanlarına belə yetmir...

Sənubər Zəkiyeva bir neçə il əvvəl rayondan Bakıya işləməyə gəlib. Burada da ailə qurub. 5 il sonra övladı doğulub. Sevinməyə imkan tapmamış həyat yoldaşı Vahab Abbasovu faciəli şəkildə itirib:

«Yoldaşım ruhi xəstə idi. Anasına, bacısına dedim, dedilər, «apar qoy xəstəxanaya». Dava-dərmanını almağa pulum, imkanım yox idi. Tez-tez özünü bilmirdi. 2012-ci ildə elə evdə özü özünə bıçaqla xəsarət yetirdi. Sabunçudakı 3 saylı xəstəxanaya götürdülər. Yanına gedəndə həkimlər dedi, «yoldaşın keçinib»».

«GÖRDÜM ÇATDIRMIRAM»

Əvvəl bacısı Əzizə Zəkiyeva anayla balanı, necə deyərlər, qoltuğuna alıb, bir müddət saxlayıb. Ancaq işsizlik, başdan aşan qayğılar ona da sonadək yardımçı olmağa imkan verməyib. Bir müddət əvvəl azyaşlını uşaq evinə verməkdən başqa çıxış yolu qalmayıb.

Bacı danışır: «Ana qayğısı göstərə bilmir, xəstədir. Bir az mən baxdım. Sonra gördüm çatdırmıram. Məcbur qalıb Gəncədəki uşaq evinə verdim. 1 il qaldı, ana dözmədi, stress yaşadı, infarkt keçirdi, gedib uşağı götürdük. Verdik, bir az qardaşım baxdı, sonra onun da imkanı olmadı. Uşağa zülmlə pensiya düzəltdik, onun da bir ayını bizdən rüşvət kimi aldılar. Nə ananın göz yaşlarına acıdılar, nə ac uşağın halına».

KİRAYƏDƏ QALIR

Əzizə xanım deyir, indi bacısı xəstədir, qalmağa yeri yoxdur. Kirayələrdə qalır, hansı evə gedirsə, kirayə pulunu ödəyə bilmədiyi üçün ev sahibi tərəfindən qovulur:

«Məcburuq ki, bu uşağı təzədən aparaq uşaq evinə qoyaq. Uşaq ağlayır ki, «ana, məni ora qaytarmayın». Bəs biz bu uşağı necə böyüdək, harada böyüdək? Bu uşaq günlərlə ac qalır, heç kəsin xəbəri olmur. Ananın göz yaşı tökməkdən başqa heç nəyə gücü çatmır. Artıq mağazalar da ona nisyə ərzaq vermir».

Sənubər Zəkiyevanı sıxıntıya salan iki səbəb var: birincisi, vəfat etmiş həyat yoldaşının ailə üzvləri ilə münasibətləridir. Deyir, əri öləndən sonra ailə üzvləri nə onu, nə də balacanı özlərinə yaxın buraxmır. İkinci səbəb isə işsizlikdir: «İş yoxdur, hara gediriksə deyirlər, «bizə cavan adamlar lazımdır». Bizim yaşda insanlara iş yoxdur».

SOSİAL YARDIM KƏSİLƏ BİLƏR

Ağdaş rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən «Qaynar xətt»ə bildiriblər ki, Sənubər Zəkiyeva lazımi sənədləri təqdim etsə, ona ünvanlı sosial yardım kəsilə bilər.

Bəs belə durumda hüquq Sənubər Zəkiyevaya necə kömək edə bilər? Hüquqşünas Vaqif Alıyev deyir, indiki qanunvericiliklə heç cür:

«Vəfat etmiş həyat yoldaşının adına əmlak olmayıbsa, qadının vəziyyəti çətindir. Qadın vaxtilə həyat yoldaşının ailəsinin yaşadığı mənzilə yaşayış qeydiyyatına düşməyibsə, vəziyyət ikiqat çətinləşir. Məhkəmə də ona kömək edə bilməz ki, həmin ünvanda yaşayış hüququ qazana bilsin. Qadın yalnız öz ata evindən əmlak payı istəyə bilər. Ata, ana vəfat edibsə, vərəsə kimi əmlak payı, onlar sağdırsa, yaşamaq hüququ düşür».


Dəniz qızı | 2 aprel 2016 15:42 | Status: Brilliant user | Şərh: 8 019
Allah köməyi olsun..
SEVDA | 31 mart 2016 22:30 | Status: Nəzarətçi | Şərh: 17 443
Allah kőmeyi olsun...
F.A | 31 mart 2016 17:55 | Status: Qonaq | Şərh: 0
Sitat: Gülçin
cəzasını

Sızınle razıyam,ama uwaga cox yazıgım geldı ımkanı olan wexsler komek etseler yaxsı olar...Ama mence bır ana bu kelmenı hec zaman dıle getırmemelıdır atasız boyelen o qeder uwag varkı. . Allah gostermesın(((
Gülçin | 31 mart 2016 14:03 | Status: Brilliant user | Şərh: 6 781
"Kor olsun, keçəl olsun, təki ər olsun" düşüncəsiylə ərə getməyin axırı belə olmalıdır. Ruhi xəstəyə ərə gedəndə, ondan dünyaya uşaq gətirəndə bunu fikirləşmək lazım idi...
Sənin düşüncəsiz hərəkətinin cəzasını indi o günahsız körpə çəkir..
dılay | 30 mart 2016 21:48 | Status: Brilliant user | Şərh: 8 185
Qiraqdan gelen 3- 5 manatla qarin doymaz .Sadece qadina normal iw lazimdirki,iwlesin kirayesinde versin ,uwaginada baxsin.
Mehriban Haciyeva | 30 mart 2016 21:20 | Status: Qonaq | Şərh: 0
Ay qizlar, bir xeber tutaq, bir maraqlanaq gorek hardadir harda yashayir bu qadin. belke imkan catan qeder yardim ede bilerik. bir xeber olsa yazin cox xahish edirem. Bulutum, sizin semimiyyetinize qetiyyen shubhem yoxdur. amma anasi ushagi vermez axi . balasi da anasini isteyir. sadece yardim etmek ucun onlari tapmaliyiq. Eger anlasaq ki, bu dunyada qazancimiz ancaq yaxshiliq etmeyimizdir!!! baxin aparmadi Ilhame var dovletini! hele gor kimlere qalacaq! ne bir yetime, ne bir ehtiyaci olana! qoy 1 manatimizdan da, 1 milyonumuzdan da ehtiyaci olan xeyir gorsun!
BULUTUM | 30 mart 2016 20:05 | Status: Professional user | Şərh: 7 392
VALLAH GETIRIN VERIN MENE MEN SAXLAYIM BU USAQI...HARA DEYIRSIZ GELERENDE...
Hali | 30 mart 2016 19:56 | Status: VİP user | Şərh: 484
Allah komeyi olsun .
B.Fereh | 30 mart 2016 19:48 | Status: Nəzarətçi | Şərh: 6 978
Sizin haminizin azariniz,derdiniz duwsun sizden ruwvet alan memurun ureyine...insan ne qeder qansiz,qanicen,mundar olar Ilahi.Vallah bize ermeniynen savawmaq lazim deyile,birinci olkedeki bu vampirleri siraya duzub gullelemek lazimdi.
Ureyim xarab oldu lap:((Allahin komekliyi ile,bu aileye yardim eden tapilsin inwallah.
Mehriban Haciyeva | 30 mart 2016 19:43 | Status: Qonaq | Şərh: 0
Salam, cox xahish edirem tecili mene bu qadinin koordinatlarini verin. ALLAH xatirine yardim edenlerle bir sirada olaq! gelin yardim etmekde birbirimizle yarishaq! kim daha tez , kim daha cox, kim daha urekle!