Qadın / Qadın və problemlər

Ərinin banka borcu olduğunu bilən gəlin özünü asdı

Banu. | 8-03-2016, 16:59
3 186 9

 

Salyanda 25 yaşlı gəlin özünü öldürüb. Rayonunun Qaraçala kənd sakini 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asaraq intihar edib. ANS PRESS-in məlumatın görə, 25 yaşlı Ruhəngiz özünü həyətlərindəki yarımtikilidə asıb.
Kənd sakinlərinin verdiyi məlumata görə, Ruhəngiz Babayeva yeni ailə qurub. Onun bir azyaşlı övladı olub. Ailə qurduğu şəxs isə həm ana, həm də ata tərəfdən ona qohum olub.

"Yoldaşının anasını elektrik cərəyanı vurub, rəhmətə gedib. Atası isə ağır xəstəlikdən dünyasını dəyişib. İndi də bu gəlin həmin evdə özünü asdı. Hamı deyir ki, bəlkə, o evdə pis aura var. Çünki Ruhəngizin özünü hansı səbəbdən öldürmək istəməsi məlum deyil. Heç kiminlə mübahisəsi olmayıb. Ailədə də yoldaşı ilə münasibətləri yaxşı olub", - deyə ailəyə yaxın olan qohumlardan biri bildirib.

"O evdə oğlanın anası, atası da ölüb. Hamı deyir ki, evdə pis aura var"
Aldığımız məlumata görə, intihar edən gəlinin qardaşı bir gün əvvəl tort üçün lazım olan ərzaqları alaraq bacısından onun nişanalısı üçün bayram tortu hazırlamasını xahiş edib. Ruhəngiz bayrama görə, evlərində təmizlik işi apardığını deyib və qardaşından aldıqlarını atası evinə aparmasını xahiş edib. O, təmizlik işləri bitdikdən sonra ora gələrək tortu hazır edəcəyini deyib.
"Axşamüstü uşağını saxlaması üçün qaynına verib. Özü isə ir az işi olduğunu, tez qayıdacağını deyib. Amma sonra ondan xəbər olmayıb. Gəlinin asılmış meyitini isə yoldaşının babası aşkar edib".
Heç bir problemin yaşanmadığı ailədə baş verən hadisə hamını şoka salıb. Məlumata görə, bir neçə gün öncə Ruhəngiz ərinin bankdan kredit götürdüyünü öyrənib. İndi ailə üzvləri də onun məhz bu səbəbdən intihar edə biləcəyini düşünür.

Faktla bağlı hazırda Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Azyaşlı uşağı olan ana özünü öldürdü
Sonuncu dəfə intihar hadisəsi ötən gün də Tovuz rayonunda baş verib. 1987-ci il təvəllüdlü Kəmalə İmran qızı Hacıyeva odlu silahdan özünə qarın nahiyəsindən atəş açıb. Ağır bədən xəsarətləri alan qadın rayonun mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

29 yaşlı qadının özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil. Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Dünyasını dəyişən qadın ailəli olub və azyaşlı övladı qalıb. (ans press)


Nilay | 2 sentyabr 2016 15:08 | Status: Qonaq | Şərh: 0
Yaziq gelin ,Allah rehmet elesin
nurane nurane | 9 mart 2016 10:05 | Status: VİP user | Şərh: 1 016
IRADESI ZEIF INSANLAR HER SEYDEN TEZ ETKILENIR.SONUDA BELE OLUR MALESEF.ALLAH UZAQ ELESIN.AMIN.
GULYA-N | 9 mart 2016 01:43 | Status: VİP user | Şərh: 759
Bu zamanda çox adamın borcu var onda hamı özünü öldürsün bu çıxış yolu deyil sadece acizlikdir zeyiflikdir ne bilim psixoloji problemdir
SEVDA | 8 mart 2016 23:55 | Status: Nəzarətçi | Şərh: 17 443
Allah gűnahlarını bağışlasın...
Yazıq kőrpə...
B.Fereh | 8 mart 2016 20:08 | Status: Nəzarətçi | Şərh: 6 978
Uuuffffff.............
ESMERRi | 8 mart 2016 19:33 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: BULUTUM
DEYIR NEDIR SENI HEYATDA XOSBEXT BEXTEVER EDEN SEY..BORCUN YOXDUSA,SEN EN VARLI,EN HORMETLI, EN XOSBEXT INSANSAN.ALLAH HEC KIMI BORCLU ELEMESIN.BU CIXIS YOLU DEYILDII AMMA.ALLAH GUNAHA YAZMASINN..
BULUTUM | 8 mart 2016 17:56 | Status: Professional user | Şərh: 7 392
DEYIR NEDIR SENI HEYATDA XOSBEXT BEXTEVER EDEN SEY..BORCUN YOXDUSA,SEN EN VARLI,EN HORMETLI, EN XOSBEXT INSANSAN.ALLAH HEC KIMI BORCLU ELEMESIN.BU CIXIS YOLU DEYILDII AMMA.ALLAH GUNAHA YAZMASINN..
dılay | 8 mart 2016 17:16 | Status: Brilliant user | Şərh: 8 185
vay vay ele bil qelblerine weytan girib...Allah uzag elesin...
Inanmiram borca gore ede..
aysu1988 | 8 mart 2016 17:10 | Status: Qonaq | Şərh: 0
ALLAH REHMET ELESIN.GEREK ETMEZDI BALASINA GORE EN AZINDAN