Qadın və problemlər / Kitab aləmi

Ətəyini dizdən yuxarı qaldırıb köynəyinin düymələrini açaraq sinəsini qabağa verdi...

Banu. | 18-07-2016, 21:00
7 971 15

 

..Rüstəm bəyin qızı madmuazel Gülnaz xanım Sərvərdən boşanandan sonra özünə yeni dost axtarırdı. Gimnaziyanı bitirəndən bəri heç adi məktəb direktoru vəzifəsinə yüksələ bilməyən Sərvərə acıq vermək üçün elə bir adamı caynağına keçirmək istəyirdi ki, ekranlardan düşməsin, hamı ondan danışsın...Sürmə çəkib gözünə, boya yaxıb üzünə, yanağını qızartdı, sifətini bozartdı, ətəyini dizdən yuxarı qaldırdı, köynəyinin düymələrini açıb sinəsini qabağa verdi, dikdaban ayaqqabılarını geyib küçəyə çıxdı...Hərə öz işində idi. Gül dükanlarının qarşısında uzun növbələr yaranmışdı. Cavan bir oğlandan soruşdu ki, nə olub, xeyir ola bu gün bütün kişilər əllərində qızıl gül, ora - bura qaçışırlar? O da dedi ki, xala, bilmirsən ki, sevgililər günüdür, görmürsən ki, beş manatlıq qızıl gülü on beş manata satırlar? Bu "xala" sözü Gülnaz xanımın xoşuna gəlməsə də, hər halda, bildi ki, bu gün bayramdır. Kişilərdən gül alıb gülümsəyən cavan qızlara paxıllığı tutsa da özünü o yerə qoymadı: "Külü qoyum başınıza, gör bir gülə görə necə sevinirlər? Mənim gülüm elə adımdadı, Gül - naz!.."
Kənarda dayanıb gözləri ilə Gülnazı yeyən bir kişi onu səslədi:
- Nazlı xanım, duzlu xanım, hara gedirsən belə?
- Çərə gedirəm, çürə gedirəm...Sənə nə var, hara gedirəm?..Özümə dost axtarıram...
- Dost?.. Məndən yaxşı dost tapmazsan...Gəl, bu əlimdəki qızıl gülü də verim sənə, dost olaq...
- İşdir, səndən borc istəsəm, gündə bir az xərc istəsəm, nə qədər verərsən mənə?
- Səni apararam Dubaya, gündə 20 - 30 müştəri gətirərəm yanına, nə qazanarıqsa, yarısı sənin, yarısı mənim...
- Yeri alə, bunun dostluğuna bax...
- Naz - naz xanım, Gülnaz xanım, hara gedirsən belə?
Gülnaz xanım təəccübləndi: Bu kişi mənim adımı hardan bilir? Kişi yenidən dişlərini ağartdı:
-Tanımadın? Mənəm də, Vəli...Tellini boşayandan bəri mən də özümə dost axtarıram. Bəlkə...
- Dayan görüm ey...Bizim o qulluqçunu niyə boşamısan?
- Bilirsən, Gülnaz, mən ondan çoxdan şübhələnmişdim. Hər dəfə sənin atan Rüstəm bəy "Ay qız, Telli, gəl belimi basdır!" deyib onu otağına çağıranda...
- Rədd ol burdan, qudurğan!..
Gülnaz xanım Tellinin halına acıyırdı: "Qulluqçumuz olsa da mənimlə rəfiqə kimiydi. Yazıq qız, hələ o vaxt Vəlidən soruşurdu ki, Pulun var? O da söyləyirdi ki, var, var, bir anbar! Telli də deyirdi ki, pulun var, gələrəm!..Yazıq qız, indi Allah bilir, kimin qapısında dilənir...Amma atam Rüstəm bəy...bəlkə Vəli düz deyir, yoxsa, hər üç saatdan bir belinin ağrısını bəhanə gətirib Tellini yanına niyə çağırırdı ki..."
...Gülnaz xanım başı papaqlı, əli təsbehli bir kişinin onun arxasınca düşdüyünü hiss etdi. Addımlarını yavaşıdıb kişinin ona çatmasına şərait yaratdı. Onun nə deyəcəyini gözləməyib özü soruşdu:
- Hə, nə düşmüsən dalımca? Olmaya, sən də mənim kimi özünə dost axtarırsan?
- Allah dost axtarmağı haram buyurub məgər? Gedək səni özümə siğə eləyim, dost olaq...
- Məni hara aparacaqsan?
- Mən mollayam. Maştağada, Nardaranda, Bibiheybətdə evim var, harada istəsən, orada yaşayarsan...Şükür Allaha, məsləkim hər evdə iki arvad saxlamağa imkan verir. Dolanacağım pis deyil...Bu avam millətin ölüsündən də qazanıram, dirisindən də...Amma bir şərtim var: cadraya bürünəcəksən, o biri arvadlarla mehriban olacaqsan...Hə, bir tələbim də var, bax, naz - naz xanım, mənim yanıma dua yazdırmağa çoxlu nazir, icra başçısı, general, məktəb direktoru gəlir, nəbadə onlara gözucu baxasan ha...
...Gülnaz xanım çox fikirləşmədi...Mollanın əlindən yapışıb taksi dayanacağına tərəf addımladı. Yol boyu düşünürdü: Gərək o vaxt Üzeyir bəy məni elə Məşədi İbada ərə verəydi... Zərərin yarısından qayıtmaqda da bir xeyir var. Olmasın o Məşədi, olsun bu Məşədi...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist


SEVDA | 19 iyul 2016 16:10 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: SEVDA
Dűz deyir,hər ərindən boşanan dűşűr Bakının kűçələrinə..min oyundan çıxırlar...
Dəniz qızı | 19 iyul 2016 13:21 | Status: Brilliant user | Şərh: 8 017
Təkrardıki bu...
FLOVERandGİRL | 23 fevral 2016 15:44 | Status: Professional user | Şərh: 3 251
Sitat: Sariwka1
Sitat: Dəniz qızı
Oxudum başdan ayağa....
Sariwka1 | 23 fevral 2016 12:19 | Status: VİP user | Şərh: 1 774
Sitat: Dəniz qızı
Oxudum başdan ayağa....
Dəniz qızı | 23 fevral 2016 08:02 | Status: Brilliant user | Şərh: 8 017
Oxudum başdan ayağa....
GULYA-N | 22 fevral 2016 01:21 | Status: VİP user | Şərh: 759
Belede yenede teşekkür
boris arxan | 21 fevral 2016 20:49 | Status: Professional user | Şərh: 4 784
Sitat: dılay
Zeyif alinib...Daha maraqli ola bilerdi .
Mansi | 21 fevral 2016 20:14 | Status: Şərhçi | Şərh: 344
amma telli arsin mal alandadi gulnaz xanim ise o olmasin bu olsunda yaxsi onda hardan telli rustem beyin qulluqcusu olur duz gelmir axi yene de ferqli ve maraqli bir yazi idi
Ay_Sun | 21 fevral 2016 17:59 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Dűz deyir,hər ərindən boşanan dűşűr Bakının kűçələrinə..min oyundan çıxırlar...
Elgun_Azizov | 21 fevral 2016 17:23 | Status: Professional user | Şərh: 1 393
Olmuş söhbətdi?
dılay | 21 fevral 2016 14:48 | Status: Brilliant user | Şərh: 8 183
Zeyif alinib...Daha maraqli ola bilerdi .
BULUTUM | 21 fevral 2016 13:36 | Status: Professional user | Şərh: 7 387
Maraqli canlandirmadi.Amma heqiqeten de beledi.
SEVDA | 21 fevral 2016 13:08 | Status: Nəzarətçi | Şərh: 17 439
Dűz deyir,hər ərindən boşanan dűşűr Bakının kűçələrinə..min oyundan çıxırlar...
B.Fereh | 21 fevral 2016 11:16 | Status: Nəzarətçi | Şərh: 6 975
Bu bizim "O olmasin bu olmasin" filminin rimeykidi heee???:)))Pis deyil,setiralti meqamlar var...Ancaq "Parni iz Baku"nun cekdiyi filmdeki fikirler ve yumor daha maralidi.(Ne qeder fikirlewdim adin yadima sala bilmedim)
ESMERRi | 21 fevral 2016 10:42 | Status: Brilliant user | Şərh: 5 378
Heç bəyənmədim.Gül kimi kinonu yaman günə qoyublar.Heç maraqlıda deyildi.