Qadın / Qadın və problemlər

Qaxda özünü asan 25 yaşlı qadın son anda xilas edildi

Banu. | 5-11-2015, 09:23
1 555 12
Qaxda özünü asan 25 yaşlı qadın son anda xilas edildi


Qaxda bir uşaq anası intihara cəhd edib.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, noyabrın 4-ü saat 11:30 radələrində rayonun Qazmalar kənd sakini 1990-cı il təvəllüdlü Dinara Oruc qızı Məmmədova ağır vəziyyətdə xəstəxanaya daxil olub.

Araşdırma zamanı məlum olub ki, bir uşaq anası olan 25 yaşlı Dinara Məmmədova intihar etmək məqsədi ilə özünü valideynlərinin yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asıb. D.Məmmədova son anda qonşuları tərəfindən xilas edilib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Dinara Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Qax rayon Polis Şöbəsindən verilən məlumatda Dinara Məmmədovanın intihara cəhd etməsi faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir. (APA)

Ay_Sun | 13 noyabr 2015 12:10 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Allah heç kimin ağlını başından almasın...

Amin
SEVDA | 7 noyabr 2015 00:14 | Status: Nəzarətçi | Şərh: 17 443
Allah heç kimin ağlını başından almasın...
esma inci | 6 noyabr 2015 23:25 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: Nergiz love
Allah komey olsun ne deyim
Nergiz love | 6 noyabr 2015 21:03 | Status: Professional user | Şərh: 7 871
Allah komey olsun ne deyim
Meley... | 5 noyabr 2015 20:23 | Status: VİP user | Şərh: 696
nye hami olmey isteyir nece ediler bunu
guldeniz | 5 noyabr 2015 15:31 | Status: Professional user | Şərh: 1 641
Sitat: gece-gunduz
Heç olmasa uşaqlarınıza yaziqiniz gelsin
gece-gunduz | 5 noyabr 2015 13:17 | Status: Gümüş user | Şərh: 1 720
Heç olmasa uşaqlarınıza yaziqiniz gelsin
dılay | 5 noyabr 2015 11:20 | Status: Brilliant user | Şərh: 8 185
Bu dunyanIn eziyyetine dozmeyib cehennem qapIsInI oz elleri ile acanlar duwunmurlerki ora daha dozulmezdi
Nilay | 5 noyabr 2015 11:00 | Status: Qonaq | Şərh: 0
Diyesen hami biri birine baxib ozunu asirey vallah ..Allah sefa versin amma mesele o derecede pis olubki cixis yolu olmuyub ?Intihar pis isdi duzdu bu sehvi coxlari edib son anda qurtulub amma gerek etmeyesen ..Allahda bagislamir
milashka_167 | 5 noyabr 2015 10:24 | Status: VİP user | Şərh: 1 452
Allah uzag etsin
ESMERRi | 5 noyabr 2015 10:10 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Əsmər1
Niyədi görəsən nə səbəbə asırmış özün.Yenədə Allah şəfa versin
Əsmər1 | 5 noyabr 2015 09:51 | Status: VİP user | Şərh: 1 584
Niyədi görəsən nə səbəbə asırmış özün.Yenədə Allah şəfa versin