Qadın / Qadın və problemlər

"İŞİD gəlinləri: Biş-düş, tikiş və silah!

Banu. | 3-10-2015, 15:26
1 582 10
"İŞİD gəlinləri: Biş-düş, tikiş və silah!


Özünü “İslam Dövləti” (İŞİD) adlandıran təşkilatın qadınları da intihar bombaçıları ola bilərlərmi? Ola bilərlərsə, özlərini harda partlatmalıdırlar? “Cihad gəlinləri” hansı şəraitdə snayper tüfənginə və ya "Kalaşnikov" avtomatına əl ata bilərlər? "Cihadçı" arvadı olmağa hazırlaşan qızlar hansı vərdişlərə malik olmalıdırlar? “Azadlıq” radiosunun müxbiri Coanna Parasjuk yazır ki, bütün bu kimi suallara İŞİD-ə rəğbətli Zora Fondunun bu həftə dərc etdiyi traktatda cavablar verilir. Qadınalrın hansı şəraitdə “cihad”a qoşula bilmələri kimi incə məsələlərə aydınlıq gətirən traktat və ya davranış qaydaları Twitter vasitəsilə paylaşılıb. “Bu sənəd “İslam Dövləti”nin qadınların döyüşməsinə icazə verən rəsmi bəyannaməsi olmasa da, bu siyasəti tamamilə əks etdirir” - deyə Quilliam Antiterror Araşdırmaları Mərkəzindən Çarli Uinter bildirib. Bu traktat Şeyx Əbu Abdullah əl-Mansurdan qadınlara döyüşlərdə iştirak icazəsi verilib-verilmədiyini, “mücahidlərə” və ya “cihadçılara” necə xidmət göstərilməli olduğunu sual edən bir səudiyyəli qadına cavab olaraq yazılıb. Qaydalarda deyilir ki, hər bir qadın "mücahid"lərə “öz qabiliyyətlərinə görə” - xəstələrə baxmaq, tikmək, bişirmək, pal-paltar yumaq və başqa vasitələrlə xidmət etməlidir. Döyüş meydanına çıxmaq kimi daha mürəkkəb məsələyə aydınlıq gətirən traktatda deyilir ki, qadınlara yalnız müdafiə qismində döyüşmək icazəsi verilir.Başqa sözlə, qadınlar hücum əməliyyatı sayılan intihar bombalamasında iştirak edə bilməzlər. Hər hansı qadın üçün istisna yalnız “əmir”in və ya sərkərdənin icazəsi ilə edilir. Bununla belə, qadınlara özlərini müdafiə etmək üçün intiharçı kəməri taxmağa icazə verilir. Onlar bu sayaq intihardan evlərinə basqın olunarkən istifadə edə bilərlər. Qadınlara həmçinin “küffar”, yəni kafirlər xəstəxanaya və ya onların olduqları başqa ictimai yerlərə hücum edərkən özlərini partlatmaq icazəsi verilir. Qadınlar, həddinizi bilin!
Ç.Uinter deyir ki, qaydalar İŞİD-in qadın səfərbərlərinin statusunu birmənalı şəkildə müəyyən edir. “Əmir”in xüsusi icazəsi olmadığı hallarda onlara hücum əməliyyatlarında iştirak etmək yasaqdır. Bu cür qaydaların arxasında həm də qadınlarla kişilər arasında pərdəni saxlamaq niyyəti durur. Məsələn, qadına “tamamilə kimsəsiz bir yerdə” snayper tüfəngindən istifadə icazəsi verilir. Hətta bunun üçün də “əmir”in göstərişi lazımdır. Qaydalarda deyilir ki, qadınlar “pozğunluğun baş verməməsi üçün ordu ilə qaynayıb-qarışa bilməzlər”. Biş-düş, tikiş və silah!
Qaydalarda qadınlardan kişi cihadçılara xidmətdə faydalı olacaq bacarıqlara - biş-düş, tikiş, silib-süpürmək və yığıb-yığışdırmaq qabiliyyətinə malik olmaq tələb edilir. Qadınlar özlərini müdafiə məqsədilə silahları da öyrənə bilərlər. Bundan başqa qadınlar intihar kəmərlərinin və əl qumbaralarının hazırlanmasını da bacarmalıdırlar. Lakin belə təlimlər “məhrəm” şəxsin iştirakı ilə verilməlidir. “Qadınların birlikdə, amma kişilərdən aralıda silah təlimi görmələrində problem yoxdur” - deyilir davranış qaydalarında. Onlar həmçinin “imanlı qadının” nəzarəti altında idman və bədən tərbiyəsi ilə də məşğul ola bilərlər. Əlbəttə, kişi gözlərindən uzaqda...

Nergiz love | 5 oktyabr 2015 17:46 | Status: Professional user | Şərh: 7 871
Oxumadim.......
Ay_Sun | 5 oktyabr 2015 16:21 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Simruq
ISID exeberlerinden bezmisem
gece-gunduz | 4 oktyabr 2015 12:12 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: Simruq
ISID exeberlerinden bezmisem
vanessa0 | 4 oktyabr 2015 00:43 | Status: Gümüş user | Şərh: 449
Sitat: Simruq
ISID exeberlerinden bezmisem

Men umumiyyetle bu ruh oxsayan xeberlerin hamisindan bezmisem
Cicim İncim | 4 oktyabr 2015 00:19 | Status: Gümüş user | Şərh: 2 457
Din adı altında min oyundan çıxanlar...
Dəniz qızı | 3 oktyabr 2015 22:17 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: Simruq
ISID exeberlerinden bezmisem
Moon and android | 3 oktyabr 2015 18:54 | Status: Qonaq | Şərh: 0
İşıd ne zibildi onların islama aid olmalarına inanmıram hamısı vehabilerin zibildi
dılay | 3 oktyabr 2015 18:16 | Status: Brilliant user | Şərh: 8 185
Bunlar haqqında bır yazı oxudum bırhefte ozume gelmedım. Agıla getırılmeyecek derecede murdar heyat yawayırlar
ESMER | 3 oktyabr 2015 16:39 | Status: VİP user | Şərh: 817
Sitat: Simruq
ISID exeberlerinden bezmisem
Nilay | 3 oktyabr 2015 15:30 | Status: Qonaq | Şərh: 0
ISID exeberlerinden bezmisem