Qadın / Qadın və problemlər

Uşaq-gəlinlərin sayı artır

Banu. | 29-07-2015, 18:18
973 10
Uşaq-gəlinlərin sayı artır




Azərbaycanda 18 yaşadək nikah bağlayan gəlinlərin sayı iki dəfə artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda 2013-cü ildə 18 yaşadək gəlinlər tərəfindən 229, 2014-cü ildə isə 479 rəsmi qeydə alınmış nikah bağlanıb. Son iki ildə rəsmi qeydə alınmış nikaha daxil olan 18 yaşadək oğlanların sayı iki nəfər olub.

Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.«Trend

Dəniz qızı | 4 avqust 2015 14:04 | Status: Brilliant user | Şərh: 8 019
Ehhh mənim yaralı yerimdi.21 yaşımda gəlmişəm,indi də deyirəm ki,kaş ki,subay qalaydım...Düzdü gözəl ailəm var,amma uşaqlar balaca xəstə olsun didəcəm özümü. tongue
SEVDA | 31 iyul 2015 04:54 | Status: Nəzarətçi | Şərh: 17 443
Uwaqları bedbext edirler.18 yawda qız ere verib,oğlan evlendirerler?övladlarının geleceyini düwünen valideynler bele etmezler.
Ay_Sun | 30 iyul 2015 13:35 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: miss xərçəng
Mən erkən nigahın olmasına qarşıyam.Uşaqlarda dözüm olmur və az müddətdə ailə dağılır..

Duzdur canim.
Nagizade.Leyla | 30 iyul 2015 13:15 | Status: VİP user | Şərh: 1 321
Sitat: miss xərçəng
Mən erkən nigahın olmasına qarşıyam.Uşaqlarda dözüm olmur və az müddətdə ailə dağılır..
BULUTUM | 29 iyul 2015 23:23 | Status: Professional user | Şərh: 7 392
Her weyin oz vaxti var.Her wey zamaninda gozel olur.
SEVA | 29 iyul 2015 23:11 | Status: Professional user | Şərh: 5 151
Sitat: Meley...
evde artig corey yeyir ona qore ....
gül həyat | 29 iyul 2015 22:18 | Status: VİP user | Şərh: 548
Qetiyyən olmaz bunun geləcəyi olmur.Qıza bir söz deyən kimi çıxıb gedir nəticesi yaxşı olmur.
miss xərçəng | 29 iyul 2015 20:21 | Status: Şərhçi | Şərh: 437
Mən erkən nigahın olmasına qarşıyam.Uşaqlarda dözüm olmur və az müddətdə ailə dağılır..
Meley... | 29 iyul 2015 19:26 | Status: VİP user | Şərh: 696
evde artig corey yeyir ona qore ....
Real Madrid CF | 29 iyul 2015 18:34 | Status: Qonaq | Şərh: 0
Ay bala neye lazimdiree buuu balaca usaqlari,yetkinlik yasina catmamis qiz ve oglanlari evlendirmek 16-17 yasda qiz,oglan ne bilir aile nedir,usaq nedirr ayibdireee yaxsiki Bakida bele hallarin sayi azalir amma rayonlada helede davam edir bu hallar etmiyin bele sonrada sozleri duz gelmir 1-2 aydan sonrada bosanirlarr gec olsun guc olsun mence evlenmek yasi 30-dan sonradir tehsil al karyera qur sonra..