Qadın / Qadın və problemlər

Şərqli qızların ölümcül qorxusu: “İki ayaq arasında deyil...”

Banu. | 18-06-2015, 21:56
10 978 24
Şərqli qızların ölümcül qorxusu: “İki ayaq arasında deyil...”


17 İyun 2015 16:48
Bir neçə gün əvvəl Tovuz rayonunda intihar edən 18 yaşlı gəlinin qətlinin təfərrüatları hamının diqqətini çəkdi. Rayonun Bozalqanlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Nəzərova toyundan bir gün sonra özünü körpüdən ataraq intihar etmişdi. Qızın həyat yoldaşı və qayınanası 18 yaşlı Aytənin bakirə olmadığı üçün bu addımı atdığını iddia etsə də, həkim müayinəsindən sonra qızın bakirə olduğu müəyyən edilmişdi.

Bir kişinin bacarıqsızlığı, bir qadının şəri gənc qızı ölümə sürüklədi. Günahsız bir qız bəkarət anlayışının qurbanı oldu.

Nədir bu bəkarət? Onun mənəvi yükü, cəmiyyətimizdəki dəyəri nədir ki, onun itirilməsini insan hətta həyatı ilə ödəməli olur?

Nədir qızlıq pərdəsi?

Qızlıq pərdəsi - latınca adı himen. Yunan və Roma mifologiyasında Dionis və Afroditin oğlu olan “evlilik və toy tanrısı”nın adıdır. Gərdək gecəsi bu Tanrıya həsr edildiyi üçün qızlıq pərdəsi də “evlilik və toy tanrısı”nın şərəfinə himen adlandırılıb.
Hələ qədim zamanlardan qızın toxunulmazlığının və təmizliyinin simvolu olan himen son dövrlərdə müxtəlif üsullarla yenidən bərpa olunsa da, yenə müxtəlif cəmiyyətlərdə böyük əhəmiyyət daşıyır. Xüsusən də müsəlman ölkələrində bu məsələ əxlaq meyarı kimi daha böyük əhəmiyyətə malikdir. İndiki dövrdə bəzi müsəlman ölkələrində qızın toy gecəsi bakirə çıxmaması onun ölümünə, evliliyinin dağılmasına, qızın valideynlərinin təhqir edilməsinə səbəb olur.

Qızlıq pərdəsi nəyə lazımdır?

Qızlıq pərdəsinin fizioloji vəzifəsi bu günə qədər tam olaraq müəyyən edilməyib. Bəzi araşdırmaçıların fikrincə, qızlıq pərdəsi mikroorqanizm və xarici cisimlərin vagina daxilinə girişinin qarşısını almaq üçündür.

Həkim ginekoloq Yayla Babayevanın sözlərinə görə, himen vaginanı əmələ gətirən mukoza adı verilən toxuma qıvrımıdı. Yəni qızlıq pərdəsi vaginanın içində deyil, girişində dodaqların təxminən 1-1,5 sm daxilindədir və kiçik dodaqlara bağlıdır. Çölə baxan üzü dəriyə, daxilə baxan hissəsi isə mukozaya bənzəyir.

Qız uşaqlarının hamısında olan himen çox nadir hallarda anadangəlmə olmaya və ya çox incə quruluşa malik olub cinsi əlaqə zamanı qanamaya bilər. Qızlıq pərdəsi uşaqlıq dövründə daha möhkəm toxumadan ibarət olur və yaş artdıqca elastikləşir: “Qızlıq pərdəsi vaginanı tamamilə bağlamır. Orada menstruasiya qanını və vaginal axıntıları ifraz etmək üçün kiçik bir dəlik vardır. Bu dəliyin quruluşu ilə himen növlərini müəyyən etmək mümkün olur. Qızlıq pərdəsinin həddindən artıq qalın olması zamanı cinsi əlaqəyə maneə - vaginizm ortaya çıxa bilər”.

Qızlıq pərdəsinin formaları, qalınlığı və elastikliyi fərdə görə dəyişir. Qızlıq pərdəsinin bir çox formaları vardır: “Halqalı himen forması zamanı qızlıq pərdəsi halqa şəklindədir və ortası açıq olur. Ortadakı dəlik böyükdürsə, penis daxil olduğu halda belə pərdə dağılmaya bilər. Bu pərdə elastik pərdə adlanır. Və daha çox təsadüf edilən növdür. Qızların demək olar ki, 60 faizində belə pərdə müşahidə edilə bilər”.

İkinci növ qızlıq pərdəsi kresentrik himen adlanır. Bu zaman qızlıq pərdəsi yarımay şəklində olur. Üst qismində pərdə nazik olur, altı qismində isə qalın. Və bu növ 20 faiz qızlarda ola bilər. Bu cür pərdələr cinsi əlaqə zamanı cırılmır. Yalnız həkim müdaxiləsi ilə açıla bilər.

Üçüncü növ qızlıq pərdəsi septalı (aralıqlı) himen adlanır. Yəni qızlıq pərdəsinin ortasında olan dəliyi bölən bir toxuma vardır. Bu növ çox az - 5 faiz qızlarda müşahidə edilə bilər.

Digər bir növ isə kiribriformdur. Yəni çox dəlikli qızlıq pərdəsi. Bu zaman himenin ortasında birdən çox dəlik olur. Ancaq bu qızlıq pərdəsi 1 faiz halda müşahidə edilə bilər: “Qızlarda çox nadir halda imperfore - dəliksiz himen müşahidə edilir. Bu qızlar menstruasiya olmazlar və çirkli qan vagina daxilinə yığılır, əməliyyatla açılaraq təmizlənir. Buna “himen imperforatus” da deyilir. Qızlıq pərdəsinin digər bir növü mikroperfor himen adlanır. Bu pərdənin ortasındakı dəlik çox kiçik olduğu üçün menstruasiya qanaması olduqca ağrılı olur. Bəzi hallarda cərrahi müdaxilə ilə açılmasına da ehtiyac duyula bilər. Çox nadir hallarda uşaq doğan qadınlarda belə, qızlıq pərdəsi cırılmaya bilər. Bu multipar himen adlanır”.

Ginekoloq bildirir ki, artıq çəkili qızlarda qızlıq pərdəsi 4-5 sm dərinlikdə olur. Masturbasiya, sürtünmə və ya genital bölgəyə zərbə zamanı qanaxma müşahidə edilərsə, mütləq həkimə müraciət etmək lazımdır: “Qızlıq pərdəsi sərt və ya elastik ola bilər. Onun sərt, qalın olması qızın ilk cinsi əlaqəsinin də çətin olacağını ifadə edər.
Ümumiyyətlə, qızlıq pərdəsi ilk cinsi əlaqə, xarici cisimlə təmas və ya müayinə zamanı cırıla bilər. Qızlıq pərdəsində olan dəlik penisdən kiçik olduğu üçün ilk cinsi əlaqə zamanı cırılar və azacıq qan müşahidə edilər. Bu vəziyyət üçüncü gün sağalar və daha qan görülməz. Bəzi qızlarda isə ümumiyyətlə, qan görülməz. Lakin bu, o demək deyil ki, onlarda qızlıq pərdəsi yoxdur və ya onlar bakirə deyil. Əgər şübhəniz varsa, həkimə müraciət edin. Qeyd edim ki, bəkarətin pozulması 7 gün müddətində müəyyən edilə bilər. Yəni bir qız 7 gün içində qızlığını itiribsə, bunu müəyyən etmək mümkündür. Əgər qız əvvəlcədən bakirə deyilsə, bunu da müəyyən etmək mümkündür. Qızlıq pərdəsinin sonradan bərpa olunub-olunmadığını da həkim müayinə edərək müəyyən edə bilər”.
Bioloji faydasına gəldiksə isə, həkim deyir ki, himenin qadın orqanizmi üçün heç bir faydası yoxdur. Sadəcə olaraq bu, qızların toxunulmamış, təmiz olduğunu ifadə edir.

Psixoterapevt Nihad Məmmədov bildirir ki, bəkarət anlayışı bu gün də insanlar üzərində böyük təsirə malikdir: “Bu primitiv qızlıq pərdəsi - “bəkarət simvolu” əvəzinə qız uşaqlarına ruh və bədən sağlamlığı naminə cinsi həyat haqqında məlumatların öyrədilməsi daha yaxşı olardı. Çünki bəkarət iki ayaq arasında deyil, beyində formalaşmalıdır. Bu gün ölkəmizdə və müsəlman ölkələrində qızların hər hansı bir cinsi əlaqə, sevişmə, qarşı cinslə təmas, toxunma, oral və anal seks yaşamamasına bəkarət deyilir. Amma bu gün vaginal olaraq bakirə olan qızın hər hansı bir seks növü yaşamadığına, hər hansı bir oğlanla sevişmədiyinə, təmasda olmadığına heç kim zəmanət verə bilməz. Yəni bu, bəzi qızlara aiddir. Bakirəliyi vaginal olaraq axtarmaq çox gülüncdür. Bakirəlik insanın beynində olmalıdır. Valideynlər qızlarına bunu başa salmalıdır. Bakirəlik qorxusu əsasən 14-29 yaşlarında qızlarda daha çox olur. Heç bir sekslə məşğul olmasalar belə, özlərinə şübhə ilə yanaşırlar”.

Psixoterapevt deyir ki, qıza “sən bakirə deyilsən”, - deyərək günahlandırmaq onda şok, kədər, hirs, günahkarlıq, günahlandırma, qayğı, narahatlıq, qorxu, təklik, yorğunluq, çarəsizlik, istəksizlik, ümidsizlik, azad hiss etməmə və peşmanlıq duyğuları yaradır. Mədədə boşluq duyğusu, ürəkdə və boğazda sıxışma, səs-küyə qarşı həssaslıq, özünü hiss etməmə, nəfəsdə darlıq, zəiflik, ağız quruluğu da müşahidə edilir. İnamsızlıq, düşüncələrində dağınıqlıq və ya qarışıqlıq, səhv düşüncələr, diqqət dağınıqlığı, unutma, narahat edici düşüncə və ya yuxular kimi problemlər yaşanır. Yuxu və iştaha pozuntusu, diqqətsiz və əsəbi davranış, spirt və ya başqa maddə istifadəsi müşahidə edilə bilər. Belə halla qarşılaşan qız intihar belə edə bilər: “Bəkarətini itirən və ya bunda günahlandırılan qız günahkarlıq duyğusu yaşayır. Onda yenidən ailə qura bilməmə, sevilə bilməmə, tənhalıq, öldürülmək, döyülmək, alçaldılmaq qorxuları yaranır. Və o, bu qorxularla bacara bilmədiyi üçün intihara əl atır. Yəni bəkarətini itirən qız üçün ölüm son çarə olur. Bəzi qızlar isə bəkarətini itirəndən sonra yenidən ailə qura bilmək üçün yalan danışır və himenoplastikaya üstünlük verir. Mən düşünürəm ki, cəmiyyətdə qızlara bəkarət anlayışını aşılamaqdansa, onlara dürüstlük və cinsi həyat öyrədilməlidir. Bu zaman qız cinsi əlaqədə olarkən qarşısındakı insanın kimliyi barəsində düşünər. Bəzi kişilər var ki, qarşısında olan qızın himenoplastikadan çıxıb yanına gəldiyini heç ağlına da gətirmir. Yəni bunu ancaq həkim müayinə ilə bilə bilir. Himenoplastika edən qadın yalan danışır və qız adı ilə ailə qurur, onun düşüncəsi təmiz deyil. Əgər bir qadının düşüncəsi bakirə deyilsə, cisminin “bakirə” olması nəyə yarayır? Belə ailələr çox zaman 6 ay-3 il müddətinə dağılır. Çünki qızın məqsədi sadəcə ailə qurub üzərindəki “adı” götürməkdir. Buna görə də düşünürəm ki, cəmiyyətdə bəkarət anlayışının üzərinə gedilməməlidir. Həyatında sevgi yaşamış, həyat yoldaşını itirmiş o qədər bədəni bakirə olmayan, düşüncəsi bakirə olan qadınlar var ki, onlara “ikinci əl məhsul” kimi baxılır. Məncə, kişilərimiz bir qədər bu barədə düşünməlidir. Bakirəlik insanın düşüncəsində olmalıdır. Düşüncəsi bakirə olan qadın bədənini də qoruya bilir”.

Yazar
İradə Cəlil

miss_universe | 15 dekabr 2015 21:58 | Status: Qonaq | Şərh: 0
"Alin yazisi" verilişində baxmishdim bu aileye. Olumunden sonra ekspertiza olub, qiz qiz imish. Bakireliyi pozulmayib. Xeste oglanin, xeste qaynananin badina getdi.
SaFFir | 21 iyun 2015 17:31 | Status: Qonaq | Şərh: 0
Bu qız niye intihar eliyib başa düşmedim düzü
Vetenperver | 21 iyun 2015 15:11 | Status: Professional user | Şərh: 6 700
Sitat: perishka2
Bizi başqa millətlərdən fərqləndirən qadınlarımızın namuslu qeyrətli olmalarıdı.Təəssüf ki,belə qadınlarımız get-gedə azalır.
Çox doğru!
0140
Dəniz qızı | 20 iyun 2015 17:19 | Status: Brilliant user | Şərh: 8 019
Bizi başqa millətlərdən fərqləndirən qadınlarımızın namuslu qeyrətli olmalarıdı.Təəssüf ki,belə qadınlarımız get-gedə azalır.
Meley... | 20 iyun 2015 16:33 | Status: VİP user | Şərh: 696
niye neye gore xeyr ola biz bawqa milletikki 16 yawindan sonra ne bilirsense onuda edesen hec indi 16 da gozlemirler 2 oqlum var dunyasinda bakire qiz olmayani almaram hele bilmirem bawima ne iw gelecek amma razi olmaram[/quote] 0140

avropa deye deye qediriy allah ozu qorusun bizi
niye avropa bizden yox biz avropadan oyrenmeliyiy
Nilay | 20 iyun 2015 11:13 | Status: Qonaq | Şərh: 0
Sitat: sirin bala
mence bu bakirelik sohbetni ortadan qaldirmalidilar

gozel bacim seninde menimde ikimizde qiz balamiz var ..Hec vaxt istemerikki onlarin baslarina ALLAH min defe uzaq elesin pis is gele ..Terbiye vererik isterik xosbext olsunlar ..Xosbext olmaqdanda otru bakirelik mutleqdi ..Heyata realliqla baxaq ..Allah qizlarimizi qorusun ,agillarini qorusun .cox yazmaq istemirem meleyim 0109
Sitat: boris arxan
Azerbaycan qizinin namusu qeyreti onun bakireliyidi

Az niye cosufsan ? 0136 Duzdu bakireliyidi amma her terefli bakireliyi ta min hoqqadan cixib ,yalniz qizliq perdesi olan bakirelik yox Amma bezi qizlar varki istemeden bakireliklerini kim terefdense itirirler .Zorla edirler bunu onlara .Allah ozu qorusun qizlarimizi . 0109
boris arxan | 20 iyun 2015 02:09 | Status: Professional user | Şərh: 4 784
lap bu wirin balanin sozu meni deli eledi
Azerbaycan qizinin namusu qeyreti onun bakireliyidi
kristal | 20 iyun 2015 02:01 | Status: VİP user | Şərh: 1 184
Da gecdi. Cavan qiz getdi.gerek boyukler evvelce hekime aparardılar.
agizlarina geleni dememiwden once
Vetenperver | 20 iyun 2015 01:59 | Status: Professional user | Şərh: 6 700
Sitat: boris arxan
xeyr ola biz bawqa milletikki 16 yawindan sonra ne bilirsense onuda edesen hec indi 16 da gozlemirler 2 oqlum var dunyasinda bakire qiz olmayani almaram hele bilmirem bawima ne iw gelecek amma razi olmaram

0140
boris arxan | 20 iyun 2015 00:47 | Status: Professional user | Şərh: 4 784
Sitat: sirin bala
mence bu bakirelik sohbetni ortadan qaldirmalidilar

niye neye gore xeyr ola biz bawqa milletikki 16 yawindan sonra ne bilirsense onuda edesen hec indi 16 da gozlemirler 2 oqlum var dunyasinda bakire qiz olmayani almaram hele bilmirem bawima ne iw gelecek amma razi olmaram
Vetenperver | 20 iyun 2015 00:32 | Status: Professional user | Şərh: 6 700
Azərbaycan qızı üçün mütləq qızlıq pərsədi lazımdır toya qədər!Kişilər bir yana heç qadınlarda istəməz onun oğlu ya qardaşı bakirə olmayan qızla evlənsin.Təəsüf ki indiki qızlar keflərini edirlər axırdada tikdirib sırıyırlar özlərini bir ailəyə.O ailədə elə bilirki gəlinləri çox təmiz qızdır.Dəhşətdir!Allah qızlara ağıl versin!



Sitat: Narin-Ulker
esil qadin qizliq perdesi kimi oz adini leyaqetini namusunuda temiz saxlamalidir

0140



Sitat: Muellime qiz
Kisiler qadinin temizliyini bununla olcmemelidiler.Təşəkkürler.

Sitat: sirin bala 
mence bu bakirelik sohbetni ortadan qaldirmalidilar


İkinizədə birbaşa sual verirəm,siz öz qızınıza razı olardız toya qədər bakirəliklərini itirsinlər? əgər yox onda yuxarıda yazdığınız firkirlərinizi geri götürməlisiz.
miss xərçəng | 19 iyun 2015 20:43 | Status: Şərhçi | Şərh: 437
Təşəkkürlər
sirin bala | 19 iyun 2015 19:06 | Status: Gümüş user | Şərh: 1 669
mence bu bakirelik sohbetni ortadan qaldirmalidilar
Ay_Sun | 19 iyun 2015 18:46 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Meley...
her ne oldusa yaziq qiza oldu
Lumia | 19 iyun 2015 17:10 | Status: Professional user | Şərh: 5 380
Psixoterapevtin sozleri ile tam raziyam.Bizim cemiyyete bu dusunceli kisiler ve qadinlar lazimdir.Tesekkur.
Nagizade.Leyla | 19 iyun 2015 17:07 | Status: VİP user | Şərh: 1 321
Yaziq qiz allah rehmet elesin
Meley... | 19 iyun 2015 14:29 | Status: VİP user | Şərh: 696
her ne oldusa yaziq qiza oldu
Nara88 | 19 iyun 2015 13:53 | Status: Professional user | Şərh: 4 254
qiz ucun cox pis oldum((gorunur hem usaq olub hemde dunyadan xebersiz,axi hekim var neyin ne oldugunu aciqlaya bilerdi,canina qiymaqla onlara haqq verdi((
Nilay | 19 iyun 2015 12:41 | Status: Qonaq | Şərh: 0
Qizliq perdesi cox onemlidi //toy gecesi uucun esasdi
Real Madrid CF | 19 iyun 2015 10:14 | Status: Qonaq | Şərh: 0
Maraqli deyil.
Muellime qiz | 19 iyun 2015 04:38 | Status: Qonaq | Şərh: 0
Cox dogru yazidir.Qizlarin,qadinlarin beyni bakire olmalidir.Kisiler qadinin temizliyini bununla olcmemelidiler.Təşəkkürler.
Nurus. | 19 iyun 2015 03:31 | Status: Brilliant user | Şərh: 6 982
Həqiqətəndə düsündürücü və lazımı bir mövzudur...
Narin-Ulker | 19 iyun 2015 00:56 | Status: Gümüş user | Şərh: 2 749
esil qadin qizliq perdesi kimi oz adini leyaqetini namusunuda temiz saxlamalidir
BULUTUM | 19 iyun 2015 00:27 | Status: Professional user | Şərh: 7 392
Qizin bir aydinliq gecesi var.