Qadın / Qadın və problemlər

Aytacın ailəsinin fəryadı - "Onu dar ağacından assınlar"

Banu. | 3-05-2015, 11:21
10 530 37
Aytacın ailəsinin fəryadı - "Onu dar ağacından assınlar"
 
17 yaşlı Aytac Babayevanın ölümü hər kəsi sarsıtdı. Onun amansız qətli günlərdir mətbuatın, sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Böyükdən-kiçiyə hər kəs bu olaya etirazını bildirir, ailəsinin dərdinə şərik olmağa çalışır. 

Amma nə fayda. Aytac ömrünün 17-ci yazında nakam sevginin qurbanı oldu. O, özü ilə xəyalında qurduğu tələbəlik arzusunu, qarşıda onu gözləyən xoşbəxt günləri dəfn edərək, əbədi getdi. Geridə gözüyaşlı yaxınları və xəyalları puç olan ailəsi qaldı.

Aytacı vağzalı sədaları ilə gəlin köçürməyi arzulayan valideynlərinə qızlarını ağ kəfəndə son mənzilə yola salmaq nəsib oldu. 

17 ildir yaşadığı mənzilin həyətində onun yas mağarı qurulmuşdu. Valideynləri hələ də Aytacın ölümünə inana bilmirdilər, sanki o, geri qayıdacaq deyə, hamının gözü yol çəkirdi. 

Nə qədər çətin olsa da Aytacın atası Nazim Babayevə yaxınlaşıb, yaşadığı faciə ilə bağlı həmsöhbət olduq. 

Gözüyaşlı ata qızının günahsız olduğunu deyərək qatilə ən ağır cəzanın verilməsini tələb edir. O, qızının günahsız yerə öldürülməsini qəbul edə bilmədiyini bildirib. 

Söhbət zamanı Aytacın atası qızının ölümünü şouya çevirən mətbuat nümayəndələrinə də etiraz edib. 

"Mətbuatda qızımla bağlı yalan məlumatlar yazılır. Qızımı qətlə yetirənin cəzası verilməlidir. Ona ən ağır cəza verilməlidir. Qoy, onun da qızım kimi qolları kəsilsin, başı kəsilsin. Yetər ki, qızımın qanı yerdə qalmasın. Onu ömürlük həbs etsinlər. Bu, ağır dərddir. İnternetdə bilinməyən şeyləri yazırlar. Məni bu dəqiqə heç nə maraqlandırmır. Çox ağır bir vəziyyətə düşmüşəm. Yalan məlumatları verməyi yığışdırsınlar. Düzgün yazsınlar. Şok vəziyyətindəyik. Çox əzab çəkirik. Balam getdi. Mənim balamla bağlı başdan boş, ağılsız məlumatlar yayılmasın. Bir qram savadı olmayan və pul gücünə stol arxasında oturanlar yazdıqları yalanlarla mənim balama şər atırlar”.

"Qızım onunla sevgili olmayıb, yalandan danışırlar”

N.Babayeva qızının onu öldürən oğlanla sevgili olması haqda xəbərlərin yalan olduğunu deyib: "Nə sevgili? Mənim qızım orta məktəbi bitirməyib. Hər küçədən keçən adam mənim balamla bağlı yalan yaymasın. Oğlan qızıma təzyiq göstərib. Bu, ən böyük cinayətdir. Mənim daha sözüm yoxdur. İmkan versinlər, dərdimizi çəkək”.

"Bacı, tək qoyma bizi, yalvarıram qayıt...”

Mərhumun bacısı Ayşən Babayeva isə internetdə qarayaxma kampaniyası aparanlara etirazını bildirib: "Xahiş edirəm, yalvarıram, bircə mənim bacımın xəbərlərinin altına pis-pis fikirlər yazmasınlar. 

Bacım, tək qoyma məni, yalvarıram. Boş-boş fikirlər yazmasınlar. Allah onları yazanların bəlasını versin. Mən yanmışam. Heç nə demirəm, bacımı qaytarsınlar”.

Mərhumun qohumları da Aytacın ölümü ilə bağlı ürəkağrısı ilə danışırlar.

"İnternetdə yayırlar ki, guya bunlar sevgili olublar. 11-ci sinifdə nə sevgili? Aytac universitetə hazırlaşırdı. O. Tibb Universitetinə qəbul olmaq istəyirdi. Əgər o bir oğlanla danışsaydı, anası onu küçə boyu saçından tutub sürüyərdi. Aytacgil iki bacıdırlar. Onların qardaşları da yoxdur. Valideynləri qızlarını gözlərinin üstündə saxlayırdılar. Atasıgil boğazlarından kəsib, onları böyüdüblər. İndi haranınsa qaniçəni gəlib gül kimi qızımızın həyatını məhv edib. 

Qıza deyib ki, "sən zorla mənə ərə gəl”. Ay bala getmir də. Bu uşaq təhsil almaq istəyir”.

Aytacın bibisi qardaşı qızının başına müsibətlər gətirildiyini deyib.

"Heç kim, heç nə bilmir. Mən Aytacımın meyitini yumuşam. Onun başına müsibətlər gətirilib. Qızımı yuyanda qulağının dibindən, ağzından laxta-laxta qalanlar tökülürdü. Bu, dəhşətdir. Nə günahın sahibiydi Aytac? Ay Allah! 

Aytacı beş yerindən bıçaqlamayıblar. Onun bədənində 9 bıçaq yarası var idi. Alnından, kürəyindən, qolunun altından, qarnından, qulağının diblərindən bıçaqlanmışdı. Üzü bıçaqla kəsilmişdi. Saçlarını çəngə-çəngə yolmuşdu, kəsmişdi. Əclaf, Aytacın saçından tutub, üzünü betona vurub. Onun üzünü yuyanda tanımaq olmurdu. Bu, müsibətdir. Aytaca işğəncə verilmişdi. Qızımızın həyatını məhv etdilər. Aytac o qədər gözəl idi ki, heç kəsin ona qıymağa cəsarəti belə çatmazdı. 

O, çox ağıllı və tərbiyəli qız idi. Balamız heç vaxt geri qayıtmayacaq. O, oğlana ən ağır cəzanı da versələr, yenə də Aytacımız geri qayıtmayacaq.”.

"Onu erməni də belə etməzdi…”

Aytacın babası Mürvət Babayev isə nəvəsini qətlə yetirən şəxsin ermənidən də vəhşi və qaniçən olduğunu söyləyib:

"Aytac mənim nəvəmdir. Mən 80 yaşlı bir baba kimi nəvəmin başına gətirilən faciəyə görə, həmin oğlana ən ağır cəzanın verilməsini tələb edirəm. Nəvəm vəhşicəsinə qətlə yetirilib. Nəvəmin kürəyinə səkkiz bıçaq vurulub. Üzünə çapıq çəkilib. Qolları, biləkləri doğranıb. Erməni o oğlandan yaxşıdır. İndiyə qədər belə vəhşilik görməmişəm”.

A.Babayevanın dayısı isə qanın yerdə qalmayacağını deyib: "Biz haqq tələb edirik. Bacımın qızının qanı yerdə qalmasın. 17 yaşında uşağı o vəziyyətə salmazlar. Haqqımızı istəyirik. Aytacın qatilinə ən ağır cəza verilsin”. 

"Özgəcana görə Türkiyə ayağa qalxdı, Aytacın ölümünə niyə susurlar?”

Mərhumun qohumları bu hadisəni Türkiyədəki məşhur Özgəcanın qətli ilə müqayisə ediblər: "Aytacı nahaqdan qətlə yetiriblər. O, məktəbli şagird olub. Sabah kiminsə, bacısının övladının başına bu iş gələrsə nə edərlər? Gələcəkdə hamının başına gələ bilər. Biz Aytacın qatilinə ən ağır cəzanın verilməsini tələb edirik. Ona ömürlük cəza kəssinlər ya da güllələsinlər. Əslində qatili meydana çıxarıb barmaqlarını, başını, ətini kəsmək lazımdır. Onu dar ağacından assınlar. Onu deşik-deşik eləsinlər. 

"Mən səni sevmirəm"-deyən adamın başına belə oyun açarlar? Aytac o qatili güclə sevməli idi? 

Qatil dəli deyil. Dəli olsa dəllək işləməz. Ona ən ağır cəza verilməlidir. Türkiyədə bir qızın ölümünə görə bütün xalq ayağa qalxdı. Bizm qızımızın başına oyun açıblar. Hər kəs susub, yerində oturub. Hamı qorxur. 

Budurmu ədalət? Biz dövlətimizə, onun rəhbərliyinə inanırıq. Onlardan Aytacın qatilinə ağır cəza verilməsini xahiş edirik”.//Azvision.az

Nagizade.Leyla | 31 may 2015 02:42 | Status: VİP user | Şərh: 1 321
Allah valideyinlərinr sebr versin
Ay_Sun | 7 may 2015 10:19 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Nara88
Allah gunahkarin cezasini versin

Amin.
nilay87 | 5 may 2015 15:48 | Status: Şərhçi | Şərh: 303
Bu oglanin deyesen psixoloji problemleri var.qiz ne eceb bu oglani vaxtinda tanimayib.gerek ki bu qeder yaxinliq vermezdi.2sinin de en pis yas dovruydu.

Indi ele zemanedi ki,bilmirem nedendi hami ese bidi.dogma qanindan canindan olan insana da soz deyende ehtiyatli olmalisan.yoxsa ana balani,bala atani qardas bacini ve s.hec dusunmeden oldurur.
lady sweet | 5 may 2015 02:03 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: Nara88
Allah gunahkarin cezasini versin

aminn
Nara88 | 4 may 2015 13:09 | Status: Professional user | Şərh: 4 254
Allah gunahkarin cezasini versin
kristal | 4 may 2015 12:18 | Status: VİP user | Şərh: 1 184
Sitat: Dunya
Bezilerinin serhine baxiram guyeki gunahsiz melek bendelerdide//Haminin ele gunahi varki beleke dilinden asilasidi //Sadece burda kimse kimi tanimir deye hami ozunu dehset her sey qaydasinda biri kimi aparir//Insandida sevib usagdi //Guyeki hec biriviz sevmemisiz o yasda //Sadece oglan duz etmiyib cixis yolu bu deyildi //Serhimi muzkire edib olmuyan eseblerimi korlamiyin onsuzda son gunler eseb dermanim qutarib !
Sitat: hobbi
Allah hec bir anaya bala dagi vermesin. Cox agir acidi. Allah sebr versin. Allah dozm versin.

amin

Sizinle raziyam. Bu qeder insafsiz olmaq lazım deyil. 17 yawinda hansi qiz sevse bele vehwilikle qetle yetirilmelidi? Duzdu qiz o cure wekiller cekdirmekle sehv edib.amma bu cure vehwilikle ölecek qeder sehv etmeyib.
Nilay | 4 may 2015 10:58 | Status: Qonaq | Şərh: 0
Bezilerinin serhine baxiram guyeki gunahsiz melek bendelerdide//Haminin ele gunahi varki beleke dilinden asilasidi //Sadece burda kimse kimi tanimir deye hami ozunu dehset her sey qaydasinda biri kimi aparir//Insandida sevib usagdi //Guyeki hec biriviz sevmemisiz o yasda //Sadece oglan duz etmiyib cixis yolu bu deyildi //Serhimi muzkire edib olmuyan eseblerimi korlamiyin onsuzda son gunler eseb dermanim qutarib !
Sitat: hobbi
Allah hec bir anaya bala dagi vermesin. Cox agir acidi. Allah sebr versin. Allah dozm versin.

amin
hold on | 4 may 2015 10:51 | Status: Qonaq | Şərh: 0
Sitat: Angela_055
A bala ne danıwırsız ki siz?! Nece yeni valideyn her deyqe uwagın yanında ola bilmir?! Bizimkiler bütün günü yanımızda olub?! Biz neye gore bu gün normal ailelere sahib qadınlarıq?! Durub qelet qıranda bilmirdi ki axırı ne olacaq?!! Ne qelet eleyir 17 yawında qız qızmıwdıx eleyib oğlanla gezir ki gele bil nese olsunda!!

Sen yeqin oglanin qohumlarindansan insafli ol bir az ozun qadin deyilsen
Gulshen. | 4 may 2015 09:44 | Status: Qonaq | Şərh: 0
Allah hec bir anaya bala dagi vermesin. Cox agir acidi. Allah sebr versin. Allah dozm versin.
sheh | 4 may 2015 09:05 | Status: Yazar | Şərh: 3 353
Sitat: Angela_055
A bala ne danıwırsız ki siz?! Nece yeni valideyn her deyqe uwagın yanında ola bilmir?! Bizimkiler bütün günü yanımızda olub?! Biz neye gore bu gün normal ailelere sahib qadınlarıq?! Durub qelet qıranda bilmirdi ki axırı ne olacaq?!! Ne qelet eleyir 17 yawında qız qızmıwdıx eleyib oğlanla gezir ki gele bil nese olsunda!!

oyyyyyyyyy bu necə şərhdi belə??? uşaq olub, ola da bilər ki əvvəl sevib həqiqətən , sora görüb ki dəlinin biridir, qacib ondan, sevməkcun, ailə qurmaqcun tanimaq lazimdir. Belə deməyin, insanin başina hər an nəsə gələ bilər
Sariwka1 | 4 may 2015 08:27 | Status: VİP user | Şərh: 1 774
Sitat: Nergiz love
Allah rehmet elesin.
Dəniz qızı | 4 may 2015 08:02 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: Narin-Ulker
of ALLAH rehmet elesin
Narin-Ulker | 4 may 2015 02:14 | Status: Gümüş user | Şərh: 2 749
of ALLAH rehmet elesin
SEVDA | 4 may 2015 01:19 | Status: Nəzarətçi | Şərh: 17 443
Kriminal xeberler birteher etdi bizi.....
boris arxan | 4 may 2015 01:06 | Status: Professional user | Şərh: 4 784
Sitat: yarpaq33
Allah rehmet elesin ne deye bileremki onunda qismeti beleymiw
esma inci | 3 may 2015 22:35 | Status: Gümüş user | Şərh: 1 096
ne blm vallah dogrusunu allah blr ancaq wekillerde oz sozunu dyr ne dyek
Kenan25 | 3 may 2015 21:37 | Status: Şərhçi | Şərh: 225
Sitat: Vetenperver
Qızını vaxtında döyməyən sonradan dizini döyər,əbəs yerə deməyiblər bu məsələni atalarımız.İndi qız uşağını saxlayıb tərbiyə vermək çox çətin və məsuliyyətlidir.Qız adamı düşmən qapısına aparıb başı aşağı eləyər.Belə qızlardansa olmasa ondan daha yaxşıdır.
O oğlanda qəddar, manyak imiş.
Nergiz love | 3 may 2015 20:53 | Status: Professional user | Şərh: 7 871
Allah rehmet elesin.
Milashka 1 | 3 may 2015 18:57 | Status: Şərhçi | Şərh: 462
Sitat: BEATIFUL GIRL
Sitat: Milashka 1
Sitat: BEATIFUL GIRL
Bibisi deyir ki sevgili olmuyublar bu nece ola biler bes bu sekiller hardan cixib onda...Ayda 9 bicaq zerbesi uzune capiq cekilib qollari bilekleri dogranib bu dehsetdir men hele belesini gormemisdim namussuz adamda bu qeder insafsizmi olar...Ne deyeceymi bilmirem burda heqiqeten de sozun bitdiyi insanligin olduyu bir yerdir...Bu bir misli gorunmemis cinayetdir bu tekce o ailenin faciseyi yox hemde bu fil qulaginda yatmis milletin faciesdir...

Dogrudur. Amma milletimiz susur....!!

İnaninki turkler bu meseleye bizden daha cox ciddi yanasir bizimkilerin isi ise bos-bos evde oturub facebookda agizlarina geleni yazmaqdir.

Ne olsun sevgili olanda. Mende catmire qiz sehv eliyib duzdu amma neynesu ne bjlsinki beledi sevibde qiz. Ancaq qizi qinayirlar mene o uje catmire Vallah
Vetenperver | 3 may 2015 18:30 | Status: Professional user | Şərh: 6 700
Qızını vaxtında döyməyən sonradan dizini döyər,əbəs yerə deməyiblər bu məsələni atalarımız.İndi qız uşağını saxlayıb tərbiyə vermək çox çətin və məsuliyyətlidir.Qız adamı düşmən qapısına aparıb başı aşağı eləyər.Belə qızlardansa olmasa ondan daha yaxşıdır.
O oğlanda qəddar, manyak imiş.
BULUTUM | 3 may 2015 18:00 | Status: Professional user | Şərh: 7 392
Sitat: BULUTUM
Allah qizi verende bextinden qabaq aglini versin.Agilsiz qiz.Allah gunahlarin bagiwlasin.wekilleri gordukden sonra bu reyi yazdim.

Sitat: BULUTUM
Allah qizi verende bextinden qabaq aglini versin.Agilsiz qiz.Allah gunahlarin bagiwlasin.wekilleri gordukden sonra bu reyi yazdim.

Qizini doymuyen dizini doyer.
Ag Gul | 3 may 2015 17:59 | Status: Professional user | Şərh: 4 333
Oxuduqca pis oldum dəhşətdieee
Allahdan başqa heç kim tam dəqiq bilmir nələr olub
BULUTUM | 3 may 2015 17:59 | Status: Professional user | Şərh: 7 392
Sitat: kristal
Allah uzaq elesin. Valideyn her deqiqe uwaqin yaninda ola bilmirki.
Valideyn neynesin.ne qeder de terbiye versen bir agilsiz "padruqa" besdi ki her weyi mehv etsin.
Qizin ele bir teqsiri gunahi yoxdu ki. Sehv edib duzdu.esas o ermeni manyak oglandadi gunah.

Qizini doymuyen dizini doyer.
kristal | 3 may 2015 17:35 | Status: VİP user | Şərh: 1 184
Allah uzaq elesin. Valideyn her deqiqe uwaqin yaninda ola bilmirki.
Valideyn neynesin.ne qeder de terbiye versen bir agilsiz "padruqa" besdi ki her weyi mehv etsin.
Qizin ele bir teqsiri gunahi yoxdu ki. Sehv edib duzdu.esas o ermeni manyak oglandadi gunah.
yarpaq33 | 3 may 2015 15:47 | Status: Qonaq | Şərh: 0
Allah rehmet elesin ne deye bileremki onunda qismeti beleymiw
esma inci | 3 may 2015 14:36 | Status: Gümüş user | Şərh: 1 096
zamannda qzna nezater ederdn terbiye agil vererdn indide dzni doyerdn bezi valideynler var ovladlarnda sehv gormezler onada bunda sehv axtararlar ozunkunden xeberi olmaz olsada gzlederler bax axri bele olar
gulu_95 | 3 may 2015 13:58 | Status: Şərhçi | Şərh: 568
Ortada faktlar var....qız evdən dərs adı ilə çıxıb parkda oğlanla görüşür ...
SARAXATUN | 3 may 2015 13:16 | Status: Professional user | Şərh: 1 529
Bes hemen oqlanla qizin wekilleri var axi sevgili olmuyublarsa wekil niye cekdirib?.Amma oqlan manyak imiw besbxalxin balasini o cure ezabla oldurub Allah belasini versin onun!!!!
Gülçin | 3 may 2015 13:06 | Status: Brilliant user | Şərh: 6 781
Sitat: ELİSA 
Vaxtinda qiziniza nezaret etseydiz,hara getdiyini ne etdiyini bilseydiz,indi bele olmazdi. Allah qiza rehmet elesin onda gunah gormurem,ama qizi nezaretsiz buraxsan herwey ede bilerde. Mence valideynler ilk once gunahi ozlerinde gormelidiler
Tamamilə doğrudur.
ELİSA | 3 may 2015 12:59 | Status: Gümüş user | Şərh: 1 047
Vaxtinda qiziniza nezaret etseydiz,hara getdiyini ne etdiyini bilseydiz,indi bele olmazdi. Allah qiza rehmet elesin onda gunah gormurem,ama qizi nezaretsiz buraxsan herwey ede bilerde. Mence valideynler ilk once gunahi ozlerinde gormelidiler