Qadın / Qadın və problemlər

“Həkimlər mənə baxmaqdan qorxur, ərim məni bədbəxt etdi” – ŞOK OLAY

Banu. | 5-02-2015, 16:33
18 790 22


Bu həyatda yaşadıqlarımızın alın yazısıdır, yoxsa öz seçimimiz? Hərənin öz mülahizəsi var bu məsələdə. Amma bəzən kaş belə etməzdim, bilsəydim bu yolu seçməzdim deyirik. Zaman isə geri qayıtmır. Müsahibimlə təxminən 40 dəqiqəlik söhbət zamanı dəfələrlə bu sözləri - “bilsəydim”, “məlumatım olsa idi” - təkrarladı.

Amma gecdir. 27 yaşında QİÇS xəstəsidir. Ən dəhşətlisi 7 yaşlı qızı da onunla eyni taleyi bölüşür. Onları bu xəstəliyə yoluxduran insan isə onları tək buraxıb. Bütün bunlara baxmayaraq, o, ayaqda qalmağa çalışır. Əslində, ilk baxışda heç xəstəyə oxşamır, küçədə görsəm xəstə olduğu ağlıma gəlməz. Bunun səbəbini yazının sonunda öyrənəcəyik.

Həyat yoldaşı tərəfindən QİÇS-ə yoluxmuş qadının həyat hekayəsini təqdim edirik.

Adının açıqlanmasını, şəklinin çəkilməsini istəmir. Bu şərtlərindən sonra söhbətə başlayır. Peşmandır - yaşadıqlarına, seçiminə, bilgisizliyinə görə.

“Evlilikdən əvvəl müayinədən keçmək mütləqdir. Arada nə qədər sevgi, hörmət olsa da, risk etməyə dəyməz. Hətta xəstə biri ilə evlənmək istəyən biri özünün, övladlarının yoluxmaması üçün lazımı tədbirlər görə bilər. Amma mən bunu etmədim. Bu heç vaxt ağlıma gəlməzdi. Düzünü desəm, əvvəllər QİÇS-in nə olduğunu tam bilmirdim. Nə orta məktəbdə, nə də ali məktəbdə oxuyanda bu barədə eşitmişdim. İndi çox yerdə bu barədə məlumat öyrənmək olar. Amma 7 il əvvəl rayon yerində bu xəstəlik haqqında çox adam bilmirdi”-deyə söhbətə başlayır.

Təsadüfi cinsi əlaqədən yoluxmuşdu

Müsahibim deyir ki, bəlkə də evliliyə qədərki vaxt çox olsa idi, yoldaşında xəstəliyin əlamətlərini hiss edə bilərdi.

“Evliliyimiz bir anda oldu. O, məni görüb bəyənmişdi. Onda hələ tələbə idim. Onu çox da tanımaq imkanım yox idi. Elçilikdən qısa müddət sonra evləndik. Bəlkə arada vaxt olsaydı, onu daha çox tanıya bilərdim. Ən azı pis vərdişlərini görərdim. Gənc olanda insanlar çox səhv edir, mənim də ən böyük səhvim onu yaxşı tanımadan evlənməyim oldu. Onun xasiyyətinə, kimliyinə bələd olmadan ailə qurmuşam. Onun narkotikdən istifadə etdiyini düşünmürəm. Yəqin ki, təsadüfi cinsi əlaqə ilə yoluxub. Amma evliliyimizdən bir müddət sonra artıq onda xəstəliyin əlamətləri hiss olunurdu. Gecələr tez-tez tərləyirdi. Temperaturu yüksək olurdu, ağciyərinə su gəlmişdi. Elə düşünürdüm ki, bu, soyuqdəymənin nəticəsidir. Xəstəlik barədə məlumatım olsa idi, xəstəliyin əlamətlərindən daha tez başa düşərdim”.

Axı xəstə idimsə, niyə ağrılarım yox idi?

Xəstəliyi aşkarlananda qızının 4, özünün 25 yaşı olub.
“Ağrılarım olurdu. Genekoloji müayinə nəticəsində təsadüfən QİÇS olduğum aşkarlandı. Həkimlər əlamətlərdən şübhələnib, qan analizi götürdülər. Həkimlər analiz nəticəsini deyəndə sanki dünya başıma çökdü. Çox aqressiv reaksiya verdim, qəbul etmədim. “Xəstə idimsə, niyə ağrılarım yox idi?” deyə düşünürdüm. Anam yanımda idi. Heç nə dərk edə bilmirdim. Xəstəlik haqqında heç nə bilmədiyimə görə, necə yoluxduğumu başa düşmürdüm. Həmin gündən ancaq yadımda qalan həkimlərin xəstəliyə yoldaşımdan yoluxduğum və qızımın da xəstə olduğu barədə dedikləri sözlər oldu. Oradan evə gəlməyimiz, sonra QİÇS mərkəzinə getməyimiz ağlımda deyil. Yenidən müayinə edildim və xəstə olduğumu təsdiqlədilər. QİÇS yox, xəstəliyi SPİD kimi tanıyırdım. SPİD deyəndə ilk ağlıma gələn öləcəyim oldu. Çox ağır depressiyaya düşdüm. Ailəmdən, yaxınlarımdan, övladımdan uzaqlaşdım”.

Yoldaşım müalicəyə razı olmurdu

Hər kəsdən uzaqlaşan müsahibimin ən çox ehtiyacı olduğu şəxs isə onu xəstəliyə yoluxduran yoldaşı idi. Çünki onu, yaşadıqlarını ancaq eyni xəstəliyi daşıyan həyat yoldaşı anlaya bilərdi. Ancaq bu məqamda xəstəliyə yoluxmasına səbəb olan şəxs onu tək başına qoyur.

“Xəstəliyi yoldaşıma deyəndə nə özünün, nə də mənim xəstə olduğumu qəbul etdi. Həkimlərin səhv etdiyini dedi. Lakin mən narkotik istifadəçisi deyildim, təsadüfi cinsi əlaqədə də olmamışdım. Yəni yoldaşımdan yoluxmağımdan başqa variant yox idi”.

Ancaq həyat yoldaşı bununla kifayətlənmir. O nəinki xəstə olduğunu qəbul edirdi, hətta müalicə almağa da icazə vermirdi. Xəstəlik onların immunitetini hər gün bir az məhv edərkən yoldaşı ana və qızını həkimə getməkdən məhrum edir.

“Yoldaşımın həkimə getməyimə icazə verməməsi bir tərəfə, bizi xəstəliklə baş-başa qoyması depressiyamı bir az da artırırdı. O, xəstəliyi biləndən sonra bizi tərk etdi. Rəsmi olaraq boşanmasaq da, aylarla evə gəlmirdi, Rusiyaya, Tükiyəyə gedirdi. Əvvəllərdə iş üçün xaricə gedirdi, amma bu qədər uzun müddətli olmurdu. Hər dəfə geri qayıdanda müalicə almaq istədiyimi deyirdim. Amma o qəbul etmirdi. Yoldaşım xaricdə olanda ondan xəbərsiz bir dəfə müalicə aldım. Həmin dövrdə də oğlum oldu”.

Ikinci uşağına hamilə qalanda QİÇS xəstəsi olsa da, amma onu dünyaya gətirməkdə tərəddüd etmir.

“Çünki həmin dövrdə həkim nəzarətində oldum. Virusun uşağa keçməməsi üçün iynələr vurdular. İndi oğlum tam sağlamdır. Amma virus daşıyıcısı olan birinin uşaq dünyaya gətirməsi risklidir. Hamıya məsləhət görə bilmərəm. Lakin mən risk etdim.. Bəlkə də, hamilə vaxtı bu xəstəlik aşkarlansaydı, qızım xəstə olmazdı. Çünki xəstə vaxtı oğluma hamilə qaldım, həkim nəzarətində olduğuma görə xəstə olmadı”.

Oğlu olandan sonra yenidən müalicəsini dayandıran müsahibimin vəziyyəti bu dəfə daha da ağırlaşır. Müalicəni dayandırmaq ölümə yaxınlaşmaq demək idi. Yoldaşının məcburiyyəti ilə bu addımı atan müsahibim sonun belə olacağını heç vaxt ağlına gətirməyib. İlk dəfə qeydiyyata alınandan həkimlər ona mütləq müalicə almasını tövsiyə edir. Lakin müalicə könüllü olduğundan heç kim onu məcbur edə bilmir. Yoldaşı isə ona müalicə ilə bağlı qadağalar tətbiq edir. Yoldaşının bu mövqeyinin doğru olmadığını bilsə də, ona qarşı çıxa bilmir. Səbəb isə özünün dediyi kimi mentalitetdir.

“Axı rayon yerində yoldaşımın sözündən çıxıb müalicə olmağım düzgün deyildi. Amma müalicə almaq mənim haqqım idi, heç kim qarışa bilməzdim. Yoldaşım dəfələrlə analiz vermişdi, hər dəfə də xəstəlik aşkarlanırdı. Amma nə xəstəliyi, nə də müalicə almağı qəbul edirdi. Vəziyyəti gündən-günə pisləşirdi, başında şiş yaranmışdı”.

Həkimlər QİÇS-li xəstəyə baxmaqdan çəkinir

Müsahibim deyir ki, bu vaxta qədər yaşadıqlarının əsas səbəbi xəstəlik barədə məlumatsız olmasıdır.

“Xəstəliyin xüsusiyyətini bilsəydim, qızımdakı əlamətlərdən hiss edə bilərdim. Çünki qızım doğulandan sonra tez-tez limfai, qulaqdibi, qoltuqaltı vəzi şişirdi. Bu, şübhələnmək üçün ən böyük əlamətdir. Elə düşünürdüm ki, bu, soyuqdəymədəndir. Müalicə ilə bir müddət xəstəlik sağalırdı, sonra yenidən yaranırdı. Əslində, həkimlər qızımdakı bu əlamətlərdən şübhələnməli idilər. Onların məlumatsızlığı bir tərəfə, digər sahələr üzrə həkimlər bizim kimi xəstələri müayinə etmək istəmir. Genekoloqlar bu xəstələrə baxmaqdan çəkinir. Çünki yoluxacaqlarından qorxurlar. Bu xəstələri əməliyyata, doğuşa qəbul etmək istəmirlər. Bunun xəstə üçün nə qədər çətin bir hal olduğunu başa düşmürlər”.

Qohumlarla əlaqəni kəsdim

Ancaq təkcə yadlar deyil, müsahibim yaxınlarından da eyni münasibəti görür. Xəstəliyi ilk dəfə ancaq ən yaxınlarına desə də, zamanla bu xəbər bütün qohumlar arasında yayılır. Lakin insanlara xəstəliyi başa salmaq heç də asan olmur.

“Qohumlarım məndən çəkinirdi. Onları qınamıram, mən özüm də özümdən çəkinirdim. Insanlardan uzaqlaşırdım. Yaxınlarımı qucaqlamaq belə istəmirdim, qorxurdum ki, onları da yoluxduraram. Çünki xəstəlik barədə məlumatsız idim. Mən xəstəliyim barədə insanlara deməkdən qorxmurdum. Amma insanların münasibətini görəndə pis olurdum. Heç kim mənə pis söz demirdi, sadəcə davranışlardan onların düşüncələrini hiss edirdim. Məsələn, qohumlarım evlərində mənim üçün ayrıca boşqab, stəkan, qaşıq ayırmışdılar. Hər dəfə qonaq gedəndə “bunlar sənindir, gələndə bu boşqabdan istifadə edərsən” deyirdilər. İçimdə pis olurdum, amma qınamırdım. Axı mən özüm də məlumatsız idim, bəlkə, başqası olsa idi, mən də eyni münasibəti göstərəcəkdim. Artıq qohumlarımdan əlaqəni kəsməyə başlamışdım, çünki hər dəfə o sözləri eşitmək mənə çox ağır idi. Zamanla bu problem aradan qalxdı. Amma bu, hər kəsə nəsib olmur, ona görə də, xəstələr vəziyyətlərini gizlətməli olurlar”.

İnsanlardan uzaqlaşsa da, xəstəlik hər gün onun bədənində daha dərin kök salır. Müalicə almadığına görə, pnevmaniya olur, bir ay reanimasiyada qalır.

“Artıq ağciyərlərim funksiyasını tamamilə itirmişdi. Ona görə müalicəmi Türkiyədə davam etdirməli oldum. Orada bir ay reanimasiyada qaldım. Həmin vaxtda qızımın da vəziyyəti pisləşmişdi. Amma o burada müalicə olundu. Komada olsam da, ətrafımda danışılanları hiss edirdim. Həmin müddətdə qohumlarım bir an belə ailəmi tək qoymadı”.

Onu sevirdim

Qohumlarından fərqli olaraq, həyat yoldaşı həmin müddətdə nə onun, nə də qızının vəziyyəti ilə maraqlanır. Bu da aralarında yaranmış problemləri daha da kəskinləşdirir.

“Məni və qızımı xəstəliyə yoluxdurmasına görə, onu heç vaxt qınamamışdım. Nə qədər çətin günlər keçirsək də, bizi müalicəyə qoymasa da, onun günahkar olmasını dilimə gətirməmişdim. Çünki onu sevirdim. Bir ailə idik, problem varsa, birlikdə həll edə bilərdik. Amma o belə düşünmürdü, bizi xəstəliyə yoluxdurması bir tərəfə, müalicəyə qoymaması mənə çox pis gəlirdi. O, bilə-bilə qızımın və mənim əzab çəkməyimə razı olurdu. Bizi ölümə məhkum edirdi. Bunu bağışlaya bilməzdim. O, xəstəlik barədə danışmağımı belə istəmirdi. Çünki rayonun balaca yer olduğunu və insanların bunu bilməsini rüsvayçılıq hesab edirdi. Bütün bu yaşadıqlarımdan sonra ayrılmağa qərar verdim”.

Müsahibim boşanandan sonra valideynləri ilə birlikdə Bakıya gəlir və burada yaşayır. İndi iki övladına təkbaşına baxır. İxtisasca psixoloq olan müsahibim indi xəstəlik aşkarlanan insanlara psixoloji dəstək göstərir. Özünün yaşadığı çətinlikləri başqalarının da yaşamaması üçün onlara yardım edir. Bu günü və gələcəyini övladlarına həsr edən müsahibim üçün ən çətin məqam qızına xəstəliyini izah etməkdir. Hələ ki, 7 yaşlı qızına hər gün dərman atmasının əsas səbəbini açıqlamayıb. Zamanın çatmasını gözləyir.

“Qızım hər gün vaxtında dərmanını qəbul edir. O, pnevmoniya olanda suçiçəyi də keçirmişdi. İndi elə düşünür ki, dərmanları suçiçəyi olduğuna görə içir. Amma bir tərəfdən də evdə QİÇS-lə bağlı broşurlar var. Onlara baxır, maraqlanır. Zamanı çatanda ona başa düşə biləcəyi dillə xəstəliyini izah edəcəm. Hələ ki, onun yaşında biri üçün xəstəliyi dərk etmək çox çətindir”.

Bütün bu yaşadıqlarından sonra yenə də yoldaşına nifrət etmir. Sadəcə taledir, deyib keçir.Publika.az

Gülxar Şərif

Nilay | 18 sentyabr 2016 22:30 | Status: Qonaq | Şərh: 0
Sevgi ele azardiki aldi senw ele bir daha cixmir caninan.Verem kimi dolur ciyerine adamin .Allah komekleri olsun qismeti beleymis.
Yagis_Negmesi | 10 dekabr 2015 00:08 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: S.Abbasova
AllAH Komekleri olsun 0101 ona görədə yaxşı ki indi tibbi müayinədən keçmədən nigah qıymırlar
S.Abbasova | 29 oktyabr 2015 16:03 | Status: Qonaq | Şərh: 0
AllAH Komekleri olsun 0101 ona görədə yaxşı ki indi tibbi müayinədən keçmədən nigah qıymırlar
buxqalter | 18 oktyabr 2015 13:56 | Status: VİP user | Şərh: 1 213
Axira kimi oxuya bilmedim.Allah komeyi olsun
gece-gunduz | 30 sentyabr 2015 20:46 | Status: Gümüş user | Şərh: 1 720
]Allah komeyi olsun
guldeniz | 30 sentyabr 2015 17:32 | Status: Professional user | Şərh: 1 641
Sitat: Miraj
tesekkuuurler
ESMER | 21 sentyabr 2015 14:08 | Status: VİP user | Şərh: 817
Sitat: Cicim İncim
Alıah yardımçıları olsun.İlahi , pis xəstəliklərdən bizi qoru
Cicim İncim | 19 iyul 2015 19:34 | Status: Gümüş user | Şərh: 2 457
Alıah yardımçıları olsun.İlahi , pis xəstəliklərdən bizi qoru
NurRuslan | 1 iyul 2015 17:41 | Status: Şərhçi | Şərh: 376
Allah uzaq elesin
Nagizade.Leyla | 1 iyun 2015 23:47 | Status: VİP user | Şərh: 1 321
Allah komekleri olsun
lady sweet | 11 aprel 2015 01:09 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: Leyla Ezizli
Allah her kesi bele bir xestelikden qorusun amin.Allah o qadının da qızının da yardımcısı olsun.
Leyla Ezizli | 8 mart 2015 17:50 | Status: Şərhçi | Şərh: 372
Allah her kesi bele bir xestelikden qorusun amin.Allah o qadının da qızının da yardımcısı olsun.
Nigar | 21 fevral 2015 10:46 | Status: Gümüş user | Şərh: 6 064
Allah komeyi olsun no
Nergiz love | 6 fevral 2015 23:25 | Status: Professional user | Şərh: 7 871
sebrim catmadi oxumaqa tsk
nurlana nurlana | 6 fevral 2015 19:07 | Status: Gümüş user | Şərh: 1 950
Allah kömeyi olsun
Ay_Sun | 6 fevral 2015 12:49 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Allah kömekleri olsun...

Amin.
SEVDA | 6 fevral 2015 09:11 | Status: Nəzarətçi | Şərh: 17 443
Allah kömekleri olsun...
sarakamil | 6 fevral 2015 08:13 | Status: Şərhçi | Şərh: 114
Allah kömək oldun.
BULUTUM | 5 fevral 2015 23:46 | Status: Professional user | Şərh: 7 392
Allah komeyinde olsun.
SARA55 | 5 fevral 2015 23:13 | Status: Qonaq | Şərh: 0
allah böyükdür heyran qaldım xanımın əzimkar olmağına halal olsun kişilərə nə var ki( bəzilərinə aiddir)xəstələndin qutardıq ancaq biz azəri qadınları nə qədər zülüm görsəkdə həmişə kişilərimizin arxasındayıq .müsahibə verən qadın bu zülüm qarşısında yenədə taleh deyir ancaq yaxşı edib boşanmısız allah həmişə yardımcınız olsun inşallah. bu haqqda oxuyanda ancaq axrının yaxşı olmasını Allahdan diləyirdim elədə oldu çooooooox sevindim Allah qızınızada şəfa verər İnşallah AMİN!!! 0144 0147 0147
Narin-Ulker | 5 fevral 2015 21:38 | Status: Gümüş user | Şərh: 2 749
ALLAH gostermesin
Miraj | 5 fevral 2015 18:54 | Status: Professional user | Şərh: 2 625
tesekkuuurler