Qadın / Qadın və problemlər

Qaçan gəlinlərin sirri - ARAŞDIRMA

Banu. | 15-01-2015, 12:40
9 849 38

 

 

Evli xanımların həyat yoldaşını, uşağını ataraq başqasına qoşulub qaçması cəmiyyətin qınaq obyektinə çevrilib. Son vaxtlar bu kimi halların sayı xeyli artıb. Demək olar ki, hər gün gəlinlərin evi tərk etməsi, subay oğlana qoşulub qaçması kimi xəbərlər eşidirik. Maraqlıdır ki, daha çox rayonlarda rast gəlinən hadisələr artıq adi hal alıb. Ötən il 10-a yaxın belə hadisə qeydə alınıb.

2014-cü ilin ən utancverici xəbəri Ağcabədi şəhərindən gəldi. Evli, iki uşaq anası, 18 yaşlı Abbasova Əfsanə Mədət qızının, 44 yaşlı, evli, əvvəllər bir neçə dəfə ailə qurub-boşanmış Kərimov Novruz adlı şəhər sakininə qoşulub qaçımasının ardınca Göyçayda, Qusarda, Xaçmazda, Qubada da gəlinlərin evi tərk etməsi xəbərləri yayıldı. Göyçayda daha bir utancverici xəbər yenicə ailə qurmuş 19 yaşlı gəlinin sevgilisinə qoşularaq evi tərk etməsi oldu. 

Cəmiyyətimizə xarakterik olmayan bu hal Siyəzəndə də baş verdi. 5 uşaq anası 30 yaşlı Gülnar Ağayeva həyətdə işləyən ustaya qoşularaq qaçdı. Bir müddət sonra daha bir xəbər Qubadan eşidildi. 6 ilin gəlini 2 uşağını ataraq internetdə tanış olduğu oğlana qoşularaq qaçdı. Daha bir rüsvayçı olay isə toy günü baş verib. Belə ki, Xaçmazın Qobuqıraq kənd sakini olan Simuzər Sabirqızı toy günü başqasına qoşularaq yoxa çıxıb. O, bundan əvvəl 4 dəfə nişanlı olub, hər dəfə isə nişanını toyqabağı geri qaytarıb. 
Qusar rayonunda da analoji hadisə yaşanıb. Rayonun Hiloba kəndində 21 yaşlı gəlinin itkin düşməsi elan olunsa da az keçməmiş Güləsər Səlimovanın telefonunda yad kişi ilə mesajları tapılıb. Ehtimal edilir ki, o da başqa bir oğlana qoşularaq qaçıb.

Bir sözlə, son günlər tez-tez eşitdiyimiz gəlinlər heç bir səbəb göstərmədən övladını, ərini, tərk edərək başqası ilə qaçması xəbərləri sanki ənənə halını alıb.

Kənardan adi görünsə də evli qadınlar bu addımı atması ciddi müzakirə mövzusudur. 

Onlar niyə qaçırlar? Səbəb nədir?


Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova gəlinlərin evi tərk etməsində günahı kişilərdə görür. Birlik sədrinin sözlərinə görə, kişilərin öz ailələrinə kifayət qədər biganəliyi, diqqətsizliyi sonda avradın evi tərk etməsi ilə nəticələnir:

"Qadın ona lazım olan diqqəti ərindən görməyəndə həmin qayğını başqa kişidə axtarır. Kişilər qadınları ilə oturub söhbət etmək, onların ehtiyaclarını bilmək istəmirlər. Ailə başçısının evə kənar şəxslər gətirməsi, özü olmadan evə daxil olması təbii ki, müəyyən hadisələrlə nəticələnir. Bir sözlə, ənənəvi Azərbaycan ailəsində kişi öz həyat yoldaşına kifayət qədər xoş söz demək, onunla vaxt keçirməyi həmişə ikinci plana saxlayır. Hamıya, hər şeyə vaxt tapır, başqaları ilə vaxt keçirməyi daha rəngarəng hesab edirlər, nəinki öz həyat yoldaşları ilə. Kim ki, iradəlidir dayanır, kim ki, iradəsi zəifdir qarmağa düşür”.

Gəlinlərin baş götürüb evdən getməsində hər iki tərəfin gühankar olduğunu deyən M.Zeynalova hesab edir ki, bu cür ailələr sonda dağılır: 

"Əvvəllər ailə quranlar hamısı əmin idi ki, onlar ömürlərinin sonuna kimi birlikdə yaşayacaqlar. Amma indi gənclər sığortalanmamış ailə qururlar, hər dəqiqə boşanmağa hazırdırlar. Mən demirəm ki, yalnız kişilər günahkardır. Qadınlar da təmkinli olmalıdır. Hamı rahatlığını istəyir. Əvvəllər ana deyirdi ki, mən həyatı boyu evi övladsız tərk etmərəm. Amma indi bunu edirlər. Bir sözlə indiki ailələrdə nə yoldaşına, nə övladına qarşı sevgi yoxdur”.

Evdən qaçan gəlinlər arasında Təmiz Dünya İctimai Birliyinə üz tutanların da olduğunu deyən M.Zeynalovanın sözlərinə görə, onlardan birini ailəsi ilə barışdırmaq mümkün olsa da digərləri bu addımı atımır:

"Bizə müraciət edən gəlinlər rayonlarda yaşayanlar olub. Onlar da yoldaşından qaçıblar. Səbəb kimi isə kişinin xəyanəti göstərilib. Çox vaxt isə cavan gəlinlərin evi, ailəsini tərk edərək başqasına qoşulub qaçması, evə yad adamın gətirilməsi, həmin dostun fürsətdən istifadə edərək qadını yoldan çıxartması göstərilib. Həyat yoldaşlarından həmin qayğı və diqqəti görməyən qadın yad kişinin toruna düşür. Bütün bunlar gəlinlərin evi tərk etməsinə səbəb olur”. 

"Ərli arvadların hamısının sevgilisi var, mənim niyə yoxdur?”

Serialların da ailələrə güclü təsir etdiyini söyləyən M.Zeynalova serialları on il bundan öncə atılmış bombaya bənzədir. O, həmin serialların artıq öz nəticəsini verdiyini və bundan sonra da bu cür fəsadlar verəcəyini deyir: 

"Bir dəfə birliyə psixoloji yardım üçün qadın gəldi. Onun dedikləri məni şoka saldı. "Ərli arvadların hamısının sevgilisi var, mənim niyə yoxdur?”. Yəni bunu normal kimi qəbul edirlər. Əslində isə bu norma deyil. Bu tipi məlumatlar bir-birinə ötürülür və zəif psixologiyası olan insanlara təsir edir. Depressiyadan çıxmaq, adrenalin yaşamaq üçün gəlinlər bu yola əl atırlar”. 

Ailələrini tərk edən gəlinlərdən rəhbərlik etdiyi təşkilata müraciət edənlərin olduğunu deyən M.Zeynalova bir nəfəri ailəsi ilə barışdırdıqlarını ikincinin qadının isə bütün cəhdlərə baxmayaraq əri ilə barışmadığını söyləyib:

"Qadınların da kişiləri aldatması ilə bağlı faktlar az deyil. Hətta qadın xəyanətinə görə ailəsini tərk edən kişilər də olub. Elə ailələr var ki, həyat yoldaşının psixoloji durumunun normal olmadığı üçün psioxoloqa gətirib, lakin məlum olub ki, onun kənarda sevgilisi var. Beləcə, ailə dağılıb”. 


"Onlar sadəcə manyakdırlar, başqa adı yoxdur bunun...”

Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, rayon mühitində yaşayan gəlinlər daha yaxşı həyat arzusu ilə tanımadıqları adamlara qoşulub gedirlər: 

"İnsanlar dünənə kimi konservativ həyat tərzi sürürdülər. Həyata mühafizəkar münasibət var idi. Hətta gəlin qaynatanın yanında övladını qucağına götürməzdi. Yanaşmalar fərqli idi. İndi biz informnasiya əsrində yaşayırıq. Bu hallara təsir göstərən faktorlar sırasına interneti, serialları daxil edə bilərik. Elə seriallar var ki, insanların yanaşması ilə üst-üstə düşmür. Onlar təmtaraqlı həyat axtarışına çıxır və nəticədə xoşagəlməz hallar yaranır. Gəlinlər fərdi konfortunu düşünərək bu cür problemlərə yol açırlar”. 

Gəlinə yaxşı həyat vəd edən, onları qaçıranların da normal adamlar olmadığını deyən psixoloqun sözlərinə görə, onlar ya bir neçə dəfə ailə həyatı yaşayanlar, ya da psixoloji cəhətdən problemi olanlardır: 

"Rayonlarda yaşayan gəlinlər daha yaxşı həyat arzusu ilə evdən qaçırlar. Çünki xəyanət halları, evə qadın gətirmək rayon yerlərində daha az baş verir. Gəlinə yaxşı həyat vəd edən, onları qaçıranlar da normal adamlar deyil. Onlar ya təkrar evlilik yaşayırlar, ya da psixoloji cəhətdən problemləri var. Əgər bir kişi ailəli bir qadını yoldan çıxarıb ailəsindən evindən, uşağından edirsə o manyakdır, cəmiyyət üçün təhlükəlidir. Çünki həmin adam ikinci, üçüncü dəfə də eyni hadisəni təkrarlayacaq. Axı həmin şəxslər sona kimi həmin qadınları saxlamırlar. Təklif edirəm ki, həmin şəxslər məsuliyyətə cəlb olunsunlar”. 

"Kefimdən ərim ola-ola başqasına getməmişəm ki...?”


Evli olduğu halda başqa oğlanla qaçan Aygün (şərti adıdır – red)əməkdaşımızla söhbətində öz əməliyə haqq qazandırıb. O, etdiyi hərəkətin günahını qarşı tərəfdə görür. Qadınların heç vaxt fiziki tələbata, seksə görə başqasına qoşulub qaçmadığını, ona arxa, dayaq olacaq adam axtardığını deyir:

"Mənim kimi bəlkə də onlarla qadın var. Heç kəs bu addımı keyfindən atmır. Ya mənəvi, ya fiziki cəhətdən işgəncələrə məruz qalır, ya da yaşadığı mühit onu qane etmir. Mənim də evi tərk etməyimə səbəb yoldaşımın diqqətsizliyi, mənə mənəvi cəhətdən işgəncə verməsi olub. Rayona gəlin köçmüşəm. Hamı bilir ki rayona gəlin getmək nə deməkdir. Bəlkə də məni hamı qınayacaq. Amma işdən, əziyyətdən çox diqqətsizlikdən evi tərk etmişəm. Mən evdə sanki yemək bişirən, qabyuyan, xörək bişirən kimi gətirmişdilər. Gəlin gələndən heç bir toya, şənliyə getməmişəm. Ərimdən bir dəfə də olsun xoş söz eşitməmişəm. Halbuki, evlənmədən öncə belə deyildi. Mən də bütün bunlardan bezib özümə yeni həyat qurmaq istədim. Heç kim məni qınamasın. Əgər kişi macəra üçün yad qadına qaçırsa, qadın seçim qarşısında qalaraq bu addımı atır”. 

"Qəhrəmanımız” deyir ki, çox vaxt evli qadınların kişi ilə qaçmasını qınağa çevirilər. Hamı məsləhət görür, qınayır. "Niyə qaçırlar, əri qadını qane etmirsə, boşansın”-deyirlər. Amma bilmirlər ki, bunun da öz səbəbləri olur:

"Filankəsin qızısan boşansan el nə deyər? Atanın, ananın boşanacağı halda evə gəlmə kimi kəlimələri qadınlara başqa carə buraxmır. O qədər cana doyursan ki, ata, ana,el qınağı, uşaq gözüvə görünmür. Sonu da belə olur”.azvision.az

 



ESMERRi | 7 noyabr 2015 21:27 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Ayan huseynzade
Birincisi aile quranda sevgi olmalidiki biri od olanda biri su olmali guzewte getmelidi.Ikincisi bezen aile sevgi uzerinde qurulmur evdd meslehet edirler ve qizi verirler ere ve ya oglunu evlendirirler.Esas ailede hormetdi o yoxdusa hecne..Qadini qadin eden kiwidi.Kiwinide kiwi eden qadindi.Kiwi bawdirsa qadinda bawi saxlayan boyundu.Bir qadini elinde saxlamaq ucun sevgi,diqqet,nevaziw,hormet lazimdi.Laqeydsizlik ise qadin ve kiwini bir birinden uzaqlawdirir.Qadina tekce maddi yox ona menevi de dayaq olmaq lazimdir.Diqqetsizlik soyuqluq bir cox ailelerin dagilmasina sebeb olur.
Ayan huseynzade | 4 noyabr 2015 18:57 | Status: Qonaq | Şərh: 0
Birincisi aile quranda sevgi olmalidiki biri od olanda biri su olmali guzewte getmelidi.Ikincisi bezen aile sevgi uzerinde qurulmur evdd meslehet edirler ve qizi verirler ere ve ya oglunu evlendirirler.Esas ailede hormetdi o yoxdusa hecne..Qadini qadin eden kiwidi.Kiwinide kiwi eden qadindi.Kiwi bawdirsa qadinda bawi saxlayan boyundu.Bir qadini elinde saxlamaq ucun sevgi,diqqet,nevaziw,hormet lazimdi.Laqeydsizlik ise qadin ve kiwini bir birinden uzaqlawdirir.Qadina tekce maddi yox ona menevi de dayaq olmaq lazimdir.Diqqetsizlik soyuqluq bir cox ailelerin dagilmasina sebeb olur.
Nagizade.Leyla | 6 iyul 2015 22:52 | Status: VİP user | Şərh: 1 321
Allah uzaq elesin..
meley.......... | 4 may 2015 20:34 | Status: Şərhçi | Şərh: 221
Sitat: BULUTUM
Hisslerine nefsine hakim olan qizmiw kiwi ve qadinlardi.twkk

Sitat: BULUTUM
Hisslerine nefsine hakim olan qizmiw kiwi ve qadinlardi.twkk

duzdi vallah
gulu_95 | 9 aprel 2015 14:20 | Status: Şərhçi | Şərh: 568
Allah göstərməsin...
Ekberli Nermin | 27 mart 2015 20:49 | Status: Şərhçi | Şərh: 305
Ehh Allah agil versin
BULUTUM | 8 mart 2015 20:46 | Status: Professional user | Şərh: 7 392
Hisslerine nefsine hakim olan qizmiw kiwi ve qadinlardi.twkk
mila21 | 3 mart 2015 20:30 | Status: Şərhçi | Şərh: 283
allah gostermesin
qisqanc45 | 20 yanvar 2015 00:36 | Status: Qonaq | Şərh: 0
Allah göstərməsin

Sitat: SEVDA
Bu cür exlaqsız qadınlara da,bele qadınları qaçıran exlaqsız kişilere de Allah lenet elesin.....


Sitat: Vetenperver
Sitat: Banu.
Men illerdir internetde oluram,hele indiyedek pis lazimsiz bir sheylerle qarshilashmamisham.Kishi pis ola biler, menim cox sevdiyim bir ifade var :Daima qadin unutmamalidir ki kiminse qizidir,kiminse bacisidir esas da kiminse anasidir. Bir de qadin leyaqeti deyilen bir shey var. Bunu axir vaxtlar xanimlarin coxu hec xatirlamir da(((

Banu xanım,sizin belə yerdə sərh yazmağınız yerinə düşdü.


Sitat: aysem_omer
Bunlarin hamsi bow weydi,namusu,qeyreti olan,terbiyesi olan hecbir qadin ele hereket etmez.
Ay_Sun | 18 yanvar 2015 15:46 | Status: Brilliant user | Şərh: 13 409
Allah bele agilsizlara agil versin.
Vetenperver | 16 yanvar 2015 14:55 | Status: Professional user | Şərh: 6 700
Sitat: sevgi istanbul
Evli ola ola basqasina qosulub qacanin agli yoxdu tupoydu heleki usaqlarinida kimese gore yiyesiz qoymaq 2qat agilsizliqdi guya qacdigi onu ovcunda saxlayacaq

Sitat: boris arxan
men demiwem ,deyecemde .kiwi hara gedir getsin ,kimnen gezir gezsin .menim adim temiz olsun .hamisi dunya goruwu az olanlardi .gerek eslin -neslinde duz ola .xalam 17 yawindan dul qalib .bir uzu gelin bir uzu qiz oturdu dedi balami boyudecem indi 60 yawi var hami bawina and icir .gerek insanin qabinda ola merifet qanacaq .,qeyret bunlarin bir adi var leyaqetsizler...







Sitat: Aytekin82
Əri, uşağı ola-ola qaçan qadının bir adı var, üzr istəyirəm "qızmış"...
Yenə də bir amma var ki, onu bu hərəkətə şirnikləndirən "kişi"...

Aytəkin,yaşın az deyil, bilirsən ki əxlaqlı qadını heç bir kişi şirnikləndirə bilməz,bəlkə belə deyil?Əvvəla ərli qadın necə başqa kişi ilə isti münasibətdə ola bilər?İkincisi kişi ha şirnikləndirsin bəs qadının ağlı,namusu hardadır?Hələ uşaqlarını qoyub qaçmağı demirəm.Qadınlar iki yerə bölünür:ağıllı və ağılsız,namuslu və namussuz.Deməli qaçan gəlinlərdə ağılsız və namussuz qadınlar siyahısına aiddir.
Birdə bir şeyi başa düşmürəm səndə.Kişi sözü yazanda niyə dırnaq içində yazırsan?qadın yazanda isə dırnaq işarəsiz.
Sitat: Nergiz33
yaxsi eri olan qadin evden getmez

Demək pis əri olan qadın evdən gedər.
Aytekin82 | 16 yanvar 2015 09:28 | Status: Brilliant user | Şərh: 6 588
Sitat: Vetenperver

Əri ola-ola qaçan qadın demək günah ancaq özündədir.Təhrik edən kişilər deyəndə nəyi deyirsən?təhriki deyəndə məcburi evdən çölə çıxardıb demirki get qaç,bəs təzə ərə gəlmiş gəlnin qaçmağı?Bu ki ərlə əlaqəsi yoxdur.Ərdə ola ola sevgilisi ilə qaçmaq nə deməkdir?Sənində ərin pis olub (dediyinə görə) bəs sən niyə qaçmamısan?Ər pis olanda uşaqlarıda atırlar? Bilirsən hara fırlatsan yenədə əxlaqsız qadın obrazı canlanacaq.Bunun günahını mən başqasında görmürəm,ər təhrik edir deməli qaçmalısan?Və sən əminsən ki qaçdığın kişi ilə xoşbəxt olacaqsan?Uşaqlarında geridə qala-qala.


Əri, uşağı ola-ola qaçan qadının bir adı var, üzr istəyirəm "qızmış"...
Yenə də bir amma var ki, onu bu hərəkətə şirnikləndirən "kişi"...
Töbə... Töbə....
Taaa səninlə söz güləşdirməyəcəm...
Cannarı cəhənnəm.... Elə hər ikisinin...
İllərdir virtual aləmdə ola-ola kimsədə telefonu, skype olmayan qadınlara eşq olsun!!! wink
Nergiz33 | 15 yanvar 2015 18:45 | Status: VİP user | Şərh: 1 079
yaxsi eri olan qadin evden getmez
Billurə | 15 yanvar 2015 18:10 | Status: Professional user | Şərh: 4 892
Uşaq ola-ola qaçmaq nədir? Başa düşmürəm. Ən azından övladlarını düşünməlidir qadın. O, körpələri kimin ümidinə qoyub gedirsən maraqlıdır. Evlənəndə yaxşı düşüəydin.Düzdü ola bilər ailəsinə görə boşanmağa imkanı olmasın,amma bu o demək deyil ki, qaçmalısan.
boris arxan | 15 yanvar 2015 17:32 | Status: Professional user | Şərh: 4 784
men demiwem ,deyecemde .kiwi hara gedir getsin ,kimnen gezir gezsin .menim adim temiz olsun .hamisi dunya goruwu az olanlardi .gerek eslin -neslinde duz ola .xalam 17 yawindan dul qalib .bir uzu gelin bir uzu qiz oturdu dedi balami boyudecem indi 60 yawi var hami bawina and icir .gerek insanin qabinda ola merifet qanacaq .,qeyret bunlarin bir adi var leyaqetsizler...
Dəniz qızı | 15 yanvar 2015 16:32 | Status: Brilliant user | Şərh: 8 019
Ər arvadına xəyanət edirsə günah qadındadı.Necə olur ki,səndə tapmadığını başqasında tapır?İndi belə çıxır ki,hamı qaçsın da.Azərbaycanda çox kişilər işinə görə ailəsinə vaxt ayıra bilmir,qadın atmalıdı onları.Şəxsən mənim yoldaşım səhər çıxır axşam gəlir,mən dava dalaş salım,onun işi belədi.Mən anaları qınayıram:qızlarını düzgün yola yönəltsinlər.Mən ana tanıyıram ki,qızın saçını ukladka eləməmiş məktəbə buraxmır.Belə şey olar?Səhər o qız sənin başıva bəla olacaq.
SEVDA | 15 yanvar 2015 16:30 | Status: Nəzarətçi | Şərh: 17 443
Bu cür exlaqsız qadınlara da,bele qadınları qaçıran exlaqsız kişilere de Allah lenet elesin.....
SEVA | 15 yanvar 2015 16:17 | Status: Professional user | Şərh: 5 151
Evli ola ola basqasina qosulub qacanin agli yoxdu tupoydu heleki usaqlarinida kimese gore yiyesiz qoymaq 2qat agilsizliqdi guya qacdigi onu ovcunda saxlayacaq
Vetenperver | 15 yanvar 2015 16:10 | Status: Professional user | Şərh: 6 700
Sitat: Aytekin82
Pahoooo Demək ki, bütün günahlar qadındadır hindi?
Bəs onları bu yola təhrik edən "kişilər"?
Noolar, bir az obyektiv olanda....

Əri ola-ola qaçan qadın demək günah ancaq özündədir.Təhrik edən kişilər deyəndə nəyi deyirsən?təhriki deyəndə məcburi evdən çölə çıxardıb demirki get qaç,bəs təzə ərə gəlmiş gəlnin qaçmağı?Bu ki ərlə əlaqəsi yoxdur.Ərdə ola ola sevgilisi ilə qaçmaq nə deməkdir?Sənində ərin pis olub (dediyinə görə) bəs sən niyə qaçmamısan?Ər pis olanda uşaqlarıda atırlar? Bilirsən hara fırlatsan yenədə əxlaqsız qadın obrazı canlanacaq.Bunun günahını mən başqasında görmürəm,ər təhrik edir deməli qaçmalısan?Və sən əminsən ki qaçdığın kişi ilə xoşbəxt olacaqsan?Uşaqlarında geridə qala-qala.
sirin bala | 15 yanvar 2015 16:08 | Status: Gümüş user | Şərh: 1 669
qadinlar niye qacir kisiler doymeyinden qumarindann icgisnden ona deyer vermemsiden bezib qacilarr bu tpoy kisilerr niye qadinariyla maraqlamikARR ONLARAA BIR SURPRIZ HEDIYEE NESE BI SEY ELMILER BU QADILARDA QACIR GGGUNAHH KISILERDEDIIIIIIIIII
Nazlı_Kız | 15 yanvar 2015 16:05 | Status: Brilliant user | Şərh: 6 473
Çün ki, internetdi telfondu bəziləri üçün əlverişlidi ərlərini aldadırlar əxlaqsızlar girilər saytlar da yazışırlar hər sözlərinə aldanılar yavaş yavaş da vasappına kimi alılar skaypla zadla danışılar ağılsızlar da ərlərini qoyub qaçırlar ayıb olsun! O, cür qadınllara əgər qadındındısa uşaqını ərini qoyub gedənə qadın demək olar sa amma uzun müddət heç kim saxlamıyacaq deyəcək bu ərini atıb gedir sabahsı gn də məni atar gedər başqa kişiyə am nəysə ürəyim doludu yazmaq istərdim amma mən çox danışmasam yaxşıdı göz tökürəm çün ki, wink
Vetenperver | 15 yanvar 2015 16:02 | Status: Professional user | Şərh: 6 700
Sitat: Banu.
Men illerdir internetde oluram,hele indiyedek pis lazimsiz bir sheylerle qarshilashmamisham.Kishi pis ola biler, menim cox sevdiyim bir ifade var :Daima qadin unutmamalidir ki kiminse qizidir,kiminse bacisidir esas da kiminse anasidir. Bir de qadin leyaqeti deyilen bir shey var. Bunu axir vaxtlar xanimlarin coxu hec xatirlamir da(((

Banu xanım,sizin belə yerdə sərh yazmağınız yerinə düşdü.
Aytekin82 | 15 yanvar 2015 16:02 | Status: Brilliant user | Şərh: 6 588
Sitat: Vetenperver
Bunların bir adı var ƏXLAQSIZ!
Nə qədərki Mehriban Zeynalova kimi iyrənc feministlər olacaq o qədərdə düzəlmiyəcək belə qadınlar.Əgər kişidədirsə günah onda bəs harda qaldı Azərbaycan qadının əxlaqı,namusu,isməti???Nə tez yaddan çıxıdı "namus" sözü?Ya qadınlar artıq namuslarını yaddan çıxardıb öz hissləri ilə yaşayırlar?Bəyəm ərin yaxşı pis olmasına görə olçülür qadın namusu?Ərin pisdir,diqqət görsətmir bəs sənin əxlaqın harda itdi?Bəs uşaqlarına olan sevgi qayğı?Bəs nəslinə hörmətin??Bir qadının ərdə ola ola yad bir kişiylə qoşulub qaçmasının bir adı var-ƏXLAQSIZ!Və heçnə ilə özünə haqq qazandıra bilməz.Beləsində heç analıq hissidə yoxdur!Nə namusu var,nə əxlaqı nə qadınlığı nə analığı!Belə hadisələr onu görsədir ki Azərbaycanlı qadınlar get-gedə əxlaqsızlaşırlar,nə ərə,nə övlada,nə ata anaya hörmət qoymurlar.Belə qadınlara Allah lənət eləsin.


Pahoooo Demək ki, bütün günahlar qadındadır hindi?
Bəs onları bu yola təhrik edən "kişilər"?
Noolar, bir az obyektiv olanda.... feel
Vetenperver | 15 yanvar 2015 15:58 | Status: Professional user | Şərh: 6 700
Sitat: SELENA
iki uc kelime sirin soze aldanan qadin gelinin toyuqdan ferqi yoxdur menimcun.
kisi ne etse leke deyil bunu hemise demisem.qadin amma bir defe sehv etdise omrluk batti.

Sitat: SELENA
bura qadin sayti olsada sozum kisileredir.gözelliye aldanmiyin.tupurum o gozelliyeki papagi yere vurur.aile quranda ilk once aldigin qizin exlaqina bax...iki gune tora dusen qizdan kimseye yoldas olmaz.olsada sonu bele olar.

Gözəl məsləhət

Sitat: Aytekin82
Sonunda yenə də təmkin, səbir, iradə və əxlaq qalib gəldi...


Sitat: gulcin70
Heç bir qadın şəstlə deyə bilməz ki, onun həyat yoldaşı idealdır və onu gözlərinin üstündə saxlayır. Hamının evində söz-söhbət də olur, dava-dalaş da.. Hər evində söz-sıhbət olan, ərinin kiminləsə internetdə yazışdığını görən qadın başqa kişi tapsa, uşaqlarını atıb, başqa kişi ilə qoşulub qaçsa,onda onun özü axmaqdır.


Sitat: SULTANIM
Mehriban Zeynalovanin fikri ile hecde razi deyilem. Onun fikrine gore ailesine lqeyd yanasan kisilerin arvadlari qacir. Mence bezi uzden iraq qadinlar bunu ellerinde baya ederek qacirlar. Evvelki zemanede de xanimina laqeyd yanasan kisiler olub,bes o zaman niye qadinlar qacmirdilar?
mamasinin ureyi | 15 yanvar 2015 15:34 | Status: Professional user | Şərh: 1 112
emn meqaleni oxumaqa hovselem catmadi ama niye qacdiqlarini bilirem dinlerini imanlarini azan sehvetine qurban olan..dizsizler imansizlardir...Allah hidayet etsin her yolunu azana...
Banu. | 15 yanvar 2015 15:24 | Status: Admin | Şərh: 2 266
Bu problemdir cox boyuk bir problem.Birinci deyerdim terbiye esas rol oynayir.Elbette genler de oz ishini gorur. Coxu internet telefonla aleqelendirir mence duz deyil,cunki insan axtardigini daima tapir, yeni beyninde olan budur ki ona da rast gelib.Men illerdir internetde oluram,hele indiyedek pis lazimsiz bir sheylerle qarshilashmamisham.Kishi pis ola biler, menim cox sevdiyim bir ifade var :Daima qadin unutmamalidir ki kiminse qizidir,kiminse bacisidir esas da kiminse anasidir. Bir de qadin leyaqeti deyilen bir shey var. Bunu axir vaxtlar xanimlarin coxu hec xatirlamir da(((
Elgun_Azizov | 15 yanvar 2015 15:11 | Status: Professional user | Şərh: 1 393
Bunnarı mən kəndlə şəhərlə əlaqələndirmirəm. Kişiylədə əlaqələndirmirəm. Bu yalnız bəzi qadınların ağıllarının bir o qədər inkişaf etməməsidir. Bu dəqiqə elə qadınlar varki neçə illərdir ərləri moskvada ayda ildə bir dəfə gəlir ancaq necə qeyrətlə balalarını saxlıyır. Bu dəqiqə əksər ailələrdə kişilər yoldaşdarına diqqət yetirmir onsuzda bu o deməkdiki hər ailədə qadınlar başqa kişilərə qoşulub qaçmalıdı?! Əgər qadın uşağı ola ola əri ola ola qaçırsa başqasına demək bu qızın əxlaqında tərbiyəsində və başında ən əsas problemləri olub. Necə deyərlər hər cinsin yahşısıda var pisidə. Bax o pisdərdən qorusun hamını Allah. Çünki qadın yıxan evi fələk belə yıxa bilməz.
SULTANIM | 15 yanvar 2015 15:05 | Status: Ekspert | Şərh: 4 743
Xeberi diqqetle ve maraqla oxudum.
Mehriban Zeynalovanin fikri ile hecde razi deyilem. Onun fikrine gore ailesine lqeyd yanasan kisilerin arvadlari qacir. Mence bezi uzden iraq qadinlar bunu ellerinde baya ederek qacirlar. Evvelki zemanede de xanimina laqeyd yanasan kisiler olub,bes o zaman niye qadinlar qacmirdilar? Vallah herden qadinlar qudurganliqdan bele edirler. Belelerinin koku, bunovresi, mayasi temiz deyil.
O qeder ailesi dagilan xanimlar var ki, kisi kimi isleyib balalarin saxlayir.Onlar niye qacmir?
PsixoloqumuzElnur beyle de razi deyilem. Rayonlarda hal-hazirda ele gozel serait yaradilir ki, gel goresen. Is yerleri acilir. Umumilikde muasirlik her yerde yaradilir. Yene de evvelki sozume qayidiram, sadece bele qadinlarin exlaqlari qaydasinda deyil.
Xebere gore tesekkurler.
ELİSA | 15 yanvar 2015 15:04 | Status: Gümüş user | Şərh: 1 047
Men telnen daxil olmuwam deye fikrimi tam catdira bilmirem.Ama Gulcin70 xanim tam menim ureyimdekileri yazdiz,cox duzdu
Gülçin | 15 yanvar 2015 14:50 | Status: Brilliant user | Şərh: 6 781
Həyatda nə ideal kişi, nə də ideal qadın yoxdur. Heç bir qadın şəstlə deyə bilməz ki, onun həyat yoldaşı idealdır və onu gözlərinin üstündə saxlayır. Hamının evində söz-söhbət də olur, dava-dalaş da.. Hər evində söz-sıhbət olan, ərinin kiminləsə internetdə yazışdığını görən qadın başqa kişi tapsa, uşaqlarını atıb, başqa kişi ilə qoşulub qaçsa, onda onun özü axmaqdır. Həmin qadınlar bir şeyi bilsələr ki, öz qürurlarını, mənliklərini hansısa bir nakişinin ayaqları altına atmaqla nələri itirirlər?!..