Qadın / Qadın və problemlər

İŞİD qadınlara cənnət vəd edir... Ancaq onların həyatını cəhhənnəm edir

Banu. | 24-12-2014, 13:34
6 012 15
İŞİD qadınlara cənnət vəd edir... Ancaq onların həyatını cəhhənnəm edir


İŞİD qadınlara cənnət vəd edir... Ancaq onların həyatını cəhhənnəm edir

“Seks-cihadı” anlayışı 2013-cü ildə yaranıb və dərhal da populyarlıq qazanıb. Tia.az xəbəri Rusiya mətbuatına istinadən yayır. Yüzlərlə müsəlman qadın Avropa və Şərq ölkələrindən Suriya və İraqa, İŞİD-ə “intim xidmət” etmək üçün gedir. Bəzi qızlar, macəra, bəziləri islamçılar arasında yaxşı ər tapmaq, bir qismi isə öz seksual fantaziyaları üçün İŞİD-ə qoşulur. Onlara görə bu yolla cənnətdə yer tuta biləcəklər.Ötən il beynəlxalq mətbuatda 16 yaşlı suriyalı qız Ravan Qadahın hekayəsi yayıldı. Onu cihadçılar arasına atası aparmışdı. Qızın sözlərinə görə, onu seksual köləyə çevriblər. Qız bildirib ki, onun atası yaxınlıqda olsa da iki kişi tərəfindən zorlanmasına şərait yaradıb. 16 yaşlı qız bir neçə ay sonra terroristlərin əlindən qaçaraq Suriya əsgərlərindən kömək istəyib. 2013-cü ildə vəhabi təriqətini Səudiyyə Ərəbistanında yayan Məhəmməd əl-Arifi sünni xanımları Bəşər Əsədə qarşı döyüşənlər üçün “sekc-cihad”a səsləyib.


Qeyd edək ki, bu şeyxın Twitter hesabında 9 milyondan artıq izləyicisi var. Onun bu çağırışına bütün dünyadan yüzlərlə qız qoşulub. Misirdə də “sekc-cihad”a maraq həmin dövrdə yarandı. “Müsəlman qardaşları” qruplaşması bu dəfə xanımlara Facebook səhifəsindən səsləndi. Suriyada isə “sekc-cihad” ən populyar dövrünü yaşayır. Əvvəllər onlar qadınları internetdə olan qadın jurnallarının səhifələrindən Suriyaya gətirməyə başladılar. Həmin portallarda yaraqlıların dul arvadlarından və onların “intim-gündəlik”lərindən məlumatlar verilirdi. İndi isə yaraqlılar internetə girərək qızları sosial şəbəkələrdə və Skype vasitəsilə İŞİD-ə gətirir.Onları əsasən evlənmək bəhanəsiylə aldadaraq öz sıralarına qoşurlar. Hətta Suriyada işğal olunan ərazilərdə nigah agentlikləri mövcuddur. Ektremistlərin arvadları və bacıları da bu təbliğatı universitetlərdə davam etdirir. Məsələn, Tunisdən olan bir xanım bildirib ki, islamı öyrənmək üçün universitetdəki pulsuz kursda ona Allah üçün Suriyada “əzablara qatlaşmağı” və bununla “cənnətə getməyi” təklif ediblər. 2013-cü ildə Tunisin Daxili İşlər Naziri Lotfi Ben Ceddu bildirib ki, yerli qadınlar Suriyaya intim münasibətlər üçün gedir. Onlar orda 20-30 bəzən 100 nəfər yaraqlı ilə əlaqədə olaraq geriyə hamilə vəziyyətində qayıdır. Tunis mətbuatı Suriyanın İdlib şəhərində qadınlar üçün “seks düşərgə”lərin olduğunu da bildirir.


“AlMijhar “ nəşrində çıxan məqalə isə bir çox məsələlərə aydınlıq gətirir. “Mənə cənnət vəd etdikləri üçün 152 kişi ilə oldum” adlı müsahidə 21 yaşlı tunisli qızın taleyindən bəhs olunur. O, bildirib ki, hər gün bir neçə dəfə “ərə gedərək” terroristlərə intim xidmət göstərməli olub. Buna baxmayaraq, Qərb mətbuatı olanları Bəşər Əsədin uydurması adlandırırdı. Hətta fransız jurnalist Jan Batist Node də“LeNouvelObservateur” nəşrində “seks cihad” faktını təkzib edir. Amerikalı iki jurnalist də Rakkada bu barədə heçnə görmədiklərini bildirir və olanları təkzib edirlər. Lakin onlar Tunisdə 12 qızın itgin düşməsi faktını təsdiqləyib. “DerSpiegel” nəşri isə ötən il oktyabrda dərc etdiyi məqalədə “seks-cihad” məsələsinin Bəşər Əsəd rejimin cinayətlərinin dünya ictimaiyyətinin gözündən yayınması üçün ortalığa atılmış yalan olmasını bildirib. Buna baxmayaraq, mətbuat bu mövzuda yeni faklar yazmağa davam etdi. “Al-Iraqiya” telekanalı iki bacının oxşar taleyini paylaşdı Bir müddət sonra Tunisin yerli telekanalları Abu-Qusay adlı yaraqlının “seks-cihad” haqqında müsahibəsin yayımlayır. Bu müsahibədən sonra anlaşılır ki bu məsələ əslində heç də mif deyil. O, özü də bu cür qızlarla intim əlaqədə olduğunu bildirir və qeyd edirki onlar arasında Qərb ölkələrindən gələnlər də var. Tiqrit və Mosulun İŞİD-in əlinə keçməsi ilə şəhərdə vərəqələr paylanmağa başladı. Vərəqələrdə evdəki subay qızların da cihada qoşulması istənilirdi. Vərəqələrdə bildirilirdi ki, qadınlar yaraqlılarla yatmaqla “təmizlənəcək”. Bu qaydalara əməl etməyənlər isə Allahın əmrinə qarşı gəldikləri üçün şəriətin qaydalarına əsasən amansizlıqla cəzalandırılacaq. Yerli nəşrlərə görə eyni mövzuda olan plakatlar Mosul və Tiqrit küçələrində asılıb.

Qadınların seksual zorakılığa məruz qalması barədə daha bir məlumatı isə Almaniyanın Focus nəşri yayır. Britaniya nəşrləri də tezliklə Suriyada qadınların “seks-cihad”a qatılmasını təsdiqləyir. Mətbuatda ən çox rezonans doğuran xəbər isə avstraliyadan olan qızların cihada qatılması ilə bağlıdır. Onlardan biri 17 yaşlı Samra Kesinoviç, digəri isə 15 yaşlı Sabina Selimoviçdir. Qizlardan biri atasına hamilə olduğunu və onu buradan aparmasını istəyir.Lakiın daha sonra məlum olur ki, qızlardan biri atışma nəticəsində öıüb. Digər qızın taleyindən isə hələ də xəbər yoxdur. Suriyada bu cür alçalmalara məruz qalan hamilə qadınlar geri döndükdə ailələri tərəfindən qəbul edilmir. Bəziləri hətta intihar edir. Avstriya da isə yerli qanunlara görə bu xanimlar terrorist hesab olunaraq həbs edilir.
.
NÜŞABƏ

Nigar_ | 5 noyabr 2016 14:52 | Status: Professional user | Şərh: 2 126
ISIDe qosulanin agli basinda deyil.Bu sadece olaraq terrorcu teskilatdir dinle de qetiyyen elaqesi yoxdur.Bu cur teskilatlara yardim gosteren qerb dovletleridir onlarin islamin dunyadaki nufuzunu gozden salmaq isteyirler.
ESMERRi | 25 mart 2016 13:50 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Wiyinn
yoluz cehennemdi qaynar qazanin en isti yerie dusesiz
Janna_1994 | 6 fevral 2016 14:43 | Status: Şərhçi | Şərh: 499
Allah uzaq etsin
Wiyinn | 26 noyabr 2015 22:28 | Status: VİP user | Şərh: 889
yoluz cehennemdi qaynar qazanin en isti yerie dusesiz
Mavish | 27 dekabr 2014 08:54 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: Vetenperver
Bəli "Vəhhab" Allahın adlarıdan biridir amma insan adıda var. 18-ci əsrdə Səudiyyə ərəbistanında yaşamış Məhəmməd ibn Əbdülvahab
AbdulVahab ayrı sözdür Vahab isə ayrı,Vahab Allahın adıdır,Abdul Vahab isə Allahın qulu deməkdir..insana Vahabı adı qoymaq düzgün deyil.
Sitat: Vetenperver
Bu təriqətdə olan kişilər süpürgə kimi uzun saqqal saxlayırlar,şalvarlarıda çox qısa olur.Həyat yoldaşlarıda əsasən niqab geyimirlər.

Peyğəmbərlər,səhabələr şiə camatının dili ilə desək bütün İmamlarda saqqal saxlayıblar yəqinki dini kinolarda da görmüsən.ama normal qaydada məndə uzun saqqalı sevmirəm,ama kişinin üzüdə qadın üzündən fərqli olmalıdır yəni üzündə tükün yeri bilinməlidir..
Sual: Mənim saqqal saxlamaq məsələsinə dair bəzi tərəddüdlərim var. Saqqal saxlamağın fərz və vacib olması haqqında fikirlər səsləndirilir. Bir hədisdə bildirilir ki, İranlı atəşpərəstlər peyğəmbərin yanında olanda o, onlardan nəyə görə bığlarının uzun, saqqallarının qısa olduğunu soruşmuş, onlar da müqabilində: “Bizim rəbbimiz belə əmr edir”, - deyə cavab vermişlər. Onlar da öz növbələrində peyğəmbərdən: “Sənin niyə bığın qısa, saqqalınsa uzundur?”, - deyə soruşduqları vaxt Allahın elçisi onlara: ”Mənim də rəbbim belə əmr edir”, - deyib. Peyğəmbərin rəbbi Allahdır. Belə olan halda, saqqal saxlamaq Allahın hökmüdür?
Cavab: Allahın elçisi Məhəmməd peyğəmbərdən bu məsələ ilə əlaqədar olaraq nəql edilən hədis rəvayətləri belədir:
“İbn Ömər (r. a.) deyir: “Rəsulullah buyurdu ki, bığlarınızı qırxın, saqqallarınızı isə sərbəst buraxın”.
Səhiheynin (Səhihi-Buxari və Səhihi-Müslim) bir rəvayətində belə deyilir: “Bu əməllər fitrətdəndir: Qasıqların qırxılıb təmizlənməsi, dırnaqların kəsilməsi və bığların qırxılması”.
Başqa bir rəvayətdə isə: “Müşriklərə qarşı müxalif olun, saqqallarınızı uzadın və bığlarınızı kəsin”, – deyə buyurulur.
Həzrəti Aişə (r. a.) nəql edir:
“Rəsulullah buyurdu ki, bu on şey fitrətdəndir: Bığı kəsmək, saqqal saxlamaq, misvak, istinsak (buruna su çəkmək), məzməzə (ağıza su çəkmək), dırnaqları kəsmək, barmaq aralarını yumaq, qoltuq altını yolmaq, qasığı qırxmaq, istinca etmək”.
Bu hədislərə əsasən alimlərin bəziləri saqqal saxlamağı vacib hesab edirlər. Bəzi alimlər də belə hesab edirlər ki, peyğəmbərimiz Muhəmməd (s. a. v.) hamının saqqal saxladığı və saqqalla bığın bir-birinə qarışdığı Ərəb cəmiyyətini bu barədə necə deyərlər, nizamlamaq istəyib. Belə düşünən alimlərin fikrincə bu, dindən deyil, adət-ənənədən irəli gəlir.
Hər iki qrupa daxil olan alimlərin haqlı dəlilləri olduğuna görə peyğəmbərimizin özünün saqqal saxlamasını nəzər alıb saqqal saxlamağın sünnə (müstəhəb) olduğunu demək də olar. Siz isə hədislərə baxın və öz seçiminizi edin.
Sitat: Vetenperver
Bunların şeyxləri nigah cihadının fətvasını verib

mən heç fətvanı çıxaq qıraqa kim öz ana bacısına icazə verər neçə-neçə kişinin altına girməyə..üzr istiyirəm ifadəyə görə...onda o kişilərin qeyrətləri qalıb evlərin tozlanmış künclərində..
Vetenperver | 25 dekabr 2014 11:34 | Status: Professional user | Şərh: 6 700
Sitat: Mavish
Vəhhabi Allahın 99 isimlərindən biridir maraqlıdır bu insanlara niyə Allahın əziz adını veriblər....mən bilirəm ki siz dediyiniz o insanları sünnü hesab edirsiz məndə sünnü yəm ailəmdə yaxın tanışlarımdan helə içimizdə nə işi də gedən nə səhabələri,Peyğəmbərləri inkar edən olub,nə də onlara lənət oxuyan..Biz nə siğənin nə də cihad nigahını qəbul etmirik,biri mən özüm


Bəli "Vəhhab" Allahın adlarıdan biridir amma insan adıda var. 18-ci əsrdə Səudiyyə ərəbistanında yaşamış Məhəmməd ibn Əbdülvahab.O bir təriqət yaradıb adınıda öz adına uyğun yəni "vəhhab" qoyub.Bu təriqətdə olan kişilər süpürgə kimi uzun saqqal saxlayırlar,şalvarlarıda çox qısa olur.Həyat yoldaşlarıda əsasən niqab geyimirlər.Bunların şeyxləri nigah cihadının fətvasını verib.Bizim ölkədə olan vəhhabilərdə onların bu iyrənc fətvasına uyub gediblər Suriyaya döyüşməyə,daha doğrusu əxlaqsızlıq etməyə.Sünnə əhli isə ayrıdır.Sünnə əhli nə süpürgə saqqal saxlayırlar nədəki şalvarları qısa olur.İndi onlarda deyəndəki vəhabisən deyir vəhabi deyirəm.Yəni heç kəs vəhabiliyini etiraf etmir.Cihad nigahına qoşulanlarda yalnız vəhabi təriqətində olanlardır.
Nergiz love | 25 dekabr 2014 08:10 | Status: Professional user | Şərh: 7 871
Dehsetdi bir sozle
Dəniz qızı | 25 dekabr 2014 05:04 | Status: Brilliant user | Şərh: 8 019
Daş düşsün başıvıza elə.
Mavish | 24 dekabr 2014 23:09 | Status: Brilliant user | Şərh: 2 389
Mən İSİD kimdir bilmirəm,maraqlanmağa da çalışmışam ama yenə baş açmamışam ... ama qadınlarda düşünməlidir ki bir kişiyə ərə getmədən gündə azı 2-3 kişilər olana heç Allah Cənnəti bəxş edərmi mən əhli sünnəyəm,ama mənim tanıdığım dində belə şeylər yoxdur.

Sitat: Vetenperver
İslama aid deyil,bu dindən çıxmışların və lənətə gəlmiş vəhabilərin hərəkətləridir.Bunlar heç 72 firqəyədə aid deyillər.

Vəhhabi Allahın 99 isimlərindən biridir maraqlıdır bu insanlara niyə Allahın əziz adını veriblər....mən bilirəm ki siz dediyiniz o insanları sünnü hesab edirsiz məndə sünnü yəm ailəmdə yaxın tanışlarımdan helə içimizdə nə işi də gedən nə səhabələri,Peyğəmbərləri inkar edən olub,nə də onlara lənət oxuyan..Biz nə siğənin nə də cihad nigahını qəbul etmirik,biri mən özüm
Konul_1980 | 24 dekabr 2014 20:11 | Status: Şərhçi | Şərh: 245
DEXSETTTTTT
SABINA | 24 dekabr 2014 17:44 | Status: Professional user | Şərh: 7 410
Uzrlu sayin oxumadim.bularin zibil hereketlerini oxumaga zamanima heyfim gelir
SEVDA | 24 dekabr 2014 17:36 | Status: Nəzarətçi | Şərh: 17 443
Bunların kökü kesilsin....
Vetenperver | 24 dekabr 2014 16:51 | Status: Professional user | Şərh: 6 700
Sitat: Fraulein
nese inandirici gelmedi, cunki bildiyime gore islamin 72 firqesinden hec birinde bele hal olmayib olmayacaq da, bu sadece uydurmadi

"Seks cihadını" Səudiyyədə vəhabilərin şeyxi fətva verib.Daş düşsün İŞİD-çilərin və onlarla əlaqədə olan qadınların başına!Bu islam deyil!Bu namussuzluq,əxlaqsızlıq,qeyrtəsizlik bir həkəkətdir!Vəhabilər deyirlər İslmanda siğə yoxdur amma özləri siğədən qat qat artığını edirlər.Kəbinsiz necə olurlar bir birləri ilə bu axmaqlar.Hələ azərbaycandan işidə qoşulan qeyrətsiz vəhabilər arvadını aparıb İŞİD-ə verir özləridə gedib baş kəsilər(həqiqi mənada),adlarınıda qoyurlar cihad.Ay axmaqlar cihadı müsəlman öz ölkəsinə hucum olunanda edər,özüdə müdafiə olunaraq,siz isə dinc əhaliyə hucum edib əlxaqsız hərəkətlər edirsiz!Kökünüz kəsilsin!Murdarlar.

Sitat: Fraulein
islamin 72 firqesinden hec birinde bele hal olmayib olmayacaq da, bu sadece uydurmadi

Bu uydurma deyil,faktdır ki bunu həyata keçirənlər var, İslama aid deyil,bu dindən çıxmışların və lənətə gəlmiş vəhabilərin hərəkətləridir.Bunlar heç 72 firqəyədə aid deyillər.
Nazlı_Kız | 24 dekabr 2014 15:50 | Status: Brilliant user | Şərh: 6 473
Nə deyim ee söz apmadım!
Fraulein | 24 dekabr 2014 13:54 | Status: Şərhçi | Şərh: 503
nese inandirici gelmedi, cunki bildiyime gore islamin 72 firqesinden hec birinde bele hal olmayib olmayacaq da, bu sadece uydurmadi