Qadın / Qadın və problemlər

14 yaşında zorla ərə verilən Samirədən qorxunc iddia: “...məni zorladı” - ARAŞDIRMA

Banu. | 6-12-2014, 09:29
34 342 46
14 yaşında zorla ərə verilən Samirədən qorxunc iddia: “...məni zorladı” - ARAŞDIRMA

Nikaha daxil olmağa məcburetmə 3 min manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır

“Mən onu sevmirdim. Heç kimi sevmirdim... Heç sevgi nədir bilirdim ki?! Oxumaq istəyirdim. Müəllim, ya həkim olmaq. Qonşu qızlarla ya müəllim-müəllim, ya da “doktor-doktor” oynayardıq. Nişanlım deyilən adamla görüşə-zada da getməzdim. Həmişə o gələrdi. Oğlan da bilirdi ki, mən onu sevmirəm, məni ona məcburi veriblər. Buna görə də nişandan yeddi ay sonra o, mənə zorla sahib oldu”.

14 yaşında uşaq nikahının qurbanı olmuş Samirə belə deyir. Anası onu özündən 12 yaş böyük, əslən İsmayıllıdan olan oğlanla nişanlayıb.

Həmin hadisədən bir müddət keçəndən sonra artıq 15 yaşında olan uşağın ürək bulantıları başlayır. Anasının məhəl vermədiyini görən qız ürəyini xalasına açır. Xalası onu həkimə aparır. Məlum olur ki...

- Hamilə olduğumu biləndən sonra nişanlım məni qaçırtdı. İsmayıllıdakı evlərinə gətirdi. Orda qayınlarım məcbur elədilər polisə ərizə yazım ki, könüllü gəlmişəm. Yazdım da. Böyük oğlum dünyaya gəldi. Zamanla alışmışdım. Normal yaşayırdıq.



İkinci oğlu dünyaya gələndə Bakıya köçürlər. Bir qədər sonra ailədə maliyyə problemləri yaranır.

- Ərim rahatlığı sevəm adamıydı. Çətinliyə dözmədi. Bizi atıb getdi. İki uşaqla qaldım tək başına. Nə yeməyimiz olurdu, nə kirayə yaşadığımız evin aylığını verməyə pulumuz. Getdim atamgilə ki, küçədə qalmışam. Anam evə buraxmadı (kövrəlir).

Kirayə pulunu ödəyə bilməyən Samirə uşaqlarıyla parkda yatır. Bir gün parkda ona bir qadın yaxınlaşır. Köməyini təklif edir. Əvvəl salonda işləyir, sonra... Sonrası ikimizə də bəlliydi. Artıq hər şey geridə qalıb. İndi o Bakıdadı. Amma bura gəlib çıxana qədər nələr yaşayıb, nələr görüb, onu bir Allah bilir, bir də özü. Onlar haqqında danışmaq istəmir. “Keçmiş keçmişdə” qaldı deyir.

***

Bu, hər il uşaq nikahının qurbanı olan onlarla qızdan sadəcə birinin həyat hekayəsidir. Bu və ya digər formada bir-birinə bənzəyir onlarla tale. Və əksəriyyəti də bir-birinə bənzəyir: erkən nikah və bədbəxt sonluq. “Filankəsin qızı da erkən ailə qurmuşdu. İndi xoşbəxtdir” də deyə bilərsiz. Düzdür, onların arasında xoşbəxt olanları, yaxud kənardan xoşbəxt görünənləri də var. Amma statistika və faktlar onu göstərir ki, insan alveri qurbanlarının əksəriyyəti erkən yaşda ərə gedən qızlardır.


BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasının birinci maddəsinə əsasən, 18 yaşına çatmamış hər bir şəxs uşaq sayılır. Son dövrlər BMT toplantılarında 18 yaşdan aşağı evliliklər erkən nikah yox, uşaq nikahları termini işlənməyə başlanılıb. Təşkilatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasında evlilik yaşı 18-ə qaldırılıb. Bu həm qızlar üçün belədir, həm də oğlanlar. İstisna hallarda evlilik yaşı 17 ola bilər.

Statistika

2011-ci ildə Azərbaycanda 5138 erkən nikah qeydə alınıb. Ailə məcəlləsinə edilən dəyişiklikdən sonra (evlilik yaşının 18-ə aldırılması nəzərdə tutulur) 18 yaşadək qeyri-rəsmi nikaha girən qız uşaqlarının rəsmi sayı 2012-ci ildə 295, 2013-cü ildə 229 olub. Bu Dövlət Statistika Komitəsinin məlumatıdır.

Real vəziyyət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyir ki, yuxarıda qeyd olunan statistikadan fərqli olaraq 15-17 yaşlılar arasında erkən hamiləlikdən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə isə 2855 olub. Bu da o deməkdir ki, rəqəmlərdə azalma olsa da, hələ də Azərbaycanda uşaq nikahları var.

“Bəzən intihara da əl atırlar”

Komitənin məsləhətçisinin sözlərinə görə, uşaq nikahına cəlb olunan qız uşaqları dünya görünüşlərini, təhsil səviyyələrini inkişaf etdirə bilmirlər. Bu baxımdan da onlar sənətə, peşəyə yiyələnə bilmirlər: “Onlar ailə həyatına hazır olmadıqları üçün onlarda sosial - psixoloji problemlər olur. Erkən ailə həyatı quran qızlar şəxsiyyət kimi inkişaf edən dövrdə dünya görünüşündə dəyişiklər yaranır və onlar öz həyatından razı qalmırlar və bu mühitlə barışa bilmirlər. Boşanma zamanı da belə qadınların heç bir hüquqları olmur. Rəsmi nikah olmadığından uşağa görə ərindən aliment pulu ala bilmir, mülkiyyət problemləri olur. Bir çox hallarda uşağına şəhadətnamə belə ala bilmirlər. Bəzən intihara belə əl atırlar”.

Həkim rəyi

Akuşer - ginekoloq Rəşad Sultan erkən yaş hamilələrdə patologiyalar daha çox rast gəlindiyini deyir: “Qadın orqanizmi 18 yaşdan sonra doğuşa hazır olur. Lakin ideal yaş 20 ilə 32 arası hesab olunur. Erkən yaş hamilələrdə adətən bətndaxili inkişaf geriliyi, preeklampsiya və vaxtından qabaq doğuş olur. Preeklampsiya təzyiq yüksəkliyi, şişkinlik və sidikdə zülal olması ilə xarakterizə olunan hamiləlik patologiyasıdır. Ana ölümünün əsas səbəblərindən biridir. Bu patologiya hamiləliyin ikinci yarısında özünü büruzə verir”.

Problem necə həll olunmalı?

“Uşaq nikahlarının qarşısını almaq üçün qanunvericilikdə çox böyük işlər aparılıb. Birincisi ailə məcəlləsində dəyişiklik edilib, həm qızlar, həm də oğlanlar üçün evlilik yaşı 18 olub. İkincisi Cinayət Məcəlləsində 176.1 maddəsi əlavə olunub. Hal-hazırda valideyn məsuliyyətinin artırılması ilə bağlı layihə hazırlanır. Bu problemin aradan qaldırılması üçün ictimai məsuliyyət olmalıdır. Müəllimlər, bələdiyyə işçiləri, yerli icra nümayəndələri kənddə, qəsəbədə yaşayan hər bir insan üçün, xüsusi ilə uşaqlar üçün məsuliyyət daşımalıdırlar. Şagirdlərin dərsə davamiyyəti onları narahat eləməlidir. Yuxarıda adları çəkilən insanlar bu sahədə çox aktiv iş aparsalar, sözsüz ki, həmin kəndlərdə, qəsəbələrdə erkən nikahların sayı da azalar. Təəssüflə demək lazımdır ki, bəzi bölgələrdə vəzifə borcunu yerinə yetirməli olan şəxslər öz məsuliyyətinə barmaqarası yanaşır. Erkən nikahla bağlı faktı bilsələr belə biganə yanaşırlar. Bu biganəliyə cinayət məcəlləsi ilə iş düşür”, bunu bizə A. Veysəlova deyir.

İşin hüquqi tərəfi

Hüquqşünas Səbuhi Axundov deyir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1 maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etmə cinayət işi sayılır: "176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Təhsil Nazirliyinin rəyi

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumatda deyilir ki, ümumtəhsil məktəbləri tərəfindən icbari təhsilin təmin olunması ilə bağlı valideynlərlə maarifləndirmə tədbirləri həyata keçirilir. Lakin uşaq nikahları daha çox hansı bölgələrdə olması ilə bağlı nazirlikdə heç bir statistika aparılmayıb. Ümumtəhsil məktəblərində şagirdlərin gündəlik davamiyyətinin qeydiyyatı aparılır, buna yerli təhsili idarəetmə orqanları tərəfindən nəzarət olunur.

Uşaq yaşda ailə quran məktəbli qızlar məktəbə gəlmir. Faktı isə əksəriyyət məktəb direktorları gizlədir. Belə faktlar azalsa da, bugünkü gündə də var. Nazirlikdən sorğumuza cavabında belə faktlar daxil olmadığı bildirilir.

Vaxtında profilaktik tədbirlər görülməlidir

Bir zamanlar uşaq evliyinə görə cənub regionu üstünlük təşkil etsə də, bu gün vəziyyət belə deyil. “Təmiz Dünya” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova bu problemin az və çox bütün bölgələr üçün xarakterik olduğunu deyir.

Onun fikrincə, daha çox cənub bölgəsinin adının çəkildikdə, digər bölgələr diqqətdən kənarda qalır: “Saatlı, Sabirabad, Gəncədə də erkən evliliklər müşahidə edilir. Bu problem az və çox olmaqla bütün bölgələrimizdə var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi bu məsələyə çox diqqət ayırır, baş verəcək erkən nikahların qarşısı alınmağa çalışılır. Lakin bəzən bu latent şəkildə getdiyindən bundan xəbər tutmaq olmur. Uşağın adı məktəbə yazılır və onun təhsildən yayıldığı hiss olunmur. Erkən nikahların qarşısını almaq üçün məktəblərdə monitorinqlərin aparılması üçün imkan yaradılmalı, regional işçi qrupları olmalıdır. Burda bələdiyyələr, QHT-lər, icra nümayəndələri, eləcə də polis də iştirak etməlidir. Beşinci sinifdən sonra bu işçi qrupu məktəblərdə monitorinqlər aparmalıdır. Birinci sinifdə nə qədər uşaq gəlmişdi, beşinci sinifdə nə qədər uşaq olmuşdu. Qız uşaqlarının dərsə davamiyyəti necədi? Təhsilini davam etdirirmi? Vaxtında profilaktik tədbirlərlə problemin qarşısını almaq olur. Uşağını təhsildən yayındıran valideynlər cərimələnməlidir”.


M. Zeynalova onu da qeyd edir ki, Lənkəranda erkən nikahla bağlı hadisələr aşkarlananda uşağın valideyni pul cəriməsi tətbiq edilir: “Bu cərimələrin qanunvericilikdə nə dərəcədə nəzərdə tutulduğunu bilmirəm. Ötən illərdə müşahidə elədiyim məsələlərdən biri d bu idi ki, insan alverinin qurbanlarının əksəriyyəti erkən nikah qurbanlarıydı. Belə insanlar ikiqat zorakılığa məruz qalır. Erkən nikah quran qızlar ayrılan zaman uşağın atalığını müəyyən etmək kimi də problemlə qarşı-qarşıya qalırlar”.

Psixoloq rəyi

Ailə psixoloqu Elnur Rüstəmov deyir ki, erkən ailə quran qızlar psixoloji travma alırlar. Erkən ailə quran qız uşaqları erkən yaşda ana olurlar. Ailə qayğıları, uşağın tərbiyəsi il bağlı problemlər zaman keçdikcə onların psixikasına müəyyən mənfi təsirlər göstər: “Qurulan ailədə ailə daxili münasibətlər doğru tənzimlənmədikcə problemlər yaranır. Çox vaxt onların şikayəti uşağa baxmaqla bağlı olur. Çünki onlar özləri hələ uşaqdırlar. Bu problemlər ailə quran zaman təzə vaxtlarda özünü büruzə vermir. Bu narahatçılıq özünü xüsusi bir formada göstərməyə də bilər. Zaman keçdikcə bu travmanın təsiri onların psixikasında özünü göstərir. Depressiv hallar olur, səbəbsiz ağlayırlar, aqressiv olurlar. Bu uşaqların böyütdükləri uşaqlar yeniyetmə yaşına çatanda anada yorulma baş verir, həyatdan zövq ala bilmirlər, hər şeydən narazı olurlar. Əsasən uşaq yaşda ailə quran qızlar təhsil ala bilmirlər. Təhsil alan qızlar müəyyən qədər cəmiyyətə adaptasiya olurlar. Təhsilsiz adamların çevrəsi çox dar olur, ətrafla kommunikasiyaları az olur. Ev, məişət qayğıları zaman keçdikcə onların psixoloji durumunda müəyyən problemlər yaradır. Ailə qurmaq üçün qızlar üçün 20 -21 , oğlanlar üçün 24-25 yaş idealdır”.

İslam nə deyir?

Erkən yaşda evlilik deyəndə daha çox İslam dininin adı çəkilir. Məhəmməd peyğəmbərin 9 yaşlı Ayşəylə evləndiyi deyilir. Bu fikri isə ilahiyyatçı Elşad Miri qətiyyətlə rədd edir:

- Bəzən deyirlər ki, islam uşaq yaşda evliliyi dəstəkləyir. Bu islama atılan ləkələrdən biridir. İslam dinində azyaşlıların ərə verilməsi ilə bağlı iddia yoxdur. Sadəcə, bəziləri peyğəmbərimizin 53 yaşında olarkən 9 yaşlı Aişəylə evləndiyini iddia edirlər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, Aişə heç də 9 yaşında olmayıb. Peyğəmbərlə evlənərkən onun yaşı 20-dən çox olub. Peyğəmbərimiz öz qızlarını nə 9 yaşda, nə də 6 yaşda ərə verməyib. Ona görə də, bu məsələnin islamla aidiyyatı yoxdur. Peyğəmbərimizin hədislərində deyilir ki, islam dinində konkret yaş həddi qoyulmayıb. İnsan evlilik yaşını özüi seçə bilər. Həddi-buluğa çatan biri ilə evlənə bilər. Peyğəmbərimiz deyir ki, övladlarınıza təhsil verin. 10 yaşlı qıza təhsil verilməzdilərsə, onları cəzalandırın deyir. İslam dinində erkən nikah anlayışı yoxdur”.

İlahiyyatçı dini nikahla bağlı da fikirlərini söylədi: “İslamda “dini nikah” adlı nikah yoxdur. Avropada mövcud olan kilsə nikahı sözü ilk olaraq türk dilinə, ordan da bizim dilə tərcümə nəticəsində ortaya çıxan bir anlayışdır. Bəzən buna “molla kəbini” deyirlər, bəzən də “dini nikah”. İslamda kəbin bir cürdür. Onun da şərtləri odur ki, nikah həm qadını, həm də kişini qorumalıdır. Əfsus olsun ki, bu günləri həmin o dini kəbinlərdə qadınların hüquqları pozulur. Hər hansı bir kişi dövlət qurumuna müraciət etmədən dırnaqarası dindarlara kəbin kəsdirir. Sabah hər hansı bir problem yaşanarsa, belə kişilərin nə izi tapılır, nə özü. Bu zaman İslam dini qadınların haqqını tapdalamış olur. Onda bu necə din oldu? Ona görə də islam dini konkret olaraq qadının da, kişinin də hüquqlarını qoruyacaq bir müqavilənin olmasının tərəfdarıdır. Bu günləri bu müqaviləni dövlət qurumu həyata keçirirsə, orda qadına veriləcək mehri qeyd eləməklə dövlət nikahı dini nikahın əvəzinə keçə bilər” (Lent.az).

zezema | 20 fevral 2016 17:31 | Status: Qonaq | Şərh: 0
26 yashinda oglan 14 yashinda ushagdan ne isteyirdi.. sonrada deyirler ki arvadim ne bilir ki, tupoydu. gedib ozlerinde xala tapirlar ki, bu tecrubelidir. ne ushaqlari veclerine olmur, nede heyatini qaraltdiqlari o qiz ushagi.
lenet olsun bele analara!
ESMERRi | 28 noyabr 2015 23:51 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: MR_RoCCo
Yaxsi tez ere getmeyi basa dusdum, bes zorla ere getmeyi? 15-ci dovrde yasamiriq, ay cahiller! Sizin kimi, ata-ana'nin olmasindansa olmamaqi yaxsidi. Vallah yazigim gelir, bele insanlara. Oxumamis, cahil, herseyden bi-xeber, laqeyt. En esasida odurki qiz deyir oxumaq isteyirem, mecburdu? Hec olmasa oxusun, ne zibil yeyirsiz yeyin de. Pesoqum 130'a qalxdiyee ))
Yagis_Negmesi | 28 noyabr 2015 14:14 | Status: Gümüş user | Şərh: 1 614
Anaya baxe qizin mecbur verir ere sonrada eve buraxmir
dılay | 10 noyabr 2015 22:06 | Status: Brilliant user | Şərh: 8 185
Anaya bax e. QIzIni eve buraxmayIb dewet
milashka_167 | 5 noyabr 2015 11:06 | Status: VİP user | Şərh: 1 452
Sitat: leyla_nazim
Gunahkar valideyinlerdir
ESMERRi | 3 noyabr 2015 21:55 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: MR_RoCCo
Yaxsi tez ere getmeyi basa dusdum, bes zorla ere getmeyi? 15-ci dovrde yasamiriq, ay cahiller! Sizin kimi, ata-ana'nin olmasindansa olmamaqi yaxsidi. Vallah yazigim gelir, bele insanlara. Oxumamis, cahil, herseyden bi-xeber, laqeyt. En esasida odurki qiz deyir oxumaq isteyirem, mecburdu? Hec olmasa oxusun, ne zibil yeyirsiz yeyin de. Pesoqum 130'a qalxdiyee ))
MR_RoCCo | 3 sentyabr 2015 16:11 | Status: Qonaq | Şərh: 0
Yaxsi tez ere getmeyi basa dusdum, bes zorla ere getmeyi? 15-ci dovrde yasamiriq, ay cahiller! Sizin kimi, ata-ana'nin olmasindansa olmamaqi yaxsidi. Vallah yazigim gelir, bele insanlara. Oxumamis, cahil, herseyden bi-xeber, laqeyt. En esasida odurki qiz deyir oxumaq isteyirem, mecburdu? Hec olmasa oxusun, ne zibil yeyirsiz yeyin de. Pesoqum 130'a qalxdiyee ))
Hayat Guzel | 18 avqust 2015 16:07 | Status: Qonaq | Şərh: 0
Allah komey olsun tez ere vermeyin eleyhineyem de men qiz ne qanir er Ne bilim bu valideynleri basha dushmey olmur
miss xərçəng | 23 iyul 2015 15:18 | Status: Şərhçi | Şərh: 437
14 yaşında qızın ailə qavramı ola bilməz o uşaqdır hələki o cürnə ağır yükün altına atmasın valideynlər övladlarını...
Nagizade.Leyla | 9 iyun 2015 00:29 | Status: VİP user | Şərh: 1 321
Gunah valdeyinde 14 yasinda qiz ee ne qanir qoy oxusun elində seneti olsun sonra ver
Kenan25 | 3 may 2015 13:42 | Status: Şərhçi | Şərh: 225
Sitat: leyla_nazim
Gunahkar valideyinlerdir
Lola 98 | 12 aprel 2015 23:05 | Status: Qonaq | Şərh: 0
15 yasi 1 hefde sonra tamam olacakdi bize bir qadin yanindada birde kisi geldi anam uzum yarpaqi satirdi gece idi colde oturub men cay icirdim gelen qadin ve kisi gozlerini menden cekmirdiler neyse yarpaqi aldilar getdiler iki uc gun sonra idi birde geldiler bu defe hemin qadin ve iki kisi idi yene yarpaq isdediklerini dediler men icerde dururdum qadin meni cole cixartmaq isdiyirdi gel bizimle stolda otur deyirdi mense oturmaq isdemirdim axirda su getir bize dediler cole cixdim stolda oturan oglanin biri men baxib yavacana gulumsedi usaq olsamda artiq basa dusurdum az cox bezi seyleri getiler iki gun sonra idi evde coxlu qonaqlarimiz var idi eve zeng geldi men goturdum mamani cagir dedi cagirdim mamam danisdi tellefonu yere qoyan kimi gulmsedi evde olan qonaqlarla picildasmaqa basladii ve men artiq tam basa dusdum ki sohbet nedir mamam atama zeng vurdu atamin tellefonnan cigirtisini esitdim sonra mamam atama isdiyir niye isdemir dedi ve atam belece yola geldi men agladim isdemirem dedim oxumaq isdiyirem dedim mamam men onsuzda seni mektebe oxumaga qoyan deyilem dedi usaq idim mamamin her sonunen qorxurdum hemde en coxda meni o qeder doye doye boyudub ki cox qorxdum qebul etmeye mecbur qaldim artiq he verildi ad gunum oldu sabahi oglanla parka getdik 15 gun icinde toyum oldu 8 ay sonra artiq hamile idim usaqi isdemirdim 9 ay kecdi artiq 16 yasim tamam olmusdu qizim doguldu hekimler qucaqima verende iteledim qucaqima almadim dogum evinde 3 gun yanimda yatdi usaq bir defe de opmedim qucaqlamadim sanki hayif alirdim mene analiq lazim deyil usaq lazim deyil deyirdim o her agliyanda mende agliyirdim qorxurdum bacarmirdim sakitlesdimeyi 3 gun kecdi hekimler geldi meni baska otaga usaqi baska otaga qoydular evelce sevindim rahat yatim dedim sonra az qala aglamaq isdiyirdim yoxluguna yene de qururuma sigisdirmirdim ki yox men ozum usaqsm o menim usaqim deyil neyse meni 10 gun dogum evinde saxladilar menle birlikde doganlar coxdan getmisdiler meni buraxmirdilar zeng edib eve agliyirdim eve gelmek isdiyirem deye 10 cu gun idi hekim yoldasima zeng edib dedi ki gel yoldasini apar usaq en azi iki ay burda qalacak hec usaq yadimada dusmurdu sevindim hazirlasdim eve getdim 1 ay kecdi mene dediler ki baska sehere mualiciye getmelisn 've onda orgendimki mende tuberkuloz xesdeliyi varimis loru dilde desek verem olmusamis geldim xesdexaniya 6 ay yatacaksan dediler mene 3 aydi burdayam ilk vaxt niye men xesdelendim deyirdim amma artiq basa dusurem ki bu xesdeliyi allah mene elimdekilerin deyerini bilim deye verib ele bilirdim yoldasimi sevmirem ele bilirdim her seyin gunahkari odu ele qizimida amma onlardan ayri qaldim ve artiq bele deyirem he oxuya bilmedim isdediyim heyati yasiya bilmedim amma meni seven heyat yoldasim dunya gozeli bir qizim var erken yasda ayile heyati qurdum amma en azinan yoldasim 30 yasimdada evlensem belesi qarsima cixmayacakdi ne qaynanam nede qaynatam evde mene evin erkoyun qiziyamis kimi davranirlar en pis xesdeliye tutulmusam ozude kecici bir xesdeliye buna baxmayaraq xesdexanaya geldiyim gunen yoldasim her gun yanima gelir opub bagrina basir her sey yaxsi olacaq deyir teseli verir qoymur ki men ozumu pis edim xesdeliyimin kecici oldugunu bilir yenede agzina maska bele taxmir men taxanda zorla cixartdirir bu gun artiq 3 ay sonra17 yasim olacak deyirem ki yaxsiki tez olsada bele bir insan qarsima cixib her seye Tassie terfinden baxmagi bilin
Ekberli Nermin | 28 mart 2015 22:39 | Status: Şərhçi | Şərh: 305
Sitat: Nazlı_Kız
Ayy əziz analar qızlarınızı zorla ərə vermiyin. Nədə ki, öz başına qoymayın.
ay-gul-dav | 24 mart 2015 17:42 | Status: Qonaq | Şərh: 0
sonrada deyirler azeri qadinlar pozulurlar eger valideyinler oz ovladlarini erken ere vermese her sey yaxsi olar axi onlar geleceyin anasi heyat yoldasidilar
Leyla Ezizli | 16 mart 2015 14:43 | Status: Şərhçi | Şərh: 372
Men bu valdeyinleri basa duse bilmirem ki,niye telesirlet qız ere vermekde.Ad olsun ki, filenkesin qızı ere gedib ancaq heç bilmirler ki o ere verdikleri 13-14yasındaki qızları er sozunun menasını,onun mesuliyyetini basa dusmurler.Men ozum 22yasımda aile qurmusam. Hele indi men ailenin qaygısını cekmek onun nece mesuliyyetini ustlenmeyini daha derinde anlayıram. h l hazırda 28 yasım var.
leyla_nazim | 8 mart 2015 17:22 | Status: Qonaq | Şərh: 0
Gunahkar valideyinlerdir
BULUTUM | 4 mart 2015 23:42 | Status: Professional user | Şərh: 7 392
Sitat: NURLU
Allah hereye bir qismet yazib,yasiyiriq goruruk.
Bilmirem niye amma men 20-24yasdan gec aile qurmaqa yaxsi baxmiram niyee cunki her seyin oz vaxti vedesi var.

Ehhhh ay baji tez acilib tez solmaqdansa.gec olsun guc olsun.
Urqiyye | 2 mart 2015 21:01 | Status: Qonaq | Şərh: 0
Ol ay bele ana oz balasini duzlere salip
Nigar | 21 fevral 2015 10:39 | Status: Gümüş user | Şərh: 6 064
kul ele valideynin tepesine
nurlana nurlana | 11 fevral 2015 23:59 | Status: Gümüş user | Şərh: 1 950
Tesekkürler xebere göre
Miraj | 17 yanvar 2015 17:25 | Status: Professional user | Şərh: 2 625
tesekkurler oxumadim
leman_a | 19 dekabr 2014 19:21 | Status: Qonaq | Şərh: 0
Allah ozu agil versin ele valideyine
nazli411 | 15 dekabr 2014 21:16 | Status: Qonaq | Şərh: 0
zorla evladinizi evlendirmeyin ere vermeyin mecburiyetle olmaz sad
Aydan18 | 15 dekabr 2014 01:14 | Status: Şərhçi | Şərh: 485
Heyif bu dünyada belə analar var ona ana deməl olarsa əgır
55555555 | 7 dekabr 2014 20:44 | Status: Şərhçi | Şərh: 4
ovladini zorla ere verib,evlendirmekle bedbext eleyir. 0106 0106 duzdu

Sitat: sevgi istanbul
bezi valideynler ele bil usaqlarini tez ere verib canlarini qurtarmaq isteyirler...onda niye dunyaya getirirdiz

duzdu 0106

Sitat: ♔ Rəşad ♔
cəmiyyətin boşanmış qadına yalnış baxışıdır.Çox təəssüf edirəm bu cür hallar tez-tez olur və nə qədər qızlarımız bədbəxt talenin qurbanı olurlar..

duzdu 0106
Nazlı_Kız | 7 dekabr 2014 20:26 | Status: Brilliant user | Şərh: 6 473
Ayy əziz analar qızlarınızı zorla ərə vermiyin. Nədə ki, öz başına qoymayın.
Vetenperver | 7 dekabr 2014 19:13 | Status: Professional user | Şərh: 6 700
Sitat: Lumia
Ele analar verir de.Atalar nadir hallarda ovladlarinin,xususi ile qizlarinin aile qurmaq meselesini diline getirir.Cunki ovladlarla ata arasinda perde anaya nisbeten daha qalin oldugundan bu meselede hormet saxlanilir.Lap ata bu fikre dusse de,birbasa ovlada deyil,arvadina deyir fikrini.Arvad da basibos olanda o deqiqe razilasir,ovladini zorla ere verib,evlendirmekle bedbext eleyir.

Tam razıyam sizinlə.

Sitat: Lumia
25 yasinda aile qurmusam,coxlari bunu gec saysa da,menim valideynlerim her zaman eksini dusunubler.

Heçdə gec deyil,narahat olmayın.
Ay_Sun | 7 dekabr 2014 17:12 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Günah valideynlerdedir....övladlarını başdan edirler...

Duzdur baci.
Lumia | 7 dekabr 2014 14:02 | Status: Professional user | Şərh: 5 380
Sitat: Vetenperver
Günah anasında olub.Qızını bədbəxt edib.Sonra deyirlər ki qızını erkən ərə verən atalar belə helə,analarda erkən ərə verir.

Ele analar verir de.Atalar nadir hallarda ovladlarinin,xususi ile qizlarinin aile qurmaq meselesini diline getirir.Cunki ovladlarla ata arasinda perde anaya nisbeten daha qalin oldugundan bu meselede hormet saxlanilir.Lap ata bu fikre dusse de,birbasa ovlada deyil,arvadina deyir fikrini.Arvad da basibos olanda o deqiqe razilasir,ovladini zorla ere verib,evlendirmekle bedbext eleyir.Sukurler olsun Allahima ki,menim valideynlerim,na atam,ne de anam birce defe de olsun menim yanimda er sohbeti etmeyibler.25 yasinda aile qurmusam,coxlari bunu gec saysa da,menim valideynlerim her zaman eksini dusunubler.
Narin-Ulker | 7 dekabr 2014 04:00 | Status: Gümüş user | Şərh: 2 749
mence qiz 22 yasinda aile qurmalidi