Qadın və problemlər / İş qadını - karyera

Qızlar təhsil, karyera, yoxsa ərə getməyi seçməlidir?

Aynur_Qurbanqizi | 8-11-2014, 13:15
5 584 41

 

…təhsil, yoxsa karyera!

Azərbaycan cəmiyyətində çox vaxt qız uşaqlarının təhsilinə birmənalı yanaşılmır. Respublikanın müxtəlif bölgələrində qızların erkən nikahına üstünlük verilir. Bu hal onunla əlaqələndirilir ki, əgər onlar erkən nikaha girməsələr, gələcəkdə ailə həyatı qurmaqda müxtəlif çətinliklərlə üzləşəcəklər. Bu isə öz növbəsində qızların kütləvi sürətdə təhsilə yönlənməsinə mənfi təsir göstərir. Əksər hallarda qızlar natamam orta təhsilli, və ya orta təhsilli olurlar (böyük əksəriyyət 60%-dən çox). Bunun nəticəsindədir ki, respublikanın bölgələrində nikaha girənlərin yaş səviyyəsi 17-23 yaş arası xüsusilə üstünlük təşkil edir. Bu yaşı ötüb keçənlər isə el sözü ilə desək, "evdə qalmış” kimi qəbul edilirlər. Regionlardan fərqli olaraq Bakı və digər iri şəhərlərdə isə qızların təhsilə (xüsusilə ali təhsilə) meylli olması onların nikah yaşını bir az artırır. Bu təhsillilərin içərisində karyera dalınca gedənlərin kifayət qədər çox olmasını da nəzərə alsaq, nəticədə nikah yaşı 25-30 və daha artıq həddə gəlib çatır. Bu isə digər bir problemin meydana gəlməsinə səbəb olur. Belə ki, müasir təhsilli, karyera qurmuş bu təbəqə artıq özünə nikaha girmək üçün əks cinsdən olan insanları tapa bilmir. Çox vaxt, belə əks cinsin nümayəndələrinin dünyagörüşü, təhsili və s. onların tələblərinə cavab vermir və ya tamamilə zidd olur. Bu hal isə həyatda uğur qazanmış qızlarımızın şəxsi həyatında uğursuzluğa səbəb olur.

Azadqadin.az bildirir ki, bununla belə, respublikada təhsil, karyera və şəxsi həyatı birlikdə inkişaf etdirən ailələr də mövcuddur. Bu tip ailələr sistemli şəkildə sadaladığımız hər bir hala xüsusi diqqət yetirir və onları inkişaf etdirirlər. Belə ailələri uğurlu ailələr hesab etmək olar. 
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda parlament sədrinin 3 müavinindən biri, 125 deputatından 19-u, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Ambustman, TQDK sədri, üç nazir müavini, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti sədrinin müavini, Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili, Ali Məhkəmədə işçilərin 15 faizi, ümumi məhkəmələrin işçilərinin 9 faizi, Konstitusiya Məhkəməsi sədrinin müavini və bir hakim, 4 min 137 nəfər (26,5 faiz) bələdiyyə üzvü, 302 nəfər (17,7 faiz) bələdiyyə sədri, AMEA-nın işçilərinin 40%-ə qədəri, Təhsil və Səhiyyə işçilərinin 50%-dən çoxu, Dövlət Neft Şirkətinin vitse-prezidenti, rayon və şəhər icra hakimlərinin müavinlərindən biri qadınlardır.

Azərbaycanda qəbul olunmuş streotiplərə görə, qadınlar cəmiyyətdə daha çox müəllim və həkim kimi qəbul olunurlar. Bizdə qadının karyera qurmasına tək-tək hallarda rast gəlmək olur. Bunu kişilərin qalib təsəvvürləri əngəlləyir. Düşünürlər ki, qadına yüksək vəzifə vermək olmaz.

Azərbaycanda «Gender bərabərliyinin təminatı haqqında» qanun 2006-cı ildən qüvvəyə minib. Bu qanunun 5-ci maddəsində gender bərabərliyinə təminatla bağlı dövlət siyasətinin əsas istiqamətləri göstərilib. Orada gender bərabərliyinin təmini üçün normativ-hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı, normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi, eləcə də dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi kimi məsələlər əksini tapıb. Bu qanun ölkədə qəbul edilən bütün normativ hüquqi aktların gender ekspertizasını nəzərdə tutur. İqtisadiyyatda gender bərabərsizliyi baxımından Azərbaycan 135 ölkə içərisində 74-cü yerdədir Ancaq hələ də bu sahədə problemlər qalmaqdadır. Bu, özünü bir sıra beynəlxalq hesabatlarda göstərir. Dünya İqtisadi Forumunun «Qlobal gender bərabərsizliyi -2012» hesabatına görə, iqtisadiyyatda gender bərabərsizliyi baxımından Azərbaycan 135 ölkə içərisində 74-cü, siyasi iştiraka görə 113-cü, təhsil almağa çatma səviyyəsinə görə 84-cü yerdədir.

Cəmiyyətimizdə maddi cəhətdən imkanlı ailələr qadının işləməməyini, cəmiyyətdə fəallıq göstərməməyini əsas sayırlar.
 Axı yoxsul ailələrdə çox vaxt ailəni saxlamaq üçün qadının da çalışmağına ehtiyac yaranır. Azərbaycanda o qədər aztəminatlı ailələr var ki, düşünürəm ki, stereotiplərə baxmayaraq, evin kişisi istəyər ki, evin qadını da işləyib evə pul gətirsin. Belə halda fikrimcə, iqtisadi vəziyyət stereotiplərin gücünü azaldar. Amma, azərbaycan cəmiyyəti hələ qəbul edə bilmir ki, qadınlar da uğur qazana, özlərini doğrulda bilərlər. Bunun üçün isə onlara karyera qurmaqda köməklik göstərmək lazımdır.

Cəmiyyətimizdə normal məntiqə malik olan yüksək əksəriyyətin fikri qızların karyeranı ailədən daha üstün tutmasına inanmır. Hər bir qadın ilk növbədə bu dünyaya ana kimi gəlir və analıq missiyası təmin olmalıdır. Heç bir qadın deyə bilməz ki, mən ana olmaq istəmirəm. Lakin müxtəlif səbəblərə görə bu alınmaya bilər, onda qadın öz potensialını karyeraya yönəldir. Yaxud cəmiyyətimizdə elə qadınlar da var ki, çox böyük potensiala sahibdirlər. Lakin həm ana, həm ailə sahibi ola bilir və eyni zamanda karyera da qura bilirlər.

Bu məsələ ilə bağlı keçirdiyimiz sorğu çox ciddi problemləri ortaya çıxardı. Müxtəlif yaş qrupları arasında aparılan sorğunun nəticələri gəldiyimiz nəticələrin bir daha təhlil olunmasının vacibliyini diqqət mərkəzinə çəkdi.

Sorğuda iştirak edən respondent Billurə (adı şərtidir) Universiteti bitirdikdən sonra iş axtarmaga başlayır, ailə haqda heç fikirləşmir. 
Elçilərin çoxluğu və onların işi, təhsili və xarici görünüşünə görə bəyənilməməsi onun ailə qurmasını ikinci plana atmışdır. İndi 43 yaşı var. Bu illər ərzində O, şəxsi biznesini qurmuş, fərdi avtomobil və ev almışdır. Amma həyatda nəsə çatmır, daha doğrusu, ömür-gün yoldaşı... Digər bir respondent Fatimə xanım isə (adı şərtidir) elm sahəsində kifayət qədər uğurlara imza atıb. O artıq elmlər doktoru, professordur. 36 yaşı adlayan bu xanım isə şəxsi həyatından başqa bütün təminatlarla təmin olunub… Üçüncü respondentim Arzu xanım (ad şərtidir) 32 yaşında dövlət qulluqçusudur. Poliqlot olan bu xanım təhsili və çatdığı karyerası ilə hamının diqqət mərkəzindədir. Maddi cəhətdən çox yaxşı təmin olunmuş Arzu xanım da şəxsi ailəyə məxsus deyil…

17-21 yaş arası qızlar arasında keçirdiyimiz sorğuda iştirak edən respondentlərin 90%-i ailəni təhsil və karyeradan üstün tutmuş, yalnız sorğuda iştirak edən qızların 10%-i karyeranı ailədən əsas hesab etmişlər. Bu yaş qrupunda olan oğlanların isə tam əksəriyyəti karyeranı ailədən üstün hesab etmişlər. 30-35 yaş qrupunda sorğuda iştirak edən qız respondentlərin əksəriyyəti isə ailəni karyera və təhsildən üstün və əsas hesab edirlər. Bu yaş qrupunda olan sorğuda iştirak edən oğlan respondentlərin isə 50%-i ailəni, 50%-i isə karyeranı əsas hesab edirlər.

Bu ölkədə 30 yaşdan çox olan qızlarla nikaha girənlərə dövlət tərəfindən birdəfəlik olaraq 10 min dollardan artıq yardım verilir.

Dünyanın müxtəlif bölgələrində qızların nikahını stimullaşdırmaq üçün müxtəlif təcrübələrdən istifadə olunur. Azadqadin.az bildirir ki, Səudiyyə Ərəbistanında 30 yaşı keçmiş və nikaha daxil olmamış qızların sayının çoxluğu dövləti bu sahədə müxtəlif cəlbedici addımlar atmağa məcbur etmişdir. Bu ölkədə 30 yaşdan çox olan qızlarla nikaha girənlərə dövlət tərəfindən birdəfəlik olaraq 10 min dollardan artıq yardım verilir. Yaxud latın amerikası ölkələrində cinslər arasındakı yüksək faiz disbalansı bu ölkələrdə ikili nikahların rəsmən qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycanda hələlik sadaladığımız problemlər yoxdur və onların yaxın onilliklər ərzində gözlənilmədiyi proqnozlaşdırılır.

Azərbaycanda ailə institutu möhkəm dayaqlar üzərində qurulduğundan, digər ölkələrdən fərqli olaraq bu məsələyə xüsusilə yüksək önəm verilir. Həm də respublikada Qərbi Avropa ölkələrindən fərqli olaraq vətəndaş nikahı institutunun olmaması, insanların öz təbii istəklərini yalnız ailə-nikah münasibətləri zəminində təmin etməsi vətəndaşlarımızın bu məsələyə daha həssas yanaşmasını zəruri edir. Digər tərəfdən respublikamızın 23 ildir ki təcavüzə məruz qalması və müharibə vəziyyətində olması, burada yaşayan insanlarımızın cins tərkibindəki fərq, xüsusilə də oğlanların daha çox miqrasiya etmə ehtimalı faizinin çoxluğu bu məsələdə formalaşmış streotiplərə xüsusi təsir göstərir. Əgər Avropa ilə müqayisə etsək görərik ki, Avropa qızları (yüksək faizlə) ali təhsil aldıqdan sonra ailə qurmağa üstünlük verirlərsə, Azərbaycan qızları orta təhsil aldıqdan sonra ailə qurmağa üstünlük verirlər. Bizim qızlarımızda həm də belə bir təsəvvür yaranıb ki, onlar 20-23 yaşa qədər ailə qurmayıblarsa daha onların ailə qurmaq şansları tükənir. Ona görə də erkən nikaha daha çox üstünlük verirlər. Yəqin ki, bu məsələdə valideynlərin də rolu birmənalı olaraq çoxdur. Valideyn maddi imkansızlıqdan əziyyət çəkdikdə və ya aztəminatlı olduqda öz uşaqlarını oxutmağa daha az meylli olur. Çünki uşaqların təhsili əlavə vəsait tələb edir, xüsusilə uşaqlar regionlardan şəhərə oxumağa gəlirlərsə. Şəhər yerlərində yaşayan valideynlərdə isə bu məsələdə regionlardan fərqli olaraq müsbət dinamika meyli hiss olunur. Onlar təhsil məsələsinə daha liberal yanaşırlar.

Sanki övlad tərbiyə etmək ucuz bir iş, gerilikdir, iş həyatının olması isə müasirlikdir. Yaxud da ali təhsil, diplom varsa, mütləq işləmək lazımdır. Əslində isə məhz ali təhsilli, savadlı qadın uşaq tərbiyə etməyin, onu mənəvi cəhətdən kamil yetişdirməyin nə qədər dəyərli və əhəmiyyətli olduğunu dərk edərək, övladına ana olmağı iş qadını olmaqdan üstün tutur. Sadaladığımız model yapon təcrübəsində tamamilə hakim bir ideyadır. Yaponiyada evdar qadınların yüksək faizi ali təhsillidir.

İnsan maddi təminatı olmadan yaşaya bilməz, onun qidalanmaq, geyinib-keçinmək və s. kimi ehtiyacları vardır. Ənənəvi ailə anlayışında qadın evin daxili, kişi isə xarici idarəçisi olduğundan ailənin maddi cəhətdən təminatı kişinin üzərinə düşür. Hələ uşaq yaşlarından bizə mənimsədilmişdir ki, kişi, yəni ata işdə, ana isə evdə olmalıdır. Hətta atası işləməyən yenicə dil açmış uşaq belə "atan haradadır?” sualına "işdə” cavabı verir. Məhz elə ən ideal ailə modeli də qadının evinin xanımı, kişinin isə işdə olması halıdır. Sanılmasın ki, evdar xanım olmaq asandır, çünki kişi 7-8 saat işləyirsə, qadın 24 saat öz şərəfli vəzifəsi başındadır. Bununla belə, işləyən qadınlar da kifayət qədərdir. Bunlar ya övladını tək böyüdən və onu maddi cəhətdən də təmin etməyə məcbur olan analardır, ya da, sadəcə, faydalı olmaq məqsədilə işləyən qadınlardır. 

Dövrümüzdə maddiyyat kişini övladından, ailəsindən uzaq sala bilir. Bir quru çörək pulu üçün qürbətdə çalışan, doğmalarının üzünü illərlə görməyən minlərlə ailə başçısı vardır. Kimisi birgünlük yeməyi üçün, kimisi isə daha çox pulu olsun deyə çalışır. Maddiyyat hərisliyinə düşərək yaşamağı, aza qane olmağı unudan insanları gördükdə Mir Cəlalın bir hekayəsi yada düşür. Hekayədə təzəcə ailə qurmuş gənc qadın və kişi daha çox qazanmaq üçün gecə-gündüz işləyirlər. Hərəsi bir neçə işdə çalışdıqları üçün evlərində bir-birilərinin üzlərini həftələrlə görmürlər. İş o yerə gəlib çatır ki, hal-əhval tutmaq üçün ər-arvad məktublaşırlar. Ən acınacaqlısı isə odur ki, bütün qazandıqları bir oğruya qismət olur. Həyatda daha çox gəlir qazanmağa çalışmaqdansa, xoşbəxt olmağa, hüzurlu, mənəviyyatlı olmağa çalışmaq lazımdır. 

Beləliklə, Azərbaycanda qızların və oğlanların təhsil, karyera və ailə haqqında təsəvvürlərində inqilabi dəyişikliklər etmək lazımdır. Fikrimcə bu məsələdə təhsil birinci dərəcəli əhəmiyyətə malik amil kimi əsas götürülməlidir. Ailə və karyera isə yalnız təhsildən sonra formalaşmalıdır. Əgər kiminsə xüsusi istedadı varsa, bu üç amili birlikdə inkişaf etdirirsə, bu da xüsusi alqışlanası hal hesab edilməlidir. Cəmiyyətimizin inkişafı da yalnız intellektual cəhətdən inkişaf etmiş insan kapitalının formalaşmasından və onun səmərəli istifadəsindən daha çox asılıdır. Müasir dünyada da inkişaf edən ölkələr intellektual insan resurslarından səmərəli istifadə etməklə daha da irəliyə doğru yüksək templə inkişaf edirlər. Bizim üçün də bu yol daha dayanıqlı və zəruri istiqamət olmalıdır. 

 

Rəşad Əsgərov
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Array

  1. Gül heyat | 25 noyabr 2016 15:06 | Status: Şərhçi | Şərh: 370
    Sitat: fidancik
    qizlar ucun en baslicasi tehsil ikinci karyera ve sonda aile qurmaq

    [s][/s]
  2. Janna_1994 | 3 fevral 2016 12:11 | Status: Şərhçi | Şərh: 499
    tehsil ama en cox qizlarimiz ere getmeyi ustunluk secirler
  3. ESMERRi | 21 yanvar 2016 22:10 | Status: Brilliant user | Şərh: 5 380
    Sitat: dılay
    Birinci tehsil.
  4. dılay | 18 dekabr 2015 18:39 | Status: Brilliant user | Şərh: 8 186
    Birinci tehsil.
  5. ESMERRi | 17 noyabr 2015 12:02 | Status: Brilliant user | Şərh: 5 380
    Sitat: fidancik
    qizlar ucun en baslicasi tehsil ikinci karyera ve sonda aile qurmaq
  6. fidancik | 2 noyabr 2015 23:18 | Status: Qonaq | Şərh: 0
    qizlar ucun en baslicasi tehsil ikinci karyera ve sonda aile qurmaq
  7. buxqalter | 27 oktyabr 2015 19:19 | Status: VİP user | Şərh: 1 213
    Sitat: Mehi_2000
    birinci tehsil alib. sora evlenib sora.karyera qurmaq olmaz ki?


    Cox gozel olar.ama gerek duwunceli bir kiwi ile aile qura
  8. Mehi_2000 | 9 sentyabr 2015 02:59 | Status: Qonaq | Şərh: 0
    birinci tehsil alib. sora evlenib sora.karyera qurmaq olmaz ki?
  9. Elcin sangu | 30 iyul 2015 16:39 | Status: Şərhçi | Şərh: 238
    En birinci yerde tehsil sonra aile
  10. Nagizade.Leyla | 13 iyun 2015 01:24 | Status: VİP user | Şərh: 1 321
    Təhsil vacibdir sonra aile
  11. Sunay Elizade | 23 may 2015 11:00 | Status: Gümüş user | Şərh: 2 157
    men deyirem ki birinci tehsil mutleqdi
  12. FarizEhmedli | 18 aprel 2015 15:31 | Status: Şərhçi | Şərh: 198
    oxumag oxumag

    maraqliydi tesekkurlet cox
  13. oyku acar | 7 aprel 2015 22:59 | Status: Qonaq | Şərh: 0
    Tehsil tehsil
  14. gunay 2 | 3 aprel 2015 21:53 | Status: Qonaq | Şərh: 0
    mence kariyera
  15. ayka wirinka | 18 mart 2015 14:51 | Status: Şərhçi | Şərh: 233
    tehsil kareya sore evlilik
  16. BULUTUM | 6 mart 2015 22:54 | Status: Professional user | Şərh: 7 393
    ELBETTE TEHSIL TEHSIL.

    ..............
  17. CANSIZ MELEK | 25 fevral 2015 00:43 | Status: Qonaq | Şərh: 0
    Her ikisi mutleq menada vacibdir.
  18. Nigar | 21 fevral 2015 10:40 | Status: Gümüş user | Şərh: 6 064
    her weyin oz yeri varda
  19. Nigar | 17 fevral 2015 22:26 | Status: Gümüş user | Şərh: 6 064
    Twkler xebere gore
  20. ●♥ Meley ♥● | 8 fevral 2015 22:05 | Status: Gümüş user | Şərh: 413
    Tehsil tehsilllllll
  21. SABINA | 21 yanvar 2015 16:18 | Status: Professional user | Şərh: 7 410
    ONCE TEHSIL wink
  22. Tural Shumaloglu | 21 yanvar 2015 16:16 | Status: Qonaq | Şərh: 0
    Sitat: Malik bey
    Oxuya bilmedim.Ancaq mutleq imkan daxilinde birinci tehsil olmaliir.

    Sitat: Gunel Mustafayeva
    once tehsil karyera sonra er.Ama men tehsil alsamda aile qurmagi secdim

    ALLAH xoübext etsin

    Sitat: Tural Shumaloglu
    Salam adim Turaldi ozum cox decel oglanam menim bir xanim dosta ehtiyacim var meni bu yoldan dondersin eger kim esil dost olmaq isteyirse buyursun whatshapim budur ama esil dosty neyese gore yox/profildede weklim var.Ama wekle baxinda bir weyi unutmayin eybecerde olsam hami ressami ALLAHDI.wHATSHAPIM 0557255091

    Sitat: SEVDA
    İlk önce tehsil....

    once tehsil sora aile deyirsen ama soram gec olar axi

    Sitat: gulcin70
    Qızların bəxtini-taleyini bilmək olmur. Səhəri gün ailəsi dağılanda kimsəyə möhtac qalmasın deyə, ailə qurmazdan əvvəl, qızlar mütləq təhsil almalıdır. Karyera isə qadın üçün vacib deyil. Şəxsən mən fikirləşirəm ki, qadına karyera qadına lazım deyil. Karyera arxasınca düşən qadın elə bil, bir qadın, bir xanım olduğunu unudur.
    Bu, mənim subyektiv fikrimdir. Hər kəsə həyatında və işlərində uğurlar..
    Xəbərə görə isə təşəkkür edirəm, aktual mövzudur.

    yaman derdlisen deyesen
  23. Malik bey | 18 yanvar 2015 22:33 | Status: Qonaq | Şərh: 0
    Oxuya bilmedim.Ancaq mutleq imkan daxilinde birinci tehsil olmaliir.
  24. AkperovA96 | 17 yanvar 2015 21:31 | Status: Qonaq | Şərh: 0
    öncə təhsil ...
  25. N....N92 | 27 noyabr 2014 14:09 | Status: Professional user | Şərh: 4 352
    İlk önce tehsil....
  26. ada.. | 17 noyabr 2014 15:44 | Status: Qonaq | Şərh: 0
    Sitat: Tural Shumaloglu
    Salam adim Turaldi ozum cox decel oglanam menim bir xanim dosta ehtiyacim var meni bu yoldan dondersin eger kim esil dost olmaq isteyirse buyursun whatshapim budur ama esil dosty neyese gore yox/profildede weklim var.Ama wekle baxinda bir weyi unutmayin eybecerde olsam hami ressami ALLAHDI.wHATSHAPIM 0557255091

    Elanınızı Ailə qurmaq istəyirəm bolməsinə yazın.hər xəbərə olmaz belə elan yazmaq
  27. Gunel Mustafayeva | 14 noyabr 2014 12:23 | Status: Qonaq | Şərh: 0
    once tehsil karyera sonra er.Ama men tehsil alsamda aile qurmagi secdim
  28. QERIB INSAN | 12 noyabr 2014 00:23 | Status: VİP user | Şərh: 567
    Oxumadim sebrim catmadi.tesekkurler
  29. SEVDA | 9 noyabr 2014 15:32 | Status: Nəzarətçi | Şərh: 17 444
    İlk önce tehsil....
  30. SEVA | 9 noyabr 2014 10:48 | Status: Professional user | Şərh: 5 151
    Sitat: gulya20
    Men emel etmesemde birinci tehsildi,sonra aile.