Qadın / Qadın və problemlər

Qadın PKK-çıların başını kəsdilər – FOTOLAR / 18+

Banu. | 3-10-2014, 15:33
3 475 15
Qadın PKK-çıların başını kəsdilər – FOTOLAR / 18+


Suriyanın şimalındakı Kobani bölgəsində PKK-nın Suriya qolu YPG ilə İŞİD (İraq Şam İslam Dövləti) arasında davam edən toqquşmalar 17 gündür ki davam edir. İŞİD-in əsir götürdüyü 3 qadın PKK-çının başını kəsməsi əks-sədaya səbəb olub.

AzadQadin.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın liderliyində qurulan beynəlxalq koalisiyanın Suriyada İŞİD-ə qarşı təşkil etdiyi hava hücumlarına rəğmən, terror təşkilatı Suriyanın kürd bölgəsindəki Kobanini tamamilə işğal etmək üzrədir.

Dünən İŞİD-in Kobaninin ətraf məhəllələrinə girdiyi əks olunan görüntülər sosial şəbəkələrdə terror təşkilatının üzvləri tərəfindən paylaşılıb. Ən şiddətli toqquşmaların baş verdiyi gündə İŞİD-in PKK-nın Suriya qolu olan YPG-nin 3 qadın üzvünü əsir alaraq, onların başını kəsdiyini açıqlayıb.
Dəmirlərə keçirdikləri kəsik başları Suriyada İŞİD-in nəzarətindəki Hələb şəhərinin meydanında elə o cür də nümayiş etdiriblər. Mərkəzi İngiltərədə olan Suriya İnsan Hüquqları Müşahidəçiləri İŞİD-in Kobaniyə üç fərqli cəbhədən hücum etdiyini və kürdlərlə İŞİD yaraqlıları arasındakı toqquşmaların srağagün daha da şiddətləndiyini bildirib.
İŞİD axşam saatlarında Kobani şəhər mərkəzinə girmək məqsədi ilə əsas qüvvələrini cənub və şərq cəbhələrinə yerləşdirməklə üç cəbhədən hücuma keçib. Ağır silahların və tankların dəstəyi ilə həyata keçirilən hücumlar nəticəsində İŞİD xüsusi ilə cənub cəbhəsindən şəhər mərkəzinə sadəcə bir neçə yüz metr qalmışadək yaxınlaşıb. Terror təşkilatı şəhər mərkəzinə girərsə, Kobanidə İŞİD-ə qarşı döyüşən xalq və YPG qüvvələri küçə toqquşmalarına hazır olduğunu bildirib.

Vüsal Tağı

  1. Nergiz love | 5 oktyabr 2014 10:57 | Status: Professional user | Şərh: 7 871
    Seher seher qorxdum dehsetdi uzaq olsun sad
  2. Ay_Sun | 4 oktyabr 2014 23:22 | Status: Brilliant user | Şərh: 13 409
    Ay dehset,qorxdum.Bu nedir 0101
  3. SEVDA | 4 oktyabr 2014 11:31 | Status: Nəzarətçi | Şərh: 17 443
    İraq olsun.....bu ne ya ???
  4. M.Aliyeva | 4 oktyabr 2014 01:44 | Status: Gümüş user | Şərh: 1 970
    KAZIMMMM KIMIN BAWIDI BU ?
    MUHARIBEDE VURUWAN QADIN KIWIYE OXWAMASIN , NEYLESIN ?
    gedim volidol icim .
  5. Aynur_Mezahirli | 4 oktyabr 2014 00:11 | Status: Qonaq | Şərh: 0
    Dehset qorxdum sekile baxa bilmedim belay Allahim sen bizleri qoru Yarrebim...!!!
  6. SEVA | 3 oktyabr 2014 23:52 | Status: Professional user | Şərh: 5 151
    Allahim qoru bizleri
  7. BULUT | 3 oktyabr 2014 22:23 | Status: Qonaq | Şərh: 0
    oy qorxdum ilahi bu nedi
  8. ehtibar | 3 oktyabr 2014 21:27 | Status: Gümüş user | Şərh: 2 547
    qiyamet gunu yaxinlawir millet bir birine qariwib olen kimlerdir muselmanlar
  9. Sitat: SELENA
    AY AMAN/OLKEMIZDEN UZAQ ILAHI

    Dehset baska sozum yoxdur
  10. FLOVERandGİRL | 3 oktyabr 2014 19:40 | Status: Professional user | Şərh: 3 251
    Sitat: N....N92
    Sitat: SELENA
    AY AMAN/OLKEMIZDEN UZAQ ILAHI

    AMİN..
  11. N....N92 | 3 oktyabr 2014 18:31 | Status: Professional user | Şərh: 4 352
    Sitat: SELENA
    AY AMAN/OLKEMIZDEN UZAQ ILAHI
  12. SABINA | 3 oktyabr 2014 16:43 | Status: Professional user | Şərh: 7 410
    AY AMAN/OLKEMIZDEN UZAQ ILAHI
  13. gulya20 | 3 oktyabr 2014 16:39 | Status: Professional user | Şərh: 4 678
    Kisidi axi bu,qadin basina hec oxsamir.
    Yene coxalmaga baslayib saytda cinayet kriminal xeberleri.Adamin ureyi darixir.
  14. SULTANIM | 3 oktyabr 2014 15:37 | Status: Ekspert | Şərh: 4 743
    Muharibe bu qadinlarin basinin formasinida deyisib.
    Dehsetli hadisedir. Allah qorusun.
  15. FLOVERandGİRL | 3 oktyabr 2014 15:35 | Status: Professional user | Şərh: 3 251
    uydaaàaaaaa.