Qadın / Qadın və problemlər

Azərbaycanda əhalinin sayı ciddi şəkildə azalmağa başlayacaq

LoVe_FoReVeR | 7-09-2011, 20:00
3 008 43

 

Nikahdan kənar doğulan uşaqlar

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əgər 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 6 282 nəfər idisə, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib. Son 10 ildə şəhərdə nikahdan doğulan uşaqların sayı 3 dəfə, kənd yerlərində nikahdan kənar dünyaya gəlmiş uşaqların sayı isə 5,7 dəfə artıb.

10 il ərzində nikahdan kənar dünyaya gələn uşaqların rekord göstəricisi 2004-cü ildə qeydə alınıb. Həmin il bu göstərici 26 669 nəfər təşkil edib.

Avropada nikaha yox deyirlər   

Avropa qeyri-rəsmi uşaq dünyaya gətirmək çox normal haldır və bu ölkələrdə hər il yüzlərlə “qanunsuz” uşaq dünyaya gəlir. Bu proses özünü daha çox Almaniyada göstərməkdədir. Bu ölkənin vətəndaşlarının yalnız 50 faiz ailə qurmaq istəyir. Araşdırmalar göstərib ki, Şərqi Almaniyada hər iki uşaqdan biri nikahdan kənar doğulur. Oxşar vəziyyət Hollandiya, Finlandiya, İtaliya, Fransada da müşahidə olunur. Ümumiyyətlə, Avropa ölkələrində nəinki qanunsuz, dünyaya tamamilə övlad gətirmək istəyində olanlar azdır. Zaman-zaman bütün dünyaya ayaq acan bu tendensiya son illər Türkiyəyə də sirayət etməkdədir. Avropanın təsirinə düşən türk gəncləri arasında nikaha girmə yaşı 35-40-a çatıb. Qonşu ölkədə ümumiyyətlə dünyaya uşaq gətirməmək haqda qərar verənlərin də sayı çoxalıb. Problem artıq post sovet məkanında da özünü büruzə verməkdədir. Nikaha girməmə və qeyri-rəsmi nikahdan doğulan uşaqların sayına görə Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Latviya, Moldova, Ermənistan və Estoniya ön sıralardadır.

Qərb mədəniyyəti qəlblərə hakim kəsilib 

Statistik məlumatlar problemin Azərbaycan üçün də aktuallaşdığını göstərir. Milli mentalitet və ailə dəyərlərimiz getdikcə deformasiyaya uğrayır. Artıq boşanmalar, ikili həyat yaşama adiləşir. Ailə qurma yaşı və nikahdan kənar doğulan uşaqların sayı durmadan artır. Bir vaxtlar qızların sevgi etirafı etməyi ayıb hesab olunurdusa, bu gün qızlar nəinki tək, hətta bütün ailəsi ilə televiziya ekranlarına çıxıb çəkinmədən ər axtardığını bəyan edir. 
Vaxtilə Sovet məkanında Azərbaycan “Qəhrəman ana” ların sayına görə, ilkin sıralarda olsa da indi 3 uşaqlı ailələr çox uşaqlı sayılır. Tək uşaqlı ailələrin sayı durmadan artır. Ailəni karyeraya, rahatlığa, səyahətlərə, qeyri-rəsmi münasibətlərə dəyişən ailələr ikinci uşağı belə dünyaya gətirməyə tərəddüd edirlər. Bir vaxtlar təəccüblə qarşılanan Azərbaycan qızlarının xarici vətəndaşlarla nikahı da artıq adiləşib.  
Mütəxəssislərin verdiyi proqnoza görə, 2035-ci ildən başlayaraq Azərbaycanda əhalinin sayı ciddi şəkildə azalmağa başlayacaq. 


 

 


Artıq qərb sivilizasiyasının hakim kəsildiyi ölkələr problemdən, vəziyyətdən çıxış yolları axtarmağa başlayıblar. Məsələn Rusiyada dünyaya üç uşaq gətirən ailələrə torpaq sahəsi və digər imtiyazlar nəzərdə tutulur. Türkiyədə də bu məsələ dövlət səviyyəsində narahatlıq doğurmaqdadır.    

Mentalitet arxa plana keçir

Mütəxəssislər qərbdən gələn mənfi təsirlərin qarşısının alınması mümkünsüz sayırlar. Ekspert Vüqar Namazov texnologiyaların sürətlə inkişaf etdiyi, qapıların dünyanın hər bir tərəfinə acıq olduğu bir dövrdə adət-ənənələrin, mentalitetin arxa plana keçdiyini deyir: “Məsələn bu gün internetə daxil olmaqla xarici vətəndaşla ailə qurmaq olur. 
Sovet dövründə insanlar dünyada baş verənlərdən yalnız televiziya vasitəsilə qısa xəbərlərdən xali olurdular. İndi isə qərbin dəbi, adətləri, ailə modulu izlənilir və şəxsi təcrübədə tətbiq olunur. Ona görə də, boşanmalar, nikahdan kənar uşaqlar, xəyanətlər və s. adi qarşılanmağa başlayıb”. 
Mütəxəssis ölkədə nikahdan kənar uşaqların dünyaya gəlməsinin əsas səbəblərindən biri kimi erkən nikahların olduğunu dedi: “Bu problem xüsusən bölgələrdə geniş yayılıb. Paytaxtda əksinə ailə qurma tempi aşağı düşməkdədir. Hər ikisinin səbəbi isə sosial problemlərdir. Belə ki, bölgələrdə ailələr az yaşlı qızlarını ərə verməklə “yük”dən azad olmağa çalışır, iri şəhərlərdə isə gənclər maddi çətinliklər üzündən ailə qura bilmir”. 

Erkən nikaha girənlər dünyaya qüsurlu uşaqlar gətirirlər 

"Qadın həmrəyliyi" İctimai Birliyindən isə bildirildi ki, cənub bölgələrində aparılan monitorinq nəticəsində məlum olub ki, sözügedən ərazidə 14 - 16 yaşlı qızların erkən nikaha girməsi halları çoxalıb. Əsasən Lerik, Yardımlı, Masallı, Quba və Qusar rayonlarında ailələr qızlarını ərə verməklə problemlərini yüngülləşdirmək istəyirlər. Bu cür halların çoxalmasına dini fəaliyyətlə məşğul olanlar yardımçı olur. Onlar rəsmi nikah olmadan qeyri-qanuni kəbin kəsirlər ki, nəticədə dünyaya nikahdan kənar uşaqlar gəlir ". R. Hüseynova onu da əlavə etdi ki, erkən nikaha girən qızların dünyaya uşaq gətirməsi düzgün deyil: “Onlar buna hazır deyillər. Araşdırmalar göstərir ki, 14 - 16 yaşlı 30 qadından cəmi 1-i normal surətdə dünyaya uşaq gətirə bilir. Bu uşaqlar bir çox hallarda qüsurlu doğulur. Bununla yanaşı, dünyaya gələn qanunsuz uşaqların sonrakı taleyi problemli olur. Bu uşaqların sənədi olmadığından onların həkimə müraciəti, məktəbə getməsi və s. mümkün olmur


ESMERRi | 14 aprel 2016 19:42 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Sitat: Akademik
bu məsələ qalsın bir qırağa, gündə nəqədər yol qəzası olur,təbii ki, azalacaq. Ağıl ücbatımızdan.
dılay | 4 fevral 2016 11:55 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: Akademik
bu məsələ qalsın bir qırağa, gündə nəqədər yol qəzası olur,təbii ki, azalacaq. Ağıl ücbatımızdan.
Nigar | 12 fevral 2014 16:26 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: beehive
haber için teşekkürler efendim, saygılar,,,

beehive | 29 noyabr 2013 11:16 | Status: Şərhçi | Şərh: 331
haber için teşekkürler efendim, saygılar,,,
canisi12 | 25 sentyabr 2013 14:51 | Status: Qonaq | Şərh: 0
MEN COX USAQLIGIN TEREFTARIYAM nn12 nn11
Qanad | 14 iyun 2013 09:23 | Status: Yazar | Şərh: 4 357
bizde usaga qiymet vermirler.xaricde qadin usagini salanda butun aile pis olur.hetta usagin yasini saxlayirlar.amma bizde bele deyi.1-usaq besdir.indiki zamanda usaq saxlamaq cox cetindir.maddi terefden deyirem.
Akademik | 13 may 2013 01:52 | Status: Professional user | Şərh: 4 580
bu məsələ qalsın bir qırağa, gündə nəqədər yol qəzası olur,təbii ki, azalacaq. Ağıl ücbatımızdan.
Saida Kerimova | 21 mart 2013 14:24 | Status: Professional user | Şərh: 1 672
Sitat: GozelВ Melek
indiki vaxtda usaq saxlamaq cox cetindir
Gozel Melek | 3 mart 2013 20:28 | Status: Gümüş user | Şərh: 1 531
indiki vaxtda usaq saxlamaq cox cetindir
Əfşan | 3 mart 2013 15:39 | Status: Professional user | Şərh: 1 714
Allah imkan versin,men vetene soylu kimi bir yandan bala verecem,teki rebbim deyen olsun
ruhengiz79 | 25 yanvar 2013 00:03 | Status: Şərhçi | Şərh: 160
indiki vaxtda usaq saxlamaq cox cetindir
cucem. | 30 sentyabr 2012 13:03 | Status: Professional user | Şərh: 4 415
vayyyyy
TATLI GUZEL | 6 avqust 2012 13:45 | Status: Professional user | Şərh: 5 781
gulcan,
duz diyirsen canim