Qadın / Qadın və problemlər

Qadın və cəmiyyət...

Aysel | 18-03-2014, 19:49
1 631 12

 


 

 


Bu  mövzu günlərdir diqqətimi çəkir. Sevgi....

Daha doğrusu oğlanların qızlara qarşı olan "təmənnalı sevgisi"...

Cəmiyyətdə son vaxtlar kişilərin psixalogiyasında belə bir hal yaranıb. İki insan tanış olur, ünsiyyət qurur və getdikcə bu münasibət dərin hisslərlə "sevgi" adı altında davam edir. Görüşlər, zənglər, gəzintilər öz yerində, iki sevgili təbii ki, bu gözəllikləri yaşamalıdırlar.

Sevənlər arasında həmişə qızlar daha dərin hisslərlə sevirlər, çünki qadın sevgisi daha emosional, daha məsum və daha içdən olur. Lakin bir müddət keçdikdən sonra oğlanlar tərəfindən münasibətə bəzi fikirlər irəli sürülür. Onların fikrincə, dediklərində haqlıdırlar və bu qaçınılmaz bir reallıqla bağlı fikirdir.

Oğlanlar tərəfindən münasibətə əlavə olunacaq fikir nədən ibarətdir? Bəlkə də artıq çoxlarınız bunu təxmin etdiniz, çünki cəmiyyətimizdə olan bu növ psixologiyalı insanların mövcud olmasını hamımız az-çox görə və duya bilirik.

Sevdiyim dediyi qıza oğlan tərəfindən irəli sürülən fikir onların birlikdə olması, daha doğrusunu desək, oğlanın öz bioloji tələbatını ödəmək istəməsidir. Bunun üçün sevirəm dediyi qıza "bakirəliyinə toxunmadan" sevişmək təklifini edən oğlan öz fikrini, öz aləmində əsaslar gətirərək hətta doğrulamağa da cəhd edir. 

- "Bəs mən başqası ilə birlikdə olsam sən bunu necə qəbul edərsən? Mən sənə xəyanət etmək istəmirəm, amma mənim də tələbatım var bir kişi kimi, ona görə də səni istəyirəm və sevdiyim üçün hisslərimi səninlə bölüşmək istəyirəm." 

Bu düşüncələrin ağuşunda sürüklənən qızlar isə sevdiklərini itirməmək üçün bəziləri razılaşır, bəziləri isə israrla "olmaz " dediklərinə görə o çox sevən oğlanlar tərəfindən tərk edilir.

Hər şeyi bir kənara qoyaq, məsələnin başqa bir istiqamətin daşımaq istəyirəm. Tutaq ki, bu cür düşünən oğlan sevdiyi qızla hisslərini də paylaşmaq istəyir və zorlama olaraq deyil, təbii ki, iki tərəfin də razılığı ilə bu yaşanır. Amma bir müddətdən sonra bu qız həmin sevdiyi oğlan tərəfindən bu və ya başqa bir mövzu ortaya atılaraq tərk edilir. Səbəb isə başdan bəlli idi, çünki oğlan istədiyinə nail olmuş və artıq bu münasibətdən sıxılmışdır. Yeni macəralar axtarışındadır. Amma bir məsələ daha var. Bu psixologiyada olan, iyrənc düşüncəsi ilə cəmiyyəti sarmış, özünə "kişi" deyən biri evlənmək vaxtı gələndə bakirə, heç kimlə görüşməyən, danışmayan bir qız axtarışımda olur. Anadan olandan bəri qızın nəslini-kökünü araşdırmaqla ailə quracağı qızın təmizliyinə xüsusi önəm verir. Bəs buna deyən yoxdur ki, o sevirəm deyərək yatağa dəvət etmək üçün min cür şirin vədlərlə aldadıb, istəyinə çatandan sonra tərk etdiyin qızlar neynəsin? Sənin kimi şərəfsizə inanib, aldanıb özünü təslim edən təmiz qızları bu cür alçaqlıqla adını ləkələyən "SƏN"  indi ailə qurmaq üçün niyə bakirə, təmiz, hətta heç bir oğlanla danişmayan qız axtarırsan?

Hətta ayrılandan sonra bir zamanlar sevirəm dediyin qızı soruşan dostlarına fahişə kimi qələmə verən bu mənəviyyatsız, kişilikdən xəbəri olmayan kişiciklər utanmır görəsən? Onlar vicadanlarına necə cavab verəcəklər bəs?

Sabah həmin etdiyi hərəkəti onun bacısına, yaxınlarına, hətta vaxt gələr öz qızına da biri yaşadar deyə fikirləşmir? Cəmiyyətdə bir qadına fahişə demək adiləşib artıq.

Namus mücəssəməsi tək qadın deyil! Namus deyiləndə qadın yada düşməməlidir. Namus hər iki cins üçün keçərlidir. Yalnız qadının bakirəliyi ilə namus ölçülmür. Çünki namus qadının ayaqları arasında deyil, RUHUNDADIR!

Fahişəlik isə bəzilərinin könüllü məsləki hesab olunsa da, onların da bunu məslək halına gətirmələrində hər hansı bir kişinin "əməyi" olub. Çünki fahişə tək başına fahişəlik etmir. Bədəni ilə fahişəlik edən edən qadınlardan, onların o bataqlıqda olmasını qınayan və ora sürükləyən ruhu fahişə olan kişilər cəmiyyət üçün daha acınacaqlıdır!


Aysel Abdullazadə...

15.03.2014


esmar | 23 may 2014 16:58 | Status: Şərhçi | Şərh: 111
Yazdıqlarınızla o qeder raziyam ki.çox qız sevdiyini itirməmək üçün onunla razılaşır.isdediyini aldıqdan sonra oğlanın iç üzü çıxır.bunu görən qız namusunu qorumaqçün,mecbur onunla ailə qurur.ona görə nə olursa olsun oğlanlara inanmaq olmaz.ama yaxşılarıda var.təmiz sevgiylə,heç bir qarşılıq gözləmədən sevir.
pirenses | 21 mart 2014 12:19 | Status: VİP user | Şərh: 1 398
TESEKKURLER XEBERE GORE..
Aylin_Cicek | 19 mart 2014 23:49 | Status: Şərhçi | Şərh: 550
Sitat: Aytekin82
Bibim qızı orta məktəbdən tanıdığı, indiki həyat yoldaşıyla 5il görüşüb, 3 il də nişanlı gəziblər. 6 ildi evlidirlər. Ailələrində 2 qız böyüyür.
Məncə bunlar çox şey deyir...
Əsil sevən oğlan sevdiyinin ləyaqətini hər şeydən uca tutar həmişə. 
Əsl sevən qız isə öz mənliyini hər şeydən uca tutmağı bacarmalıdır və sübut eləməlidir ki, o elə də əl çatan deyil, nə olursa olsun!

Cox gozel yazidir , Allah qadinlari ruhu fahise olan kisilerden qorusun 
Aytekin82 | 19 mart 2014 19:29 | Status: Brilliant user | Şərh: 6 588
Bibim qızı orta məktəbdən tanıdığı, indiki həyat yoldaşıyla 5il görüşüb, 3 il də nişanlı gəziblər. 6 ildi evlidirlər. Ailələrində 2 qız böyüyür.
Məncə bunlar çox şey deyir...
Əsil sevən oğlan sevdiyinin ləyaqətini hər şeydən uca tutar həmişə. 
Əsl sevən qız isə öz mənliyini hər şeydən uca tutmağı bacarmalıdır və sübut eləməlidir ki, o elə də əl çatan deyil, nə olursa olsun!
SEVDA | 19 mart 2014 18:31 | Status: Nəzarətçi | Şərh: 17 443
subay qızlarçun yaxwı xeberdi....oxuyub mariflensinler...aldanmasınlar...
Gulya2676 | 19 mart 2014 12:48 | Status: Gümüş user | Şərh: 2 587
Təşəkkürlər xəbərə görə
2 kalp | 19 mart 2014 09:51 | Status: VİP user | Şərh: 1 280
BEZILERI FAYDALANSIN
Nefesim | 19 mart 2014 09:16 | Status: Gümüş user | Şərh: 939
Ona gorede qizlarimiz 1 az diqqetli olmalidilar...Her sirin soze sirnikmemelidirler...Ona gore ayrilirsa ayrilsin...
Nergiz love | 18 mart 2014 23:01 | Status: Professional user | Şərh: 7 871
MARAQLI XEBERDI TSK.TESUFKI INDIKI OQLANLARIN COX FAIZI QIZLARIN SAFLIQINDAN ISTIFADE EDIR.GEREK QIZLARMIZ BIRAZ GOZU ACIQ OLSUN KI BU CUR KISI ADNA LAYIQ OLMAYAN INSANLARDAN OZLERIN QORUSUNLAR,BIR TANISIM VAR BU YAXINLARDA SEVGILISI ONU ATIB QIZ BAKIREDI AMA ARALARINDA INTIM MUNASIBET OLUB.OQLAN ONU COX YOLDAN CIXARTDI AXIR ISTEDIYIN ELDE ELEDI.AYRILANDA DEYIBKI ANAM ATAM RAZI DEYIL.QIZDA HERGUN AQLAYIR.INDI OQLAN NISANLIDI HEC SEVGILISNIN AYAQNIN TOZNA GELMEYEN QIZLA.MEN OQIZI COXU VAXT OQLANLARLA GORUSMEYLERIN ESIDIRDIM COX ADAMLAR BILIR O QIZ NECEDI OZUDE OQLAN BILIR CUNKI QONSULUQDA YASAYIRLAR/MENDE TANISIM OLAN QIZA DEYIREM O HELE OZ TAYIN TAPIB OSENE LAYIQ DEYIL.EHH INDIKILERDEN BAS ACMAQ OLMUR ТУ QIZLARDAN NEDE OQLANLARDAN.MENIM FIKRIMCE ISTEYEN OQLAN ELCI GONDERER EVLENER DAHA GORUSMEYLER FILAN AXRI BU CUR BEDBEXTLIYE GETIRIB CIXARAR/
birdane | 18 mart 2014 22:49 | Status: Professional user | Şərh: 3 727
maraqli xeberdi tesekkurler
Gulshen. | 18 mart 2014 22:41 | Status: Qonaq | Şərh: 0
MARAQLI XEBERDI ELLERINIZE SAGLIQ
Sabahım. | 18 mart 2014 21:05 | Status: Professional user | Şərh: 3 359
Namus mücəssəməsi tək qadın deyil! Namus deyiləndə qadın yada düşməməlidir. Namus hər iki cins üçün keçərlidir. Yalnız qadının bakirəliyi ilə namus ölçülmür.
 
NAMUSSUZ  KİŞİNİN  NAMUSSUZ  ARVADI  OLAR