Qadın və problemlər / Qadın taleyi
- Bu qədər ildən sonda səni atan ananı niyə axtarırsan?
- Ona ehtiyacım var. Belə çətin anda hər bir canlının anaya ehtiyacı var. Nə qədər olmasa balasıyam, yaqin sahib çıxar. Heç olmasa mənəvi təssəli verər.
Daha sonra Səadətin qonşusu ilə əlaqə saxladıq. Adının anonim saxlanılmasını istəyən qonşu qadın yanğı ilə qaynanasigilin Səadətə verdiyi əzab-əziyyətdən danışdı. Xahiş etdi ki, ona hüquqi yardım göstərilsin.
Bundan sonra elə Səadətin yanında qaynanasına da zəng etdik. Yarım saat telefonda danışan qaynana iddia edir ki, gəlini narkomandır, ruhi xəstədir və həkimə göstərilməlidir: "ANS televiziyasından xahiş edirəm onu tibbi müayinədən keçirtsinlər, mən nə qədər israr etdim getmədi. Mən onun narkoman olmasından şübhələnirəm". Eyni zamanda bildirdi ki, rayondakı evdə onunla birlikdə yaşamağa icazə verir, amma Bakıdakı evdə əsla. Səbəb isə, oğlunun Səadəti öldütüb həbsə düşməsindən narahatdır.
Səadət isə, o evə yalnız nigah kəsdirdikləri halda gedəcəyini söylədi.
P.S. Problem hazırda həll edilməmiş qalıb. Düşünürük ki, bu problemin iki həlli yolu var. Ya ailəni bərba etmək, ya da Səadətə maddi yardım göstərmək. Birinci, hazırda real görünmür. Çünki, bu ailənin artıq təməli uçub, heç bir tərəf barışığa gəlmir. Yeganə yol isə, anaya iş tapmaq və işlə tam təmin olunana qədər maddi yardım göstərməkdir ki, uşaqlarına kirayədə qalıb baxa bilsin. Eyni zamanda atadan da aliment tələb etmək lazımdır.
Qaynana: "Gəlinim narkomandır, ANS onu həkimə yoxlatsın"
Aynur_Qurbanqizi | 6-03-2014, 00:10
8 026 35
ANS-də yayımlanan "Adam içində" verilişinin bugünkü buraxılışı da aktual qadın problemlərini əhatə edib. Anasının üzünü görməyən, atasından uzaq qalan, 5 yaşından bir ailə tərəfindən övladlığa götürülüb, 9 il sonra ata-anası bildiyi şəxslərin yad olduğunu anlayıb şoka düşən, daha sonra 15 yaşında birinci qrup əlil olan bibisi oğlu ilə ailə quran Səadətin başıbəlalı taleyi bununla bitməyib, 30 yaşında da 3 uşağına həsrət qalıb. Verilişdən çıxarkən "Adam içində" ekspert kimi iştirak edən, azadqadin.az saytının rəhbəri Aynur Qurbanqızıya yaxınlaşıb "Mənə 20 qəpik yol pulu verərsiniz" deyib, Aynur xanım isə, anlayanda ki, qadının ümumiyyətlə getməyə yeri yoxdur və "Təmiz Dünya" İB-nin nəzdində yerləşən qadın sığınacaq evindən də "hələ yer yoxdur" cavabı gəlib, xanımı küçədə qalmamaq üçün evinə dəvət edib. Azadqadin.az saytı Aynur Qurbanqızının Səadətdən, onun qaynanasından və qonşusundan aldığı müsahibəni sizə təqdim edir. Qeyd edək ki, sabah "Adam içində" verilişində mövzu daha geniş şəkildə davam edəcək...
- "Adam içində" söylədiniz ki, ananızın üzünü görməmisiniz. Mə həyatda, nə şəkildə. Ananı necə təsvir edirsən xəyalında?
- Bütün övladlar kimi anamı gözəl təsəvvür edirəm. Sarışın, göyçək, hündür, alagöz...
- Bütün övladlar kimi anamı gözəl təsəvvür edirəm. Sarışın, göyçək, hündür, alagöz...
- Bu qədər ildən sonda səni atan ananı niyə axtarırsan?
- Ona ehtiyacım var. Belə çətin anda hər bir canlının anaya ehtiyacı var. Nə qədər olmasa balasıyam, yaqin sahib çıxar. Heç olmasa mənəvi təssəli verər.
- Birdən gözlədiyin kimi olmadı?
- Eybi olmaz. Sadəcə görüm, səsini eşidim, bu mənə bəs edər.

- Bəs, ona sual verməyəsən ki, niyə səni atıb?
- Yox, çünki anam günahsızdır. Atam anamı aldadılıb. 5 uşaq atası olduğunu ondan gizlədib. Anamgil varlı ailə olduğu üçün onla evlənib.

- Necə oldu ki, 15 yaşında ailə qurdun?
- Mənə 5 yaşıma kimi nənəm baxıb. Daha sonra Şəmkirdə bir ailə tərəfindən övladlığa götürülmüşəm. 9 il onlar baxıb mənə. 4 oğlanları vardı. Bir az böyüdükdən sonra atam hesab etdiyim adam dedi ki, sən mənim qızım deyilsən. Əvvəl inanmadım, çünki onları öz valideynlərim hesab edirdim. Amma sonra mənə sübut etmək üçün bibimgil yerini göstərdilər. Çox pis olmuşdum. Bir anda dünya başıma uçdu. Analığım gözəl qadın idi, amma ərinə görə məcbur qalıb o da məndən imtina etdi. Və mən də bibimdən xahiş etdim ki, məni evinə aparsın. Bir il də bibimgildə qaldım. Yoldaşımla da orda tanış oldum, sevib evləndik. Evləndik deyəndə ki, heç bir adət-ənənəyə uyğun toy-busat qurulmadı. Sadəcə, birlikdə olduq, vəssalam. İlk övladım isə bətnimdə 5 aylıq olanda məcburi abort etdirdilər. Dedilər ki, toy edək sonra. Amma nə toy oldu, nə də adımıza bir qazan aş asdılar. Onsuz da bir evdə yaşayırdıq. Beləcə, 3 uşağımız oldu. Yoldaşın birinci qrup əlildir

- Problemlər nə vaxtdan başladı?
- İkinci övladım olduqdan sonra. Kasıblıq bir tərəfdən, içki içməyi bir tərəfdən, söz-söhbət olurdu, məni təhqir edir, döyürdü. Mən də tez-tez qonşulara qaçırdım. O qonşu yoxdur ki, onun evində qalmayım.

- Bəs, üçüncü uşağı niyə dünyaya gətirdin?
- Özüm kimsəsiz olduğum üçün istəyirdim ki, övladlarım çox olsun. Onlar mənə həm ata olsun, həm qardaş, həm ana. 3 oğlum var. Böyüyü 11 yaşında, balacanın 4 yaşı var.

- Niyə evdən qaçdın?
- Fevralın əvvəli idi. Qar yağan zaman sular donmuşdu. Qonşular bizdən su daşıdığı üçün əsəbləşdi və məni bərk döydü. Xüsusilə də, böyrəyim ağrıdığı üçün onu təpikləyirdi. Mən də dözmədim və birdəfəlik evi tərk etdim. Qapını bağlayıb məni elə təpikləyirdi ki, uşaqlar qorxusundan stolun altına girmişdi.

- Bir aydır harda yaşayırsan? Nə etdin?
- Əvvəl qonşuların köməyi ilə iş tapdım, kafelərin birində qabyuyan. Sonra 120 manata kirayə tutdum. 15 gün qəpik-qəpik də pul yığdım və dedim ki, gedib artıq uşaqlarımı yanıma gətirim. Uşaq evinə qoymuşdular. Bu məsələləri həll edənə kimi 3 gün keçdi. Və geri qayıdanda işdə 3 gün olmadığıma görə məni işdən çıxartdılar. İşdən çıxdığım üşün kirayədən də çıxartdılar. Son 20 manatımı da taksiyə verib uşaqları yenidən gətirib atasıgilə qoymağa məcbur oldum. ANS-ə çıxmaqda məqsədim isə, qaynanamgilin mənə evdə yaşamaq huququ verməsidir. Müvəqqəti uşaqlarımla orda yaşayım, özümə iş tapana kimi...

- Barışmaq istəyərsən? Yəni, ailəni dağıtmaqdansa, uşaqların xətrinə bəlkə bir az güzəştə gedəsən...
- Yox, inanın ki, artıq səbrim yoxdur. Böyrəyimdə daş var, bəlkə də bir neçə il ömrüm var. Onu da döyülüb-söyülməklə keçirtmək istəmirəm. Sadəcə, evdə mənə yaşamaq huququ versinlər, işləyim balalarımı saxlayım. Elə kişi ilə ailə həyatını davam etmək istəmirəm.