Qadın / Qadın və problemlər

Qadınlar niyə seksual zorakılığa məruz qalır

Gunel_Celilova | 14-09-2013, 20:00
4 754 17



Qadınlar niyə seksual zorakılığa məruz qalır


Hər gün ətrafımızda nə qədər çətinliklər içində yaşayan ailələr və bu ailələrdə problemləri çiynində daşıyan, eyni zamanda həyat yoldaşının daimi psixoloji zorakılığına tuş gələn qadınlar görürük. Qadın anadır, sevgi və şəfqət abidəsidir. Zərif görünüşünün altında gizlətdiyi bu iki güc ona həm həyat yoldaşının sevgi və etimadını qazanmaq, həm də övladları ilə bir yerdə xoşbəxt bir yuva qurmaq üçün kifayətdir. Yetər ki, yanında olan həyat yoldaşı haqqını unutmadığı kimi ağılını da unutmasın. Hər kəs sağlam və təhlükəsiz ailə münasibətlərinə layiqdir.
BMT-nin "Gender inkişafda” layihəsi çərçivəsində 19-60 yaşında qadınlar arasında aparılan sorğu respondent qadınların 37 fizinin zorakılığa məruz qalması faktını aşkara çıxarıb. Hadisələrin 58 faizi ailədə, 32 faizi ata evində, 10 faizi ictimai həyatda baş verib. Ailədə zorakılıq deyərkən adətən ər - arvad və ya partnyor tərəfindən baş verən fiziki təsir nəzərdə tutulmur, eyni zamanda bu, böyüklər tərəfindən uşaqlara edilən fiziki təsirlərə də aid edilir. Feministlər təsdiq edirlər ki, ailədə zorakılığın, qadınlara münasibətdə ev zorakılığının kökləri həyatın patriarxal quruluşunda idi, bu quruluşda kişilərə qadınlar üzərində hakimiyyət verilmişdi. Qadından itaətkarlıq gözlənilir, çox zaman qadın özü mənəvi cəhətdən tabe rolunu yerinə yetirməyə hazır olur.
Hüquq mühafizə orqanlarının qeyri-effektiv fəaliyyəti, zorakılıq qurbanlarını qorumalı olan sosial institutların olmaması, zorakılıq faktlarının kütləvi müzakirəsinin qadınlar tərəfindən təkidlə rədd edilməsi qadınların hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkindirir. Aparılan monitorinqlər göstərir ki, Azərbaycanda qadınlara qarşı zorakılıq faktları çoxalıb. Statistikaya əsasən, hər il Azərbaycanda yaşı 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Bu fakt özü qadınlara qarşı zorakılıq faktlarını araşdırmağa əsas verir. Azərbaycanda bu cür həlak olan qadınların 73 faizi əri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən öldürülür. Hər il 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, hər gün 1000-ə yaxın qadın fiziki zərbələrə tuş gəlir. Qadınların 28 faizi əri tərəfindən mütəmadi olaraq döyülür. Ölkədəki ailələrin 40 faizində isə ər heç olmasa bir dəfə arvadını döyüb. Təəssüf ki, Azərbaycanda qadınların döyülməsi ilə bağlı kişilərin 52 faizi hesab edir ki, «qadın döyülürsə, deməli, buna layiq nəsə edib». Qadınların 24 faizi isə bu qorxunc düşüncəni paylaşır. Yeniyetmə qızların 17 faizi mütəmadi depressiyalara mübtəla olur. Həmin qızların 3 faizi nə zamansa intihar edə biləcəyini istisna etməyib.
Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Döyülən qadınların 45 faizi ərinin "hücum”larına məruz qaldığı vaxt ya hamilə, ya da azyaşlı uşaq anası olub. Qadınların 90 faizi ya öz valideynlərinin, ya da qohumlarının arasında yaşanan «ailə haqq-hesab»larının şahidi olub. Azərbaycanlı qadınların 36 faizi onlara nə zamansa əl qaldırmış həyat yoldaşlarına bu və digər formada haqq qazandırır. KİV-dən toplanan informasiyaları tədqiq edərkən belə qənaətə gəlmək olar ki, məişət zəminində baş verən münaqişələrin 36,5 faizi (31 fakt) sosial problemlərin təsirindəndir. Məişət zəminində baş verən cinayətlərin 60 faizi uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə sonradan uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Ailədə zorakılıq cinayətlərinin analizi göstərir ki, cinayətkarların 68,5 faizi zorakılığın hökm sürdüyü ailələrdə böyüyüb. Fiziki zorakılıqla üzləşən qadınların 20 faizi ümumiyyətlə bu barədə heç bir zaman heç kəsə danışmır, məlumat vermir. Aldıqları xəsarətlərin nəticələrinə baxmayaraq, qadınların çox az bir qismi rəsmi surətdə səhiyyə, polis orqanlarına və ya fərdi şəkildə səlahiyyətli şəxslərə, dostlarına və ailə üzvlərinə yardım üçün müraciət edir.
Tədqiqatlar göstərir ki, təhsil səviyyəsi aşağı olan kişilər ailədə zorakılığa daha az meyl göstərir. Bəlkə də bu, onunla əlaqədardır ki, belə insanlar adətən, az maaşlı işlərdə çalışdıqlarından tələbləri elə də yüksək olmur. Fiziki zorakılığa ən az məruz qalan qadınlar ali və natamam ali təhsillilər, eləcə də, həyat yoldaşı ali təhsilli
olanlardır. Lakin qeyd etmək lazımdır ki, ailədə zorakılıq ər-arvadın öz təhsillərindən daha çox, onların təhsil səviyyələri arasındakı fərqlə əlaqədardır. Ailədə zorakılıq hallarının sayı kişilərin təhsil səviyyəsinin yüksəlməsi ilə əhəmiyyətli dərəcədə dayişir. Daha yüksək təhsilli kişilərə (16,3%) nisbətən orta təhsilli kişilər zorakılığa daha çox meyllidirlər (25,1%). Bakalavr dərəcəsi olan qadınların 64,3 faizi səbəbi nə olursa olsun, ailədə zorakılığı bəyənmir. Lakin ibtidai və orta təhsilli qadınlar zorakılığa daha
dözümlü yanaşmağa meyl göstərirlər. Tədqiqatlara görə, kənddə yaşayan qadınlar ən çox 21-30 yaşları arasında zorakılıqdan əziyyət çəkir (24,14%), 31-40 yaşlılar arasında isə zorakılıq nisbəti 16,1 faizə düşür. Nikahda olanlar arasında ən müdafiəsiz qrup 21-30 yaşlılardır. Onların, ehtimal ki, uşağı olmur, iqtisadi vəziyyətləri nisbətən zəifdir və onlar bütün ailə tərəfindən güclü patriarxal nəzarət altında olurlar. Şəhərdə yaşayan qadınlar arasında ən çox zorakılığa məruz qalanlar 41-50 yaşlılar, ən az zorakılığa məruz qalanlar isə 21-30 yaşlılardır.
Son günlər ölkədə zorlama hadisələrinin sayı günü-gündən artıb. Ötən həftə Sabunçuda baş verən zorlama hadisəsi ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Növbəti belə xoşagəlməz hadisə iki gün öncə Göyçaydan gəldi. Deməli adıçəkilən bölgədə evin ağsaqqalı oğlunun sonsuzluğunu ört-basdır etmək üçün gəlini zorlamışdı.
Ekspertlər zorlama hadisələrinin artmasına səbəb qanunvericilikdə olan boşluqlarla bağlıdır. Ailə Məcəlləsinə yenidən düzəliş və əlavələr olunarsa vəziyyət yaxşılığa doğru dəyişər. Zorakılığı törədən şəxs ən azı 15 il müddətində azadlıqdan məhrum olunarsa bu fikirdə olan şəxslər öz düşüncələrindən vaz keçməli olacaqlar.
Aytən İsaqızı

ESMERRi | 3 noyabr 2015 00:22 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Kenan25
Sitat: drop
en asan yol kimi doymeyi gorurler, halbuki meseleni daniwiq yolu ile de hell etmek olar. kiwiler sadece doymekle oz kiwiliklerini bir nov gostermek isteyirler. amma bu hereketleriyle daha cox gozden duwurler, xeberleri yoxdu
dılay | 27 oktyabr 2015 21:06 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: Miraj
tesekkurlerrrr
Kenan25 | 3 may 2015 20:49 | Status: Şərhçi | Şərh: 225
Sitat: drop
en asan yol kimi doymeyi gorurler, halbuki meseleni daniwiq yolu ile de hell etmek olar. kiwiler sadece doymekle oz kiwiliklerini bir nov gostermek isteyirler. amma bu hereketleriyle daha cox gozden duwurler, xeberleri yoxdu
Miraj | 29 yanvar 2015 17:50 | Status: Professional user | Şərh: 2 625
tesekkurlerrrr
N....N92 | 30 sentyabr 2014 18:57 | Status: Professional user | Şərh: 4 352
Sitat: pirenses
allah komeye ehtiyaci olanlara komeyinde olsun
vanessa | 6 avqust 2014 14:58 | Status: Qonaq | Şərh: 0
Sitat: Lumia
Ailede zorakiliq hallari durmadan bas verirse o aileni davam etdirmek cox boyuk belalara getirib cixardir.Psixoloji ve fiziki travma,olum hallari ve s.Onagore de bele seylerin qarsini almaq ucun ciddi danisiqlar aparmaq,musteqil qerarlar vermek lazimdir.Qadina bir defe qalxan el yene de qalxacaq

Duzdu,"her ne olursa olsun,amandi aile dagilmasin" fikri ile men de razilasmiram,her seyin bir serhedi var
Zulya | 12 iyul 2014 17:14 | Status: Gümüş user | Şərh: 1 640
Sitat: Qanad
xeber cox aktual xeberdir.Muzakire etsek gunlerle bitmez.

Mencede
pirenses | 2 fevral 2014 23:19 | Status: VİP user | Şərh: 1 398
allah komeye ehtiyaci olanlara komeyinde olsun
Lumia | 16 sentyabr 2013 13:31 | Status: Professional user | Şərh: 5 380
Ailede zorakiliq hallari durmadan bas verirse o aileni davam etdirmek cox boyuk belalara getirib cixardir.Psixoloji ve fiziki travma,olum hallari ve s.Onagore de bele seylerin qarsini almaq ucun ciddi danisiqlar aparmaq,musteqil qerarlar vermek lazimdir.Qadina bir defe qalxan el yene de qalxacaq.Allaha cox sukur ne bizim ailede,ne de oz ailemde bele hallar yoxdur.
Qanad | 15 sentyabr 2013 17:43 | Status: Yazar | Şərh: 4 357
xeber cox aktual xeberdir.Muzakire etsek gunlerle bitmez.
ayruska | 15 sentyabr 2013 13:34 | Status: Professional user | Şərh: 3 978
Sitat: Gunel
Ailede zorakiliq,vehshilik ve hormetsizlik bagishlanilmazdir.Hele bu ushagin gozu qarshisinda bash vererse umumiyyetle o insani basha dushe bilmirem.Adeten butun ailelerde demek olarki maddi cehetden problemler yashanir bu sebebden kishi hirsini qadindan cixir yaxuddaki artiq soz sohbetler yaranir basha dushulesidir aileli adama maddi cehetden cetin olanda cixilmaz veziyyetde qalir.Amma bu olanlari qadinla shexsi olaraq,sakitlikle hell etmek evezine kishilerin ekseriyyeti ushagin goz qarshisinda soyush soyur,qadini doyur tehqir edir yaxuddaki irag olsun oldurur.Bundan sonrada deyirler ushaq niye bele oldu?Korpede evin guzgusudurdee boyuklerden numune goturer her zaman.Umumiyyetle movzuya qisa olaraq reyim ise qadina qarshi zorakiliq eden ona el qaldiran kishi menim dushuncemde kishi deyil! Bu menim fikrdimdir! Qadin zerif bir cinsdir ona el qaldirmaq gunahdir.O zaman qadini doyersenki hansisa bagishlanilmaz bir ish gorer.He onda qinamarm amma her xirda problem uzunden yaxud anlashilmamazliq uzunden qadian el qaldirmaq ya onu tehqir etmek kishilikden deil.
Vetenperver | 15 sentyabr 2013 10:08 | Status: Professional user | Şərh: 6 700
Bəzi qadınlar həqiqətəndə ailədə əri tərəfindən zoraçılığa məruz qalırlar.Zalım kişilər ərlər var,inkar edilməzdir.Düzdür ali savadlı və ailəcənab kişi yoldaşına əl qardırmır,zoraçılıq görsətmir.Qadın kişiyə əmanətdir,onunla haqsız yerə pis davranmaq olmaz.Allah qadınlara kömək olsun,onları zalım kişilərdən qorusun.

Sitat: Gunel
Ailede zorakiliq,vehshilik ve hormetsizlik bagishlanilmazdir.Hele bu ushagin gozu qarshisinda bash vererse umumiyyetle o insani basha dushe bilmirem.Adeten butun ailelerde demek olarki maddi cehetden problemler yashanir bu sebebden kishi hirsini qadindan cixir yaxuddaki artiq soz sohbetler yaranir basha dushulesidir aileli adama maddi cehetden cetin olanda cixilmaz veziyyetde qalir.Amma bu olanlari qadinla shexsi olaraq,sakitlikle hell etmek evezine kishilerin ekseriyyeti ushagin goz qarshisinda soyush soyur,qadini doyur tehqir edir yaxuddaki irag olsun oldurur.Bundan sonrada deyirler ushaq niye bele oldu?Korpede evin guzgusudurdee boyuklerden numune goturer her zaman.Umumiyyetle movzuya qisa olaraq reyim ise qadina qarshi zorakiliq eden ona el qaldiran kishi menim dushuncemde kishi deyil! Bu menim fikrdimdir! Qadin zerif bir cinsdir ona el qaldirmaq gunahdir.O zaman qadini doyersenki hansisa bagishlanilmaz bir ish gorer.He onda qinamarm amma her xirda problem uzunden yaxud anlashilmamazliq uzunden qadian el qaldirmaq ya onu tehqir etmek kishilikden deil.

Tam razı.
LARA SOFI | 15 sentyabr 2013 00:45 | Status: VİP user | Şərh: 735
hovselem catmadi oxumaga
drop | 14 sentyabr 2013 22:53 | Status: Gümüş user | Şərh: 2 448
en asan yol kimi doymeyi gorurler, halbuki meseleni daniwiq yolu ile de hell etmek olar. kiwiler sadece doymekle oz kiwiliklerini bir nov gostermek isteyirler. amma bu hereketleriyle daha cox gozden duwurler, xeberleri yoxdu
Gunel | 14 sentyabr 2013 22:11 | Status: Professional user | Şərh: 4 087
Ailede zorakiliq,vehshilik ve hormetsizlik bagishlanilmazdir.Hele bu ushagin gozu qarshisinda bash vererse umumiyyetle o insani basha dushe bilmirem.Adeten butun ailelerde demek olarki maddi cehetden problemler yashanir bu sebebden kishi hirsini qadindan cixir yaxuddaki artiq soz sohbetler yaranir basha dushulesidir aileli adama maddi cehetden cetin olanda cixilmaz veziyyetde qalir.Amma bu olanlari qadinla shexsi olaraq,sakitlikle hell etmek evezine kishilerin ekseriyyeti ushagin goz qarshisinda soyush soyur,qadini doyur tehqir edir yaxuddaki irag olsun oldurur.Bundan sonrada deyirler ushaq niye bele oldu?Korpede evin guzgusudurdee boyuklerden numune goturer her zaman.Umumiyyetle movzuya qisa olaraq reyim ise qadina qarshi zorakiliq eden ona el qaldiran kishi menim dushuncemde kishi deyil! Bu menim fikrdimdir! Qadin zerif bir cinsdir ona el qaldirmaq gunahdir.O zaman qadini doyersenki hansisa bagishlanilmaz bir ish gorer.He onda qinamarm amma her xirda problem uzunden yaxud anlashilmamazliq uzunden qadian el qaldirmaq ya onu tehqir etmek kishilikden deil.
sadəcə MƏN | 14 sentyabr 2013 21:16 | Status: Brilliant user | Şərh: 4 771
Səbəbi hər nə olursa-olsun qadına əl qaldırmaq kişilikdən deyil!
Ulviyye | 14 sentyabr 2013 21:01 | Status: Gümüş user | Şərh: 2 839
allah bele kiwilere nelet elesin qol gucunu zeyif qadinlar uzerinde sinayir))sozun var otu insan kimi daniw ve hell et ((bu cure hallar insani heyatdan bezdirir yawamaq istemirsen))necede nifret edirem bucur kiwilere