Qadın / Qadın və problemlər

Evli kişiylə əlaqənin zərərləri

X... | 3-09-2013, 22:00
6 028 34


Görəsən evli kişilə birlikdə olmaq yaxşı bir seçim mi? Evli kişilər niyə aldadar? Evli kişilə birlikdə olan qadınlar, əlaqədə nələr hiss edir?Onların qısqanclıq, bölüşməmək kimi duyğuları yoxdur mu ? Əminik bu sualların cavabı sizi də maraqlandırır.
 Dr. Başak Demirizin
Psixoterapiya dialoqları " yazısından, evli kişilərlə birlikdə olmaq mövzusunda verdiyi məlumatları sizə çatdırırıq.Suallarınıza cavab, problemlərinizə köməkçi olmasını diləyirik.

Keçək xəbərin əsas hissələrinə.

Bir çox evli kişi aldatsa da, yoldaşını və uşaqlarını sevməyə davam edər və onları atmağı heç bir zaman düşünməz. Hətta sizinlə əlaqəsinin evliliyinə zərər verəcəyini hiss edəcək kimi olsa, sizi atacaq. Yoldaşına qayıtdığında həyat yoldaşı, ailə yuvasını qurtarmaq üçün  onu geri qəbul edəcək.


Kişi, evliliyində problemi olduğunu, bədbəxt olduğunu və sizin onu nə qədər xoşbəxt etdiyinizi söyləyərək,sizi çox sevindirə bilər. O əslində yaşadığı xoşbəxtliyi, həyəcanı,özünü yaxşı hiss etməyi sevir, sizi deyil. Əgər həqiqətən sizi sevsəydi, sizinlə birlikdə olardı.


Xanımını aldadan kişi xoşlanmadığı vəziyyətlərlə, necə baş etdiyinə dair sizə bir ipucu verir əslində.Yəni o, xanımıyla bir problem yaşayırsa, bunu həll etmək yerinə,özünü daha yaxşı hiss etdiyi başqa bir qadına gedir.Sizinlə bir problem yaşasa, necə həll edəcəyini düşünürsünüz?

İndi bir dəfə özünüzə sual verin.


Xanımına yalan söyləyən , hörmət göstərməyən bir kişini necə sevə bilirsiniz ?Kifayət qədər etibarlı biri olsa,sizlə gizli görüşmək yerinə, evliliyini bitirməzdimi ?
Sizi nə qədər çox sevdiyini söyləsə də , xanımıyla əlaqəsini bitirmədiyi müddətcə,dediyi sözlərinin bir dəyəri olmadığını artıq qəbul etməlisiniz.

Evli bir kişilə davam etdirilən əlaqənin içində çox çox xəyal qırıqlığı,kədər,ümidsizlik,qısqanclıq və hətta təhlükə vardır. Gerçəklərlə üzləşmənizə, daha sağlam düşünmənizə köməkçi olmaq üçün, evli bir kişilə olmanın mənfi istiqamətlərini xatırlatdıq.
Evli bir kişi yalnız ürəyinizi deyil, zamanınızı da oğurlayar. Əlaqəniz heç planlamadığınız qədər uzun çəkə bilər. Xüsusilə uşaq sahibi olmaq istəyirsinizsə, daha çox vaxt itirməyinÇünki,zaman əleyhinizə işləyir.

Evli bir kişilə olan qadın,çox vaxt təkdir.Kişinin ailəsindən, uşaqlarından əlavə qalan zamana razı olmaq məcburiyyətindədir. Həyatını, kişinin uyğun zamanına görə tarazlamaqdan başqa, çarəsi yoxdur. Həftə sonlarında,yeni ildə,bayramlarda,tətillərdə, bəlkə də ad günlərinizdə belə, sizinlə olmaya bilir.

Əlaqənizi gizli yaşamaq məcburiyyətində qalarsınız. Ailənizlə,yoldaşlarınızla tanış edə bilmirsiniz. Yoldaşlarınızın ad günlərinə, ailənizin xüsusi günlərinə dəvət edə bilməzsiniz, azadca gəzə bilməzsiniz,tünlük yerlərdə görünmək istəməzsiniz. Yalnız həyat yoldaşı öyrənməsin deyə deyil,dostlarınızın və ya ailənizin evli bir kişilə birlikdə olmanızı təsdiqləmədiklərini bildiyiniz üçün.


Evli kişilə birlikdə olduğunuzda,onu xanımıyla hər mənada paylaşdığınızı unutmayın.Əksər evli kişi, aldatdığını gizlətmək üçün xanımıyla daha da yaxınlaşar ."Xanımımla birlikdə olmuruq " desə də, gecə evə getdiyində xanımıyla eyni yatağı paylaşdığını,birlikdə yatdıqlarını və " ər-arvad " olmağa davam etdiklərini bilirsiniz.Xanımına söylədiyi yalanları sizə söyləmədiyinidən necə əmin ola bilərsiniz?

Evli kişi, oyunun qaydalarını təyin edəndir. Nə vaxt görüşüləcək ,nə vaxt danışılacaq , nə vaxt tətilə çıxıla bilər və s. Siz onun üçün həyatını əyləncəli və həyəcanlı hala gətirən bir oyuncaq kimisiniz.Unutmayın ki, uşaqların oyuncaqlarından sıxılması kimi ,evli kişi də sizdən sıxılıb, bir kənara ata bilər.


Psixoterapiya dialoqları,yaşanmış hekayələrdən ilhamlanılaraq, psixoterapiya müddətində istifadə edilən üsullara nümunə meydana gətirmək məqsədiylə yaradılmışdır.Məzmunu, psixologiyadakı elmi inkişaflara paralel olmaqla bərabər, ümumi məlumatlandırma və tövsiyə xüsusiyyətindədir.

P.S. Ümid edirəm bu xəbərdən sonra,evli kişilərlə birlikdə olan xanımlar nə etdiklərini,necə bir yolda olduqlarını və gələcəkdə başlarına nələr gələcəyini öyrənə bildilər.Gələcəyiniz üçün gec olmamış,boşuna vaxt itirməyin.İlk xanım siz olun,ikinci və gözləyən tərəf yox.



@Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.


gulu_95 | 9 aprel 2015 14:21 | Status: Şərhçi | Şərh: 568
maraqlı mövzudur...
BULUTUM | 7 fevral 2015 18:34 | Status: Professional user | Şərh: 7 392
Axri yoxdu bele ewq mehebbetin.
jasmin decel | 16 sentyabr 2013 00:27 | Status: Qonaq | Şərh: 0
Sitat: Lola.

Günəşim təşəkkürlər maraqlı mövzuya görə.

Cox gozel movzudu ,, bunu ele qizlarimiz oxusa daha yaxsi olar belke sehv etdiyini anlayarlar

He cox gozel movzudu,, bunu gerek ele qizlarimiz oxusa daha yaxsi olar,, belke sehv etdiklerini anlayarlar
Ayan92 | 7 sentyabr 2013 00:27 | Status: Professional user | Şərh: 3 056
Onsuz bizim bu haqda yazmağımızın nəyəsə təsiri olacaq?Nəsə dəyişiləcək?Subay qızların evli kişilərlə gəzib-tozması,eşq yaşaması,evli kişilərin xanımlarına min cür yalan uydurması sona yetəcəkmi?Qızların aşırı dərəcədə pula olan ehtirası üzündən xoşbəxt ailələrin dagılması azalacaqmı?Yox....Ona görə də bu haqda danışmağa dəyməz.
Nurus. | 7 sentyabr 2013 00:25 | Status: Brilliant user | Şərh: 6 982
Subay qizlarin evli kisilere daha cox munasibet gostermesi onlarin pulu olur.Duşuk qizlardida pula gore bilmirler ne etsinler.Evli insan hec vaxt senin ola bilmez.
Gulya2676 | 6 sentyabr 2013 17:11 | Status: Gümüş user | Şərh: 2 587
Allah komek olsun her kese! Maraqli movzudur! Allah her kesin gunahlarini baqishlasin!Sehv yoldadirsa duz yola gec olmamish qayitsin!Amin!
Gunel | 5 sentyabr 2013 23:43 | Status: Professional user | Şərh: 4 087
Bu movzuda rey yazmaqdan artiq sozun esla menasinda yorulmusham.Bu saytda bu movzuya aid olan bir cooox mektub ve xeberler aktiv olunub.Yeqinki agli ve dushucesi olan insan oxuyub basha dusher.Dushmurede ozu biler artiq oz cirkin emellerine gore ele ozu de cavab verecek Allahin qarshisinda.Her kes adi kimi gozel bilirki evli bir kishi ile munasibet qurmaq ne derecede boyuk bir gunahdir.Anlayan anlasin, anlamayan ise bu yolun gec ya tez bedbextliye getireceyinin shahidi olsun gelecekde!
Lumia | 5 sentyabr 2013 18:43 | Status: Professional user | Şərh: 5 380
Ozune hormet eden qadin kisinin mesuqesi olmaz.
nergiz_zz | 5 sentyabr 2013 16:25 | Status: Professional user | Şərh: 3 815
Sitat: Vetenperver
Pullu varlı kişilərlə eşq yaşayırlarda,pulsuz kişini neynirlər?Evli kişilərin çoxu maddi tərəfdən təminatlı olur,həmdə təcrübəli.

DÜZDÜ........DÜZ SÖZ QILINCDAN DA İTİ OLAR...
SEVDA | 5 sentyabr 2013 10:49 | Status: Nəzarətçi | Şərh: 17 443
Allah bele exlaqsız kiwilerin,qadınların belasını versin!
yunisella | 4 sentyabr 2013 19:22 | Status: Şərhçi | Şərh: 298
Sitat: mukkuni
Cox gozel yazi idi. secilmise atdim bele bir munasibeti olan qizlara yazib yollayacam
Vetenperver | 4 sentyabr 2013 19:07 | Status: Professional user | Şərh: 6 700
Sitat: leyla meherremova
Ancaq daha çox itirən məncə qızlar-qadınlar olur.

Əlbətdə!Ən azından adları pis çıxır.Yəqin ki onlar razıdır buna.

Sitat: nergiz_zz
SİZİNLƏ RAZI...O KİŞİ VARLI OLSA BU BİR BAŞQA ALƏM..LÜKS MAŞIN,ŞƏHƏRİN MƏRKƏZİNDƏ EV.....NƏLƏR NƏLƏR...

Pullu varlı kişilərlə eşq yaşayırlarda,pulsuz kişini neynirlər?Evli kişilərin çoxu maddi tərəfdən təminatlı olur,həmdə təcrübəli.
mukkuni | 4 sentyabr 2013 17:16 | Status: Qonaq | Şərh: 0
Cox gozel yazi idi. secilmise atdim bele bir munasibeti olan qizlara yazib yollayacam
afa2013 | 4 sentyabr 2013 16:45 | Status: Şərhçi | Şərh: 111
Heyatda evli kišiden tehlükeli mexluq yoxdur. Evli kišini sevmek heyatini puç etmek demekdir. Evli kišilerden uzaq olun. Camaatin ailesini dagitmayin!
nergiz_zz | 4 sentyabr 2013 15:46 | Status: Professional user | Şərh: 3 815
Sitat: Vetenperver
Evli kişi ilə gəzən subay qızlara o kişinin sevgisi eşqi lazım deyil,hər ikisi biri birindən istifadə edir.Onların evlənmək firkidə ciddi olmur.Sadəcə vaxt keçirtmək,boşluqları doldurmaq.

SİZİNLƏ RAZI...O KİŞİ VARLI OLSA BU BİR BAŞQA ALƏM..LÜKS MAŞIN,ŞƏHƏRİN MƏRKƏZİNDƏ EV.....NƏLƏR NƏLƏR...DAY BAŞA DÜŞMÜRLƏR Kİ,BOŞ YERƏ ÖMÜRLƏRİ GEDİR.QISA BİR MÜDDƏTDƏN SONRA YARADANIN QƏBULUNA GEDƏCƏKLƏR.O GÜNLƏRİ ÜÇÜN HEÇ BİR HAZIRLIQ GÖRMƏYİBLƏR....O ZAMANSA ARTIQ GEC OLACAQ...
xerceng | 4 sentyabr 2013 15:42 | Status: Şərhçi | Şərh: 402
Allah hec kasa bela weyi qismat etmasin.
nergiz_zz | 4 sentyabr 2013 15:11 | Status: Professional user | Şərh: 3 815
ALLAH YUVA DAĞIDANI SEVMƏZ.RƏBBİM KİMSƏYƏ BELƏ BİR ACI YAŞATMASIN..AMİN...
sanel | 4 sentyabr 2013 13:35 | Status: Professional user | Şərh: 3 647
cox pis baxiram bele munasibete yuva dagirtanin yuvasi olmaz deyirler
ayruska | 4 sentyabr 2013 13:35 | Status: Professional user | Şərh: 3 978
Ümid edirəm bu xəbərdən sonra,evli kişilərlə birlikdə olan xanımlar nə etdiklərini,necə bir yolda olduqlarını və gələcəkdə başlarına nələr gələcəyini öyrənə bildilər.Gələcəyiniz üçün gec olmamış,boşuna vaxt itirməyin.İlk xanım siz olun,ikinci və gözləyən tərəf yox.


inanmaki kimse ders goture
yanina | 4 sentyabr 2013 12:44 | Status: Şərhçi | Şərh: 384
eeeele abirsiz qadinlar varki deyir nolsun evlisen meni de al arvadinla saxla xeber gozeldi ama nece deyerler oyrenmise care yoxdur
Lola. | 4 sentyabr 2013 12:09 | Status: Professional user | Şərh: 2 230
Sitat: leyla meherremova
Şəxsən mən belə kişini qəbul etmərəm

Aha elə məndə canım
Günəşim təşəkkürlər maraqlı mövzuya görə.
Vetenperver | 4 sentyabr 2013 11:46 | Status: Professional user | Şərh: 6 700
Evli kişi ilə gəzən subay qızlara o kişinin sevgisi eşqi lazım deyil,hər ikisi biri birindən istifadə edir.Onların evlənmək firkidə ciddi olmur.Sadəcə vaxt keçirtmək,boşluqları doldurmaq.
Aliyeva | 4 sentyabr 2013 11:07 | Status: Yazar | Şərh: 4 036
hec kime arzulamiram((
sadəcə MƏN | 4 sentyabr 2013 10:34 | Status: Brilliant user | Şərh: 4 771
Ağıllı qadın,özünə hörmət edən qadın heç vaxt başqasının "oyuncağı",artığı olmağı özünə sığışdırmaz!
Unutmayın ki, uşaqların oyuncaqlarından sıxılması kimi ,evli kişi də sizdən sıxılıb, bir kənara ata bilər.
Doğrudur!
Billurə | 4 sentyabr 2013 10:24 | Status: Professional user | Şərh: 4 892
Xəbər mənə aid deyil((
Aytekin82 | 4 sentyabr 2013 08:36 | Status: Brilliant user | Şərh: 6 588
Guneşim, əla super bir xəbər...
Amma o qədər qiymətini bilməyən qadınlar var ki, onunçun erkək olsun)))))
Nur | 4 sentyabr 2013 07:15 | Status: Professional user | Şərh: 3 989
Sitat: Damla
Allah uzaq elasin!

aminn
ayniska | 3 sentyabr 2013 23:46 | Status: VİP user | Şərh: 590
bele bir xeber hazirladiginiza gore tesekkur edirem.Bile-bile evil kisi ile elaqede olan xanimlara yazigim gelir kisiler onlardan istifade edirler,yalanlarla qandirirlar.eslinde ele qadinla aile heyati qurmagi dusunmezler bele.ozunuze gelin xanimlar. nn22
KasIb qIz | 3 sentyabr 2013 23:33 | Status: Şərhçi | Şərh: 254
Indi bezi kisilerinde evli qadinlinda gozu onda bunda qalibdi.Kisi var kukla kimi arvadida var usaqlarida ama yene onan bunan gezir.Evli kisiyle gezen qadinlarda yaxsi bilirler evlidi prosta yenede bildiklerin edirler.Evli xanimlar erlerinizi bele seviyyesiz qadinlardan qoruyun.
viska | 3 sentyabr 2013 23:15 | Status: VİP user | Şərh: 512
Qadin kiwiye ele werait yaratmamalidir ki o bawqasinda nese axtarsin menim wexsi fikrimdir yalniwim varsa duzeldin.