Qadın / Qadın və problemlər

Gənc qızlarımızın evli kişilərə olan marağı

Deniz-Deniz | 29-05-2013, 23:00
23 136 65
                                                                                  


Gənc qızlarımzın evli kişilere olan maraqı ? 
- Buna dəyərmi?

35 yaşlı Sevda 6 il ailəli olub, bu 6 illik ailə münasibətlərindən 2 övlad da qazanıb. Amma 6 ildən sonra həyat yoldaşı ilə ortaq dil tapa bilməyən cütlük ayrılmalı olublar. Elə əsas məsələ də bundan sonra başlayıb. 35 yaşlı qadın indi 2 uşaqla qalıb çölün düzündə, çünki bu 6 il müddətində Sevda həyat yoldaşı ilə vətəndaş nigahında yaşayıb, onlar heç bir yerdə rəsmi dövlət qeydiyyatında olmayıblar. İndi ona görə də nadan Sevda 2 körpəsi ilə qalıb ortalıqda, əlində heç bir rəsmi sənəd yoxdur, özünün və uşaqlarının hüquqlarını bərpa etsin. Biçarə Sevda deyir ki, o, ərini sevəndə ilk vaxtlarda sadəcə olaraq iki sevgili kimi yaşayıblar, çünki ərinin ondan öncə başqa bir ailəsi varmış: "Amma bir uşağımız dünyaya gələndən sonra biz kəbin kəsdirmək qərarına gəldik. Təzə-təzə hər şey yaxşı idi, amma hər şeyin belə nəticələnəcəyi heç ağlıma gəlməzdi.”

Əslində Azərbaycanda bu problemlə üzləşən təkcə Sevda deyil. Bu Sevdaların sayı-hesabı yoxdur və artan templə də gedir. Gənc qızlar evli kişilərlə münasibətə girir, sonra bu münasibətləri çox hallarda vətəndaş nigahı ilə yekunlaşdırırlar. Bu şərtlərlə yaşayan çox az sayda qadın var ki, bəxti gətirmiş olur.
 
 
Yəni qadınlar ailəsi olan kişi ilə münasibətə girir və daha sonra onların münasibətləri yeni bir ailənin yaranmasına gətirib çıxarır. Təbii artıq evli olan kişi başladığı yeni münasibəti rəsmiləşdirə bilmədiyindən çarə ancaq vətəndaş nigahına qalır. Buna razılaşan qadınların isə demək olar öz hüquqlarını nə dini baxımdan, nə də hüquqi baxımdan bilmirlər. Və sonda yenə də ağır zərbə altında qadınlar qalmış olur.

                 Bəs nə üçün qadınlar evli kişiləri seçirlər? 
                 Bəlkə Azərbaycanda kişi qıtlığı var?


                           Statistikaya baxanda 2010-cu ildə kişilərdə təbbi artım 60886
nəfər olub, bu göstərici isə qadınlarda51177 nəfərdir. 2010-cu ildə doğulan kişilərin sayı 89134 nəfər, qadınlarda isə 76509 nəfər, kişilərdə ölənlərin sayı 28248, qadınlarda 25332 nəfər olub.
Rəsmi statistikaya görə, kişilərdə təbii artım və doğulanların sayı qadınlardan artıqdır.

Psixoloq Elmir Əkbər deyir ki, kişilərin sayının az olması sanki təbiətin qanunudur. Məsələn, çox hallarda düşən döllər, ölən və ya ölü doğulan oğlan uşaqları olur. Hətta heyvanlar arasında məməlilər də belə dişi fərdlər erkək fərdlərdən daha artıq olub. Həm də statistikada göstərilən kişilərin arasından narkoman, sərxoş, xəstə, əlil və s çıxanda yerdə çox az sayda normal kişi qalır. 

Lakin ümumilikdə gənc qızlara evli kişilərlə münasibətə girmək həmişə maraqlı olur, çünki evli kişilər artıq həyatda öz yerlərini müəyyən qədər tapmış olurlar. Onlar təminatlı və enerji ilə dolu olurlar. Belə kişilər həyatda çox şey öyrədə və göstərə bilirlər. Buna görə də gənc qızlar çox vaxt öz həmyaşıdlarındansa, evli sevgiliyə daha çox üstünlük verirlər. Amma məsələnin məğzinə varanda belə sevgili seçən qızlar daha sonra heç də xoşbəxt həyatla rastlaşmırlar.
Psixoloq Elmir Əkbər hesab edir ki, qızları bu yola sürükləyən birinci səbəb maddi durumdur. Axı onlar da istədikləri yeriləri gəzmək istəyir, istədikləri paltaları geyinmək istəyir. Hətta elə ailələr var ki, özləri də qızlarına bunu icazə verirlər. 
İkinci tərəfdən qızları təcrübəli kişiləri, oğlanları da təcrübəli qadınları seçirlər. Burada digər vacib məqamlardan biri də çox vaxt ataları yaxşı olmayan, uğurlu olmayan qızlar belə kişiləri onu görmüş olurlar. 

Amma burada məsələni təkcə qadınların üzərinə atmaq da düzgün olmaz. Elə kişilərdə də az yoxdur. Onlar da həmyaşıdlarındansa gənc qızlara üstünlük verirlər. Kişilər belə qızlarla özlərini daha gənc hesab edirlər.
Belə münasibətlərdə kişilər özlərini həyata yenidən doğulmuş kimi hiss edir, yenidən bütün emosiyalar, hiss və həyacan bir-birinə qarışır. Özlərinə başdan ayağa fikir verirlər. Həm dəki yetkin, artıq həyat təcrübəsi əldə etmiş qadını ələ keçirmək o qədər də asan məsələ deyil.

           Məsuliyyət yoxdur



Bizim cəmiyyət bu münasibətləri və vətəndaş nigahını qəbul etmir. Azərbaycanda metalitetində buna qarşı soyuq münasibət var. Çünki vətəndaş nigahı heç bir öhdəliyi olmayan, qanun və din tərəfdən öhdəlik götürməyən münasibətlər, iki insanın birgə yaşanması deməkdir. Cəmiyyət birmənalı belə münasibətləri normal qəbul etmir. Psixoloq Elmir Əkbər deyir ki, belə münasibətlər, vətəndaş nigahı elə SSRİ vaxtında da olub. Nihagda eyş-işrətlə bərabər, məsuliyyət də var. 
Məsələn, xaricdə gənclər rəsmi evlənməsələr də, onlar kilsədə kəbin kəsdirirlər. 

Ümumiyyətlə, nigahda məsuliyyətin olmağı yaxşı bir şeydir. Hətta bir çox heyvanlarda belə məsuliyyət var. Dövlət kəbini öz əhəmiyyətini itirib. Boşananların çoxu da belə evlənənlərdir. Çünki o insanların boynuna məsuliyyət qoya bilmir. Ona görə də kəbin daha müqəddəsdir. Kəbin kəsən mollalar mütləq savadlı olmalıdır, gənclərə bunu nə olduğunu düzgün şəkildə izah etməlidirlər. Ailənin məsliyyət tələb etdiyini, məsuliyyət sevdiyini anlatmalıdırlar.

        Ancaq qadınlar uduzurlar
 
 



Bu münasibətlərdə hər zaman qadın əziyyət çəkən tərəf olur. Bu yolu məsuliyyətdən qaçmaq istəyən şəxslər seçir. Məsuliyyət olmayan münasibətlər nə dərəcədə insani münasibətlərdir? Axı, hər bir münasibətin arxasında əyləncə ilə paralel məsuliyyət də olmalıdır. 
İstər iş, istər insani münasibətlər, istər dostluq, eləcə də ailə həyatında hər bir halda məsuliyyət olmalıdır. Bizdə niyə belə nigah seçilir? Çünki növbəti gün qarşıda heç bir məsuliyyət, öhdəlik olmasını istəmirlər. 
                  Qadınlar elə bilirlər udurlar. Amma əslində onlar daha çox uduzurlar. 
Məsələn, belə qızlar müğənnilərdən nümunə götürürlər. Kimsə lüt klipə çəkilir. Sonra imkanlı birinə ərə gedir.
Amma biz bilirik ki, real həyatda bu əslində belə deyil.  O heç nə qazanmayıb, bu sadəcə olaraq camaat üçün görüntüdür. Vətəndaş nigahında yaşayan bu qızlar həmin şeyləri görüb, ancaq o anla yaşayırlar.

                     Cəmiyyət unutmağa imkan vermir

Azərbaycan cəmiyyətində hamı hamını maraqlandıır, hamının hamıdan xəbəri var, beləcə keçmişi də unutmağa qoymurlar, imkan vermirlər. Təbii ki, hər bir insan normal, stabil həyat yaşamaq istəyir. 

Təbitədə hər şey stabilliyə meyillidir və hər bir qız da normal, stabil ailəsinin olmağını istəyir. 
Bunlar hələ yetkinləşməmiş, həyatı qavramamış, həyat təcrübəsi olmayan, özlərinə hesabat verməyi bacarmayan, dünya görüşü tamamlanmamış insanlardır. Ona görə də cəmiyyətdə hamı bir-birinə qarşı diqqətli olmalıdır. Biganə olmamalıyıq, mütləq fikirləşmək lazımdır -bu işi görməyə dəyərmi? Ancaq bu günlə yaşamaq olmaz.


Boşanmaq ümidi


Qadınların qəlblərinin dərinliyində həmişə bir ümid olur- "bəlkə o, həyat yoldaşından ayrıldı". Kişidən kişiyə fərq var. Elə kişilər var halvası çalınıb, ələyi göydə fırlanır. Bu kişilərlə münasibətdə olan qızlar nə qədər çox pul alsalar, bir o qədər razı qalmış olurlar. Onun üçün kişinin evli olmasının elə bir mənası yoxdur. 
Amma canı sulu kişi öz arvadı ilə qətiyyən dil tapa bilmir, üstəlik psixoterapevtə də getməyi lazım bilmir. Sonda bir evdə yaşayan iki yad düşmənə dönürlər. Bunlar öz tələbatlarını müxtəlif yerlərə ötürə bilərlər. 
Qadın məsələn, tələbatını uşağı, işi, karyerası ilə ödəyə bilir, amma kişi öz cinsi tələbatını heç vaxt ödəyə bilməyəcək.

Ona görə kişilər nisbətən cavan qadınla qeyri-ciddi münasibət deyil, ciddi münasibət qurur. Kişilər ona pulu ilə paralel öz hisslərini də verir. Burada artıq başqa formatla rastlaşırıq. Kişi qadına tam sahib çıxacaq qədər ona bağlanır.

    Ən çox uşaqlar əziyyət çəkirlər


Son 10 il ərzində Azərbaycanda rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı təxminən 4 dəfə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 6 282 nəfər idisə, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib. Son 10 ildə şəhərdə nikahdan doğulan uşaqların sayı 3 dəfə, kənd yerlərində nikahdan kənar dünyaya gəlmiş uşaqların sayı isə 5,7 dəfə artıb.
Son 10 il ərzində nikahdan kənar dünyaya qələn uşaqların rekord göstəricisi 2004-cü ildə qeydə alınıb. Belə ki, həmin il bu göstərici 26 669 nəfər təşkil edib.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda 165 643 nəfər uşaq dünyaya gəlib. Son 10 il ərzində doğulan körpələrin sayı 42% artıb. Bir yaşınadək uşaqların ölüm hallarına gəldikdə isə, son 10 il ərzində ölən körpələrin sayı cəmi 2,8% azalaraq 1 843 nəfər təşkil edib. 

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin rəisi Reyhanə Kərimova da bildirib ki, 
Azərbaycanda nikahdan kənar doğulan uşaqların sayı 20 faizdən çox artıb. 
Onun sözlərinə görə, Azərbaycanda 2010-cu ildə 17 minədək nikahdankənar doğulan uşaq qeydiyyata alınıb ki, bu 2009-cu illə müqayisədə 3 min uşaq çoxdur.


Qadınlar dini və hüquqi haqqlarını bilmir
 

 

 

 
İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay deyir ki, bu məsələ könül xoşuluğu, razılıqla həll edilməlidir. Çünki belə ailənin dağılma ehtimalı var. Bu işlər mənəvi məsələdir. Birinci növbədə mənəviyyat həll edilməlidir. Evli kişilərlə heç bir mənəvi və ya qanuni evlilik olmadan belə münasibətlər zina hesab olunur. Bu, haramdır, mənəvi cəhətdən günahdır. Mənəvi məsələlərə risyət edilməlidir. Belə ailələrin uşaqları isə şübhə altındadır.

İslama görə qadın çətin vəziyyətdə qalırsa, buna yol vermək olmaz. 
Kəbin haqqı deyilən anlayış var. Xanıma verilən hüquqlar var. Məsələn, qadın boşanan zaman 100 qr qızıl əvəzinə həyat yoldaşından ev istəyə bilər. Amma qadınlar dini haqlarını bilmirlər. Qadının tələb etməyə haqqı var. 
Azərbaycan Hüquqşünaslar Konfederasiyası idarə heyətinin üzvü, hüquqşünas Sahib Məmmədov da bildirir ki, nigah olmadan kəbin kəsilməsi düzgün deyil. Uşaqlar valideyinin müəyyənləşməsindən tutmuş təhsil sənədlərinə kimi bundan əziyyət çəkirlər. Burada daha bir problemin tərəflər ayrılan zaman qadın bütün mülkiyyət hüquqlarından məhrum olur.

  Bundan başqa, digər bir problem vətəndaş nigahına girənlərin azyaşlı olmasıdır. 

Ailəni qadın və kişi yaradır və təbii ki, uşaq hər bir cəmiyyətin həlledici əsasını təşkil edir  
Cəmiyyət isə möhkəm ailənin üzərində qurulur. Ailələr dağılanda cəmiyyətdə də problem yaranır. 
Evlilik ailənin təməlidir. Möhkəm evliklik uzun müddətli məsuliyyət, öhdəlik tələb edir. Heç bir məsuliyyəti və ya öhədəliyi olmayan zəif evlilik sonda dağılır və təbii olaraq ailə də dağılır. 

Qadınla kişinin rəsmi şəkildə evlənmədən birgə yaşamağa qərar verir. 
Belə yaşamağa qərar verən insanlar azadlıq istəyir, hər hansı bir öhədlik və ya məsuliyyətdən qaçırlar. Əgər cəmiyyətin təməlini ailə və ailənin təməlini evlilik təşkil edirsə, evliliyi müvəqqəti aspektə çevirənlər birbaşa cəmiyyətin təməlinə hücum etmiş olurlar. 
                             
Redaktə etdi: AKADEMİK      

QERIB INSAN | 18 mart 2017 15:26 | Status: VİP user | Şərh: 567
TFU ELE QIZLARA KI EVLI KISIYLE GEZIRLSR.ALLAHIN LEHNETI OLSUN.YERLERI MEKANLARI CEHENNEM OLSUN.CEHENNEM ODUNLARI QEHBELER

Shexsen men kisileri qinamiram.Yay qelir qabagdan soyunurlar tokurler qehbeler men qadinligimnan ozum baxiram onlara yaziq kisiler neynesin.Ay ele cole buraxan kisilerin papaqlarina ves Baki murdarlasin.
_Yagmur_ | 6 may 2016 09:36 | Status: Şərhçi | Şərh: 209
Xeberin basligini oxudum bildim mesele ne yerdedi. Sevdakimilere bele olmasi lap yaxsidir . Yaniqlar dul kisi tapmirsiz gedib aileli kisilere yapisirsiz.kul baslarina kucede qalmislar ele bilirler ki saxladigi kisi onu sevir .seni saxlayan arvadina ede bilmediylerini sene edir .arvadini durub bara aparmaz ama sen kucede qalmisi aparar ve s. Bu geri zekalilara catmir ki sen hecnesen bir zibilde deyilsen ustelik de dogub toruyursen.elbetde bununda bir az mjddeti var hemen kisi gedecek ailesinin yanina .("bezi dirnaq arasi Kisilerde olur ki aileni dagidir kucede qalmis usdunde ama heyifsenlenmeye deymez cunki olar bir birine layiqdi.bizim millet hele azdi gor cox olsa neler olar. Birde subay qizlarin evli kiwilerle niye danisir mene catmir .indi bu debdedir bezi qizlar ancag evlilerle danisir bilir ki xeberi var evlidir aaa seviyesizler.belelerini yigasan bir yere yandirasan oturub baxasan nece qisqirdiglarina ))
Janna_1994 | 3 fevral 2016 16:04 | Status: Şərhçi | Şərh: 499
pis baxiram bele sevgiye aile dagidanlara
guldeniz | 9 dekabr 2015 21:19 | Status: Professional user | Şərh: 1 641
Sitat: milashka_167
Belelerine yaxsi olur.başqasinin erine (arvadina)goz dikenin Allah gozunu kor etsin
milashka_167 | 9 noyabr 2015 15:16 | Status: VİP user | Şərh: 1 452
Belelerine yaxsi olur.başqasinin erine (arvadina)goz dikenin Allah gozunu kor etsin
ESMERRi | 7 noyabr 2015 21:28 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Tewekkurler

Tewekkurler

..................

U
dılay | 19 oktyabr 2015 14:49 | Status: Brilliant user | Şərh: 8 185
Tewekkurler

Tewekkurler

..................
MR_RoCCo | 3 sentyabr 2015 16:20 | Status: Qonaq | Şərh: 0
Tewekkurler...oxumadim
Sirli dunyam | 14 avqust 2015 16:56 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Nagizade.Leyla | 2 iyun 2015 01:57 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler....
Nigar | 23 fevral 2015 16:53 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: Ayshen_Nazlim
Yuva dagidanin yuvasi olmaz
Nigar | 17 fevral 2015 21:31 | Status: Gümüş user | Şərh: 6 064
Tewekkurler.........
●♥ Meley ♥● | 10 fevral 2015 21:08 | Status: Gümüş user | Şərh: 413
Tesekkurler belay
nurlana nurlana | 9 fevral 2015 14:55 | Status: Gümüş user | Şərh: 1 950
Men şexsen heyatın boyu evli insana neiki maraq hec onunla söhbet etmerem
Ayshen_Nazlim | 4 dekabr 2014 10:27 | Status: Qonaq | Şərh: 0
Yuva dagidanin yuvasi olmaz
N....N92 | 27 noyabr 2014 14:09 | Status: Professional user | Şərh: 4 352
Sitat: kalbimin sahibi
Allah veren xowbextliyin deyerini bilmeyenler
QERIB INSAN | 13 noyabr 2014 18:29 | Status: VİP user | Şərh: 567
Tesekkurler
Miraj | 3 noyabr 2014 23:26 | Status: Professional user | Şərh: 2 625
mana neeeeeeeeeeeee
KARAGULUM | 31 oktyabr 2014 21:19 | Status: Gümüş user | Şərh: 1 433
Allah veren xowbextliyin deyerini bilmeyenler
nuray22 | 13 sentyabr 2014 08:28 | Status: Qonaq | Şərh: 0
Day sozum yoxdu heyif 2 usagin var allah belelwrine niye usaq verire sen bile bile evli oldugunu onunla munasibet qurdun bes okisinin yoldasinin ahinan qorxmadin bilmedin one cekir indi got ozun cek besdiyin bele exlaqsizliga hem balalarin bedbext olur hemide ozun aile dagidanlar
N....N92 | 23 iyul 2014 15:59 | Status: Professional user | Şərh: 4 352
Allah uzaq etsin twk
SABINA | 26 may 2014 09:09 | Status: Professional user | Şərh: 7 410
allah uzaq etsin
Sitat: heyat ve men
Kiminse bedbextliyi uzerine xosbextlik qurmaq olmaz .
heyat ve men | 7 mart 2014 16:38 | Status: Qonaq | Şərh: 0
Kiminse bedbextliyi uzerine xosbextlik qurmaq olmaz .

Kiminse bedbextliyi uzerine xosbextlik qurmaq olmaz .
aynur198 | 6 fevral 2014 01:43 | Status: Şərhçi | Şərh: 192
1cisi hər şey Allahın qismətidi,2cidi isə Allah insana ağıl da verib, düz yol da qoyub..Ağılla  hərəkət etmək lazımdı..
Kenan :) | 24 noyabr 2013 18:02 | Status: Şərhçi | Şərh: 347
xebere gore twk
Qanad | 5 avqust 2013 21:02 | Status: Yazar | Şərh: 4 357
Hecde bele deyil Evli kisilerin coxu cavan qizlara gore ailelerini atirlar.Agilli olsunlar ailelerini atmasinlar
arzu aygün | 7 iyul 2013 23:59 | Status: Qonaq | Şərh: 0
Basqasinin evini yixmaq olmas.
Bu hem günahdi hemde xesdelik.
xanzade | 3 iyul 2013 00:13 | Status: Şərhçi | Şərh: 157
BASI BOS QIZLAR BES BILMIRLER KI YUVA YIKANIN YUVASI OLMAZ 19_13
Ulviyye | 20 iyun 2013 10:44 | Status: Gümüş user | Şərh: 2 839
Sitat: SULTANIM
Genc qizlar yoxee bashi bossshhh qizlar.Dehshetdir dehshet bilmirem bununla ne elde etmish olurlarki?Lekelenmish ad,namussuzluq,ustelik tek qalmaq.Neye gerekdirki bunlar hamisi?olmazmiki ele subay biriyle munasibet qurasiniz ve sonunda aile qurmaq shansinizda olsun?bele munasibetlerin sonu ya ayriliq yada olumdur.Coox nadir hallarda hansisa o bashi bosh qizlarin tayi olan kishide oz ailesini qoyub onnan yapishar.Odaki hec inandirici deil kishiye ne var vaxtini kecirdib oyuncaq kimi oynayacaq qizla ortada qalan ise o qizcigaz olacaq.

nn29 DUZDU
AYDAN1 | 11 iyun 2013 13:41 | Status: Qonaq | Şərh: 0
DUZDUR BASHIBOSH QIZLAR