Qadın / Qadın və problemlər

"20 yanvar"da 20 manata özünü satan qadınlar...

Aynur_Qurbanqizi | 8-12-2012, 20:00
11 506 45

 

 

2006-cı ildən bu günədək Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkar olunub, onlardan 10-u məcburi əməyə cəlb etmə olub. Hesabat dövründə 363 nəfər insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib, 225 cinayətkar qrup (onlardan 8 mütəşəkkil qrup zərərsizləşdirilib) və 473 insan alveri qurbanı müəyyən edilib. Bu barədə İnsan alverinə və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfransda daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.Onun sözlərinə görə, dünyada 20 milyon nəfər insan alverinin qurbanı, o cümlədən 14 milyon insan məcburi əməyin qurbanı olur. Buradan gələn pullar beynəlxalq terrorçuluğun maliyyələşməsinə xərclənir. V. Eyvazov qeyd edib ki, hər il büdcədən insan alveri ilə mübarizəyə 500 min dollar vəsait ayrılır.


Bu rəsmi açıqlamadır və fakt bir daha onu təsdiqləyir ki, dünyada insan alveri ilə mübarizə tədbirlərinə baxmayaraq, bu bəlanın qarşısını almaq mümkün deyil.
Əslində insan alverinin bir neçə növü var. İnsanların məcburi əməyə cəlb edilməsi, əməyin istismarı, azyaşlı uşaqların satılması və sair. İnsan alverinin ən çirkin üsullarından biri isə qadın alveridir. Bəli, bu bəla artıq bütün dünyanı cənginə alıb. Bu ağır cinayət hadisələri Azərbaycanda da az deyil. Artıq demək olar ki, günaşırı aidiyyəti qurumlar bununla bağlı məlumatlar yayır, faktlar açıqlayır. Azərbaycanda insan alveri, xüsusilə də qadın alverinə qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bu problem hər il azalmaq əvəzinə artmaqdadır. Azərbaycanda qadın alveri qadınları başqa ölkələrə daşımaqla, cinsi istismara məruz qoymaqla bitmir. Elə bu gün Azərbaycanın daxilində də qadın alverçiləri kifayət qədərdir. Həmin şəxslər müxtəlif adlarla ticarət və xidmət obyektləri açaraq orada açıq-aşkar qadın alveri ilə məşğul olurlar. Kafelər, restoranlar, bəzi otellər bu gün əsasən bu alverdən gələn gəlirlə bizneslərini artırmağa üstünlük verir, işlətdikləri obyektlərin təyinatını yaddan çıxarır.Nəticədə ölkədə insan alverinin qurbanları qeyri-rəsmi artır. Amma, bu faktlar rəsmi qurumların açıqlamalarında, statistik məlumatlarında öz əksini tapmır. Niyə? Səbəbi məlum deyil. Bir tərəfdən Daxili İşlər Nazirliyi Azərbaycanda qadın alverinə qarşı mübarizə aparır, digər tərəfdən isə elə mübarizə aparan məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə qadın alverinə şərait yaradır. Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları demək olar ki, hər gün Azərbaycandan xaricə qadınları aldadıb aparan, onları xaricilərə satan şəxsləri yaxalayır və onlar barəsində ən ağır cəzaların tətbiqinə çalışır. Amma, digər tərəfdən bəzi yerli polislər vəzifə səlahiyyətlərinə güvənib insan alverçilərini himayə edir. Nə qədər təəssüfləndirici olsa da, bu belədir.

İnsan alverinin şıdırğı tüğyan etdiyi yerlərin bir neçəsi hətta şəhərin mərkəzi hissələrindədir. Bu gün Bakının onlarla ərazisini saymaq olar ki, həmin ərazilərdə insan alveri, qadın alveri açıq-aşkar aparılır. Özü də aidiyyəti dövlət qurumlarının gözü qarşısında. Bu ərazilər nəinki qadın alveri ilə mübarizə aparan orqanlara, hətta ictimaiyyətə də məlumdur. Amma, nədənsə bu cinayətin qarşısı alınmır. Bəzi aidiyyəti şəxslərin elə özləri bu cinayətin baş verməsində maraqlıdır. Yəni, paytaxtda fahişəliyin yayılması bəzilərinə sərf edir. Müəyyən maraqlarına qulluq edən məmurlar vəzifə səlahiyyətlərinə, ölkənin imicinə fikir vermədən bu qadın alverinin davam etməsinə şərait yaradır, qadın alverçilərinin açıq-aşkar tüğyan etməsinə göz yumurlar.

Başlayaq paytaxtda qadın alverinin geniş yayıldığı ərazilərdən. İlk olaraq Bakının giriş hissəsi hesab edilən "20 yanvar” küçəsindən. Burada həm də metronun "20 yanvar” stansiyası yerləşir və Bakıda yaşayanların hamısı bu ərazini yaxşı tanıyır. Adıçəkilən ərazidə hər gün axşam saat 17-18 radələrindən qadın alverinə start verilir. Özü də həddindən artıq biabırçı vəziyyətdə. Metrostansiyanın hər iki tərəfində olan 4 çıxışın hamısının qarşısında axşam saatlarında fahişələr yığılır. Onlar metrodan çıxanları, şəhərə gələnləri və gedənləri müştəri kimi özlərinə cəlb edir, bədənlərini satmaqla pul qazanırlar. "20 yanvar” metrostansiyasının qarşısında 1saatlıq müşahidə bəs edər ki, burada açıq-aşkar qadın alverinin şahidi olasan. Fahişələr burada cavanlara özləri yaxınlaşaraq onlara seksual xidmətlər təklif edirlər. Bu xidmətin qiymətləri də məlumdur. Bir saatlıq seksual xidmət 20 manat. Demək olar ki, bu fahişələr orada onlarla müştəri tutur və onlarla şəhərin müxtəlif istiqamətlərindəki obyektlərə gedirlər. Bu obyektlərin "icarə haqqı” isə müştərinin boynunadır.


Fahişəliyin burada tüğyan etməsini kimsə gizli başa düşməsin. Yəni, burada qadın alveri heç də gizli, əl altdan aparılmır
. Bu alver həmin yerdə tam sərbəst və heç bir qadağasız baş verir. Bu biabırçılığı isə həmin sahəyə nəzarət edən, insan alverinə, ictimai asayişə xidmət edənlər kənardan müşahidə edir. Bəli, nə qədər ağrılı olsa da bu belədir. Burada fahişələr, qadın alverçiləri ərazi polislərinin gözü qarşısında sərbəst "iş” görür. Nə rayonun əlaqədar şəxsləri, nə də polislər onların bu fəaliyyətinə mane olmur. Səbəb isə məlumdur. Çünki, fahişələr, insan alverçiləri ilə yanaşı, ərazi polis əməkdaşları da bu sahəyə gəlir mənbəyi kimi baxır. Dəxli yoxdu bu gəlir mənbəyi çirkli, haramdı, ya halal. Təki onlar üçün pul olsun. Bu prosesi dəfələrlə müşahidə etmişəm və polislərin həmin fahişələrdən göstərdikləri xidmətlərə görə rüşvət almasının şahidi olmuşam. Əraziyə ictimai asayişin qorunması Yasamal rayon Polis İdarəsinə həvalə olunub. Ona görə ki, həmin ərazi Yasamal rayonunun ərazisidir və buradakı post-patrul xidmətinin əməkdaşları da həmin idarənin tabeçiliyindədir. Bəli, gözlə görünməsə inanılası deyil. Burada polislər hər gün təkcə fahişələr və insan alverçilərindən bir neçə min manat rüşvət yığır. Bu aylıq deyil, gündəlik haqqdır. Polisin haqqı çatmasa, burada bir nəfər də olsun fahişə seksual xidmət üçün müştəri tuta bilməz. Bunu hətta fahişələrin özləri də etiraf edirlər. Onların dediyinə görə, burada müştəri tutmaq, ərazidə sərbəst qadın alveri etmək üçün polisə hər bir fahişə gündəlik 10 manat rüşvət verməlidir. Əks halda həmin qadın fahişə kimi saxlanılır və polis bölməsinə aparılır. Pols bölməsində ona xüsusi şəxslər tərəfindən işgəncələr veriləndən sonra "virus yayıcısı” adı ilə Ramanadakı Dəri-Zöhrəvi Dispanserinə təhvil verilir. Bu dispanser isə fahişələrin həbsxanası adlandırılır. Elə buna görə də, fahişələr polisə gündəlik 10 manat vermək məcburiyyətində qalırlar.


Həmin ərazidə biabırçı faktlardan biri də burada fahişələrin yığıldığı yerdir.
Buradakı qadın alverçiləri əsasən "20 yanvar” küçəsindəki Şəhidlər Abidəsinin qarşısında toplaşırlar. Elə insan alverini də onlar burada edirlər. Fahişələr bu abidə önündə müştəri çağırır, onlarla razılaşırlar. Bütün Azərbaycan xalqının qürur duyduğu şəhidlərimizin xatirəsinə ucaldılan abidənin önündə dünyanın ən çirkin və şərəfsiz cinayəti baş verir. Milyonların baş əydiyi bu abidənin qarşısında fahişələrin yığılması, qadın alverinin tüğyan etməsi nəinki şəhidlərə, bütün Azərbaycan xalqına utancgətirən amil olsa da, aidiyyəti şəxslər buna məhəl qoymur, bu biabırçılığa reaksiya vermək istəmir. İnsan burada belə biabırçılıqları görəndə həmin fahişələrə, qadın alverçilərinə, bədənlərini satmaqla çirkin pullar qazanan bu şərəfsizlərlə yanaşı, bu biabırçı mənzərəyə şərait yaradanlara da nifrət etməyə bilmir. Bəs, həmin əraziyə cavabdeh olan məmurlar necə? Onlar da xəcalət çəkirlərmi? Əlbəttə ki, yox. Əgər onlar bu mənzərədən xəcalət çəksəydilər, bu cür şərəfsizlər abidə önünə toplaşıb Azərbaycan tarixinə zərbə vurmazdılar. Azərbaycanın müstəqilliyi uğrunda qanından, canından keçən, Azərbaycan müstəqilliyini həyatı bahasına qazandıran şəhidlərimizə bu cür hörmətsizlik edənlərə nə ad vermək olar? Hanı bu ərazinin rəhbərləri? Əslində şəhidlərimizi burada bədənlərini satmaqla çirkin pullar qazananlardan çox, başı müəyyən çirkinliklərə qarışan, millətin, xalqın şərəfini yaddan çıxaran məmurlar təhqir edirlər. Çünki, bu şəraiti bu gün onlara elə həmin məmurlar yaradıblar. Hansısa maraqlarına, nəfslərinə güc gələ bilməyən bu məmurlar(çaşıb səhvən insanlar yazmışdım) hətta şəhidlərin abidəsi önündə də bu cür iyrəncliklərə şərait yaradırlar. Azərbaycan şəhidlərinin qanını fahişələrin 10 manatına dəyişən bu cür şəxslər görəsən xəcalət çəkirlərmi? Görəsən onlar bu cür hərəkətlərinə görə cavab verəcəkləri günü düşünürlərmi? Bəlkə də düşünürlər. Amma tamahları üzündən, bu çirkin yollarla da olsa qazandıqları pullara görə bu gün barədə düşünməyə vaxt tapa bilmirlər. Amma bir vaxtlar o da olacaq. Həmin şəxslər bu gün qazandıqları çirkin pulların hesabını illər boyu ödəyib qurtara bilməyəcəklər.

/// olaylar qəzeti

freedom women1234 | 18 aprel 2017 16:06 | Status: Qonaq | Şərh: 0
Sitat: caba
Yalan sobetdi.menim 24 yawim var ve 24 dord ildi adi cekilen erazide yawiyiram ama bele bir faktla ne rastlawmamiwam ne de esitmemiwem.

sene ele gelir

Sitat: Gozel Melek
sene ele gelir

amin
B.Fereh | 17 yanvar 2016 13:30 | Status: Nəzarətçi | Şərh: 6 978
Maraqlidi,"20 yanvar"da fealiyyet gosderdiklerine gore mezenne 20 manatdi???Onda yeqin 8 km.de 8 manat olar heee))))
Nergiz love | 23 mart 2014 18:56 | Status: Professional user | Şərh: 7 871
NE DEYIM ALALH BIZLERDEN UZAQ ELESIN,
Akademik | 25 mart 2013 22:18 | Status: Professional user | Şərh: 4 580
dovlet istese qarsisini alar bu exlaqsizliqin.
dehset, basqa soz deye bilmirem.......
Leman_55 | 25 fevral 2013 01:07 | Status: VİP user | Şərh: 583
NEEM VALLAX SOZ DIMEYE NITQIM QURUYUB...
caba | 22 fevral 2013 07:54 | Status: Qonaq | Şərh: 0
Yalan sobetdi.menim 24 yawim var ve 24 dord ildi adi cekilen erazide yawiyiram ama bele bir faktla ne rastlawmamiwam ne de esitmemiwem.
ESKA30 | 21 fevral 2013 17:21 | Status: Şərhçi | Şərh: 123
ona gore de min cur xestelikler yaranirda. En esas da cavanlar heyat tecrubesi olmayanlar tutulur bu xesteliklere sonra da evlenirler camatin qizlarini bedbext edirler! Allah uzaq elesin!
Gozel Melek | 13 fevral 2013 13:43 | Status: Gümüş user | Şərh: 1 531
Allah bizlerden uzaq etsin belelerini
aysu tuncay | 27 yanvar 2013 01:06 | Status: Şərhçi | Şərh: 212
necede sifet yiyesidiler
K.AWK.S.LOVE | 16 dekabr 2012 14:04 | Status: Gümüş user | Şərh: 1 236
BELE QDINLARA NE DEYESEN QINAMAQ OLMUR CETIN MESELEDIR ALLAH ONLARI ISLAH ETSIN
İlkinimin Arzusu. | 14 dekabr 2012 11:29 | Status: Yazar | Şərh: 472
BAX BELE QIZLAR QADINLARDIR DIGERLERINI DE CELB EDEN.BELKEDE KIMISI EHTIYACI UZUNDEN,KIMISI OVLADINA GORE BU YOLA DUSUR AMMA HEC BIR SEBEB BUNU ETMEYE VADAR EDE BILMEZ INSANI BU CIXIS YOLU DEYIL EKSINE BATDIQCA BATIRSAN,ONA GORE HEC BIR SEBEBDEN BUNU IDIIA EDEN QADINLARA BERAET QAZANDIRA BILMIREM.
Nergiz33 | 12 dekabr 2012 15:24 | Status: VİP user | Şərh: 1 079
O 20 MANATLA CEHENMDE OZUNUN YERINI GENISLEDIR EEEEEE DEYIR CEHENEM ALOVU DAHDA PARLAG GUR ISIGLI OLSUN.
UGUR | 12 dekabr 2012 02:54 | Status: VİP user | Şərh: 462
nc nc,biyabirciligin heddine baxinda.Evli,subay haminin aglini basdan almagcun gör nelere el atirlar.20 manatdan ötrü özlerini itinde,qurdunda qabagina atirlar.Gedin caniniz cixsin küce süpürün amma halal zehmetinizle pul qazaninda.
ruzgargulum | 11 dekabr 2012 13:23 | Status: Brilliant user | Şərh: 2 493
Axireti gozlesinler
illona | 10 dekabr 2012 23:05 | Status: VİP user | Şərh: 77
1 NOMRELI XESTELIK MENBEYIDIRLER
Listen to you heart | 10 dekabr 2012 18:08 | Status: VİP user | Şərh: 805
Allah agil versin en boyuk gunahdi zina, day ne deyim. :n6:
Ayten_N | 10 dekabr 2012 16:21 | Status: Qonaq | Şərh: 0
sadece ayib olsun belelerine..
_Mamedova_ | 10 dekabr 2012 13:17 | Status: Gümüş user | Şərh: 1 837
fu Allah bilir ne qeder xestelik var indi bunlarda...bunlara yaxin duranlarda ele bunlar kimi virusdu
Vetenperver | 10 dekabr 2012 10:45 | Status: Professional user | Şərh: 6 700
Faişəliklə könüllü məşğul olmaq insan alveri deyil.İnsan alverinin bir növü-qadını aldadaraq başqa iş adı ilə faişəliyə sürükləmək və ya faişəliyə məcbur etməkdir.Xəbərdə sözü gedən hadisədə isə insan alveri yox faişəliknən pul qazanan qadınlardan gedir.Çox pis faktdır ki şəhidlər abidəsi önündə faişəliklə məşğul olurlar.Bunlara bir yer ayırsalar yaxşı olar.Onsuzda faişəliklə tam mübarizə aparıb kökünü kəsmək olmur,gündən günə artır,çünki burda böyük pul var.
Sumeyye | 10 dekabr 2012 00:10 | Status: Professional user | Şərh: 1 720
qeyretsizler!!
P.S | 9 dekabr 2012 22:49 | Status: VİP user | Şərh: 995
allah uzaq etsin
Alizes | 9 dekabr 2012 20:59 | Status: Yazar | Şərh: 2 588
Sitat: ultrAslan
Bax o zaman onlara əsl kişiliyi öyrətmək lazım gəlir. Nəysə. İyrənc mövzüdur

Kişilik? Hər yoldan ötən bu sözü özünə aid edir. İnsanın qanında olmayan şeyi ona öyrətmək mümkün deyil. Nə isə... Bir az da biz çeynəməyək bu mövzunu...
Alizes | 9 dekabr 2012 20:43 | Status: Yazar | Şərh: 2 588
Sitat: ultrAslan
Allah kişi fahişələrdən bizi qorusun

Bəzən qorumur amma... ALLAHın bizi onlarla üz-üzə qoyduğu zamanlar da az olmur.

Çeynənilmiş mövzudur. Hər zaman olmuş və mövcud olacaq varlıqlardır. "Mal" sahibləri olaraq onlara xoşdursa əgər mənə dünəndən xoşdur!
Emir Feriha | 9 dekabr 2012 18:08 | Status: Qonaq | Şərh: 0
Sitat: KoBrA
Artiq werhe ehtiyac yoxdu.

mencede
sheh | 9 dekabr 2012 17:48 | Status: Yazar | Şərh: 3 353
Sitat: Nazar
Bu xəbərə şərh yazmayacam.

artıq yazdın))))
Nazar | 9 dekabr 2012 16:53 | Status: Professional user | Şərh: 1 184
Bu xəbərə şərh yazmayacam.
B_R | 9 dekabr 2012 16:27 | Status: VİP user | Şərh: 971
belkede mecburyetden edib. amma olsende bu yola el atmayasan allah ozu komek olar. biabirciliqdi allah hec kime gostermesin
Sekine Hesen | 9 dekabr 2012 14:59 | Status: Gümüş user | Şərh: 3 113
ALLAH uzaq etsin ne deyesene abir qalmayib
Feriha. | 9 dekabr 2012 13:58 | Status: Professional user | Şərh: 4 746
Sitat: ultrAslan
Qadın fahişələrdən zərər gəlməz, Allah kişi fahişələrdən bizi qorusun

raziyammm
KoBrA | 9 dekabr 2012 12:33 | Status: Şərhçi | Şərh: 115
Artiq werhe ehtiyac yoxdu.