Qadın və problemlər / Müəllif yazıları

Azərbaycanda alınıb-satılmış arvadlar...

Sevda Sultan | 2-12-2012, 21:00
4 664 30

 

 

Sevda Sultandan növbəti gözəl və düşündürücü bir yazı azadqadin.az oxucuları üçün... (A.Q.)

 

 

 

Bizim cəmiyyətdə alınıb satılanlar yalnız fahişələr deyil. Hər kəs alınıb satılır. O cümlədən bütün qadınlar. Bir kişi aldığı - yəni evləndiyi qadın üzərində elə ilk gündən özünü hakim kimi hiss edir. Onu hara istəsə ora qoya biləcəyi bir əşya kimi təsəvvür edir. Qadının fahişə olmaması da onun öz hünəri deyil. Bir kişi onunla evlənibsə demək ona ən böyük yaxşılıq edib, onu fahişəlikdən xilas edib. Hətta kişi "kişilik borcunu” yerinə yetirmədikdə belə qadın yenə ona borcludur ki, onu kənar söz-söhbətdən, dedi-qodudan qurtarır. Beləcə bir kişinin evləndiyi qadınla bir fahişə arasında qoyduğu fərq qadınının qurşaqdan aşağı onun namusunu daşımasıdır. Başqa sözlə fahişəni müddətlli satın alırsa evləndiyi qadını ömürlük satın alır.Və bu üzdən də onunla nə cür istərsə o cür rəftar edir. Bu alınıb satılanlar dünyasında hətta kişilər də satılır. Bir insanı almağın mümkün olduğunu düşünən kişi əvvəl özü öz vicdanını, insanlığını, ləyaqətini satır. Özü hər kəsdən əvvəl köləliyə yenilir. Köləliyə yenilmiş kişi hökm etdiyi kimi tabe olmağı da bacarır. Çünki, "əmr etməklə tabe olmaq mahiyyətcə eynidir”(Jan.Pol.Sarter). Gəl gör ki, tabe olmasın. Satılmış və alınmış arvadı bunu ona heç vaxt bağışlamaz. Bu üzdən o da satılmışlığı bacarmalıdır. Satılmışlığın bütün içsizliyini daşımağı bacarmalıdır. Vicdansızlığını, ləyaqətsizliyini, şərəfsizliyini... Bunları bacarmasa heç evinin qapısını aça bilməz. Çünki, alınıb satılmışlığa alışıq ailə ondan bunu gözləyir. Hər kəs ondan bunu tələb edir. Başqa cür olmağa onun həddi nədir? O nə qədər alınıb satılmışlığı bacararsa ailədə bir o qədər hörməti olar. Beləcə alınıb satılmış ailə başçısı ən böyük köləyə çevrilər və ailədə ona bir maşın, bir mexanizm qədər dəyər verilər. Bütün hökmü və hakimliyi maşın vəzifəsini yerinə yetirə bilmədiyi an bitər. Alınıb satılmış kişinin qəhrəmanlığı da kütlə baxışlarına hesablanar. Kütlə qınağıyla rastlaşan kimi onun qəhrəmanlığı da şəkər suda əriyən kimi əriyər. Alınıb satılmışlar ən çox kütlədən qorxar. Kütlə qarşısında tir-tir əsər. O üzdən alınıb satılmışlar qədər içinə qapanıq, özü ola bilməyən, çərçivə-lənən biri yoxdur.


Bu cəmiyyətdə arvadlar da alınıb satılmışlığı hər şeydən üstün tutar. Əşya kimi davranılmağı insan kimi davranılmaqdan daha üstün.. Alınıb satılmış arvadlar ona bir əşya qədər dəyər verməyən ərlərindən bərk-bərk yapışar. Çünki bu ərlər cəmiyyətdə üstünlük qazanmaqçün onlara lazımdı. Çünki bu arvadlar insanlığı çoxdan içində qeyb etmişlərdi. O üzdən bu qiymət heç onlara lazım deyil. Onlara lazım olan elə alınıb satılmışlıq dəyəridi. Yəni qarşısındakı unutmamalıdır ki, o satılıq malla davranır. Bu üzdən onun qiymətini artıqlamasıyla verməlidi. Alınıb satılmış arvadlar qədər qorxulu və xain məxluq yoxdur. Onlar qədər insanlığı içində əridən..

Alınıb satılmışların ailəsində böyüyən uşaq elə körpəlikdən alınıb satılmışlığa, idarə edib idarə olunmağa alışıq şəkildə böyüyər. Çünki, ona alınıb satılmış valideynləri ciddi cəhdlə tərbiyə vasitəsiylə ancaq bunu öyrədərlər. Alınıb- satılmışların ailəsində hər şey mənfəətə hesablanar. Bu üzdən hər şey mənfəətə tabedir. Ailənin mənfəətə zərər gətirən üzvü , artıq öz əhəmiyyətini itirir. Baş ağrısına, üz qarasına, artıq yükə çevrilər. Alınıb satılmışların ailəsində dəyərlər də mənfəətə görə bölünər. Bu üzdən alınıb- satılmışların ailəsində elə alınıb satılmış, nankor, məncil insan parçacıqları böyüyər. Onlar da böyüyüb daha çox satılmış, daha yırtıcı varlıqlara çevrilər. Beləcə alınıb-satılmışların dünyası günü gündən genişlənər.

Alınıb satılmışların dünyasında yaşamaq qədər çətin bir şey yoxdur. Hər kəs səndən satılmışlıq gözləyər. Hər kəs səndən özü kimi olmağı tələb edər. Hər kəs sənlə əşya kimi davranılmağı həzm etməni istəyər. İnsan olmaq istəyəni məhv edər bu cəmiyyət. İnsan olmaq istəyən bu ölkədə bir künc, bir bucaq tapıb yaşaya bilməz. Yaşatmazlar insan olmaq istəyən, satıla bilməyən insanı. İnsan olmağın yükü ağırdır. Çünki hər şey heyvan olmağa hesablanıb.

Alınıb satılmışlar qədər vəhşi, yırtıcı bir məxluq da yoxdur. İçlərində özlərinə bənzəməyənə dördəlli saldırarlar, heç acımazlar. Çünki onlar satılmışlar. Satılmışlığı yeməyən biri onların bütün həyat prinsiplərinə zərbədir. Onu heç bağışlamazlar. Biz niyə yemişik - deyərlər, -sən bizdən nəylə artıqsan? Sən insan-san, biz yox? Beləcə öz satılmışlıqlarının heyfini səndən alarlar. Satılmışlar qədər qəddar bir məxluq yox. Satılmışlar yırtıcılıqda bir yırtıcı heyvandan daha önə keçərlər. Çünki, bir yırtıcı heyvan ancaq öz qidası üçün saldırar,doyduqdan sonra sakitləşər. Ancaq satılmışlar qisas üçün, bitib tükənməyən dünyəvi ehtiraslar üçün saldırar.

Satılmışlar fərqli olanı heç bağışlamazlar. Fərqliliyi qəbul etməzlər. Hər kəs sıradan, adi olmalı.. Hər kəsi balaca, özləri boyda görmək istərlər. Hər kəs bir sürüdəki qoyundan fəqlənməməli.. Hər kəs sürüdəki qoyunun qane olduqlarıyla qane olmalı. Bu üzdən satılmışlar fərd olana düşmən kəsilərlər.

Satılmışlarda sevgi də, doğmalıq da, qohumluq da bir yerə qədərdi. Əgər fərd olmağa çalışarsansa hər şey bitər və yaxın bildiyin insanların sifətində şeytanın xain baxışlarını görərsən. Öndən, arxadan vuran insanların içində yad kimdir, doğma kimdir tanımazsan. O zaman anlarsan ki, insanlar arasındakı doğmalıq bağları ancaq insanlıq baglarından keçir.

Alınıb satılmışların dünyasında yalan da həqiqət donu geyər. Satılmışlar öz satılmışlıqlarını yalanla pərdələyər. Bu üzdən sözlər də öz ilkin mənasını dəyişər. Məsələn satılmışlığa ağıllılıq deyərlər, satılmamışlığa axmaqlıq. Kişilik adı altında çox vaxt arvad xislətlilik nəzərdə tutular. Alınıb satılmış kişilər daha çox arvad mühakimələri yürüdər. Arvad kimi düşünər. Əxlaqsızlığa əxlaq donu geydirərlər və s

Əslində alınıb satılmışlar qədər nadan, cahil biri də yoxdur. Bütün bilgiləri alınıb satılmışlıq bilgisindən uzaq getməz. Ge-dərsə zatən alına, satıla bilməzlər.

Alınıb satılmışların dünyasında əslində hər kəs bir-birinə düşməndir. Bütün yaxınlıq, doğmalıq bağları maraqlar toqquşduğunda bitər. Bu üzdən alınıb satılmışların dünyasında xoşbəxtlik də yoxdur.

 

Sevda Sultan

 

 


K.AWK.S.LOVE | 16 dekabr 2012 18:21 | Status: Gümüş user | Şərh: 1 236
BIZDEN UZAQ
Vetenperver | 8 dekabr 2012 13:02 | Status: Professional user | Şərh: 6 700
Əvvəlini biraz oxuyan kimi ardını oxumaq istəmirəm.Çox mənasız yazıdır.

Sitat: AllahinВ Gulu
Burani oxudum bundan sonra vaxtima ve gozlerime heyfim geldi..Fahishe bedenini satir amma namuslu qadinlar aile quranlar ozlerini sevdiyine teslim edir.Erden icaze almaliyiqda siz aileni, evi, otelle pansiyonla sehv salirsiniz deyesen Cox menasiz cumlelerdir

:n9:

Sitat: Damla
Indiki zamanda her elinde qelem tutan ozune yazici deyir...Gorun catlasin ay Sabir
Nurus. | 5 dekabr 2012 00:57 | Status: Brilliant user | Şərh: 6 982
Aile qurmaq hami ucun vacib bir qanundur,men o sozle inanmiramki xanim beyle evlenende ona satilmis adi versinler,axi bu heyatin qanunudur aile qurmaq
momine_313 | 4 dekabr 2012 19:50 | Status: Şərhçi | Şərh: 81
allah o gunu gostermesin Amin.
Feriha. | 4 dekabr 2012 16:14 | Status: Professional user | Şərh: 4 746
Sitat: _Nazlim_
Allah qorusun

amin
HEYATIM | 4 dekabr 2012 13:13 | Status: Professional user | Şərh: 2 110
biy ALLAH uzaq elesin
_Nazlim_ | 4 dekabr 2012 11:09 | Status: Professional user | Şərh: 2 267
Allah qorusun
UGUR | 4 dekabr 2012 04:09 | Status: VİP user | Şərh: 462
AILE QURMAQ VE YA KISHIIN SÖZÜ ILE OTURUB DURMAQ SATILMISHLIQ DEYIL.Allah ücün evlenib,Allah ücün evlendirilen Allahin dostlugunu qazanir.(HEDIS-i SERIF).DEMEK ISTEDIYIM ODUKI EVLENMEYEN SUBAY QIZLARI BELE YAZILARLA QORXUTMAYIN.ELBETTEKI KISI QADININA SAHIB CIXIB ONU IDARE ETMELIDI.YOXSA BEZII QADINLAR COXDAN YOLLARINI AZARDI.
CIKOLATA | 4 dekabr 2012 03:43 | Status: Şərhçi | Şərh: 213
Hormetli muellif size arzu ediremki siz satilanlardan ve alinanlardan olmayasiz
AMIN DAMLACIM HEC KIM OLMASIN
TATLI GUZEL | 3 dekabr 2012 19:03 | Status: Professional user | Şərh: 5 781
Tesekkurler yaziya gore
Gunel | 3 dekabr 2012 18:09 | Status: Professional user | Şərh: 4 087
Sitat: Qaracaqiz
Bizim qadınlara qadın kimi deyil robot , hər hansı bir cansız əşya kimi rəftar olunur bunu danmaq olmaz.

raziyam.bezi kishiler adice sevdiyi qadinina QADIN kimi yanasha bilmir yada bunu bilerekden etmir.

Sitat: SaPir
insan evlendiyi adama diqqet edende, ona yemek hazirlayanda, sozunu fikirlerini nezere alanda satilmish sayilmir. qarshiliqlidir, kishi de eyniyle evlendiyi qadina qiymet verir (alinmish mal kimi yoxaa ))Azerbaycanda ise qadin olmaq cetindir. buna sebabkar ise mene gore qadinlarin ozleridir. qadinlar ozleri ozlerine cox sheyi qadagan edirler, qadin haqqini teleb etmeyi bilmir. kishilerin qadinlara nese etmeklerine ehtiyac yoxdurki hec. qadinlar ozleri bir-birinin kitabini baglayir, qadin diger qadini susmaga, robotlashmaga mecbur eder. her hansisa qadin "camaat ne deyer" dushunende hemin "camaat" diqer qadinlardir. kecen defe xeber qoyulmushdu haqqlarini teleb eden qadinlar haqqinda, o xeberdeki sherhler bes eder mence. EVLENMEK satilmaq deyil. evlenmek butovlukdur. hec bir qadin tek xoshbext ola bilmez.

:n43:
Sekine Hesen | 3 dekabr 2012 17:14 | Status: Gümüş user | Şərh: 3 113
tewekkurler,qadini mexanika kimi gorenler utana gerek,qadina fahiwe kimi baxanlar utansin
Qaracaqiz | 3 dekabr 2012 16:27 | Status: VİP user | Şərh: 1 882
şəxsən mən bəyəndim təşəkkür. Hal-hazırda cəmyyətimizdə baş verən hadislələr əks olunub xoşum gəldi. Düzdür həyat yoldaşını sevmək, hörmət etmək qadın üçün təhqir deyil amma hər şey öz dərəcəsində olanda yaxşı olur.Bizim qadınlara qadın kimi deyil robot , hər hansı bir cansız əşya kimi rəftar olunur bunu danmaq olmaz.
gulya20 | 3 dekabr 2012 12:20 | Status: Professional user | Şərh: 4 678
Sozun acigi axira kimi oxumadim,bele yazilar mene maraqli gelmir.
Aya:)) | 3 dekabr 2012 10:00 | Status: Gümüş user | Şərh: 2 239
her şeyi özünüz aydın yazmısız
Seva-Azer. | 3 dekabr 2012 09:57 | Status: Qonaq | Şərh: 2 351
Əgər yazar ailə quran qadinla fahişə arasinda fərqi görmürsə mənim ona daha sözüm yoxdur.
P.S. Belə qadinlarin başi üstündə əzazil kişi lazimdir ki, yolunu azmasin

Sitat: Damla
Indiki zamanda her elinde qelem tutan ozune yazici deyir...Gorun catlasin ay Sabir
:n3:
Asi90 | 3 dekabr 2012 09:39 | Status: Şərhçi | Şərh: 219
Oxumadim,maraqli gelmedi.
rufet ehmed | 3 dekabr 2012 09:34 | Status: Gümüş user | Şərh: 1 391
allah qorusun ne olsa hele azerbaycandan cixmalidir
Damla | 3 dekabr 2012 09:26 | Status: Brilliant user | Şərh: 7 178
Sitat: SaPir
Azerbaycanda ise qadin olmaq cetindir. buna sebabkar ise mene gore qadinlarin ozleridir. qadinlar ozleri ozlerine cox sheyi qadagan edirler, qadin haqqini teleb etmeyi bilmir. kishilerin qadinlara nese etmeklerine ehtiyac yoxdurki hec. qadinlar ozleri bir-birinin kitabini baglayir, qadin diger qadini susmaga, robotlashmaga mecbur eder. her hansisa qadin "camaat ne deyer" dushunende hemin "camaat" diqer qadinlardir. kecen defe xeber qoyulmushdu haqqlarini teleb eden qadinlar haqqinda, o xeberdeki sherhler bes eder mence.
EVLENMEK satilmaq deyil. evlenmek butovlukdur. hec bir qadin tek xoshbext ola bilmez.

Raziyam..

Hormetli muellif size arzu ediremki siz satilanlardan ve alinanlardan olmayasiz...
:n10:

Indiki zamanda her elinde qelem tutan ozune yazici deyir...Gorun catlasin ay Sabir
Ayka21 | 3 dekabr 2012 06:02 | Status: Yazar | Şərh: 2 770
AllahinВ Gulu,
XEDICE,
SaPir,
Sizin şerhlerinizden sonra neise yazsam artıq olar
sevinc keder | 3 dekabr 2012 00:25 | Status: Professional user | Şərh: 3 818
tesekkurler nuuu beledeeee
P.S | 2 dekabr 2012 23:16 | Status: VİP user | Şərh: 995
axiracan oxuya bilmedim sebrim camadi
Sakin | 2 dekabr 2012 23:12 | Status: Qonaq | Şərh: 0
Oxuduguma pesman oldum, ne qeder yerde alinib satilmis sozu isledilib bezdimi
SaPir | 2 dekabr 2012 22:23 | Status: Yazar | Şərh: 979
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
rosee | 2 dekabr 2012 21:58 | Status: Professional user | Şərh: 1 850
realliqlar yazilib bele xeberleri oxuyanda aile qurmaga qorxuram.
Feriha. | 2 dekabr 2012 21:44 | Status: Professional user | Şərh: 4 746
oxumadim,oxuyub,yazacam
Allahin Gulu | 2 dekabr 2012 21:38 | Status: Professional user | Şərh: 2 102
Hər kəs alınıb satılır. O cümlədən bütün qadınlar. Bir kişi aldığı - yəni evləndiyi qadın üzərində elə ilk gündən özünü hakim kimi hiss edir. Onu hara istəsə ora qoya biləcəyi bir əşya kimi təsəvvür edir

Burani oxudum bundan sonra vaxtima ve gozlerime heyfim geldi..Fahishe bedenini satir amma namuslu qadinlar aile quranlar ozlerini sevdiyine teslim edir.Erden icaze almaliyiqda siz aileni, evi, otelle pansiyonla sehv salirsiniz deyesen Cox menasiz cumlelerdir :n30: .

Sitat: XEDICE
bu yazidan qariya tuman bagi olmaz

:n17:
B_R | 2 dekabr 2012 21:24 | Status: VİP user | Şərh: 971
MARAQLIYDI TWK :n49:
Rauf Heseneliyev | 2 dekabr 2012 21:17 | Status: Yazar | Şərh: 559
Oxudum maraqlı yazıdı.
Princess_93 | 2 dekabr 2012 21:14 | Status: Brilliant user | Şərh: 5 877
Oxudum maraqlı yazıdı.Hər şey insanın özündən aslıdı.Yenədə ilk şərh məndən.Təşəkkürlər yazıya görə :n47: :n48: