Qadın / Məşhur qadınlar

Leyla Əliyeva Ülviyyə Mahmudova ilə yarmarkada - FOTO

Aynur_Qurbanqizi | 8-12-2021, 10:34
1 122 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı şəhərində “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına baş çəkib.
L.Əliyeva “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən yarmarda çəkilən fotoları İnstaqramda hekayə bölümündə paylaşıb. Onunla birlikdə Ülviyyə Mahmudovaya qatılıb.
Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilmişdir.