Qadın / Məşhur qadınlar

Şuşalı qız yenidən Milli Məclisdə - VİDEO

Aynur_Qurbanqizi | 13-11-2020, 15:36
679 0

Altı ay əvvəl parlamentdə Şuşa ilə bağlı çıxış edərək “Şuşalı olub Şuşanı görməmişəm” deyən qız yenidən Milli Məclisin tribunasından danışıb.

Spiker Sahibə Qafarova Əsra Məmmədlini çıxışa dəvət edib və bildirib ki, Əsranın bundan əvvəlki, mayın 8-də çıxışı zamanı Şuşa işğal altında idi.
Ə.Məmmədli bildirib ki, artıq azad Şuşadan, azad Qarabağdandır: “Bir neçə ay əvvəl buradan çıxış edərkən təsəvvür belə etməzdim ki, Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq.

Bilirsiniz bu necə hissdir? Bəli, artıq hamımız bilirik, bütün dünya bilir. Bilir ki, işğala son qoyuldu, Azərbaycan əsgəri, Azərbaycan xalqı öz torpağına sahib çıxdı, qanı və canı bahasına. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Ali Baş Komandan başda olmaqla Müzəffər Azərbaycan Ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Artıq mən qaçqın deyiləm, artıq mən köçkün deyiləm, mən evimizə qayıdıram. Bizim ailəmiz babalarımın evinə qayıdır”. 
Xatırladaq ki, Əsra Məmmədli sonuncu dəfə Milli Məclisdə Şuşanın Ermənistan tərəfindən işğal edildiyi gün çıxış etmişdi. 

Murad Əhməd