Məşhur qadınlar / Gözəllik sirləri

Əsrin Gözəli!

Sevinc_Bayramova | 17-02-2015, 00:00
3 070 19

 

Odri Hepburn, gözəlliyi və zərifliyi ilə həm öz dövründə, həm də özündən sonrakı dövrlərdə moda ikonu olmuş bir qadındır.
4 May 1929 -cu il, Belçikanın Brüssel şəhərində doğulan, İngilis-Hollandiya kino ulduzu, əsrin gözəli adını almış Odri Hepburn, istifadə etdiyi bənzərsiz parçalarla, dünyanın barmaqla sayılan stil ikonlarından biri olaraq xatırlanmaqdadır.  
 
Odri Hepburn Stili
Odri Hepburnin geyindiyi paltarlar və stili hər kəsdən fərqli kimi görünsə də, əslində paltarların hamısı hamımızın qarderobunda yer alan geyimlərdir. Odri Hepburnin istifadə etdiyi geyimlər, papaqlar, aksesuarlar və ayaqqabılar onu bir moda ikonu etmədi. Onun fərqli bir tərzi vardı.
Belə ki, mini yubkanı icad edən Mary Quant, Odri Hepburn üçün: '' O bu günə qədər gəlmiş-keçmiş ən zərif geyinən qadındır'' demişdir.
Odri Hepburn, olduqca feminen sayıla biləcək bir stilə sahib olduğu halda, geyindiyi paltarların arasında şalvarların, hətta komandan paltarların olduğunu da görürük.
 


O.Hepburn Makiyajı
Hepburn makiyajı isə hər dövr üçün ən seçilən makiyajlar arasındadır.
O, Hepburnun əfsanə makiyajında ön planda olan şey, hamar bir dəri, göz layneri ilə vurğulanmış gözlər, yüngül çəhrayılaşmış yanaqlardır.
 


Odri Hepburn Gözəlliyi
Odrinin görünüşü daima gənc bir qızı xatırladırdı. Görünüşünün gənc bir qızı andırmasının səbəbi isə zərif və incə bədəni idi.
Həyat fəlsəfəsi daima gülümsəmək olan, stili ilə moda dünyasının hər dövrü üçün gündəmdə qalan kino ulduzu.
O, Hepburnun stilinin sirri, ürəkdən gülümsəmə və gənc qız görünüşüdür.
Odri Hepburn deyincə, insanların ağılına kapri geyimlər, kəkilli saçlar, sıra-sıra düzülmüş mirvarilər və babet ayaqqabılar, ürəkdən gülümsəmə, gözəllik və zəriflik gəlir.
Müzakirəsiz bütün zamanların ən stil qadınlarından biridir Odri Hepburn.
Özünə xas tərzi ilə yalnız öz dövründə deyil, hər dövrün ən bəyənilən qadınlardan biri olmuşdur.
 



Yaxşı, bəs Odrinin Stil Təklifləri və Gözəllik sirləri Nələrdir? Odrinin təkliflərinə göz gəzdirin..

1. Hər tərzdə və modeldə paltara uyğun gələ biləcək klassik və praktik bir çanta əldə edin.

2. Qaşlarınız hər zaman incə və qıvrımlı olmaq məcburiyyətində deyil. Qalın və şəkilsiz qaşlarla belə təsiredici bir görünüşə sahib ola bilərsiniz.

3. Klassik rənglər istifadə etmək hər zaman sadə və klassik bir görüntü yaradır. Sıradan görünüşünüzü Hepburn kimi əyləncəli ayaqqabı və aksesuarlarla rəngləndirə bilərsiniz.

4. Dikdaban ayakkabılarınızdan bir müddətlik xilas olun. Təbii bunun üçün üzərinizdə buna yaraşan bir paltar da olmalıdır.

5.Canlı və gözə çarpan naxışlar hər zaman modadır. Hepburnun qadına xas makiyajı və geniş şapkası, geyimlərindəki güclü naxışları balanslaşdırmışdır...

6. Makosen (maskulen) ayaqqabıların yalnız kişilər tərəfindən giyinilə bildiyi söz-söhbətini unudun. Hepburnun makosenləri, mantosu və şərfi ilə mükəmməl uyğunluq təmin etmişdir.

7. Günəş eynəklərini hər zaman, hər paltarınızla və hər mühitdə istifadə edə bilərsiniz.

8. Risk alın və maraqlı parçalar istifadə etməyə çalışın. Hepburn maraqlı şapkalar istifadə edərdi.

9. Tünd qırmızı pomadanı çox diqqətli istifadə edin. Hepburn, qara sadə paltarını tünd qırmızı dodaq boyası ilə uyğunlaşdırmaq zadəgan bir görüntü yaratmışdır. 

10.Gəlinlik seçiminizdə stilinizi ön plana çıxarın. Hepburn, Andrey Dottla evlənərkən mini, ağ bir paltar və öz imzasını daşıyan ağ bir şarf istifadə etmişdir..

11. Əlcək, özlüyündə hər paltara xüsusi bir hava qatar. Hepburnun şirin gülümsəməsi, ağ qüsursuz əlcəklərlə daha təsirli bir görünüş yaradır.

12. Məharətlə çəkilmiş bir eyeliner, qısa bir saç stilini yumşaltmaq üçün tək başına kafi ola bilər. Hepburnun üzü daima feminen bir görünüşə sahib idi, çünki ustaca edilmiş bir makiyajın baxışlar üzərində nə qədər təsirli olduğunun fərqində idi.

13.Yaşınız artsa da Baby doll (gəlincik) libasları sizi möcüzəvi göstərə bilər. Diqqət yetirməniz lazım olan tək xüsusiyyət isə bunu edərkən həddindən artığa qaçmamaqdır.

14. Uzun kirpiklər yetkin bir qadını cazibədar göstərir. Tuş istifadə etmək üçün çox yaşlı olduğunuzumu düşünürsünüz? Təkrar düşünün. O. Hepburn mükəmməl kiprikləri ilə yaşın, yalnız ədədlərdən ibarət olduğunu sübut etmişdir.

15.Orta yaşlar, şişirdilmiş ləl-cəvahiratlarınızı ortaya çıxartmaq üçün ən uyğun zamanlardır.

16. Başınıza həmişə stil sahibi bir şapka qoruyun, yalnız hovuzu təmizləyir olsanız belə ...

17. Qısa saçlarınız və yalnızca cizgili köynəklə belə feminen görünmək mümkündür.

18.Nənənizin gəcəliyini istifadə etməkdən çəkinməyin. Yataqda hər zaman şık gecəliklər geymənizə ehtiyac yoxdur. Rahatlıq hər zaman ilk növbədə olmalıdır.

19. Kral nəslindən gəlməmək, tac geymənizə maneə deyil. Özünüzü kraliça, şahzadə kimi hiss edin. O. Hepburn hər qadının şahzadə kimi hiss etməsi lazım olduğunu düşünənlərdən biri idi.

20. Kostyum geyməkdən qorxmayın. Çünki Hepburnin göz layneri və pomada ilə ciddi görünüşünə olduqca seksual bir hava qatmışdır hər zaman.

21. Bəzən ehtiyacınız olan tək şey, sadə bir paltardır. Sadə və detalsız parçalar insanlar paltarınıza deyil, sizə diqqət verir.

22.Düz bir paltarın belinə taxdığınız kəmər, cizgilərinizi ortaya çıxarmanıza köməkçi olur. Odrinin görünüşünü sadə bir papaqla tamamlamağı seçim etmişdir.

23.Yaxalı köynəklərin modası əsla keçməz. Yaxalı köynəklərin altından geyəcəyiniz bir kapri ilə belə gözəl bir görünüş əldə edə bilərsiniz.

24. Son və ən əhəmiyyətli təklif: İçində özünüz ola bildiyiniz paltarlar geyinin. Paltar insana özünə inam yaradır. İnsan bəyəndiyi və özünə yaraşdığını hiss etdiyi bir paltarı geyindiyində özünə inam yaranır. Amma paltarım gözəldirmi görəsən, deyə tərəddüddə qaldığı bir paltar geyinərsə, özünə inam əskikliyi yaşayar. Xüsusilə gülümsəyin, daxilən bir gülümsəmək, daima qarşınızdakı insan üzərində müsbət təsir göstərər. Üz-üzə olmanıza ehtiyac yoxdur, telefonda danışarkən belə gülümsəmək, qarşınızdakı insana müsbət enerji verir. Gülümsəyin və özünüz olun. Təqlidlər daima əslini yaşadar.
 
Redaktə etdi: Girl

ESMERRi | 21 mart 2016 12:09 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
FiLiMlerini beyenirem.
dılay | 6 yanvar 2016 14:08 | Status: Brilliant user | Şərh: 8 185
FiLiMlerini beyenirem.
ESMERRi | 10 noyabr 2015 21:58 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Wiyinn
qozel xanimlardi

qozel xanimlardi
Sunay Elizade | 5 iyun 2015 16:47 | Status: Gümüş user | Şərh: 2 157
Sitat: Monika
xosum gelir bu qadindan
Wiyinn | 3 mart 2015 21:29 | Status: VİP user | Şərh: 889
qozel xanimlardi

qozel xanimlardi
Ay_Sun | 18 fevral 2015 15:16 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: sonsuz ucurum
heqiqetende gozel xanim olub..tewekkurler
SEVA | 17 fevral 2015 21:30 | Status: Professional user | Şərh: 5 151
xosum gelir bu qadindan
Miraj | 17 fevral 2015 16:42 | Status: Professional user | Şərh: 2 625
tanimirdim tanis oldum
Dəniz qızı | 17 fevral 2015 16:35 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: Nara88
cox sevdiyim ve beyendiyim xanimdir

Mənimdə.
Vetenperver | 17 fevral 2015 15:56 | Status: Professional user | Şərh: 6 700
Bunda bir gözəllik görmədim.Əfsanəvi aktrisa Sofi Loren bundan min dəfə gözəldir.
Ag Gul | 17 fevral 2015 15:28 | Status: Professional user | Şərh: 4 333
Təşəkkürlər maraqlıdı
my life is music | 17 fevral 2015 14:58 | Status: Gümüş user | Şərh: 736
bunun harasi gozeldir
Nigar | 17 fevral 2015 12:01 | Status: Gümüş user | Şərh: 6 064
indiki gozellerin dodaqlari burnu qawi her yerleri sunidireeee
SEVDA | 17 fevral 2015 08:37 | Status: Nəzarətçi | Şərh: 17 443
Silikonsuz gözellerdendir deyesen....
Nara88 | 17 fevral 2015 04:12 | Status: Professional user | Şərh: 4 254
cox sevdiyim ve beyendiyim xanimdir
sonsuz ucurum | 17 fevral 2015 00:49 | Status: Gümüş user | Şərh: 786
heqiqetende gozel xanim olub..tewekkurler
boris arxan | 17 fevral 2015 00:31 | Status: Professional user | Şərh: 4 784
tewekkurler
boris arxan | 17 fevral 2015 00:31 | Status: Professional user | Şərh: 4 784
tewekkurler
ELİSA | 17 fevral 2015 00:07 | Status: Gümüş user | Şərh: 1 047
Bu xanimdan cox xowum gelir.Maraqli melumatlardi tewekkur.