Qadın / Məşhur qadınlar

Tarixdə casus qadınlar

Lumia | 6-05-2014, 19:00
3 773 21

Tarixdə casus qadınlar...


Casus və ya agent dedikdə adətən kişilər yada düşsə də, bu sahədə kişilərdən heç də geri qalmayan qadınlar da var. Agentlik etdikləri ölkələrin müqəddəratını dəyişən bu qadınlar kişilərin istifadə etdiyi bütün metodlara bir də cazibə və gözəlliklərini əlavə edincə tarixə düşmüşdürlər. Elə isə dünya tarixinin əfsanə olmuş 10 casus qadını ilə siz də tanış olun.


Mata Hari 

Əsl adı Marqarita Zelle olan bu qadın Birinci Dünya Müharibəsi illərində rəqqasə adı altında Almaniya üçün işləmişdir. Çox keçmədi ki, Fransa Casus Təşkilatı onun almanlara işlədiyini anladı və ona ikitərəfli işləməyi təklif etdi. Zelle bunu qəbul etsə də, fransızlar ona güvənmirdi. Buna görə də Mata Harini sınamaq üçün Belçikaya 6 fransız agenti ilə əlaqə yaratmağa yolladılar. 15 günün içində isə həmin 6 fransız agenti Almaniya tərəfindən tutuldu və güllələndi.


Kraliça Stephanie Julianna von Hohenlohe

Avstriyada doğulan, alman aristokratiyasının mükəmməl təhsil görmüş, gözəl və varlı kraliçası Stephanie Julianna 1930-cu ildə London elitası arasında özünə ətraf topladı. Cazibəsini və seksuallığını yetərincə istifadə edən kraliça bir müddət sonra Hitler üçün işləməyə başladı. İkinci Dünya Müharibəsi bitdikdən sonra Londonda alman agenti olmaq çox təhlükəli idi. Buna görə də Sjulianna ABŞ-a köçdü.


Elizabeth Bentley 

ABŞ da doğulan Bentley İkinci Dünya Müharibəsi illərində Sovet İttifaqına işləyən ən bacarıqlı casuslardandır. Nasistlər haqqında gizli məlumatları Sovet İttifaqına ötürmüşdür. Sevgilisi ölüncə və SSRİ dəki əlaqələrini itirincə, ABŞ dakı FTB-a 150 sovet agentinin adını vermişdir.


Lona Cohen 
ABŞ da doğulan Lona müharibədən sonra əriylə Londana köçdü və bundan sonra İngiltərə ordusunun sirlərini Sovet İmperiyasına daşımaq üçün yaradılan agent halqasının bir parçası oldu. İngilislər tərəfindən casusluğu aşkar edilincə, 20 il həbs cəzasına məhkum edildi. İki ölkə arasında casus dəyişdirilməsi sayəsində ölkəsinə qayıtdı və şərəf ordeninə layiq görüldü.


 

Violette Szabo

Fransız əsilli qadını zəkası, gözəlliyi və qısa ömrü əfsanə etmişdir. Parisdə doğulub İngiltərədə yaşayan Szabo, ərinin ölümündən sonra İngilis Gizli Xidmətinə (SOE) daxil olur. Burada təlim keçdikdən sonra almanlarla mübarizəyə başladı və son gülləsinədək vuruşdu. Almanlar tərəfindən ələ keçirilərək Ravensburq düşərgəsinə gətirildi və 23 yaşında edam edildi.


Virginia Hall 

ABŞ, İngiltərə, Fransa agenti olan Hall bacarıqlı casus kimi tarixə düşmüşdür. Sonralar İspaniyaya qaçaraq, orada ABŞ təşkilatına xidmət edən casus qadın 1930-cu ildə bir ayağını itirmişdir.


 
Kristina Skarbek

Polşada doğulan Skarbek İngilis Gizli Xidmətinə işləməklə Polşa, Fransa, Misir və Macarıstanda saysız-hesabsız uğurlar əldə etmişdir. İki SOE agentini Alman Gizli Xidməti-Gestapodan xilas edincə, daha da məşhurlaşmışdır. 1952-ci ildə öldürülmüşdür.

 

Nancy Wake


Yeni Zellandiyada doğulan Nancy İkinci Dünya Müharibəsi ərəfəsində Fransada müxbir idi. Bir alman əsgərini əlləriylə öldürmüşdü. Müharibə bitdikdən sonra 5 ölkə onu İkinci Dünya Müharibəsinin ən böyük agenti elan etdi.

 

Brita Tott


1442-ci ildə Danimarkanın nüfuzlu ailələrindən birinin qızı olan Tott İsveç Kral ailəsindən olan əsilzadəyə ərə getdi. 10 il sonra İsveç Danimarka ilə müharibəyə başlayınca qadın öz ölkəsi üçün casusluq etməyə başladı. İsveç kralı 8-ci Charles Brita Tottu ağır cəzaya məhkum etdi. Onu xüsusi hazırlanmış divara asdı. Uzun müddət asılı qalan Tott əhv edildi və Danimarkaya gəldi.

 

Melita Norwood


İngiltərədə doğulan Melita bir dövlət məmuru idi. Nüvə Araşdırma Mərkəzindəki məxfi sənədləri ələ keçirməsi SSRİ-nin diqqətini çəkdi və 1940-cı ildə imperiya tərəfindən agent olaraq təlimatlandırıldı. Ölkənin bir çox sirrlərini Sovet İttifaqına satan Melitanı qəribə də olsa ingilislər ifşa edə bilmədi.
 
 
Redaktə etdi: Sadəcə MƏN

Nigar_ | 26 avqust 2014 18:57 | Status: Professional user | Şərh: 2 126
Bəs Miledi Vinter haqqında neyçün yazılmayıb?
Nara88 | 8 may 2014 16:51 | Status: Professional user | Şərh: 4 254
tesekkurler
Aynur_Mezahirli | 7 may 2014 18:35 | Status: Qonaq | Şərh: 0
Sozun duzu bu insanlarin ele maraginda deyilem oxumaga sebrim olmadi. Tesekkurler Lumia baci emeyine hormet...
2 kalp | 7 may 2014 17:25 | Status: VİP user | Şərh: 1 280
QADININ BACARMAYACAGI IS YOXDU
sadəcə MƏN | 7 may 2014 13:33 | Status: Brilliant user | Şərh: 4 771
Sitat: gulcin777
Günayin redaktesi de ela.

Çox sağolun,Gülçin xala..
Sitat: Lumia
.Redakte ucunse canim Gunkama tesekkurler.

Xoşdur, canım Lumişim..
Lumia | 7 may 2014 11:12 | Status: Professional user | Şərh: 5 380
Sitat: Gulya2676
Sonrada deyirlər qadınlar zəifdi.Əslində qadın çox iş bacarır..Maraqlı xəbərə görə təşəkkürlər Lumia xanım

Zeif yox,zerif deyibler qadina.Amma kime ki,bu serf elemir,bir herfi ixtisar edib)))Elbette kisilerin bacarmadigi cox seyi bacarir qadin.Qadinin bir gozelliyi ve bir de sirin dili yeter ki,dunyani idare elesin)))Tesekkurler siz de sag olun.
Gulya2676 | 7 may 2014 11:08 | Status: Gümüş user | Şərh: 2 587
Sonrada deyirlər qadınlar zəifdi.Əslində qadın çox iş bacarır..Maraqlı xəbərə görə təşəkkürlər Lumia xanım
SULTANIM | 7 may 2014 09:58 | Status: Ekspert | Şərh: 4 743
Tarixde bele qadinlar da olub. Xebere gore tesekkurler.Melumatlandiq.
Lumia | 7 may 2014 09:30 | Status: Professional user | Şərh: 5 380
Serhleriniz ucun tesekkur edirem.Redakte ucunse canim Gunkama tesekkurler.

Sitat: Lale
cox opasni weydir qadinlar

Mata Xari haqqinda umumiyyetle eser yazmaq olar :)


Heee oz de casus qadinlar)))

Mata Xari haqqinda cox oxumusam,dogurdan maraqli ve tehlukeli qadin olub.Umumiyyetle sevirem casuslarin,agentlerin,kesfiyyatcilarin heyatindan behs eden yazilari oxumagi.
ehtibar | 7 may 2014 08:55 | Status: Gümüş user | Şərh: 2 547
maraqlidir halal olsun
Gulshen. | 7 may 2014 06:17 | Status: Qonaq | Şərh: 0
tewekkurler maraqlidi..
gulya20 | 6 may 2014 23:50 | Status: Professional user | Şərh: 4 678
Xebere gore cox sag ol Lumia
Röyamsan. | 6 may 2014 22:24 | Status: Brilliant user | Şərh: 6 103
Hmmmmmmmmmmmmmmmm. belay
nurane55 | 6 may 2014 22:15 | Status: Professional user | Şərh: 1 849
Təşəkkürlər,maraqlı xəbərdir.
Lale | 6 may 2014 21:00 | Status: Yazar | Şərh: 3 264
Sitat: leyla meherremova
Ona görə də qadınlardan qorxmaq lazımdır...))

cox opasni weydir qadinlar wink

Mata Xari haqqinda umumiyyetle eser yazmaq olar :)
Gülçin | 6 may 2014 20:39 | Status: Brilliant user | Şərh: 6 781
Lumiş çox maraqli xeberdir, teşekkür edirem.
Günayin redaktesi de ela.
Nergiz love | 6 may 2014 20:27 | Status: Professional user | Şərh: 7 871
NESE OXUMADIM TESEKUR YENEDE
Alice | 6 may 2014 20:07 | Status: Professional user | Şərh: 5 021

Больному и золотая кровать не поможет.
N....N92 | 6 may 2014 19:37 | Status: Professional user | Şərh: 4 352
Cox ferqli taleleri vardi her birinin..
Nazlı_Kız | 6 may 2014 19:36 | Status: Brilliant user | Şərh: 6 473
Sitat: cuci
QADİN BOYUK QUVVEDİR BOSUNA DEYİLMEYİB BU SOZ

Həqqiqətəndə belədir canım...
SABINA | 6 may 2014 19:30 | Status: Professional user | Şərh: 7 410
QADİN BOYUK QUVVEDİR BOSUNA DEYİLMEYİB BU SOZ