Qadın / Məşhur qadınlar

Milli Qəhrəman Gültəkin Əsgərovanın bu gün doğum günüdür

Aynur_Qurbanqizi | 20-11-2011, 22:00
3 414 64

 

 


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum günüdür. Yəqin ki, çoxlarınız onu tanımırsız. Qəhraman qadınlarımız haqqında mətbuatda az-az yazılar dərc olunduğu üçün bu təbiidir.
Bu xəbərdə Qarabağ müharibəsində qəhramanca şəhid olan Gültəkin Əsgərovadan söhbət acacayıq. Deyirlər aslanın erkəyi dişisi olmaz. Doğrudan da bu kəlamın burada yerinə düşdüyünün şahidi oluruq. Çünkü Gültəkin bir aslan kimi döyüş meydanında şücaət göstərərək, şəhid olub.

Gültəkinin həyatı o qədər də rəngarəng olamayıb.


O, 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1985). Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.
Qarabağ muharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə Erməni gülləsindən yaralanan əsgərlərə yardim etməyə tələsir.

Döyüşlərdə iştirakı


Gültəkin Əsgərova ilk əvvəl Turşsuda daha sonra isə Şuşada gedən döyüşlərdə iştirak edir, yaralanan əsgərləri təhlükəsiz yerə gətirərək, onlara ilkin yardım göstərir. Şuşa alındıqdan sonra Gültəkin Laçının daha sonra isə Qubadlının müdafiəsində iştirak edir. O yaralı əsgərlərin ümid yeri olmaqla yanaşı həm də cəsur bir döyüşçüydü.

1992-ci il iyunun 20-də
Şuşa, Turşsu, Laçın, Əsgəran, Naxçıvanik istiqamətlərində gedən hərbi əməliyyatlarda onlarla yaralı əsgəri od-alov içindən qurtarıb, onlara ilk yardım göstərən Gültəkin Əsgərova, Ağdam istiqamətində gedən döyüşlər zamanı qəhramanlıq göstərərək şəhid oldu.  Millətimiz, vәtәn uğrunda şəhid olan iqid qızına layiq olduğu ən yüksək adı verib. Belə ki, 1993-cu ilin noyabrında Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə cəbhədə yaralı əsgərlərin həyatının xilas etməsində göstərdiyi igidliyə görə şəhid Gültəkin Əsgərova milli qəhraman adına layiq görülüb.

Gültəkin Əsgərova ailəli idi. Bir qızı yadigar qalıb.


Gültəkin Əsgərova körpəsini anasına əmət edərək, döyüş meydanına getdiyi zaman bu işin sonunu düşünmədi. Qəhramanlıq da məhz bu keyfiyyət deyilmi? Gültəkin Əsgərovanın şəhidlər xiyabanındakı məzarı bir qəhramanlıq salnaməsi olaraq gələcək nəsillərə nümunədir. Allah vətəni və milləti uğrunda ölən bütün şəhitlərə rəhmət eləsin.

* Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
* Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur.
* Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.
* Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.
* Yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.
* Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.

Azadqadin.az




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.

  1. Nigar | 23 fevral 2014 21:02 | Status: Gümüş user | Şərh: 6 066
    Sitat: sevinc keder
    ALLAH REHMET ETSIN

  2. Akademik | 2 iyun 2013 15:52 | Status: Professional user | Şərh: 4 580
    ALLAH RƏHMƏT ELƏSİN.
  3. Hande 18 | 20 may 2013 16:43 | Status: Professional user | Şərh: 3 302
    ALLAH REHMET ETSIN
  4. cucem. | 30 sentyabr 2012 19:58 | Status: Professional user | Şərh: 4 415
    ALLAH REHMET ETSIN YERI CENNET OLSUN
  5. sevinc keder | 9 sentyabr 2012 12:54 | Status: Professional user | Şərh: 3 818
    ALLAH REHMET ETSIN