Qadın / Kriminal

Boşanmaq istəyən arvadını 10 bıçaq zərbəsi ilə öldürdü - Bakıda dəhşətli qətl

Banu. | 25-07-2021, 15:33
300 0


İyulun 24-də səhər saatlarında Bakının Binə qəsəbəsində yeni yaşayış massivində dəhşətli qətl hadisəsi törədilib.

Azadqadin.az  "Qafqazinfo”ya istinadən xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış - işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.


Hadisə yerindən qaçan Meyxoş həmin vaxt ərazidə xidmət edən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Cinayəti törədən şəxs prokurorluğa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub. Məlumata görə, o və uşaqları tez-tez əri tərəfindən döyülürmüş.