Qadın / Kriminal

Sumqayıtda yeni doğulmuş körpəni zibil qabına atıblar

Banu. | 6-07-2021, 22:25
301 0
Sumqayıtda yeni doğulmuş qız uşağını zibil qabına atıblar.
Hadisə şəhərin "Yaşıldərə” yaşayış massivindəqeydə alınıb. Belə ki, sakinlərdən biri 39 saylı marşrutun son duracağında, "İlkin" marketin yaxınlığında olan zibilqabına tullantı atarkən səs eşidib və orada yenidoğulmuş qız uşağının olduğunu görüb.
Polisə müraciət edilib və yeni doğulmuş körpə SumqayıtTəcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib.
Körpəninvəziyyəti kafidir.
Faktlabağlı araşdırma aparılır.
Xədicə Səxavətqızı