Qadın / Kriminal

Bu xanım biznesmeni 20 il həbs gözləyir - ŞOK SƏBƏB

Aynur_Qurbanqizi | 30-05-2021, 13:21
438 0

ABŞ-ın Nevada ştatında kompüterlərin ehtiyat hissələrinin satışı ilə məşğul olan “Top One Zone” şirkətinin sahibi xanım Tina Çen İrana qarşı tətbiq olunan sanksiyalar rejimini pozduğuna görə həbs edilib.
Azadqadin.az publika.az-a istinadən ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata istinadla xəbər verir ki, xanım biznesmen 2015-ci ilin noyabrından başlayaraq 2019-cu ilin mayına kimi digər şirkətlərdən kompüter avadanlıqları alaraq Hoq-Konqda fəaliyyət göstərən bəzi şirkətlər vasitəsilə İrana satıb.
ABŞ qanunlarına əsasən, sanksiyalar rejimini pozan Tina Çeni 20 il müddətində azadlıqdan məhrum etmə və 1 milyon dollar həcmində cərimə gözləyir.
İyulun 26-da Nevada məhkəməsində T.Çenə qarşı qaldırılan cinayət işi üzrə ilk dinləmə keçiriləcək.