Qadın / Kriminal

Bakıda 56 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandı

Banu. | 2-05-2021, 10:41
101 0

Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Azadqadin.Az"ın "Report"a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Məmmədova Mayisə Məmməd qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.