Qadın / Kriminal

Azərbaycanda CİNAYƏT - Qız anasını yastıqla boğub öldürdü

Banu. | 16-10-2020, 22:57
1 331 0
Göyçayda qız anasını boğaraq öldürüb.
Azadqadin.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 12-də Göyçay Rayon Polis Şöbəsinə Müskürlü kənd qəbiristanlığında kəfənə bükülmüş, üzərində zorakılıq əlamətləri görünməyən 75-80 yaşlı qadın meyitinin tapılması barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində onun Mingəçevir şəhər sakini, 84 yaşlı Bənövşə Ələkbərova olması və oktyabrın 9-da yaşadığı evdə qızı S.Əsgərova tərəfindən yastıqla boğularaq qətlə yetirilməsi müəyyən edilib.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərova saxlanılaraq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.