Qadın / Kriminal

2 yaşlı oğlunun boğazını kəsən atayla bağlı ŞOK: “Birinci arvadı 3 uşağıyla birgə...”

Banu. | 8-08-2020, 15:20
877 0
2 yaşlı övladının boğazını kəsən atanın birinci həyat yoldaşı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yaşayıb.
Bu barədə İctimai Birliyin rəhbəri Mehriban Zeynalova bildirib. Onun sözlərinə görə, ata birinci nikahdan olan xanımına qarşı da sərt davranıb:
“Bu günlərdə 2 yaşlı uşağın başını kəsən ata ilə bağlı məlumatı görəndə təəccüblənmədim. Çünki onun birinci həyat yoldaşı 3 uşaqla sığınacağımızda idi. Atanın şikayət etmədiyi yer qalmamışdı. Həyat yoldaşı bütün qurumlara onun azyaşlı uşağı evə gətirib onunla yaşadığını desə də, heç kim ona yox, ərə inanırdı. Bəzi qurumlar ciddi-cəhdlə onları barışdırmaq istəyirdi. O yerə gəlmişdi ki, hətta bizə açıq-acığa qarğış da etdilər ki, ev dağıdırıq. Qısası, hamı 3 uşaqlı qadına qarşı idi. Heç kim təhlükəni qiymətləndirmək barədə danışmırdı. Yalnız qadını ittiham edirdilər. Əxlaqdan tutmuş hər şeyə görə... Nəticə isə göz önünüdədir... Hərdən bizim peşəkarlığımıza şübhə etməyin, cənab məmurlar!”
Qeyd edək ki, azyaşlıya öz atası, 1970-ci il təvəllüdlü Emil Xazıyev tərəfindən xəsarət yetirilib. Azyaşlının valideynləri ayrılıb. Ana 2 yaşlı oğlu Ömər Şabanovu atasının görməsi üçün onun evinə aparıb və qayıdıb. Emil Xazıyev yaşadığı Səbail rayonu, 20-ci sahə yaşayış massivi Şahlar Allahverdiyev küçəsi 67 ünvanındakı mənzilində bıçaqla uşağın boğazını kəsib. Hadisəni törədəndən sonra övladının boğazı kəsilmiş fotosunu həyat yoldaşına göndərib. Daha sonra isə bıçaqla öz boğazını kəsib.
Ana polis əməkdaşlarının köməyi və təcili yardımla övladını K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanası) çatdırıb. Boyun əzələlərinin, traxeyanın kəsik yarası diqnosu ilə xəstəxanaya yerləşdirilən azyaşlı əməliyyat edilib. Hazırda vəziyyəti ağır olaraq qalır.
Cebhe.info