Kriminal / Xəbəriniz olsun!

Azyaşlı uşağı olan valideynlərə xəbərdarlıq: Uşaq bağçaları açılcaq?

Banu. | 24-08-2020, 10:00
6 056 0

“Bu gün əksər dövlət qurumlarında işçilərin sayının azaldılması ilə işlər davam etdirilir. İndiyə qədər bir çox dövlət qurumunda 30% işçi işə çıxarılırdı, bu, 50%-ə qədər artırıla bilər”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O, dövlət qurumlarında işləyənlərin övladları üçün bağçalarının fəaliyyətinin bərpası məsələsindən danışarkən “Azyaşlı uşağı olan valideynlərlə bağlı vəziyyətin qurum rəhbərliyi tərəfindən nəzərə alınacağını düşünürük. Bununla bağlı əlavə tədbirlər nəzərdə tutulmayıb”, - deyə vurğulayıb.
Cebhe.info