Qadın / Kriminal

Bakıda güzəştli mənzil almaq istəyənlər tələyə düşdü - Qadının ŞOK ƏMƏLLƏRİ

Banu. | 1-07-2020, 20:48
260 0
Bakıda dələduzluq yolu ilə insanlardan külli miqdarda pul toplamış qadın tutulub.
2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə Bakı şəhəri ərazisində şəhər sakini Ş.Vəliyeva Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzillər alacağı adı ilə 18 nəfəri aldadıb onlardan ümumilikdə 63700 manat pul alıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Ş.Vəliyeva tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.Publika.az