Qadın / Kriminal

Mingəçevirdə oğul anasını öldürdü

Banu. | 21-06-2020, 11:03
123 0
Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb. 
Məlumata görə, hadisə gecə saatlarında şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib. 
1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib.
İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil. 
Hadisəni törədən E.Hacıyevin polisə təslim olduğu deyilir.
Faktla bağlı araşdırma başlanılıb, cinayət işi açılıb. Oxu.az