Qadın / Kriminal

"Hər evdə belə şey ola bilər deyəndə..." Bakıda kişi ona xəyanət edən arvadını boğub öldürdü — TƏFƏRRÜAT

Banu. | 12-06-2020, 16:40
631 0



Biləcəri qəsəbəsində arvadını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Mahir Alıyevin cinayət işi.
Hadisə Biləcəri qəsəbəsində baş verib. Mahir Alıyev yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı 1966-cı il təvəllüdlü Mehriban Alıyevanı boğaraq qətlə yetirib.
Mahir Alıyev cinayəti törətdikdən sonra könüllü polisə gələrək təslim olub.
Təqsirləndirilən şəxs qismində dindirilən Mahir Alıyev ifadəsində bildirib ki, arvadı Mehriban Alıyeva onun həmdə xalası qızı olub.
Onlar 1984-cü ildə ailə həyatı qurublar və üç övladları dünyaya gəlib. Münasibətləri həmişə yaxşı olub. Şamaxı rayonunda yaşayan zaman tanışlarından eşidib ki, Mehriban ona xəyanət edib. Lakin həmin şəxsin kimliyini ona dəqiq deyən olmayıb. Bu barədə yoldaşından soruşanda Mehriban belə şeyin olmadığını deyib. Buna baxmayaraq o, tanışlarından və etibar etdiyi adamlardan Mehribanın xəyanət etməsi ilə maraqlanaraq öyrənib ki, bu məsələ həqiqətə uyğundur. Həmin vaxtan el məclislərinə üzü açıq qatıla bilməyib. Mehriban əvvəl ona xəyanət etdiyini inkar etsədə, sonra bunu etiraf edib. Amma həmin şəxsin adını ona deməyib. O vaxtı uşaqlar balaca olduğundan arvadından boşanmayıb. Övladlarının kiminsə qapısında böyüməsini istəməyib. Bu məsələ isə daxildən onu həmişə incidib. 
Bir müddət sonra Şamaxı rayonundakı evini satıb, Biləcəri qəsəbəsində kirayədə yaşamağa başlayıblar.
Mahir Alıyev bildirib ki, hadisə baş verən günü səhər saat 11 radələrində Mehribanın ona xəyanət etməsi məsələsi yadına düşdüyündən yenidən bu söhbəti başlayıb. Arvadından bu barədə yenə soruşanda Mehriban ona cəmi bir dəfə xəyanət etdiyini etiraf edərək, bu cür hadisələrin hamıda olduğunu deyib. Mahir Alıyevin sözlərinə görə bu sözə artıq dözə bilməyib. Əlləri ilə arvadının boğazından tutaraq onu boğub. 


Ölkə.Az"