Qadın / Kriminal

Qızının gözləri qarşısında qətlə yetirildi - Tükürpədən HADİSƏ - FOTO

Banu. | 18-05-2020, 10:25
52 0
Türkiyədə iki uşaq anası vəhşicəsinə qətlə yetirilib.
Hadisə Çanakkalada baş verib.
Məlumata görə, 44 yaşlı Fatma.K gecə saat 02:40 radələrində çalışdığı fabrikdən növbədən çıxdığı zaman boşanma ərəfəsində olan əri Aydın.K onun qarşısını kəsib. Qızı atasının əlində bıçaq gördüyü zaman ona mane olmağa çalışıb. Ancaq səyləri heç bir nəticə verməyib. O, qızının gözləri qarşısında həyat yoldaşını ürəyindən və qarnından bıçaqlayaraq qətlə yetirib. Özü isə hadisə yerindən qaçıb.
Carəsiz qalan qız dərhal polisə və Təcili Tibbi Yardıma zəng edib. Hadisə yerinə gələn həkimlər qadını Çanakkala Dövlət Xəstəxanasına aparıblar. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas edə bilməyiblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyatla Aydın.K saxlanılıb. İfadəsi alındıqdan sonra həbs edilib.
Qətlin hansı səbəbdən törədildiyi istintaq bitəndən sonra məlum olacaq.Publika.az