Qadın / Kriminal

Lamiyə ilə birgə tutulan şəxs məhkəməyə müraciət etdi

Banu. | 9-05-2020, 16:14
730 0

Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu öldürməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev cəzasının azaldılması ilə bağlı məhkəməyə müraciət edib.
V. Əliyevin Cinayət Məcəlləsində olan dəyişikliklərlə bağlı müraciəti Qaradağ rayon Məhkəməsi tərəfindən rədd edilib. 
Qərardan narazı qalan V. Əliyev apelyasiya şikayəti verib. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmar Rəhimov baxacaq. 
Qeyd edək ki, Əliyev Vüqara 2003-cü ildə hökm oxunub. Onunla birgə bu cinayətdə ittiham olunan 15 yaşlı Lamiyə Quliyeva da 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. L.Quliyevanın cəzasının bitməsinə az qalmış cəzaçəkmə müəssisəsi daxilində qaydaları pozduğu üçün cəzası artırılmışdı, o, 2015-ci ildə  azadlığa buraxılıb.“Qafqazinfo”