Qadın / Kriminal

Bakıda qadın kafedən iki min manatlıq oğurluq etdi

Banu. | 7-05-2020, 10:14
48 0
Bakıda yerləşən kafelərin birində oğurluq hadisəsi baş verib.
Hadisə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs S.Yusifovaya məxsus kafedən iki min manat dəyərində geyim və məişət əşyaları oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü S.Adıgözəlova müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.Oxu.az